Azərbaycan caz musiqisi
Festivalda yüksək qiymətləndirildi
Bir neçə gün davam edən Alanya Beynəlxalq Caz Festivalı əsl musiqi bayrmına çevrilmişdi. Hər axşam qədim
qala divarları önündəki Qızıl
Qüllə meydanına
toplaşan yüzlərlə
tamaşaçı müxtəlif
ölkələrdən gələn
caz ifaçılarnı
maraqla dinləyirdilər.
Bu dəfə çıxışları mühsifəlr
heyəti qiymətləndirmirdi.
Sayca on üçüncü olan
ənənəvi caz festivalına onsuz da seçilmişlər dəvət almışdı.
İştirakçıların hər biri yaşından asılı
olmayaraq artıq peşəkar sənətçi
kimi tanınan insanlar idi.
Festivalın son gecəsi "Azərbycan günü" olaraq qonaqlara təqdim edildi. Bu tədbir bəzi özəllikləri
ilə diqqət kəçdi. Həmin axşam
festivalın türk aparıcıları Sema Emek və Yasin
Kınayla bərabər
azərbaycanlı həmkarları
Aysel Nazim də səhnəyə çıxıb konserti birlikdə idarə etdilər. Tamaşaçıları Azərbaycan nümayəndələri
adından salamlayan Aysel Nazim öncə
böyük ekranda ATV
kanalının hazırladığı
tanıtım video filminə
baxmağa çağırdı.
Bunu Azərbaycana qiyabi səyahət də adlandırmaq olardı.
Qısa müddətdə qonaqlar Azərbaycanın təbiəti,
tarixi abidələri,
musiqisi, rəqsi, milli mətbəxi barədə kifayət qədər ətraflı
təsəvvürə malik
oldular. Bakıda keçirilən beynəlxalq tədbirlərin
möhtəşəm açılış
mərasimlərini gördülər.
Filmin sonunda aparıcı bütün bu gözəllikləri gözüylə
görmək istəyənləri
Azərbaycana dəvət
etməyi də unutmadı. Sonra səhnəyə Alanya bələdiyyə başqanı
Adəm Yücel, Azərbaycanın millət
vəkilləri Nizami Cəfərov, Qənirə
Paşayeva, Musa Qasımlı
və Azərbaycan-Türkiyə
mədəni əlaqələrinin
inkişafında xüsusi
əməyi olan tanınmış telejurnalist,
ATV Müstəqil teleradio
şirkətinin Bədii
Şura sədri Etibar Babayev dəvət olundu. Adəm bəy Festival çərçivəsində
"Azərbaycan günü"
keçirilməsinin əhəmiyyətini
açıqladı. Bələdiyyənin dəvətini qəbul edib Alanyaya gələn
millət vəkillərinə
təşəkkürünü bildirdi. Azərbaycanla Türk dostluğunun
əbədi və sarsılmaz olduğunu söyləyən bələdiyyə
başqanı Adəm
Yücel belə səfərlərin, tədbirlərin
qarşılıqlı faydasından
danışdı. Millət
vəkilləri N.CƏfəvov,
Q.Paşayeva, M.Qasımlı
çıxışlarında ev sahiblərinə
təşəkkürlərini bildirməklə yanaşı,
bu dostluğun, qardaşlığın daha
da möhkəmlənməsi
üçün gələcəkdə
də əllərindən
gələni əsirgəməyəcəklərini
söylədilər. Salonda
müxtəlif xalqların
nümayəndələrinin iştirakını nəzərə
alan natiqlər
hər kəsi bir daha sülhə,
barışa, dostluğa,
qarşılıqlı əməkdaşlığa
səslədilər. Bu çağırışlara tamaşaçılar
sürəkli alğışlarla
həmrəylik nümayiş
etdirdilər.
Sonra sənhəyə gənc bəstəkar və pianoçu Etibar Əsədlinin rəhbərliyi ilə Ruslan Hüseynov və Elvin bəşirovdan ibarət caz qrupu dəvət olundu. Bu üçlüyün ifasında səslənən royal, zərb alətləri və bas gitara səhnədə bir orkestr qədər emosional təsirə malik idi. Mahir tarzən Şəhriyar İmanovun səhnədə görünməsi öncə bir qədər təəccüblə qarşılandı. Milli musiqi aləti olan tar hara, caz musiqisi hara, deyə düşünənlər yəqin ki, az olmadı. Şəhriyar isə səhnədə soyuqqanlı dayanaraq Etibar Əsədlinin ifasını dinləyir və müdaxilə etməyə tələsmirdi. Elə ki, məqamı yetişdi, o da üçlüyün yaratdığı əzəmətli musiqi lövhəsinə öz naxışlarını vurmağa başlayaraq hamını heyran qoydu. Bəli, o tarın imkanlarını avropalılara tanıtdı. Öz məharəti ilə bir çoxunun ilk dəfə gördüyü musiqi alətinin qüdrətini nümayiş etdirdi. Bir qədər sonra royal arxasındakı Etibarla ayaq üstündə dayanıb tarı bağrına basan Şəhriyarın deyişməsinin tamaşaçıda yaratdığı ovqatı ifadə etmək çox çətindir. Bunu ancaq kənardan izləmək və istedadlı gənclərin böyük uğuruna sevinmək olardı. O gecə səslənən bütün mahnıların yeganə ifaçısı isə gənc müğənni Samirə Əfəndiyeva idi. O, xarici ölkədə belə mötəbər səhnədə ilk dəfə çıxış edirdi. Təbii ki, həyəcanlanırdı, təlaşı gözdən yayınmırdı. Amma bəlkə də elə bu hiss onun fitri istedadını bir qədər də səfərbər edib səhnədə cəsarətini artırırdi. Samirənin çətinliyi səhnəyə çıxana, mikrafonu əlinə alana kimi idi. Sonra onun özü də səhnədə dalğalanan ecazkar musiqinin qoynuna atılıb elə ustalıqla üzür, elə məharətlə süzürdü ki, ifasını qitymətləndirən tamaşaçıların alqış sədaları belə qulağna yetişmirdi. Samirənin üzü gülürdü və gülüşündən həm özünün, həm də qədirbilən tamaşaçıların hər birinin qəlbinə pay düşürdü.
İki saat davam edən konsert böyük müvəffəqiyyətlə başa çatdı. Bir daha qeyd edək ki, Festivalı tanınmış türk aparıcıları Səma Emek və Yasin Kınay idarə etsələr də "Azərbaycan günü"ndə olara azərbaycanlı həmkarları Aysel Nazim də qatılmışdı. Alanya bələdiyyə başqanı Adəm Jücel səhnəyə çıxaraq musiqiçilərə dərin minnətdarlığını bildirdi. Festival çərçivəsində "Azərbaycan günü" layihəsinin hazırlığında yaxından iştirakına görə ATV Müstəqil teleradio şirkətinə də təşəkkürünü yetirdi. ATV kanalının Azərbaycanla Türkiyə arasında dostluq əlaqələrinin möhməklənməsindəki fəaliyyətini yüksək qiymətləndirən Adəm bəy gələcəkdə də Azərbaycanın media mənsubları ilə sıx əməkdaşlığa hazır olduqlarını söylədi.
Festivalın gedişini geniş işıqlandıran Türk mətbuatı Azərbaycan caz ustalarının Beynəlxalq festivaldakı çıxışını yüksək qiymətləndirildi.
Aynur Nəriman qızı
Alanya
Xüsusi olaraq
"OLAYLAR" üçün
Olaylar.- 2016.- 8-10 oktyabr.- S.11.