Azərbaycan ordusunun nüfuzu

gənclərin vətənpərvərlik hissini artırır

 

Azərbaycan ordusunun nüfuzu gündən-günə artmaqdadır. Buna səbəb orduya yeni baxış, silahlı qüvvələrə dövlət nəzarəti və hərbçilərin sosial problemlemlərinin diqqətdə saxlanmasıdır. Məlumat üçün qeyd edək ki, son vaxtlar Prezident, Ali Baş Komandan İlham Əliyev və müdafiə naziri Zakir Həsənov bir neçə dəfə cəbhə bölgəsində olublar. Etiraf edilməlidir ki, dövlət başçısının təmas xəttində olması, hərbçilərin problemləri ilə birbaşa maraqlanması gənc əsgərlər arasında vətənpərvərlik hissinin artmasına səbəb olur. Bu günlərdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi tibb xidmətinin ilin yekunlarına həsr olunmuş toplantısında iştirak edib. Toplantı iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin hospitalın foyesindəki büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Toplantını giriş sözü ilə açan Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi tibb xidməti general-mayoru Natiq Əliyev son bir il ərzində qoşunlarda şəxsi heyətin döyüş hazırlığı, sosial-məişət şəraitinin səviyyəsinin yaxşılaşdırılması, eləcə də hərbi tibb müəssisələrinin müasir avadanlıqla təchiz edilməsi barədə məlumat verib. İdarə rəisi vurğulayıb ki, müayinə və müalicə işinin təkmilləşdirilməsi, hərbi qulluqçuların, onların ailə üzvlərinin sağlamlıq vəziyyətinin qorunması və tibbi təminatının müasir tələblərə uyğun təşkil edilməsi dövlət və ordu rəhbərliyinin daim diqqətdə saxlanılır.

Müdafiə naziri general-polkovnik Z.Həsənov toplantıda çıxış edərək Silahlı Qüvvələrin döyüş qabiliyyətinin möhkəmləndirilməsi məqsədilə aparılan irimiqyaslı quruculuq işlərinin ölkə rəhbərliyinin, şəxsən Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət mərkəzində olduğunu xüsusi qeyd edib. 2017-ci tədris ili üçün qarşıda duran vəzifələrdən danışan nazir bu gün dövlət rəhbərliyinin əsas məqsədinin Silahlı Qüvvələrin döyüş qabiliyyətinin daha da gücləndirilərək torpaqlarımızın işğaldan azad edilməsi vəzifəsinin yerinə yetirilməsindən ibarət olduğunu vurğulayıb. Məhz bu sahədə tibb xidməti zabitlərinin də üzərinə düşən məsuliyyətin artırılmasını, hər bir hərbi tibb müəssisəsi rəhbərliyinin xidmət etdiyi hərbi bölmənin döyüş qabiliyyətinin möhkəmləndirilməsinə töhfə verməsini diqqətə çatdırıb. Görüşün sonunda Müdafiə naziri zabitləri maraqlandıran sualları cavablandırıb və bir sıra məsələlərə aydınlıq gətirib. Hərbi xidmətdə fərqlənən bir qrup zabitə medallar təqdim olunduqdan sonra Müdafiə naziri Silahlı Qüvvələrin Baş Klinik Hospitalı ərazisində Məhkəmə-Tibbi EkspertizaPatoloji Anatomiya Mərkəzinin yeni inşa edilən binasında görülən işlərlə maraqlanıb, tövsiyə və tapşırıqlarını verib.

  Onu da xatırladaq ki, Azərbycan dövlətinin orduya qayğısı onun nüfuzunun yüksəlməsi ilə müşayət olunmaqdadır. Məhz bunun nəticəsidir ki, əksər xarici dövlətlər və nüfuzlu beynəlxalq hərbi təşkilatlar Azərbaycan ordusu ilə əməkdalıqda maraqlı görünürlər. Bunun bariz nümunəsi kimi xarici ölkə səfirlərinin Azərbaycanın müdafiə naziri ilə görüşü və NATO rəsmilərinin ölkəmizə səfərni göstərmək olar. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən Əl-Saai ilə görüşüb. Səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycan ilə Qətər arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb. Azərbaycan-Qətər münasibətlərinin genişləndirilməsində ölkə rəhbərlərinin səylərini xüsusi vurğulayan nazir ölkələrimiz arasında hərbi sahədə də əlaqələrin uğurla inkişaf etdiyini deyib. Diplomat isə öz növbəsində dostqardaş olan Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu, ölkələrimiz arasında əlaqələrin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. Görüşdə ölkələrimiz arasında mövcud əlaqələr, o cümlədən hərbi sahədə əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Həmçinin Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bert Skufs ilə görüşüb. Görüşdə Azərbaycan ilə Belçika arasında bir çox istiqamətlərdə olduğu kimi, hərbi sahədə də mövcud əməkdaşlığın və qarşılıqlı etimadın güclənməsinə xidmət edən fəaliyyətləri xüsusi qeyd edən nazir səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb. Azərbaycanın NATO ilə müxtəlif proqramlar, o cümlədən "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində əlaqələrini qeyd edən Müdafiə naziri Əfqanıstanda həyata keçirilən "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasında ölkəmizin də aktiv iştirak etdiyini xatırladıb. Diplomat isə öz növbəsində deyib ki, Belçika Krallığı NATO və digər beynəlxalq qurumlar kimi Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir. Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu xüsusi qeyd edib. Tərəflər regional təhlükəsizlik, beynəlxalq terrorizmə qarşı birgə mübarizə və digər istiqamətlər üzrə tərəfdaşlıq məsələlərini müzakirə edib, hərbi əlaqələrimizin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar. Ardınca "NATO günləri" çərçivəsində ölkəmizdə səfərdə olan NATO-nun Müttəfiq Transformasiya Komandanlığının ekspert qrupu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını ziyarət edib. General-mayor Odd Egil Pedersenin rəhbərlik etdiyi nümayəndə heyəti akademiyanın rəhbərliyi ilə görüşüb. Görüşdə Azərbaycan ilə NATO arasında həyata keçirilən proqramların müzakirəsi ilə yanaşı, Silahlı Qüvvələrin hərbi təhsil sisteminin inkişafına yardım üzrə NATO-Azərbaycan birgə hərbi təhsil və təlim sahəsində fəaliyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Nümayəndə heyətinə Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı çərçivəsində NATO-nun üzv və tərəfdaş dövlətlərlə yaranmış əlaqələr və bu istiqamətdə perspektivlər barədə məlumat verilib. Qonaqlara akademiyanın yaranma tarixi, strukturu, təlim-tədris prosesi və digər fəaliyyətləri barədə ətraflı brifinq təqdim edilib. Tədbir proqramı çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasının dinləyicilərinə "NATO-nun komandanlıq strukturu", "Azərbaycan-NATO əməkdaşlığı", "Strateji proqnozlaşdırma analizi", "NATO-da əməliyyatların planlaşdırılması prosesi", "Əməliyyat İmkanları Konsepsiyası", "NATO-Varşava Zirvə Toplantısından sonra", "NATO-Cənubi Qafqaz tərəfdaşlığı" və digər mövzularda mühazirələr təqdim olunub. "NATO günləri" çərçivəsində ölkəmizdə səfərdə olan NATO-nun Müttəfiq Transformasiya Komandanlığının ekspert qrupu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını ziyarət edib. General-mayor Odd Egil Pedersenin rəhbərlik etdiyi nümayəndə heyəti akademiyanın rəhbərliyi ilə görüşüb. Görüşdə Azərbaycan ilə NATO arasında həyata keçirilən proqramların müzakirəsi ilə yanaşı, Silahlı Qüvvələrin hərbi təhsil sisteminin inkişafına yardım üzrə NATO-Azərbaycan birgə hərbi təhsil və təlim sahəsində fəaliyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Nümayəndə heyətinə Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı çərçivəsində NATO-nun üzv və tərəfdaş dövlətlərlə yaranmış əlaqələr və bu istiqamətdə perspektivlər barədə məlumat verilib. Qonaqlara akademiyanın yaranma tarixi, strukturu, təlim-tədris prosesi və digər fəaliyyətləri barədə ətraflı brifinq təqdim edilib. Tədbir proqramı çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasının dinləyicilərinə "NATO-nun komandanlıq strukturu","Azərbaycan-NATO əməkdaşlığı", "Strateji proqnozlaşdırma analizi", "NATO-da əməliyyatların planlaşdırılması prosesi", "Əməliyyat İmkanları Konsepsiyası", "NATO-Varşava Zirvə Toplantısından sonra", "NATO-Cənubi Qafqaz tərəfdaşlığı" və digər mövzularda mühazirələr təqdim olunub. Onu da qeyd edək ki, Azərbaycanın beynəlxalq təşkilatlarla hərbi əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Müdafiə Nazirliyində hesab edilir ki, müxtəlif dövlətlərin maraqlarının kəsişmə məkanında, Şərqlə Qərb arasında, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi regionda yerləşən və zəngin enerji ehtiyatlarına malik Azərbaycan Respublikasının sülh və müharibə dövründə hərbi təhlükəsizliyinin təmin olunmasında, həmçinin xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar çərçivəsində tərəfdaşlıq münasibətlərinin qurulmasında Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq fəaliyyətinin rolu xüsusi əhəmiyyətə malikdir. Beynəlxalq hərbi əməkdaşlıq fəaliyyəti Xarici İşlər Nazirliyi və digər aidiyyəti dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələri ilə əlaqəli şəkildə, Azərbaycan Respublikasının müdafiə və xarici siyasət kursuna müvafiq olaraq həyata keçirilir. Həmçinin, beynəlxalq hərbi əməkdaşlıq Müdafiə Nazirliyinin hərbi, hərbi-siyasi, hərbi təhsil və hərbi-texniki sahələrdə xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli formatda həyata keçirdiyi kompleks fəaliyyətlərdir. Azərbaycan beynəlxalq hərbi əməkdaşlığı həyata keçirməklə region ölkələri və regiondan kənar ölkələrlə ikitərəfli və çoxtərəfli münasibətlər qurur, Avro-Atlantik strukturlarlana inteqrasiyanı təmin edir. Məhz Azərbaycan ordusunun bu səviyyəyə yüksəlməsi gənclərin orduya marağının artmasına səbəb olub.

 

Olaylar.- 2016.- 29 noyabr.- S.15.