Yunus Oğuzun
"Atilla"sı
Müasir Azərbaycan yazarlarından olan Yunus Oğuz
pyeslərində daha çox
tarixə və tarixi şəxsiyyətlərin
həyatına işıq salır. Onun
belə əsərlərindən biri də
"Attila" pyesidir.
Pyes türklərdən və türklərin
qəhrəmanı olan Attilanın fəaliyyətindən
bəhs edir. Pyes Qədim
Roma imperiyasının
parçalanmasından sonra yeni yaranmış dövlətin- Romanın təsviri
ilə başlayır. Əsərdə göstərilir ki, yeri yaranmış Roma dövləti təşviş içindədir.
Bunun səbəbini yazar
dövlətin şimal sərhədində
nə isə baş verməsi ilə
bağlayır. Romanın qonşuluğunda
olan qotlar Dunay çayını keçib
Romaya gəlmək istəyirlər.
Qotların bu ərazilərə
axınının səbəbi Roma imperatoru üçün
də qaranlıq qalır. Yazıçı İmperator Valentinin
bu narahatlığına
son qoymaq üçün
onunla kardinal Vasiliyin dialoqunu təqdim edir:
- "Niyə qotlar
Dunay çayı sahilinə yığışıblar?"
Kardinal Vasiliy isə cavab verir ki, "Əlahəzrət, aldığım
məlumata görə
kimlərsə onlara hücum edir, çadırlarını yandırır,
kişilərini öldürür". Bu müəmmalı hücumun
kimlər tərəfindən
törədilməsinin axtarışı
ilə əsərin düyünü vurulur.
Müəllif bu epizodla imperatorun təəccüblü
durumunu canlandırır.
Çünki bu dövrdə
bunu edəcək tək tayfa İskitlər idi ki, onlar da
zəifləmişdilər. Həmin qüdrətli tayfanın adını bilən yox idi. Yalnız onlar haqqında məlumat qotlarla olan döyüş səhnəsindən verilirdi.
Bu tayfa ox atmaqda,
at oynatmaqda, qılınc
tutmaqda mahir idi.
Yazar Roma imperatorunun
narahatlıq dolu suallarına cavab vermək üçün,
qotlar kralı Atanarixi hədəf seçir. Qotların kralının verdiyi
bilgidən məlum olur ki, qotları
Roma ərazilərinə axın
etməyə məcbur
edən tayfa Hun tayfasıdır.
Müəllif dialoqlar zamanı göstərir ki, hunlar üç dənizin arasını özlərinin vətəni
hesab edirlər. Buradan belə
nəticəyə gəlmək
olur ki, qədim tarixə malik Hun tayfaları öz tarixi torpaqlarında məskunlaşmağa
başlayırlar. Bu tayfa əvvəllər
Roma ərazisində məskunlaşmışdır.
Onlar İskitləri özlərinin
babaları hesab edirlər.
Pyesdə yenidən onların öz tarixi torpaqları uğrunda mübarizə aparmaları
təsvir olunur. Həmin mübarizələr
zamanı hunların başçısı Muncuq
xaqan idi. O, Hun xalqını qardaşı
Baybarsla birgə idarə edirdi. Bununla da, müəllif türklərin qədim dövlət gələnəyində
ədalətli idarəçiliyinin
olduğunu nəzərə
çatdırır. Bu
idarəçilk özünü
xalqın milli adətlərini yaşatmasında
da göstərir.
Əsərdə hunların adət-ənənəsinə
nəzər saldıqda
şamançılıqın hələ də qaldığını görürük.
Onlar şaman gününü qeyd edirlər və ona inanırlar.
Hətta
bəzi öncəgörmə
məlumatlarını şamanlardan
alırlar. Bu öncəgörməyə dövlətin
gələcək taleyi
ilə bağlı məsələlər də
daxil idi. Əsərdən də göründüyü
kimi, Hun tayfasının
başçısının oğlu olacağını,
onun dünyanı fəth edəcəyini şamanlar qabaqcadan bilib xəbər veriblər. Yazarın bu mətləblərə
dəqiqliklə nəzər
salmasının səbəbi
türkün qədim
adət-ənənəyə malik qanun-qaydalarının
olduğunu verməkdir.
Əsərin ikinci hissəsində Muncuq xaqanın oğlu Attilanın böyüdüyü və
atasından sonra xaqan olduğu təsvir olunur. İndi o, şamanların
öncədən dediyi
kimi, güclü ordu başçısıdır.
O, bu gücünü
dövlətin ərazisini
genişləndirməyə sərf edir. Tarixdə olduğu kimi, əsərdə də hunlar cəsur bir tayfa kimi
təsvir edilib. Bu tayfadan çıxmış
cəsur döyüşçülərdən
biri Attilanın uşaqlıq dostu olmuş Aessiydir. Aessiy mənşəcə türkdür
və uzun müddət Bizans dövlətinə xidmət
etmişdir. O da Attila kimi qüdrətli ordu başçısıdır. Türklərin bütün döyüş
taktikalarını bilir.
Attila və Aessiy ayrı-ayrı dövlətlərə
xidmət etməklərinə
baxmayaraq, uşaqlıqdan
bəri dost qalıblar.
Müəllif pyesdə vurğulamaq istədiyi əsas məqsədini Attila və
Aessiy obrazları vasitəsilə çatdırır. Onların dialoqlarından
bilinir ki, Roma və Hun dövləti arasında əlaqə Aessiy tərəfindən yaradılmışdır. Onların bu dostluğuna görə Hun və Roma dövlətləri arasında
da münasibətlər
qaydasında olur.
Hunlar bu dostluğa hörmət əlaməti
olaraq, Romaya hücum etmirlər. Amma Romalıların siyasətinə yaxşı
bələd olan Attila
dostuna deyir: "Onlar səni nə vaxtsa hunların üzərinə
göndərəcəklər". Bu fikrilər vasitəsilə
müəllif yad xalqların türklərə
qarşı olan antisiyasətini açıb-göstərir.
Çünki, qədim dövrlərdən
üzü bəri antitürklərin bu məqsədyönlü siyasəti
davam edir. Yadellilərin həmin planlarını
pozmaq üçün
türk hökmdarları
həmişə elmə
yiyələnmə tərəfdar
çıxmışlar.
Eləcə də, Attila elmə dəyər verən bir sərkərdə kimi təqdim olunur. O, qardaşına əmr
edir ki: "Kökümüz haqqında
yazılanları toplamaq
və qorumaq üçün səni Tanrı dağına qorçubaşı təyin
edirəm". Təbii ki,
bu cür şərəfli bir işi yerinə yetirməyin tarixi borc olduğunu anlayan qardaşı Bleda razılaşır.
Əsərdən aldığmız məlumata
görə, Attilanın
hücumu ərəfəsində
Bizansda zəlzələ
baş verir. Bunu nəzərə alan
Attila elçi göndərir
və külli miqdarda vergi istəməklə hücumunu
təxirə salır.
O həm də, əcdadlarının qəbirlərini
və kurqanlarını
dağıtdırmaq istəyən
rahibi imperatordan tələb edir.
Attıllanın bu tələbi Bizans imperiyasının sarayında olan bir çox çatışmazlıqların üzə çıxmasına
səbəb olur. Saray məmurlarının
dövlət əhəmiyyətli
məlumatları imperator II Feodosiydən gizlətdikləri
məlum olur. Əsərdə həmin hiyləgər
surətlərdən biri
də Xrisanfdır.
O, imperatoru razı sala bilir ki,
Attilanı öldürmək
lazımdır.
Amma bu baş tutmur. Döyüşkənliyi ilə seçilən
Attila, həm də gözəl siyasətçidir.
O, Roma imperatorunun bacısı
Qonoriya ilə evlənərək Qalliya ərazisini öz dövlətinə qatmaq fikrində idi. Amma buna heç
vaxt Roma canişinləri
razı ola
bilməzdilər. Çünki bu Romanın ikinci dəfə bölünməsi demək
idi. Attila rədd cavabı olacağı təqdirdə
Katalaun çölündə
Aessiyin qoşununu gözləyəcəyini bildirdi.
Tarixən türkü-türkə qırdırmaq siyasəti
yeridən düşmənlər
Aessiyi Attilanın üzərinə yollayırlar.
Belə düşünürlər ki,
hansı qalib olsa, onsuz da
zəifləyəcək. Qurulmuş məkrli planları baş tutacaq, çünki onlara kiçik bir legion bəs edəcək ki, qalan qoşunu
da darmadağın etsinlər. Təbii ki, türk mənşəli bir sərkərdənin Roma ordusuna
başçılq etməsi
onları qorxuya salırdı. Onlar da yaranmış bu fürsətdən istifadə
edib, iki uşaqlıq dostunu bir-birinə qırdırmaqla,
həm də türkləri bir-birinə
düşmən etmək
istəyirdilər. Bundan xəbər
tutan Aessiy Attilanın yanına gəlir və məsələnin mahiyyəti
barədə onu xəbərdar edir. Məsləhət görür ki,
Attila özü Romaya
yürüşünü davam
etdirsin. Çünki, onların hansının qalib gəlməsindən asılı olmayaraq, Roma imperiyası qalib tərəfi də aradan götürmək üçün yeni ordu göndərəcək.
Beləliklə, Attila Aessiylə müharibəni dayandırıb
Romaya hücuma başlayır. Yenə də
düşmənin planı
baş tutmur. Aessiy isə Katalaun çölündə Romadan
gələcək qoşunu
gözləyir. Hansı ki,
o qoşun yalnız bir məqsəd üçün gəlir.
Türk sərkərdəsinə tabe
olan ordunu məhv etsin. Aessiyin illərlə Romaya xidmət etməsinə baxmayaraq, imperator öz mənafeləri üçün
belə bir sərkərdəni məhv
etmək istəyir.
Burada yekunlaşan
əsərdən belə
nəticə çıxır
ki, türklərin döyüş sənətindən
həmişə ehtiyat
edən düşmənlər
onları bir-birnə qarşı qoymağı
ən yaxşı üsul hesab etmişlər. Lakin əsərdən də məlum olduğu kimi, yadellilərin bu məkrli siyasətləri
nəticəsiz qalır.
Bu əsər müasir dövrdə türkün şanlı keçmişinə yenidən
ədalətli yanaşmanın
bariz nümunəsi olaraq ədəbiyyat tariximizdə öz yerini tutur.
Anar İsmayıl
ADMİU-nun tələbəsi
Olaylar.- 2016.- 18 oktyabr.- S.12.