Mübariz İbrahimov gənclərimiz

üçün vərtənpərvərlik nümunəsidir

 

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində aparılan işlər çərçivəsində milli qəhrəmanlarımızın gənclər arasında təbliği, onların adlarının əbədiləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu mənada Biləsuvar rayonunda şəhid, milli qəhrəman Mübariz İbrahimovun adının əbədiləşdirilməsi, ona göstərilən yüksək ehtiram təqdir edilməlidir.

Məlumat üçün qeyd edək ki, rayonda müntəzəm olaraq keçirilən və milli qəhrəmanlara həsr olunmuş tədbirlərdə şəhid Mübariz İbrahimov xüsusi olaraq anılır, yad edilir. Cari il ərzində də rayon ərazisində bir neçə anoloji tədbirlər təşkil edilib. Belə ki, Biləsuvar rayon Heydər Əliyev Mərkəzində rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə "Milli Qəhramanlarımızı tanıyaq və tanıdaq" mövzusunda gənclərlə maarifləndirmə tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın müdafiəsi zamanı həlak olmuş milli qəhramanlarımızın və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov çıxış edərək "Milli Qəhramanlarımızı tanıyaq və tanıdaq" mövzusunda tədbirlərin keçirilməsində əsas məqsədin Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş Azərbaycanın Milli Qəhramanlarının gənc nəslə tanıdılması və gənclərə bu uca ada layiq olan hər bir Milli Qəhramanlarımız, onların həyatı, keçdiyi böyük və şərəfli döyüş yolları, göstərdiyi igidliklər haqqında ətraflı məlumat verməkdən ibarət olduğunu bildirib. O, qeyd edib ki, hazırda Azərbaycanın 211 Milli Qəhrəmanı var və onlardan yalnız 17 nəfəri sağdır: "Bildiyiniz kimi Biləsuvar rayonundan da adını öz qanı və canı ilə qəhrəmanlar sırasına yazmış qəhrəmanımız var. Mübariz İbrahimovla biz hamımız fəxr edirik. Biz qəhrəmanlarımızı tanımalı, onlar haqqında məlumatları gələcək nəsillərə ötürməliyik. Əminik ki, işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad olunmasında gənclərimiz sona qədər mübarizə aparacaqlar. Onlar hər an Ali Baş Komandanımız cənab İlham Əliyevin əmrini gözləyirlər". Tədbirdə çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mirzə Cəfərov tədbirin gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyətindən danışıb. Bildirib ki, Biləsuvar gənclərində vətənpərvərlik hissi həmişə yüksək olubbu bizi qürurlandırır. Sonda "Milli Qəhramanlarımız" adlı tanıtım çarxı nümayiş etdirilib.

Həmçinin Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş "Xəmsə" Milli İntellektual Oyunutennis idman növü üzrə gənclər arasında rayon birinciliyi keçirilib. Yarışların açılış mərasimində əvvəlcə Qəhrəmanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov gənclərə Mübariz İbrahimovun həyatı, keçdiyi döyüş yolumisilsiz qəhrəmamlığı barədə geniş məlumat verib.Bildirib ki, Mübarizin keçdiyi döyüş yolumisilsiz qəhrəmanlıq şücaəti nəinki doğulub boya-başa çatdığı Biləsuvar rayonunda, eyni zamanda bütün türk dünyasında anılır. O, 22 yaşında Azərbaycanın Milli Qəhrəmanı olub. İndi hər bir azərbaycanlı onun mübarizə dolu həyatı ilə fəxr edir.Xidmət etdiyi cəbhənin Tərtər istiqamətində düşmənin işğalı altında olan Çaylı kəndindəki erməni qərargahına girərək əsl bir cəngavər kimi 5 saat təkbaşına döyüşür. Ermənilər əvvəlcə elə zənn edirlər ki, onlara qarşı Azərbaycan ordusu hücuma keçib. Gecənin qaranlığında çaşbaş qalan düşmən Azərbaycan əsgərinin göstərdiyi bu şücaətin qarşısında ağır itkilər verir. Düşmən bir neçə saat davam edən bu döyüşə əlavə qüvvə cəlb edir. Elə bu amansız döyüşdə Mübariz İbrahimov qəhrəmancasına həlak olur.Mübarizdə olan Vətən, torpaq sevgisi, vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. O, öz şərəfli ölümü ilə, öz qəhrəmanlığı ilə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdi. Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasihumanitar məsələlər üzrə şöbəsinin müdir müavini Kamil Qurbanlı çıxış edərək bildirib ki, Mübariz ölumün gözünə dik baxaraq, Vətən sevgisinin heç nə ilə əvəz olunmadığını bir daha sübut etdi.Bu şücaəti ilə Mübariz Azərbaycan gəncliyinə başucalığı gətirdi. Bu gün hər bir gənc Mübariz qəhrəmanlığından örnək alır, nümunə götürür.Təhsil və tərbiyə müəssisələrimizdə gənclərimizə Mübariz vətənpərvərliyi aşılanır.Hərbi xidmətə yola salınan gənclərimizə vətənin necə qorumağı Mübarizdən öyrənmələri təbliğ olunur. Sonra yarışlara start verilib. "Xəmsə" intellektual oyununun rayon birincisi Milli Qəhrəmanın adını daşıyan Liseyin "Mübarizlər" komandası, tennis üzrə keçirilən yarışların rayon birincisi isə Bayram Məmmədli olub. Qaliblərə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin Kubok və diplomları təqdim edilib.

Milli qəhrəman Mübariz İbrahimovun doğum günü və anım günürayonda geniş qeyd edilir. Belə ki, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Lisey-Məktəb Kompleksində Milli Qəhrəmanın ad günü qeyd olunub. Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Xəyalə Qəmbərova, Azərbaycan Respublikasının Insan Hüquqları üzrə Müvəkkili aparatının şöbə müdiri Faiq Ağayev, aparatın cənub regional şöbəsinin müdiri Ziya İsmayılov, Mərkəzi Bankın Biləsuvar ərazi idarəsinin rəisi Nəbi Rüstəmov, liseyin kollektiviqonaqlar iştirak edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Xəyalə Qəmbərova, Ombudsman aparatının şöbə müdirləri Faiq Ağayev, Ziya İsmayılov və digərləri çıxış edərək Milli Qəhrəmanın həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışıblar. Bildirilibki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7 də Biləsuvar rayonu Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olan Mübariz 2005-ci ildə həmin məktəbdə orta təhsilini başa vurub. Elə həmin il, əsgəri borcunu yerin yetirmək üçün hərbi xidmətə çağırılıb. Xidmətinə Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə başlayıb. Xidmət etdiyi zaman ərzində çavuş rütbəsinə qədər yüksəlib və əsgəri xidmətini 2007-ci ildə başa vurub. Bir müddət mülki işlərdə işlədikdən sonra, 2009-cu ilin avqust ayında yenidən hərbi xidmətə yollanıb, hərbi hissələrin birində gizir rütbəsində çalışmağa başlayıb. Çox çalışsa da əvvəl-əvvəl bir neçə ay düşmənlə sərhəd olan rayonlarda xidmət etmək nəsib olmayıb. Nəhayət, 2010-cu ilin aprel ayından Tərtər rayonunun N saylı hərbi hissəsində xidmətə başlayıb. Çox çəkmir ki, uzun müddət düşündüyü, arzusunda olduğu planını həyata keçirmək və düşmənə ən sarsıdıcı zərbəni vurmağın yollarını tapır. 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir.Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur. Mübariz İbrahimovun qəhrəmanlığı nəinki Azərbaycanda, bütün Türk dünyasında böyük əks-sədaya səbəb olmuşdu. 22 yaşlı gənc öz mərdliyi ilə hər kəsi heyrətləndirə və özünə xalqın qəlbində əbədi heykəl ucalda bildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Mübariz Ağakərim oğlu İbrahimova Milli Qəhrəman adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi əbədiləşdirilərək Biləsuvar şəhərindəki bu lisey-məktəb kompleksinə, eyni zamanda Biləsuvar rayonunun mərkəzi küçələrindən birinə Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib. Tədbirdə Liseyin şagirdləri tərəfindən hazırlanmış ədəbi bədii kompazisiyalar nümayiş olunub, qəhrəmana həsr olunmuş şerlər səsləndirilib. Tədbirlər çərçivəsində Biləsuvar rayon İcra Hakimiyyətinin məsul işçiləri və ictimaiyyətin nümayəndələri rayonun Əliabad kəndində yerləşən ata ocağında Milli Qəhrəmanın evini ziyarət edərək ailəsi ilə görüşüblər. Biləsuvar rayon İcra Hakimiyyətinin

Başçısının birinci müavini Xanlar Məmmədov görüş zamanı Milli Qəhrəman Mübariz İbrahimovun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışaraq, qeyd edib ki, Mübarizin qəhrəmanlığı nəinki Azərbaycanda, bütün dünyada böyük əks-sədaya səbəb olub.

Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü qeyd olunub. Rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, rayonun idarə, müəssisə, təşkilatlarının rəhbərləri, veteranlar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri Milli Qəhrəmanın evini ziyarət edərək ailəsi ilə görüşüblər. X.Məmmədov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Mübariz İbrahimov torpaqlarımızın azadlığı uğrunda rəşadətli və müstəsna xidmətlərinə görə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü.Ölkə Prezidenti tərəfindən Mübarizin qəhrəmanlığına verilən bu yüksək qiymət respublikamızın hər yerində igid vətən əsgərinin qəhrəmanlığına, döyüş rəşadətinə verilmiş layiqli qiymət kimi qarşılandı. Mübariz ölumün gözünə dik baxaraq, Vətən sevgisinin heç nə ilə əvəz olunmadığını bir daha sübut etdi.Bu şücaəti ilə Mübariz Azərbaycan gəncliyinə başucalığı gətirdi. Bu gün hər bir gənc Mübariz qəhrəmanlığından örnək alır, nümunə götürür.Bizim tədris müəssisələrimizdə, tədbirlərimizdə gənclərimizə Mübariz vətənpərvərliyi aşılanır.Hərbi xidmətə yola salınan gənclərimizə vətənin necə qorumağı Mübarizdən öyrənmələri təbliğ olunur." Milli Qəhrəmanın atası Ağakərim İbrahimov ölkə rəhbərliyi tərəfindən onların ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına öz dərin təşəkkürünü bildirdi. Sonra ziyarət iştirakçıları Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova məxsus müxtəlif şəkillər, haqqında yazılmış kitablar, jurnallar və qəzetlərdən ibarət böyük guşə ilə tanış oldular.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 25 oktyabr.- S.15.