Hərbi anda sadiq olan əsgərlərimiz

 

Şəhidlərin qanının yerdə qalmayacağına söz verirlər

 

Azərbaycan ordusunun döyüş taktikasının artırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Xüsusən, bu işlərə ölkənin müdafiə nazirinin şəxsən rəhbərlik etməsi əsgər və zabitlər arasında döyüş ruhunu artırmış olur. Bu günlərdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar. Azərbaycan Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətindəki Odundağ zirvəsi və Murov dağı bölgəsindəki bölmələrdə olan müdafiə naziri üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib.

Müdafiənin ön xəttində döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə tanış olub. Dağlıq ərazidə və çətin iqlim şəraitində düşmənlə qarşıdurma xəttində yerləşən bölmələrdə nazirə ərazidəki əməliyyat şəraiti barədə ətraflı məruzə edilib. Səngərlərdə döyüş növbəsi çəkən hərbi qulluqçular Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiklərini və Ali Baş Komandanın əmri ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda hər an döyüşə hazır olduqlarını bildiriblər. Eyni zamanda, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən cəbhəyanı zonada olan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti burada fəaliyyət göstərən və yerli şəraitə uyğunlaşdırılmış mobil səhra hospitalında olublar. Ən müasir tibbi avadanlıqla tam təchiz edilən və müharibə şəraitində ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan mobil səhra hospitalında yaradılan şəraitlə tanış olan müdafiə naziri müvafiq tapşırıqlarını verib. Bununla paralel olaraq yerli icra hakimiyyətləri də gənclərin vətənpərvərlik hissinin yüksəldilməsi istiqamətində mütəmadi tədbirlər keçirilər. Belə ki, Müdafiə Nazirliyi və Bərdə Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bərdə Rayon Mədəniyyət Mərkəzində "Xalqımıza qələbə sevinci bəxş edənlər" silsiləsindən aprel ayında cəbhə xəttində ermənilərin törətdikləri təxribatın qarşısını alarkən şəhid olmuş Azərbaycan Ordusunun baş leytenantı Ziya Həsənovun xatirəsini anma mərasimi keçirilib. Rayon ictimaiyyətinin nümayəndələri, Ziya Həsənovun xidmət etdiyi hərbi hissənin komandanlığı, döyüşçü dostları Bərdə şəhidlər xiyabanına gedərək şəhidin məzarını ziyarət ediblər. Mədəniyyət Mərkəzində Əməkdar İncəsənət Xadimi Abdulla Qurbaninin ssenarisirejissorluğu ilə Z.Həsənovun xatirəsinə həsr olunmuş "Ruhumuzun qələbəsi naminə" adlı kompozisiya təqdim edilib. Kompozisiyada Silahlı Qüvvələrin mahnı və rəqs ansamblı, Gəncə qarnizonu zabitlər evinin kollektivi, eləcə də Bərdə hərbi birliyinin bədii özfəaliyyət kollektivinin üzvləri iştirak ediblər. Tədbirdə Ziya Həsənovun həyat və döyüş yoluna işıq salınıb, qəhrəmanlığı təbliğ olunub. Təqdim edilən vətənpərvərlik mahnıları və hərbi marşlar tamaşaçıları Qarabağ uğrunda mübarizəyə səsləyib. Şəhidin ölümündən sonra dünyaya gəlmiş qızı Yağmurun səhnəyə gətirilməsi ilə Ziyanın ruhunun da səhnəyə gələrək və "Qarabağ uğrunda yenidə savaş başlarsa, balaca qızım Yağmurumun və Azərbaycanımızın gələcəyi naminə mən də ruhumla döyüşəcəyəm" deməsi tamaşaçılarda kövrək duyğuluqürur doğuran anlar yaşadıb. Tədbirin sonunda Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya çıxış edərək ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb, xalqımızın şəhidlərə yüksək ehtiram göstərdiyini və Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə hər an torpaqlarımızın azadlığı uğrunda döyüşə hazır olduğunu bildirib. Tədbirdə iştirak edən Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Cəmşid Naxçıvanski adına hərbi liseydə Ziya Həsənovun müəllimi olmuş Şakir Əhmədov, şəhid zabitin xidmət etdiyi hərbi birləşmənin komandiri Eldəniz İmaməliyev, Tərtər rayonundan gəlmiş Qarabağ müharibəsi veteranları çıxış edərək şəhidlərimizə Allahdan rəhmət diləyib, onların qanlarının yerdə qalmayacağına, işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə əminliklərini bildiriblər. Şəhidin atası Niyazi Həsənov göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını ifadə edib. Şəhid Ziya Həsənovun ölümündən sonra layiq görüldüyü "Cəmşid Naxçıvanskinin yubiley medalı" onun ailəsinə təqdim olunub. Bundan başqa, Hərbi Dəniz Qüvvələrində "Azərbaycan qadınının cəmiyyətdə və hərbi xidmətdə rolu" mövzusunda seminar keçirilib. Tədbiri Hərbi Dəniz Qüvvələrinin zabiti 1-ci dərəcəli kapitan Natiq Bağırov açaraq qeyd edib ki, Azərbaycan qadını zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyətləri ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş qadınlarımızın xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında böyük rolu olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə töhfələrini veriblər. Tədbir iştirakçıları bildiriblər ki, birinci Qarabağ müharibəsində də qadınlar döyüşlərdə iştirak edib, yaralılara xidmət göstərib, müxtəlif vəzifələrdə çalışıblar. Onlar nümunəvi xidmətlərinə görə ordenlər, medallar və fəxri fərmanlarla təltif ediliblər. Qeyd olunub ki, Silahlı Qüvvələrimizdə aparılan islahatlar nəticəsində qadınlar hazırda hərbi xidmətə daha çox cəlb olunub. Bu gün müxtəlif qurumlarda, xüsusilə də Hərbi Dəniz Qüvvələrində müxtəlif peşələrdə çalışan qadınlar fədakarlıqları ilə hər kəsə nümunədirlər. Sonra matros Çinarə Rzayeva çıxış edərək qadın hərbi qulluqçulara göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib. Həmçinin Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseydə Bərdə rayon Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 21 sentyabr-Beynəlxalq Sülh gününə həsr olunmuş "Biz sülh tərəfdarıyıq" mövzusunda yeniyetmə və gənclərin iştirakı ilə diskussiya keçirilib. İlk olaraq Ümummilli lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov açaraq yeniyetmə və gəncləri "Beynəlxalq Sülh günü" münasibəti ilə təbrik edərək qeyd edib ki, sülh bəşəri rəmzə çevrilərək insanların arzu etdiyican atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirən fundamental bir məfhumdur. "Ona görə də dünya ölkələrinin yekdil qərarı ilə BMT 1981-ci ildə 21 sentyabrın Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qərar qəbul etmiş, elə həmin vaxtdan bu gün bütün dünyada qeyd olunmağa başlayıb. Yeniyetmə və gənclərin iştirakı ilə keçirdiyimiz bu tədbirin məqsədi dünyada baş verən qlobal dəyişikliklərin baş verdiyi bir vaxtda qaynar nöqtələr barədə məlumatın toplanması və gənclərin bu barədə məlumatlılığının artırılması,dünyada sülhün qorunmasının vacibliyinin onlara çatdırılmasıdır. Əbədi mövzu olan Sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçünxüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, ən sülhsevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsinin vətəndaşları Ermənistanın ölkəmizə təcavüzü nəticəsində öz Vətənlərində didərginə dönüblər, uzun illər ərzində qurduqları ev-eşiklərindən, topladıqları sərvətlərindən məhrum olublar. Bu illərdə Azərbaycan həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində mühüm addımlar atıb. Görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan sonra hər şeydən əvvəl böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını aldı, 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzaladı, müharibəni dayandırdı, ölkədə sabitliyə nail oldu. Bu, həm də dövlətimizin sülh arzusunun ifadəsi idi. Bu gün qüdrətli və güclü orduya malik Azərbaycan və onun Prezidenti, Ali Baş Komandan İlham Əliyev də xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər görür". Rayon Təhsil şöbəsinin metodisti Sədiqə Vəliyeva çıxış edərək qeyd edib ki, İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. "O vaxtdan Beynəlxalq Sülh günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Krallıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib. Beynəlxalq Sülh günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən "Sülh Zəngi"nin çalınması ilə başlayır. Yaponiya Parlamentinin hədiyyəsi olan bu zəngin üzərində "Yaşasın Mütləq Dünya Sülhü" sözləri yazılıb".Tədbirin sonunda məktəb-liseyin şagirdlərinin və idarənin könüllülərinin hazırladıqları musiqili şeir kompozisiyası iştirakçılara təqdim edilib.

Məhz bu kimi tədbirlərin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələrinin bütün növündə vətənpərvərlik hissi yüksək səviyyədədir. Çünki, ideoloji cəhətdən hazırlanmış gənclər Vətənə xidmət etməyi özlərinə vətəndaşlıq borcu hesab edirlər. Elə bu günlərdə Dövlət Sərhəd Xidməti Akadеmiyasında keçirilən kursantların andiçmə mərasimində də bu fakt bir daha təsdiqini tapıb. Gənc kursantlar təntənəli şəkildə hərbi andı qəbul etdikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı gеnеral-polkovnik Еlçin Quliyеvin təbrik tеlеfonoqramı çatdırılmışdır. Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti Akadеmiyasının rəisi general-mayor Elşən Verdiyev Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərindən, böyükvlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasından danışmış, Vətənə, dövlətə sədaqət andı içən kursantları təbrik edərək, hərbi anda daim sadiq qalacaqlarına, təhsildə və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminliyini bildirərək onlara müvəffəqiyyətlər arzulamışdır. Azərbaycan Rеspublikasının Prеzidеnti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyеvin 2010-cu ilin avqust ayının 10-da akademiyanın açılış mərasimində iştirak еtməsinin qürur hissi ilə xatırlandığı tədbirdə Dövlət Sərhəd Xidməti Akadеmiyasında kursantların sərhədçi zabit kimi hazırlanması üçün ən yüksək standartlara cavab verən şəraitin yaradılması, güclü еlmi-tədris bazası və yüksək ixtisaslı hərbi-pеdaqoji hеyətin formalaşdığı, akadеmiyanin zabit-gizir, profеssor-müəllim hеyətinin gənc kursantların Vətənin layiqli müdafiəçiləri kimi yеtişmələri üçün qabaqcıl təcrübədən və səmərəli metodlardan bacarıqla istifadə еtmələri xüsusi vurğulanmışdır. Gənc kursantlar adından çıxış еdənlər hərbi biliklərə dərindən yiyələnəcəklərinə, dövlət sərhədlərini göz bəbəyi kimi qoruyacaqlarına, sərhədçı adını daim uca tutacaqlarına söz vеrmişlər.Tədbirdə çıxış еdən validеynlər övladlarının Dövlət Sərhəd Xidməti Akadеmiyasında təhsil almaları ilə fəxr еtdiklərini bildirmiş, gənc kursantlara dövlətimizə və xalqımıza sadiq, mərd və qürurlu zabit kimi yеtişərək Vətən torpaqlarının müdafiəsinə daim hazır olmalarını arzulamışlar. Mərasim şəxsi heyətin təntənəli marşla keçidi ilə başa çatmışdır.

 

Olaylar. -2016.- 14 oktyabr.- S.15.