Gənclər hərbi xidmətə
vətənpərvər ruhda gedir
Gənclərin milli mənlik
şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik
hisslərinin artırılması istiqamətində həyata
keçirilən tədbirlər artıq silsilə xarakter
alıb. Bu mənada Azərbaycan Respublikasının Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidməti də fəaliyyət
istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının
hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə
və gənclərdə vətəndaşlıq hisslərinin
yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi
və ərazi bütövlüyü uğrunda mübarizəyə
hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə
mütəmadi olaraq ictimai tədbirlər həyata
keçirir. Xidmətin 2016-cı il üçün fəaliyyət
planına əsasən Abşeron Rayon İcra hakimiyyəti ilə
birgə "Vətənin müdafiəsinə
hazıram!" mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə
Abşeron Rayon İcra hakimiyyətinin başçısı
İradə Gülməmmədova, Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidməti rəsinin müavini general-mayor Novruzəli
Orucov, Azərbaycan Əfqanıstan Müharibəsi
Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev,
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının üzvü, "Tərxis Olunmuş Hərbçilərin
Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri
Emin Həsənli, orta məktəblərin yuxarı sinif
şagirdləri, şəhid ailələrinin üzvləri,
Qarabağ müharibəsi veteranları iştirak ediblər. Tədbir
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi
ilə başlanılıb, daha sonra Azərbaycan Respublikasının
ərazi bütövlüyü və suverenliyi uğrunda
şəhid olmuş vətəndaşlarımızın
xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri
giriş sözü ilə açan Abşeron Rayon İcra
Hakimiyyətinin başçısı İradə Gülməmmədova
bildirib ki, belə tədbirlərin keçirilməsi gənclərin
vətənpərvərlik ruhunda tərbiyəsində
mühüm rol oynayır. Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov
çıxışında Silahlı Qüvvələrimizin
müasir hərbi texnika və silahlarla təchizatı məsələlərinə
toxunaraq, Azərbaycan Ordusunun bütün göstəricilər
üzrə regionun ən qüdrətli ordusu olduğunu qeyd
edib. Daha sonra çıxış edən Azərbaycan
Əfqanıstan Müharibəsi Veteranları İctimai
Birliyinin sədri Məhəmməd Vəliyev Azərbaycan
Silahlı Qüvvələrinin formalaşmasında
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri
haqqında gənclərə ətraflı məlumat verib. Azərbaycan
Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının üzvü,
"Tərxis Olunmuş Hərbçilərin Gəncləri
Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli
qeyd edib ki, Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi
istiqamətində həyata keçirdiyi tədbirlər gənc
nəslin milli ruhda tərbiyə edilməsi işinə
müsbət təsir edir. Tədbirdə şəhid ailələrinin
nümayəndəsi, veteranların nümayəndəsi,
çağırışaqədərki hazırlıq rəhbəri,
N saylı hərbi hissədə nümunəvi xidmətinə
görə fərqlənən əsgər, eləcə də
"Çağırışaqədərki
hazırlıq" fənnində yüksək nailiyyət
göstərən şagird mükafatlandırılıb. Tədbirin
bədii hissəsində vətənpərvərlik
mahnılarının mahir ifaçısı Şəmistan
Əlizamanlı və Abşeron rayon məktəblərinin
özfəaliyyət kollektivləri vətənpərvərlik
mövzusunda tərtib edilmiş proqramla çıxış
ediblər.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2016-cı il üçün fəaliyyət planına əsasən növbəti tədbirini Qazax Rayon İcra hakimiyyəti ilə birgə keçirib. "Vətənin müdafiəsinə hazıram!" mövzusunda keçirilən tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin şəxsi heyəti, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bildirib ki, Azərbaycan xalqı ordusuna inanır və Silahlı Qüvvələrimizin işğal altında olan torpaqlarımızı tezliklə azad edəcəyinə əmindir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov çıxışında aprel döyüşlərində Azərbaycan ordusunun düşməni ağır məğlubiyyətə uğratmasının ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirdiyini qeyd edib. Daha sonra çıxış edən Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkil etdiyi belə tədbirlərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli qeyd edib ki, aprel döyüşlərində Azərbaycan xalqı yekdilliklə Ali Baş Komandanın yanında olduğunu bir daha nümayiş etdirib. Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, Qazax rayonunda yerləşən N saylı hərbi hissədə nümunəvi xidmətinə görə fərqlənən əsgər, eləcə də "Çağırışaqədərki hazırlıq" fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılıb. Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Qazax rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış ediblər.
Goranboy rayonunun Ağcakənd qəsəbəsində bir qrup müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun ehtiyata buraxılmasına həsr olunmuş təntənəli mərasim keçirilib. Tədbirdə bu qəsəbədə məskunlaşmış Xocalı rayonu ictimaiyyətinin nümayəndələri, müharibə veteranları, şəhid ailələrinin üzvləri və məktəbli gənclər iştirak ediblər. Əvvəlcə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun ehtiyata buraxılan hərbi qulluqçulara təbrik-müraciəti oxunub. Birlik komandirinin şəxsi heyətlə iş üzrə müavini polkovnik Valeh Rəcəbov komandanlıq adından mərasim iştirakçılarını salamlayaraq, Vətən qarşısında əsgəri borclarını şərəflə yerinə yetirən aprel döyüşlərinin iştirakçılarına uğurlar arzulayıb. Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini polkovnik Abdulla Qurbani builki buraxılış mərasiminin əlamətdar bir gündə - dövlət müstəqilliyimizin 25 illik yubileyi ərəfəsində keçirildiyini xüsusi ilə qeyd edib və Silahlı Qüvvələrimizin hər bir döyüşçüsünə Vətən naminə xidmətlərində böyük nailiyyətlər qazanmağı diləyib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xocalı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Bəxtiyar Məmmədov, "Azərbaycan Bayrağı" ordenli, Əməkdar həkim Məmməd Nağıyev, Mədəniyyət və Turizm şöbəsinin müdiri Göyüş Həsənov, rayon prokruroru, baş ədliyyə müşaviri Şıxəli Alməmmədov, Müdafiə Nazirliyinin zabiti polkovnik Nazim Əhmədov, hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini, polkovnik-leytenant Elnur Həsənov və başqaları ehtiyata buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına ən səmimi arzularını bildirərək mülki həyatda da onlara Vətənə sədaqətlə xidmət edəcəklərinə əminliklərini bildiriblər. Üç qardaşı və atası Xocalıda şəhid olmuş Xumar xanım Səlimovanın çıxışı tədbir iştirakçılarına kövrək anlar yaşadıb. "Qardaşlarım Araz, Fəxrəddin, Mikayıl və atam Bahadur erməni qaniçənləri ilə qeyri-bərabər döyüşlərdə şəhid olublar. Qardaşım Araz Səlimov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb. Sinəmizə Xocalı boyda böyük bir dağ çəkilib. Çətin ki, biz bu dağları unudaq. Ancaq aprel döyüşlərində Azərbaycan əsgəri elə bir şücaət göstərdi ki, qismən olsa da dərdimizi, kədərimizi unutduq. Biz xocalılar da inanırıq ki, möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında, milli ordumuzun güc və qüdrəti ilə digər əzəli torpaqlarımız da işğaldan azad ediləcək. Bax, o vaxt Xocalımızın da yaraları sağalacaq. Mən bu gün ağlayaraq, sızlayaraq, göz yaşları axıdaraq danışmaq istəmirəm. Çünki üç qardaş və ata, neçə-neçə qohum-əqraba, Xocalı kimi bir cənnətməkan yurd itirsəm də, bu gün başımı uca tutaraq fəxrlə sizin qarşınızda dayanmışam. Mənim bu gün Silahlı Qüvvələrimizdə düşməndən intiqam alacaq yüzlərlə, minlərlə sizin kimi igid qardaşım var və onlar inanıram ki, aprel döyüşlərində olduğu kimi, tezliklə böyük qələbənin də sevincini xalqımıza yaşadacaqlar", - deyən Xumar xanım Azərbaycan Prezidentinə inandığını, Vətən əsgərlərinə güvəndiyini bir daha vurğulayıb. Cəbhə bölgəsində döyüş növbəsinin təhvili rəmzi olaraq ehtiyata buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Röyal Əhmədov aprel döyüşlərinin qəhrəmanlarına həsr olunmuş "Bayraqtəpə qartalları" vətənpərvərlik mahnısının sədaları altında öz silahını, dəmir dəbilqə və zirehli gödəkçəsini gənc əsgər Kazım Səlimzadəyə təhvil verib. Ehtiyata buraxılan aprel döyüşlərinin iştirakçılarına alqışlar altında hərbi bilet, nümunəvi xidmətlərinə görə fəxri fərman, valideynlərinə ünvanlanan təşəkkür məktubları təqdim edilib. Xocalı şəhər 4 saylı tam orta məktəbinin şagirdləri - gələcəyin əsgərləri olacaq məktəbli gənclər ehtiyata buraxılan döyüşçüləri gül-çiçək və alqışlarla yola salıblar.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 7 oktyabr.- S.15.