Müasir təhsil
sistemi ilə
dünyaya səs salan
Şimali Kipr
Əvvəli ötən
saylarmızda
Ağ dənizin incisi hesab edilən
Şimali Kipr Türk Respublikası müasir təhsil sistemi ilə
də dünyaya səs salıb. Ümumiyyətlə,
Şimali Kiprdə təhsil sahəsi davamlı olaraq
inkişaf edir, hər il bu sahədə yeni-yeni nailiyyətlər
əldə olunur. Şimali Kiprdə məktəbəqədər
təhsil, ibtidai təhsil və orta təhsilin birinci mərhələsi
icbari xarakter daşıyır. Məktəblərin əksəriyyəti
dövlət tərəfindən maliyyələşdirilir.
Ölkədə dövlət məktəbləri ilə
yanaşı, genişləndirilmiş təhsil proqramları
təklif edən özəl tədris ocaqları da
mövcuddur.
Ali təhsilə
gəldikdə isə Şimali Kipr Türk
Respublikasının ali təhsil sistemi günümüzdə
dünyanın aparıcı ölkələrinin ali təhsil
sistemi ilə ayaqlaşa bilmək qabiliyyətindədir. Bu
gün Şimali Kipr Türk Respublikasında fəaliyyət
göstərən universitetlər müasir təhsil ənənələrini
uğurla tətbiq edir, daha yüksək səviyyəli
mütəxəssis hazırlığı istiqamətində
rəqabət aparırlar. Hazırda bu ada ölkəsində
Doğu Akdeniz Universiteti, Şərqi Aralıq Dənizi
Universiteti, Yaxın Şərq Universiteti, Kipr Beynəlxalq
Universiteti, Girnə Amerikan Universiteti, Lefke Avropa Universiteti,
Türkiyənin Orta Şərq Texniki Universiteti. İstanbul
Texniki Universiteti və s. ali təhsil ocaqları fəaliyyət
göstərir. Hər bir ali təhsil ocağının
dünyanın aparıcı universitetləri ilə
ayaqlaşa bilmək qabiliyyəti, müasir standartlara cavab verən
tədris prosesi bu ölkəyə xarici ölkələrin gənclərinin
də böyük maraq göstərməsinən səbəb
olur. Günümüzdə Şimali Kiprdəki universitetlərdə
xarici ölkələrdən kifayət qədər əcnəbi
tələbələr təhsil alır. Son statistik bilgilərə
görə, hazırda Şimali Kipr Türk
Respublikasının ali təhsil müəssisələrində
dünyanın müxtəli ölkələrindən 100 minə
yaxın xarici tələbə təhsil alır.
Bu ada
ölkəsində səfərdə olarkən oranın ali təhsil
sisteminə nəzər yetirdikdə aydın oldu ki, Avropa
ölkələrində olduğu kimi, Şimali Kipr Türk
Respublikasının ali təhsil pilləsində bakalavr səviyyəsi
4 il davam edir. Magistratura səviyyəsi diplomdan sonrakı dərəcə
kimi qəbul olunur. Bakalavr səviyyəsini bitirən məzunlar
öz təhsillərini magistratura səviyyəsində
müvafiq ixtisaslar üzrə davam etdirə bilirlər. Elmi
araşdırmaları əhatə edən doktorantura ali təhsilin
üçüncü səviyyəsi hesab olunur. Doktoranturaya
yalnız magistraturanı bitirmiş məzunlar qəbul edilirlər.
Şimali Kiprdə fəaliyyət göstərən ali təhsil
müəssisələri ildən ilə beynəlxalq əlaqələrini
və tələbə mübadiləsinin səviyyəsini
yüksəltməyə nail olurlar. Hər il inkişaf etdirilən
beynəlxalq əlaqələr bir o qədər çox xarici
ölkə gəncinin ali təhsil almaq üçün
Şimali Kiprə üz tutmasına gətirib
çıxarır. Şimali Kipr Türk Respublikası təhsil
və elmi əməkdaşlıq sahələrində beynəlxalq
əlaqələrin inkişafına xüsusi önəm
verir. Bu baxımdan Boloniya prosesi və onun müddəalarının
tətbiqi, universitetlərarası və beynəlxalq təşkilatlarla
ikitərəfli razılaşmalar, birgə əməkdaşlıq
məsələləri daim diqqət mərkəzində
saxlanılır. ERASMUS mübadilə proqramı, Aralıq dənizi
ölkələri əməkdaşlıq proqramları və
digər təhsil proqramları üzrə əlaqələr
genişləndirilir. Tələbə mübadiləsi sahəsində
ilbəil daha müsbət nəticələr qazanılır,
elmi əlaqələrin inkişafına hərtərəfli dəstək
verilir.
Şimali
Kipr Türk Respublikasının dövlət ali təhsili
müəssisələrindən biri də Doğu Akdeniz
Universitetidir. Bu təhsil ocağı 1979 -cu ildən Yüksək
Texnologiya İnstitutu adı ilə fəaliyyətə
başlayıb. Əvvəl adi bir təhsil müəssisəsi
kimi fəaliyyət göstərən bu təhsil ocağı
1985-ci ildə Şimali Kipr Türk Respublikası və
Türkiyə Respublikası hökumətləri arasında
"Doğu Akdeniz Universiteti" adında bir universitetin
qurulması barədə əldə edilən
razılaşmadan sonra tam olaraq fəaliyyətə
başlayır. 1986 -cı ildə Şimali Kipr Türk
Respublikasının qəbul etdiyi və 18/86 saylı
Şimali Kipr Təhsil Vəqfi və Doğu Akdeniz Universiteti
Quruluş Aktı ilə Yüksək Texnologiya İnstitutu,
DAU adını alaraq bir dövlət universitetinə
çevrilir. Bu gün Şimali Kipr Türk
Respublikasının yeganə dövlət ali təhsil müəssisəsi
sayılan Doğu Akdeniz Universitetində onlarla fakultə fəaliyyət
göstərir. 2005 -ci ildə Doğu Akdeniz Universiteti Avropa
Universitetlər Birliyi (European University Association) və Beynəlxalq
Universitetlər Birliyinin (IUA) tam hüquqlu üzvü
seçilir. Şimali Kipr Türk Respublikasının Doğu
Akdeniz Universitetinin bütün proqramları Türkiyə
Cümhuriyyətinin Yüksək Öyrətim Kurulu tərəfindən
təsdiq edilib. Universitetdə 10-dən artıq ölkədənon
minlərlə tələbə təhsil alır. Həmçinin
təhsil ocağında fərqli-fərqli ölkələrdən
minlərlə təhsil işçisi
çalışır. Bir neçə hektar ərazini əhatə
edən Doğu Akdeniz Universitetinin yerləşdiyi məkanda təhsil
binaları və laboratorıyalar, bağlı və
açıq idman salonları, mədəniyyət ocaqları,
tələbə və müəllimlərin asudə
vaxtının səmərəli təşkili
üçün məkanlar, kafe və çayxanalar, ictimai
iaşə obyektləri, səhiyyə müəissəsi belə
mövcuddur. DAU 2014-cü ildə Vebometrics dünya
sıralamasına görə dünyadakı 25 minə
yaxın universitet arasında aparılan araşdırma əsasında
dünyanın ən yaxşı ilk ali təhsil ocağı seçilib.
Həmçinin universitet Avropa Birliyi ölkələri
universitetləri arasında öndə gedən universitetlərdən
hesab edilib. Bundan başqa URAP tərəfindən
açıqlanan qiymətləndirməyə görə
2014-ci ildə DAU dünyanın ən yaxşı 2000
universiteti sırasında yer alıb. Günümüzdə
DAU Beynəlxalq Universitetlər Birliyi, Avropa Universitetlər
Birliyi, Aralıq dənizi Universitetlər Birliyi və İslam
Ölkələri Universitetləri Federasiyasının tam
üzvüdür. Beynəlxalq akreditasiyalara ciddi diqqət
yetirən DAU bir çox beynəlxalq elmi təşkilatlardan
alınmış akreditasiyalara sahibdir. Universitetin Mühəndislik
Fakültəsinin Birləşmiş Ştatlardakı
Texnologiya və Mühəndislik Proqramlarıa nəzarət
edən ABET tərəfindən verilmiş akreditasiyası
vardır. Bu akkreditasiya mühəndislik sahəsində
dünyadakı ən prestijli akreditasiyalardan hesab edilir. Burada
bir məqamı diqqətə almaq lazımdır ki, Doğu
Akdeniz Unoversoteti ilə yanaşı Türkiyədən
yalnız beş universitet bu akreditasiyaya malikdir. Həmçinin
memarlıq fakültəsinin memarlıq hissəsinin MİAK,
müəssisə və iqtisadiyyat fakültəsi, turizm
fakültəsi ilə Kompüter və Texnologiya Yüksək
Məktəbinin FIBAA akreditasiyasına sahibdir. Təhsil
fakültəsinin isə İngilis Dili Təhsil bölməsinin
akreditasiyası var. Bütün bunlarla yanaşı Turizm və
Otelcililik Yüksək Okulu TEDQUAL, Kompüter və Texnologiya Məktəbi
Kompüter Texnologiyası və İnformasiya Sistemləri
Proqramı
akreditasiyasına malikdir. Xarici dillər və ingilis
hazırlıq məktəbinin isə EDEXCEL akreditasiyası
var. Universitetin müəssisə və iqtisadiyyat fakültəsi
isə Türkiyədə yalnız üç universitetin
üzv olduğu AACSB-yə üzvdür.
Yüksək
standartlara cavab verən infrastrukturu, bacarıqlı və
çevik təhsil heyəti, dünyanın 106 ölkəsindən
gələn 20 min şagirdi, 35 ölkədən mindən
artıq təhsil işçisinin
çalışdığı, bütün dərslərini
ingilis dilində tədris edən, eyni zamanda ikinci və
üçüncü bir xarici dil öyrənmə imkanı
qazandıran beynəlxalq akreditasyitalara sahib olan Doğu Akdeniz
Universiteti gələcəyin bilikli, savadlı,
bacarıqlı kadrlarının hazırlanmasında əvəzsiz
faydası olan bir ali təhsil müəssisəsidir.
Şimali
Kipr Türk Respublikasına səfərimiz zamanı Doğu
Akdeniz Universitetinə təşkil edilın ekskursiya zamanı
biz yuxarıda qeyd etdiklərimizin hamısının canlı
şahidi olduq. Belə ki, Doğu Akdeniz Universitetinin tələbələri
yüksək təhsil əldə etməklə yanaşı
asudə baxtlarını da səmərəli keçirə
bilirlər. Bunun üçün təhsil müəssisəsinin
həyətində geniş infrastruktur yaradılıb.
Doğu Akdeniz Universitetinin tələbələri təhsil
ocağının həyətində
quraşdırılmış mövcud idman qurğularının
imkanlarından istifadə edə bilirlər. Universiteyin həyərində
yaradılmış 5000 nəfərlik stadion,
üzgüçülük salonu, 66500 kvadrat metrlik
açıq idman sahəsi. 3500 nəfərlik İdman
Sarayı məhz universitet tələbələrinin istifadəsindədir.
Bundan başqa universitetdə 50-dən çox tələbə
və şagird klubu fəaliyyət göstərir ki, bunlar da
DAU tərkibindəki Beynəlxalq Mərkəz adı
altında Beynəlxalq Tələbə Birliklərində təmsil
olunurlar. Universitet tələbələri ictimai və mədəni
fəaliyyətlərdə də yaxından iştiak edirlər.
Məlumat üçün qeyd edək ki, təhsil
ocağındakı tələbə cəmiyyətlərindən
birinə də həmyerlimiz Toğrul Abbasov rəhbərlik
edir. DAU-da həmçinin Sağlamlıq Mərkəzi fəaliyyət
göstərir. Həmin Sağlamlıq Mərkəzinin tərkibində
isə 30-dan artıq Araşdırma Mərkəzləri fəaliyyət
göstərir. Bu sırada Psixoloji Məsləhət və
Araşdırma Mərkəzi, Əlaqə və Karyera
Araşdırma Mərkəzi və s. göstərmək olar.
Həmin mərkəzlərdən Doğu Akdeniz Universitetində
təhsil alan bütün tələbələr yararlana bilir.
Universitetin bir digər özəlliyi tələbə və şagirdlər
üçün yataqxananın olmasıdır. Universitetin yerləşdiyi
ərazidə inşa edilmiş yataqxanadan 10 minə yaxın tələbə
yararlana bilir.
Hər
bir tələbə üçün təhsildən sonra gələn
ən önəmli məsələ təqaüddür. Bu
baxımdan Doğu Akdeniz Universitetində təhsil alan tələbələrin
bəxti gətirib desək yanılmarıq. Belə ki, təhsil
ocağında çox geniş və şərtsiz davam eden təqaüd
imkanları var. Hər tədris ilində təhsilini yüksək
qiymətlərlə başa vuran tələbələr
ödədikləri təhsil haqqı qədər təqaüd
qazana bilirlər. Bununla da bir növ onlar universitetdə pulsuz təhsil
almış olurlar.
DAU beynəlxalq
əlaqələri də yüksək səviyyədə
inkişaf edib. Belə ki, təhsil ocağı
dünyadakı 200-dən çox universitet ilə əməkdaşlıq
edir və həmin təhsil müəssisələri ilə
müvafiq razılaşmalar imzalayıb. Bundan başqa gənclərin
qloballaşan dünyada fərqli mühitlərdə təhsil
almalarına imkanı təmin etmək məqsədi ilə
dünyanın bütün ölkələrindəki
nüfuzlu yüksək təhsil müəssisələri ilə
mübadilə proqramları mövcuddur.
Bu mübadilə proqramı çərçivəsində tələbələr
həmin universitetlərdə bir il təhsil haqqı əldə
edə bilməkdədirlər. Məsələn, tələbələr
Amerikadakı Central Connecticut Dövlət Universiteti, Long Beach
Dövlət Universiteti, San Diego Dövlət Universiteti və
Louisiana Dövlət Universiteti kimi ali təhsil müəssisələrində
sözügedən proqramı çərçivəsində
təhsil almaq şansı əldə edirlər.
Beləliklə,
Şimali Kipr Türk Respublikasına səfərimizin sonuncu
gününü də dünyayca məşhur Doğu Akdeniz
Universiteti ilə tanışlıqla başa vururuq. Artıq
Yavru Vətəndan Ana Vətənə dönmək
zamanıdır. Altı illik aradan sonra Şimali Kiprdə
gördüyüm müsbət dəyişikliklər, məni
bir daha Ağ Dənizin mirvarisinə heyran edir. Bir daha və
tezliklə yenidən Şimali Kipr Türk Respublikasına səfər
etmək arzusu ilə yaşıl adanı tərk edirik.
Süleyman İsmayılbəyli
Bakı-İstanbul-Lefkoşa-Bakı
Olaylar.- 2016.- 30 noyabr.- S.10.