Şəhidlərin ruhuna
göstərilən
yüksək ehtiram
Gənclərin vətənpərvərlik
hisslərini artırır
Gənclərin
milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik
hisslərinin artırılması günümüzdə
mühüm əhəmiyyət kəsb etdiyindən yerlərdə
də bu istiqamətdə mühüm silsilə tədbirlər
həyata keçirilir, mədəni kütləvi tədbirlər
təşkil olunur. Bu mənada cəbhə xəttində yerləşən
rayonların gəncləri də diqqətdən kənarda
qalmır. Xüsusilə Qazax rayonunda müntəzəm olaraq
gənclərin vətənpərvər ruhda tərbiyəsinə
yönəlik tədbirlər təşkil olunur.
Torpaqlarımızın
bütövlüyü uğrunda gedən döyüşlərdə
şəhid olan qəhrəman oğullarımızın xatirəsinin
daim uca tutulması da rayon gəncləri arasında vətənpərvərlik
hisslərinin artmasına müsbət təsir göstərir.
Bu günlərdə
rayonda şəhid Elvin Namazovun ad günü qeyd olunub. Məlumat
üçün qeyd edək ki, cari ilin aprel ayında
düşmənə qarşı döyüşlərdə
Qazax rayonunun verdiyi 3 şəhiddən biri də baş
leytenant Namazov Elvin Məmməd oğludur. Bununla əlaqədar
şəhidin uyuduğu Yuxarı Salahlı kənd qəbiristanlığında,
şəhidin məzarı önündə tədbir
keçirilib. Tədbirdə şəhidin doğmaları,
döyüş yoldaşları, idarə, müəssisə
və təşkilat rəhbərləri, kənd sakinləri,
kütləvi informasiya vasitələrinin nümayəndələri
iştirak edib. Qazax rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov
çıxış edərək Elvinin keçdiyi
şanlı döyüş yolundan, onun mübarizliyindən,
Azərbaycan Silahlı Qüvvələrinin Elvin kimi igidlərin
sayəsində aprel döyüşlərində düşmənə
sarsıdıcı zərbələr endirməsindən
danışıb. Bildirib ki, Elvinin keçdiyi
döyüş yolu bir nümunədir. Onun xatirəsinə
şəhərin H.Əliyev prospektində bulaq inşa olunub.
Sonra rayon Ağsaqqallar Şurasının sədri Xanqulu
Süleymanov, Azərbaycan Yazıçılar Birliyinin Qazax
zona filialının sədri, əməkdar incəsənət
xadimi, şair Barat Vüsal, polis şobəsinin rəisi,
polkovnik Natiq Həsənov, Səərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin rayon şöbəsinin rəisi Vüqar Mirzəyev,
"Qarabağ Müharibəsi Əlilləri, Veteranları və
Şəhid Ailələri" İctimai Birliyinin Qazax rayon
şöbəsinin sədri Xasay Balayev, Silahlı Qüvvələrin
"Ehtiyyatda olan zabitlər" Konfederasiyasının Qazax
rayon şöbəsinin sədri Baxış Hüseynov, hərbiçilər
və başqaları çıxış edərək
bildiriblər ki, Elvinin xatirəsi həmişə əziz
tutulacaq, ailə üzvləri daim dövlətin və
insanlarımızın diqqətində olacaq. Daha sonra şəhidin
ruhuna dualar oxunmuş, ehsan süfrəsi açılıb.
Ümumilikdə, şəhid və milli qəhrəmanların
xatirəsi hər zaman uca tutulur, ehtiramla yad edilir. Vətənimizin
müstəqilliyi və ərazi bütövlüyü
uğrunda şəhid olan oğul və qızlarımızın
adı dövlətimiz tərəfindən hər zaman uca
tutulub, əbədiləşdirilib. Şəhidlərin
adına salınmış bulaqlar, qoyulmuş büst və
xatirə lövhələri bunun bariz nümunəsidir. Rayon rəhbərliyinin
diqqət və qayğısı sayəsində artıq Qazax
şəhərindəki şəhidlər qəbiristanlığı,
eləcə də Yuxarı Salahlı və Daş Salanlı
kəndlərindəki Şəhidlər Xiyabanları əsaslı
təmir edilib. Hazırda Çaylı, Xanlıqlar və
İkinci Şıxlı kəndlərindəki Şəhidlər
Xiyabanlarında təmir işləri davam etdirilir. Rayon rəhbərliyinin
tapşırığına əsasən aprel ayında
qoşunların təmas xəttində erməni
işğalçıları ilə döyüşlərdə
qəhrəmancasına şəhid olan Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin hərbi
qulluqçuları - kapitan Orucov Mühüd Qurban oğlu,
baş leytenant Namazov Elvin Məmməd oğlu və Əliyev
Orxan Məhəmməd oğlunun xatirəsini yad etmək,
onların adını əbədiləşdirmək
üçün bulaqların tikintisinə
başlanılıb.
Qoşunların təmas xəttində erməni
işğalçıları ilə döyüşlərdə
şəhid olmuş Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin hərbi qulluqçusu Əliyev Orxan Məhəmməd
oğlunun Aslanbəyli kəndində doğum günü qeyd
olunub. Tədbirdə Rayon İcra Hakimiyyətinin
başçısı cənab Rəcəb Babaşov,
Aparatın məsul işçiləri, şəhidin ailə
üzvləri və doğmaları, hərbi hissənin və
SHXÇDX Rayon şöbəsinin əsgər və zabitləri,
idarə, müəssisə, təşkilat rəhbərləri,
Qarabağ Müharibəsi əlilləri, veteranları, şəhid
ailələri, ictimaiyyət və KİV nümayəndələri
iştirak ediblər. Əvvəlcə, Vətən uğrunda
canından keçmiş şəhidlərin əziz xatirəsi
bir dəqiqəlik sükutla yad edilib və şəhidin məzarı
önünə gül-çiçək dəstələri
qoyulub. Tədbiri Qazax rayonu İcra Hakimiyyətinin
başçısı cənab Rəcəb Babaşov
açaraq şəhidin həyatı və keçdiyi
döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan
danışıb. Qeyd edib ki, Azərbaycan Ordusunun qüdrəti,
gənclərimizin Vətən sevgisi, əsgərlərimizin
döyüşlərdəki şücaəti, Silahlı
Qüvvələrimizin gücü, xalq ilə ordunun birliyi sayəsində
işğal altındakı bütün torpaqlarımız
azad olunacaqdır. Ali baş komandan İlham Əliyevin əmri
ilə döyüşə hər an hazır olan silahlı
qüvvələrimizin ölkəmizin ərazi
bütövlüyünü təmin edəcəyi
günün çox da uzaqda olmadığını və
Orxan kimi şəhid hərbiçilərimizin qanının
yerdə qalmayacağını bildirib. Tədbirdə şəhidin
döyüş yoluna nəzər salanlar onun əsl vətənpərvər,
qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbiçi
olduğunu söyləyiblər. Bildirilib ki, Əliyev Orxan Məhəmməd
oğlu 11 avqust 1995-cı ildə Qazax rayonunun Aslanbəyli kəndində
anadan olub. 2011-ci ildə Bakıda Texniki Kollecinə
"Avtomobil nəqliyyatı" şöbəsinin "Yol hərəkətinin
təşkili" ixtisası üzrə daxil olub, 2015-ci ildə
həmin kolleci bitirib. Əliyev Orxan kollecdə oxuduğu
müddətdə çalışqan, tərbiyəli,
nizamlı-intizamlı və məsuliyyətli tələbə
olub. Ona dərs deyən müəllimlərin rəğbətini
qazanıb. Kollecdə təhsil aldığı müddətdə
müəllimlərin yaddaşında nümünəvi tələbə
kimi qalıb. O, yaxşı insan olmaqla yanaşı, həmdə
çalışqan, tələbə yoldaşlarına
qarşı mehriban olub. Orxan Əliyev hərbi dərslərdə
həmişə fəal iştirak edib. Onda vətənpərvərlik
ruhu hələ tələbəlik illərindən
formalaşıb. Hər an torpaqlarımızın erməni işğalçılarından
azad olunmasını düşünürdü. Orxan Əliyev
02.04.2016-cı il tarixdə Tərtər istiqamətində gedən
döyüşlərdə şəhid olub. "Hərbi xidmətdə
fərqləndiyinə görə" 3-cü dərəcəli
medalı ilə təltif edilib. Daha sonra qeyd olunub ki,
torpaqlarımızın ərazi bütövlüyü
uğrunda canından keçən bütün şəhidlərimiz
kimi, Orxan Əliyev də heç zaman unudulmayacaq və onun əziz
xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.
Sonda orta məktəb şagirdlərinin ifasında şəhidlərimizə
həsr olunmuş şerlər səsləndirilmiş və
kompozisiya göstərilib. Ümumiyyətlə, bu gün
Qazaxda heç kimə sirr deyil ki, Rayon İcra Hakimiyyətinin
başçısı cənab Rəcəb Babaşov fəaliyyətə
başladığı ilk gündən şəhidlərimizə,
onların ailə üzvlərinə, xüsusi diqqət və
qayğı göstərir, problemləri ilə yaxından
maraqlanır. Bu mənada ilk olaraq şəhidlərimizin
uyuduğu qəbiristanlıqlar, onların xatirəsnə
ucaldılmış abidələr, parklar və xiyabanlar ziyarət
olunmuşdur və onların abadlaşdırılması
üçün lazımi tapşırıqlar verilib. Son
zamanlar Qazax şəhərindəki, Daş Salahlı kəndindəki
şəhid qəbiristanlıqları, Yuxarı Salahlı kəndindəki
Şəhidlər Xiyabanı heç də ürək
açan vəziyyətdə deyildi. Göstərilən laqeyd
münasibətdən, baxımsızlıq ucbatından hər
üç ünvanda pis vəziyyət yaranıb. Bu isə
şəhidlərimizin doğmalarını, ailə üzvlərini
haqlı olaraq narahat edirdi. Verilən tapşırıqlar nəticəsində
hər üç ünvanda dərhal tikinti-bərpa və
abadlıq işlərinə başlanıldı. Şəhidlərimizin
adına layiq məqsədyönlü işlər
aparılıb. Görülmüş işlər cənab Rəcəb
Babaşovun şəhidlərimizə və onların ailələrinə
göstərdiyi diqqət və qayğının əyani təzahürü
idi. Bu günlərdə aparılmış tikinti, abadlıq
və yenidənqurma işlərindən sonra Qazax rayon İcra
Hakimiyyətinin başçısı cənab Rəcəb
Babaşovun, Aparatın məsul işçilərinin,
hüquq mühafizə orqanlarının, SHXÇDX Qazax rayon
şöbəsinin əməkdaşlarının, idarə,
müəssisə və təşkilat rəhbərlərinin,
şəhid ailələrinin, müharibə
veteranlarının, əlillərin, gənclərin, ictimaiyyət
və KİV nümayəndələrinin iştirakı ilə
Yuxarı Salahlı kəndindəki Şəhidlər
Xiyabanı və Daş Salahlı kəndindəki şəhidlər
qəbiristanlığı əsaslı təmirdən sonra
ziyarət olunub. Əvvəlcə, hər iki kənddə
şəhidlərin əziz xatirəsi anılmış və
abidələri önünə tər qərənfil dəstələri
qoyulub. Şəhidlərin ruhuna dualar oxunub. Daş Salahlı
kəndində şəhid bacıları Hicranə Məmmədova,
Pəri Pənahova, şəhid anası Sürəyya Cəbiyeva,
kənd ağsaqqalı Mustafa Mahmudov, Yuxarı Salahlı kəndində
isə şəhid anası Sona Kazımova və kənd
ağsaqqalı Abdulla Məmmədov çıxış
ediblər. Hər iki kənddə çıxış edənlər
şəhidlərə, onların ailə üvzlərinə
göstərilən diqqət və qayğıya görə
dövlət başçısı İlham Əliyev cənablarına
dərin minnətdarlıqlarını bildiriblər. Rayon
İcra Hakimiyyətinin başçısı təyin olunan
gündən şəhidlərimizə, onların ailə
üzvlərinə göstərdiyi səmimi və doğma
münasibətə, hərtərəfli köməyə və
yardıma görə cənab Rəcəb Babaşova səmimi
razılıqlarını ifadə ediblər. Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov
hər iki mərasimdə çıxış edərək
bildirib ki, ölkəmizdə şəhidlərimizin əziz
xatirəsi həmişə uca tutulur, daim yad olunur. Onlar həmişə
qəlblərdə yaşayırlar. Şəhidlik ən
yüksək zirvədir. Bu zirvəyə yalnız vətənini
canından artıq sevənlər yüksələ bilirlər.
Bu gün əlkəmizdə şəhidlərimizə
dövlət səviyyəsində xüsusi diqqət və
qayğı göstərilir. Onların adı, xatirələri
əbədiləşdirilir. Şəhid ailələrinə
dövlətimizin köməyi və yardımı getdikcə
daha da artır. Bu gün biz əminliklə deyə bilərik
ki, şəhid ailələri dövlətimizin
qayğısını hər an öz üzərlərində
hiss edirlər. Şəhid adlarının əbədiləşdirilməsi,
Şəhid ailələrinin, Milli Qəhrəmanların,
müharibə əlillərinin və veteranlarının
sosial təminatının
yaxşılaşdırılması məqsədilə
dövlətimiz tərəfindən ardıcıl tədbirlər
həyata keçirilir. Bu, həmişə belə
olacaqdır. Şəhidlər ölmürlər, əbədi
yaşayırlar.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 1-3 oktyabr.- S.15.