Əjdər Tağıoğlu
araşdırmalarında
erməni yalanlarının ifşası
Ermənilər
zaman-zaman öz uydurma "tarixi araşdırmalar"ı ilə
guya Cənubi Qafqazın köklü xalqı olduqları barədə
dünyaya "faktlar" yayıb, beynəlxalq aləmi həmin
"faktlar"a inandırmağa çalışıblar. Təəssüflər
olsun ki, bir sıra dünya dövlətləri də ermənilərin
ortaya qoyduqları "faktlar"a inanaraq erməni
saxtakarlıqlarına şərik çıxıblar. Ancaq
sevindirici hal ondan ibarətdir tədqiqatçılar,
araşdırmaçıların ortaya
çıxardıqları tarixi materiallar, həmin tarixi
faktlar əsasında qələmə alınan kitablar, tarixi əsərlər
hesabına erməni yalanları, saxtakarlıqları ifşa
edilir, onların Cənubi Qafqazın köklü deyil, gəlmə
xalqı olduğu tarixi faktlarla sübuta yetirilir. Elə
günümüzdə də erməni yalanlarına
qarşı qeyd edilən istiqamətdə işlər davam
etdirilir. Bu baxımdan professor, filoloq-tarixçi Əjdər
Tağıoğlunun bir müddət əvvəl işıq
üzü görmüş "Moisey Xorenatsi anonim
keşiş müəllifidir" kitabı da erməni
yalanlarının ifşa edilməsi baxımından dəyərli
əsər, tarixi araşdırma hesab oluna bilər.
Məüllif araşdırma əsərində qeyd edir ki, erməni tarixçilər Moisey Xorenatsini V əsrdə yaşamış "erməni tarixinin atası" adlandırırlar. Halbuki, Moisey Xorenatsinin "erməni tarixinin atası" olduğuna şahidlik edən nəinki başqa xalqlara, hətta ermənilərin özlərinə aid hər hansı bir yazılı mötəbər mənbə yoxdur. Əksinə, bəzi Avropa və erməni tarixçiləri Moisey Xorenatsini anonim keşiş müəllif olduğunu maddi sübutlarla tarixilik kontekstində sübuta yetirirlər. Əjdər Tağıoğlu yazır ki, erməni tarixçiləri onların babaları ilə heç bir genetik qohumluğu olmayan babillilərin əfsanəsindən yaranmış mifik "Hayastan" toponimini erməni xalqının guya gerçək tarixdə mövcud olmuş "qədim dövləti" kimi qələmə verirlər: "Rus çarının Qafqaz missoneri İ.Şopenin də məqsədi çağdaş erməni xalqının "tarixini" qədim dövrə atmaq və türk tayfalarının babalarına məxsus torpaqları "erməniləşdirməkdi". O, yazır: "Armyanlar onu, yəni Haykı nəsil başçısı hesab edirlər və onun adı ilə özlərini Hayk, vətənlərini Haykastan adlandırırlar". Bu baxımdan Haykın ilk məskun olduğu yer isə Van gölünün yaxınlığı iddia edilir. İ. Şopen daha sonra qeyd edir ki, oradakı Haykadzor (Hayk vadisi) adlanan vadi bu günə qədər onun adını saxlayır: "O, HƏMİN ƏRAZİDƏ Hayk adında ilk armyan şəhərini inşa edir. Bir neçə il keçəndən sonra Hayk Araks çayının sahillərinə doğru hərəkət edir". Müəllif öz əsərində vurğulayır ki, İ.Şopen də erməni tarixçiləri kimi, Haykın mifoloji "vətənini" "Van gölü" sahilində yerləşdirməkdə məqsədlidir. Çünki Biaini dövlətini "qədim Armeniya"ya, əhalisini də Haykın nəslinə mənsub əhaliyə "çevirmək" lazım idi. Elə belə də olur. Rus tarixçisi heç bir elmi təsdiqini tapmayan saxta erməni məntiqilə uydurmalarına nəticə olaraq yazır ki, guya qonşu əhali Araz vadisində onları "armyan", ölkələrini isə "Armeniya" adlandırırdılar.
Əjdər Tağıoğlu ermənilərin uydurduqları "tarixin" avropalı aparşdırmaçılar, tədqiqatçı alimlər tərəfindən də təkzib edildiyini diqqətə çatdırır. Müəllif yazır ki, həmin tarixçilər öz əsərlərində ermənilərin yalan faktlarla dünyanı aldatmağa çalışdıqlarını vurğulayırlar: "Görkəmli fransız şərqşünası A.Karrier 1891-ci ildə Parisdə nəşr etdirdiyi əsərində tarixi faktlara söykənərək yazırdı ki, Moisey Xorenatsi m.s. V əsrdə deyil, XIII əsrdə yaşayıb. Onun fikrinsə, Mar Abas Katina ya uydurulmuş şəxsiyyətdir, ya da Moisey Xorenatsinin "psevdonimidir". Fransız aliminin Moisey Xorenatsi haqqında Venada nəşr edilən aylıq "Hantes Amsoriya"jurnalında çap edilmiş məqaləsi erməni ziyalıları tərəfindən çox ciddi düşmınçilik reaksiyası ilə qarşılandı. Fransız tarixiçisindən sonra Berlin Kral Kitabxanasının müdiri La-Kroz qədim müəlliflərdən gətirdiyi nümunələr əsasında Moisey Xorenatsini V əsrdə yaşamış "tarixçi" olduğunu iddia edən fikri tarixi faktlarla alt-üst edir. La-Kroza görə, Moisey Xorenatsi "tarixçi"dən daha çox "alleqoriya yazan" olub. Görkəmli alim Qud Şmid isə 1883-cü ildə "Ensklopediya Britannic"in səhifələrində məsələni daha kəskin qoyurdu. Alman aliminin "Armeniya tarixi" və onun müəllifi problemi ətrafıda uzun illərin araşdırmasından sonra gəldiyi nəticəni milliyətcə erməni olan Q.Xalatyants öz sözləri ilə belə izah edirdi: "Burada o, (yəni Qud Şmid) açıq-aydın deyir ki, "Armeniya tarixi"nin müəllifi onunla eyni adlı məşhur V əsr tərcüməçisi deyil, sonuncunun adı altında gizlənən və VII əsrin ortalarına yaxın, daha dəqiq desək, 634 və 642-ci illər arasında yaşamış tamamilə başqa şəxsdir". Moisey Xorenatsinin və onun istinad edilmiş "Armeniya tarixi" kitabının ətrafında gedən qızğın mübahisələrə qoşulmuş görkəmli Qərbi Avropa tarixçilərindən biri də T.Vetterdir. O, problem ətrafında apardığı geniş araşdırmalardan sonra yazırdı: "Movsesin əsəri itirilmişdi, bizə qədər tam və etibarlı formada gəlib çatmamışdı ki, onun əsəri olduğunu təyin edəsən. O, (yəni Nikitin Osipoviç Emin) bu əsəri bizə V əsrdə yazılmış kimi təqdim edir". Moisey Xorenatsinin V əsr müəllifi olmadığı nəticəsinə gələn başqa tarixçilər kimi, T.Vetterin də mövqeyi aydındır. Lakin T.Vetter bu yolxucu erməni virusunun törədildiyi və yayıldığı canlı mənbəni-N.Emini göstərməkdə onlardan fərqlənirdi. Milliyətcə erməni olan Aykazyan adlı başqa bir avropalı tarixçi də məsələni kəskin şəkildə qoyurdu. O, "Armeniya tarixi"nin I kitabının başdan-başa həsr edildiyi "erməni genelogiyası" barədə yazırdı: "İlk erməni nəsil tarixi şəxsiyyətlərdən deyil, uydurulmuş nağıllar əsasında tərtib edilmişdi. Movses Xorenatsinin özü V əsr tarixçisi deyil, VII əsrdə yaşamış saxta tarixçidir".
Əjdər Tağıoğlu hətta erməni tarixçi və araşdırmaçılar tərəfindən də Movses Xorenatsi barəsində fərqli mövqelərin ortaya qoyulduğunu yazır və qeyd edir ki, Xorenatsiylə bağlı münasibət erməni tarixçilər arasında da birmənalı olmayıb. Müəlllif yazır ki, problem ətrafında apardığı araşdırmalardan sonra M.M.Mkryan daha kəskin və orijinal nəticəyə gəlir. Erməni tarixçinin fikrincə, "Armeniya tarixi" kitabının müəllifi hesab edilən Movses Xorenatsinin adı və soy adı bir nəfər şəxsə deyil, ayrı-ayrılıqda iki nəfərə aiddir. O, yazırdı: "Tam aydəndır ki, daha sonrakı əsrlərdə onları ("Armeniya tarixi"ndə verilmiş dini rəvayətlər və əfsanələri) tanınmış Xorenatsi ilə əlaqəli Movses adında başqa bir müəllif qeydə almışdı". Erməni tarixçisi Mkrtıç Emin də Movses Xorenatsinin VII əsrdə yaşadığı fikrinə şərik çıxır. M. Xorenatsi və onun "Armeniya tarixi" kitabı ətrafında geniş araşdırma aparan müəlliflərdən biri də görkəmli ermən i filoloq, tarixçi alim Q.Xalatyantsdır. Yazar qeyd edir ki, o da Qərbi Avropa tarixçilərinin fikirlərinə şərik çıxaraq "erməni tarixinin atası" kimi qiymətləndirilən M.Xorenatsinin V əsrdə yaşamış "tarixçi" olduğunu iddia edən fikirləri qəbul etmir. Q.Xalatyants hələ XIX əsrin əvvəllərində yazırdı ki, IX əsrə qədər heç bir erməni müəllifinin kitabında Movse Xorenatsinin adı qeydə alınmayıb.
Müəllif daha sonra öz əsərində Nikitin Osipoviç Emini erməni tarixini saxtalaşdırmaqda "ustad" kimi xarakterizə edir. Əjdər Tağıoğlu yazır ki, N. Emin hətta öz əsərlərində belə uydurduqları tarixi özü də bilmədən təkzib edir: "Maraqlıdır ki, N.Emin bir tərəfdən Moisey Xorenatsinin V əsrdə yaşadığını söyləyir, digər tərəfdən isə bəzi erməni müəlliflərinin VII əsrə aid etdiklri "Armyan coğrafiyası" kitabını onun adına yazır. Belə olan halda ortaya maraqlı bir sual çıxır. Necə ola bilir ki, V əsrdə yaşayasan, ancaq VII əsrdə kitab yazasan?". Müəllif elə ö2ü də verdiyi suala cavab tapır. O, qeyd edir ki, burada təəccüblü heç bir şey yoxdur. Çünki erməni deyilən məxluq üçün hər şey mümkündür. Hətta mümkün olmayanlar belə mümkündür. Məsələn, əgər orta əsrlərdə bir erməni keşiş yazmış olsaydı ki, bizim babalarınız yer üzünə Adəmlə Həvvadan əvvəl qalaktikada olan "Hayastan" yaxud, "Armeniya" adlanan ölkədən gəlmişlər, bu riyakar və məkrli iddiaya onun alim varisləri cahilcəsinə sözsüz inanacaqdılar və dünyanı da inandırmaq üçün kilsədə hazırlanmış rəvayət və əfsanələr əsasında xalqına qara şeytan kələfi ilə "tarix"lər toxuyacaqdılar. Əjdər Tsğıoğlu təəssüf hissi ilə qeyd edir ki, Qərbdə və Avropada erməni yalanlarına şərik çıxan "tarixçilər" və "tədqiqatçılar" var. Müəllif yazır ki, XIX əsrin əvvəllərindən başlayaraq bu gün də Osmanlı və Azərbaycan trklərinin qədim torpaqlarında yeni-yeni "erməni dövlətləri" "yaratmaq" məqsədilə, imkan və şərait olarsa, türkləri son körpəyə qədər məhv etmək hərisliyi ilə fəaliyyət göstərən yırtıcı dünya erməni diasporasının və onların ideoloji və terrorist ocağı olan kilsənin "Armniay tarixi" üçün sifarişlərini yerinə yetirən istər Avropa dövlətlərində, istərsə də Ruysiya Federasiyasında vicdanını və şərəfini pula satan, "quldur alim" mövqeyində dayanan muzdlu tarixçilər kifayət qədərdir.
Müəllif sonda qələmə aldığı "Moisey Xorenatsi anonim keşiş müəllifidir" kitabında yazır ki, keşişlərin "Böyük Armeniya" adlandırdıqları fantastik "erməni dövləti" yalnız kilsə xəritələrində "təşkil edilib". Tarixin heç bir çağında, hər hansı bir ərazidə torpağa köçürülməyib. Ancaq XIX əsrin əvvəllərindən başlayaraq işğalçı rusların və bəzi militarist Avropa dövlətlərinin hərbi qüvvələrinə arxalanan erməni silahlı bandaları məlum tarixlərdə qardaş Osmanlı torpaqlarından başlayaraq, Xəzərin ləpədöyəninədək dəfələrlə kütləvi şəkildə türk xalqının qanını axıdıblar. Azərbaycan ölkəsinin adını dünyanın siyasi xəritəsindən silmək və kilsə xəritələrində cızılmış fantastik "Böyük Armeniya" mifini həmin coğrafiyada torpağa köçürmək üçün 1990-cı illərdə "Arsak" bəhanəsi ilə rusların hərbi texnikası və Əfqanıtanda döyüş məktəbi keçmiş canlı qüvvəsi "ASALA" terror dəstələri ilə birlikdə Xocalını yer üzündən sildi, Qarabağın bütün ərazilərində yerli günahsız əhaliyə tarixdə misli görünməmiş qanlı divan tutdu, bir milyon insan öz ata-baba ocağından qovuldu. Bu gün ayrı-ayrı xristian ölkələri erməniləri terrorist xalq kimi tanısalar da, rəsmi bəyanatlarla çıxış etsələr də, Allahdan üz çevrimiş xristian qardaşlarını şeytan yolundan qaytarmaq istəmirlər. Səbəb aydındır. Qafqazda əmin-amanlıq onlaın terror ziyasətləri üçün gərəkli deyil. Bu gün dünyamız güclü xristian ölkələrinin ikiüzlü, çirkablı siyasətlərindən, şeytan əməllərindən əziyyət çəkir.
Füzuli
Olaylar.- 2016.- 29 noyabr.- S.13.