“Biz yenidən döyüşə getməyə
hazırıq”
"Bu əmri səbirsizliklə
gözləyirik"
Dövlətçiliyimizin
ən mühüm şərtlərindən biri olan ordu
quruculuğu ilə bağlı tariximizi vərəqləyəndə
bu sahədə keçdiyimiz şərəfli yol gözlərimiz
önündə canlanır. Son dovrdə yaranmış bəzi
dövlətlərdən fərqli olaraq ölkəmizin
dövlətçilik təcrübəsi sillahlı qüvvələrimizin
formalaşmasında müəyyən ənənəyə
söykənib.
Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun prezidenti, Əfqanıstan və Qarabağ müharibəsinin veteranı Sərraf Oruc qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 1918-ci il iyunun 26-da ilk dəfə Nazirlər Şurasının qərarı ilə hərbi hissə-əlahiddə korpus yaradılmışdı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas vermişdi. Cümhuriyyət dövründə Milli ordumuzun başına çar Rusiya dövründə yetişmiş millətini sevən, vətənpərvər, yüksək rütbəli hərbiçi zabitlər gəldilər. Onlar öz hərbi təcrübə və biliklərini qısa müddətdə ordumuzun formalaşmasına sərf etdilər. Amma imperialist qüvvələr, xüsusilə, Rusiya ölkəmizdə müstəqil demokratik, hüquqi və dünyəvi dövlətin uzun müddət yaşamasına imkan vermədi. Hələ tam möhkəmlənməmiş dövlətin ordusu həmin işğalçı, mürtəce qüvvələrin təzyiqinə dözməyib məğlub oldu. 28 aprel 1920-ci il tarixindən Azərbaycan sovet imperiyasının işğal altında yaşamaq məcburiyyətində qaldı. Bu tarix 1991-ci ilin 18 oktyabrınadək davam etdi. Nəhayət, Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini qazanmaqla öz Silahlı Qüvvələrini də yaratmağa başladı. Bu proses son dərəcə mürəkkəb və çətin bir dövrə təsadüf edir. Başqa sözlə, bir yandan Ermənistanın Rusiyanın dəstəyi və himayədarlığı ilə ölkəmizə təcavüzü, digər tərəfdənsə bəzi daxili qüvvələrin şəxsi maraqlarını düşünərək didişmələri yenə də dövlətçiliyimizi təhlükə və sual altında qoydu. Azərbaycan dövlət rəhbərliyində olan səriştəsiz insanlar, dövlətdə olduğu kimi, təzəcə yaranmış milli ordunu da idarə etməkdə acizlik göstərdilər. Belə bir məqamda xalqımızın Ümummilli lideri, Ordumuzun memarı, Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı sayəsində və 15 iyun 1993-cü ildə 1920-ci il hadisəsinin təkrar olunmasının qarşısı alındı və qanlar bahasına təzəcə müstəqillik əldə etmiş dövləti qorumaq üçün ordu quruculuğuna xüsusi diqqət və qayğı yetirməyə başlandı: "Bu gün yadelli işğalçılar və onların havadarları bilməlidirlər ki, Azərbaycan daha 1988-1993-cü illərdəki Azərbaycan deyil. Onun iqtisadiyyatı, hərbi potensialı və qüdrəti durmadan günü-gündən güclənməkdədir. Artıq Azərbaycan Ordusu da 1991-1993-cü illərdəki ordu deyil. Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqəti sayəsində, Silahlı Qüvvələrimizin maddı-texniki bazasının möhkəmləndirilməsi, əsgər və zabit heyətinin mənəvi-psixoloji drumunun yaxşılaşdrılması, döyüş əhval-ruhiyyəsinin yüksəldilməsi sahəsində ciddi işlər görülüb. İndi Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına uyğun formalaşıb. Azərbaycan Silahlı Qüvələri Qafqazın ən qüdrətli ordusudur. Artıq Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabit heyəti beynəlxalq sülhməramlı missiyalarda yaxından iştirak edir. Son illər ərzində Əfqanıstana və İraqa göndərilən əsgəri qüvvələrimiz Azərbaycan dövlətinin başını daim uca edib, hərbi hazırlığımızın yüksək səviyəsini göstərib. Hazırda region ölkələri içərisində ölkəmizin iqtisadi və hərbi qüdrətinin ilbəil artmasından düşmənimiz Ermənistan hədsiz dərəcədə narahatdır". Onun sözlərinə görə, əgər Qarabağ savaşında Azərbaycan ordusunda 10 minə yaxın keçmiş gənc Əfqanıstan müharibəsi və az saylı hərbçi mütəxəssislər döyüşürdüsə, indi bunların sayı 10 minlərlədir. İndi hər bir Azərbaycan əsgəri Azərbaycanın Milli Qəhramanı Mübariz Ibrahimov, Fərid Əhmədov və başqa qəhraman oğullarımız kimi fədakarlıq göstərərək son damla qanını Qarabağ torpağı uğrunda axıdaraq döyüşməyə hazırdırlar: "Əgər işğal olunmuş torpaqlarımızın işğaldan azad olunması istiqamətində sülh danışıqları nəticə verməzsə, Azərbaycan Silahlı Qüvələrinin Veteranları və ehtiyatda olan hərbçiləri, Azərbaycan Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə səfərbər olaraq əbədi və əzəli torpaqlarımızın ermənilərdən təmizləyib azad etmək üçün biz keçmiş döyüşçülər yenidən döyüşə getməyə hazırıq və bu əmri səbirsizliklə gözləyirik". Bəli, Azərbaycan ordusunun keçdiyi tarixi yol onun daha da möhkəmlənməsi və güclənməsi ilə nəticələnib. İndi Silahlı Qüvvələrimizin müxtəlif bölmələrinin nümayəndələri ən nüfuzlu beynəlxalq hərbi tədbirlərdə iştirak edir, dünyanın ən inkişaf etmiş ölkələri ilə hərbi sahədə əməkdaşlıq edir. Artıq dünyanın istənilən ölkəsində keçirilən hərbi tədbirləri Azərbaycansız təsəvvür etmək qeyri-mümkündür. Yeri düşmüşkən qeyd edək ki, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu günlərdə Çexiya Respublikasında keçirilən "Gələcək Qüvvələr Forumu 2016"nın son günündə təşkil olunan beynəlxalq konfransda iştirak edib. Müxtəlif sahələrdən olan mütəxəssislərin də iştirak etdiyi konfransda son texnoloji nailiyyətlər, müasir tədqiqatların nəticələri, inkişaf perspektivləri, gələcəkdə keçirilə biləcək hərbi əməliyyatlar və təhlükəsizlik tədbirləri, həmçinin kibertəhlükəsizlik, təhdidlər və çağırışlara dair məsələlər müzakirə edilib. Bununla yanaşı, Azərbaycan və Bolqarıstan Müdafiə nazirlikləri arasında 2016-cı il üçün ikitərəfli əməkdaşlıq planına əsasən Bolqarıstanın hərbi nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Bolqarıstan mütəxəssisləri bu ölkənin BULCOD milli kodifikasiya sisteminin imkanları və funksiyaları barədə azərbaycanlı həmkarlarına brifinq təqdim ediblər.Tədbirdə NATO kodifikasiya sisteminin Bolqarıstan Müdafiə Nazirliyində tətbiqinə, onun faydalarına, eləcə də bu sahədə istifadə olunan rəhbəredici sənədlərin hazırlanmasına dair müzakirələr də aparılıb. Beynəlxalq qurumlarla hərbi əməkdaşlığın bariz nümunəsi kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə mütəmadi keçirdiyi tədbirləri qeyd etmək olar. Hazırda da Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, oktyabrın 24-dən Alyansın Brunssum Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Bakıda "Böhranlar zamanı psixoloji və informasiya əməliyyatları" mövzusunda təlim kursu keçirilir. Oktyabrın 28-dək davam edəcək kursun məqsədi böhranlara cavab əməliyyatlarında NATO-nun psixoloji əməliyyatlarının planlaşdırılması, bu sahədə əldə edilən təcrübələrə və istifadə olunan rəhbəredici sənədlərə dair təqdimatların hazırlanması, eləcə də sindikat işlərinin təşkil edilməsidir. Bububla yanaşı, ölkə daxilində də Azərbaycanın müxtılif silahlı qüvvələri fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2016-cı il üçün fəaliyyət planına əsasən, Füzuli Rayon İcra hakimiyyəti ilə birgə "Vətənin müdafiəsinə hazıram!" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin şəxsi heyəti, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsinin veteranları iştirak etmişlər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılmış, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev qeyd etmişdir ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi üçün belə tədbirlərin əhəmiyyəti böyükdür. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov çıxışında bildirmişdir ki, Azərbaycan ordusunun cəbhə xəttində düşməni ağır məğlubiyyətə uğratması işğal altında olan ərazilərimizin azad ediləcəyi günün yaxında olduğunu sübut edir. Digər bir tədbir isə Beyləqan Rayon İcra hakimiyyəti ilə birgə təşkil edilib. "Vətənin müdafiəsinə hazıram!" mövzusunda keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin şəxsi heyəti, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsinin veteranları iştirak etmişlər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılmış, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev Azərbaycan ordusunun təmas xəttində düşməni ağır məğlubiyyətə uğratması Silahlı Qüvvələrimizin işğal altında olan torpaqlarımızın azad edilməsi üçün hər an hazır olduğunu bir daha sübut etdiyini bildirmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov çıxışında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində milli ordumuz müasir silah və hərbi texnika ilə təchiz olunmuş, şəxsi heyətin döyüş ruhu daim yüksəkdir. Tədbirdə şəhid ailəsinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də "Çağırışaqədərki hazırlıq" fənnində yüksək nailiyyət göstərən şagirdlər mükafatlandırılıblar. Yeri gəlmişkən qeyd edək ki, ölkənin hərbi quruculuğu istiqamətində görülən işlər gənclərin vətənpərvərlik hissinin yüksəlməsində mühüm rol oynayır. Məhz bu kimi tədbirlərin nəticəsidir ki, Azərbaycan ordusu dünyanın ən güclü ordular sırasında yer tutub.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2016.- 26 oktyabr.- S.15.