Gənclər vətənpərvər
oğullarla fəxr edir
Gənclərin milli mənlik şüurunun
inkişaf etdirilməsi, onlarda
vətənpərvərlik hisslərinin
artırılmasına müsbət təkan verən amillərdən
biri də milli qəhrəmanlar,
şəhidlərin ruhuna olan
yüksək ehtiram hissidir.
Bu mənada regionlarda milli qəhrəmanlar və şəhidlərin
ruhunun əbədiləşdirilməsi
istiqamətində görülən işlər mühüm əhəmiyyət kəsb edir. Elə Bərdə rayonunda
da müntəzəm olaraq
qeyd edilən istiqamətdə tədbirlər
keçirilir.
Belə ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Bərdə rayon İcra Hakimiyyəti tərəfindən hərbi vətənpərvərlik mövzusunda kütləvi tədbir keçirilib. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor N.Orucov, həmin Xidmətin Bərdə, Ağdam, Tərtər, Yevlax rayonları üzrə rəisləri, İcra Hakimiyyəti başçılarının müavinləri, həmin rayonlardan olan məktəblilər, hərbi hissələrin nümunəvi əsgərləri, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya giriş nitqi söyləyərək qonaqları salamlamış, hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinin zəruriliyini xüsusi vurğulayıb. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general mayor N.Orucov Milli Ordu quruculuğu sahəsində görülən işlər, Ordu ilə xalqın birliyi, gənclərdə hərbi vətənpərvərlik hissinin artırılması barədə danışıb. Digər çıxış edən natiqlər - Bərdədən şəhid anası Səfərova Nazənin, Çağırışaqədərki hərbi hazırlıq fənni üzrə metodist Abbasov İsa və başqaları torpaqlarımızın işğaldan azad olunması üçün möhtərəm Prezidentimiz, Ali Baş komandan cənab İlham Əliyevin ətrafında daha sıx birləşməyin vacibliyindən danışıblar. Tədbirdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Xatirə təşəkkür plaketləri, "Vətənin bütövlüyü uğrunda xidmətlərinə görə", "Xidmətdə fərqləndiyinə görə" mükafatları sahiblərinə təqdim edilib. Bərdə rayon məktəbliləri kompozisiya, şer və rəqslərlə tədbirə rəng qatıblar. Sonda "Ya Qarabağ, ya ölüm" filmindən fraqmentlər göstərilib, Şəmistan Əlizamanlı Vətənə məhəbbət ruhunda olan mahnılar ifa edib. Həmçinin rayonda şəhid Elsevər Əsədov adına Türkmən kənd tam orta məktəbin yeni binasının açılışı olub. Açılış mərasimində rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəbin müəllim və şagird kollektivi, valideynlər, kənd sakinləri iştirak ediblər. Mərasimi açan rayon İcra Hakimiyyətinin başçısı V.İ.İsayev çıxış edərək tədbir iştirakçılarını yeni dərs ilinin başlanması, "Bilik günü" və həmçinin Türkmən kənd tam orta məktəbin yeni binasının açılışı münasibətilə təbrik edib. Bildirib ki, başa vurduğumuz dərs ili müddətində rayonun 1saylı Nazırlı kənd tam orta məktəbi üçün 220 şagird yerlik, Qazaxlar kənd tam orta məktəbi üçün 180 şagird yerlik, şəhər 7 saylı ümumi orta məktəb üçün 360 şagird yerlik yeni məktəb binaları, rayon Təhsil şöbəsi üçün 3 mərtəbəli inzibati bina tikilib istifadəyə verilib. Şəhər 2, 5 və 6 saylı tam orta məktəblərin əsaslı təmir işləri sürətlə davam etdirilir. Şəhid E.Əsədov adına Türkmən kənd tam orta məktəbin yeni binası da məhz dövlətimizin təhsilə göstərdiyi diqqət və qayğının gözəl nümunəsidir. 1962-ci ildə ibtidai məktəb kimi fəaliyyətə başlayan E.Əsədov adına Türkmən kənd tam orta məktəbi 1976-cı ildən tam orta məktəb kimi fəaliyyət göstərir. 260 şagird yerlik bu məktəb müasir kimya, fizika laboratoriyaları, böyük idman zalı, akt zalı, 2 kompüter otağı, kitabxana, 12 sinif otağı, müəllimlər otağı, direktor və direktor müavinlərinin iş otağı və s. ilə təmin olunub. Təhsilə bu cür yüksək diqqət və qayğıya görə rayonun bütün əhalisi adından ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıq edilib. Tədbirin sonunda yeni təhsil ocağına baxış keçirib. Bərdədə ordu ilə xalqın monolit birliyini nümayiş etdirən "Gənclər gələcəyimizdir" hərbi vətənpərvərlik tədbiri keçirilib.
Bərdədə mərkəzi meydanında isə aprel ayında cəbhədə qəhrəmancasına şəhid olmuş çavuş Musayev Səbuhi Rəfayil oğluna "İgidliyə görə" və Baş leytenant Həsənov Ziya Niyazi oğluna "Hərbi xidmətdə fərqlənməyə görə" medallarının təqdimedilməsi tədbiri keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, Müdafiə Nazirliyi Mənəvi-Psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani, şəhidin xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhidin doğmaları iştirak ediblər. Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev acıb. Azərbaycan torpaqlarının bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon rəhbəri cıxış edərək 1-5 aprel tarixlərində düşmən təxribatına cavab verən Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında Milli Ordumuzun cəbhədə qazandığı qələbələrdən, döyüş əzmkarlığından danışıb. Silahlı Qüvvələrimizin qəhrəmanlığı nəticəsində bir neçə strateji əhəmiyyətli yüksəkliklərin düşmən işğalından azad edilməsini və Milli Ordumuzun mövqelərinin möhkəmləndirilməsini xüsusi qeyd edib. Bildirib ki, bu döyüşlərdə Bərdə rayonun iki oğlu, baş leytenant Həsənov Ziya Niyazi oğlu və Musayev Səbuhi Rəfayil oğlu şəhid olublar. Sonra Azərbaycan Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Abdulla Qurbani çıxış edərək döyüşlərdə şəhidlik zirvəsinə ucalan Səbuhi və Ziyadan, onun döyüş dostlarından danışıb. Onları geri azad edilən yüksəkliklərin bayraqdarları, igid qartallar adlandırıb. Tədbirdə polkovnik Abdulla Qurbani və rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev tərəfindən şəhid çavuş Musayev Səbuhi Rəfayil oğlunun ölümündən sonar layiq görüldüyü "İgidliyə görə" medalı atası Rəfayil Musayevə, şəhid Baş leytenant Həsənov Ziya Niyazi oğlunun ölümündən sonar layiq görüldüyü " Hərbi qulluqda fərqlənməyə görə" medalı atası Niyazi Həsənova təqdim edilib.
Azərbaycan Respublikası Prezidentinin yanında keçirilən Təhlükəsizlik Şurasının iclasında Respublika Prezidenti cənab İlham Əliyevin çıxışı ilə bağlı Bərdə rayon fəallarının yığıncağı keçirilib. Yığıncağı rayon icra hakimiyyətinin başçısı cənab Vidadi İsayev açıb, Qarabağ döyüşlərində həlak olmuş bütün şəhidlərimizin ailələrinə dərin hüznlə baş sağlığı vermiş, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Rayon rəhbəri bildirib ki, düşmənlə təmas xəttində yerləşən rayonlarımız, yaşayış məntəqələrimiz mütəmadi olaraq ermənilər tərəfindən atəşə tutulur. Mülki şəxslər yaralanır. Aprelin 1-dən 2-nə keçən gecə torpaqlarımız yenə də düşmən tərəfindən daha geniş miqyasda və dağıdıcı atəşə tutulur Ordumuz düşmənə layiqli cavabını verib. Möhtərəm Prezidentimizin Təhlükəsizlik şurasının iclasında dediyi kimi "Biz atəşi pozmamışıq, sadəcə təxribata layiqli cavab vermişik. Nə qədər ki, Ermənistan təxribatçı əməllərdən əl çəkmir, Azərbaycan ordusu ona layiqincə cavab verəcək. Düşmən bir daha şahidi oldu ki, Azərbaycanın güclü ordusu var, Azərbaycan əsgəri qələbə çalmaq əzmindədir. Torpaq uğrunda ölən varsa vətəndir". Torpaq uğrunda, vətən uğrunda döyüş gedirsə sözsüz ki, itkilərimiz də olacaqdır. Döyüşlərdə şəhidlərimiz də, yaralananlarımız da vardır. İnanırıq ki, tezliklə Azərbaycan bayrağı işğal altında olan bütün torpaqIarımızda dalğalanacaqdır. Tədbirdə Qarabag müharibəsi veteranı Gəray Əsədov, QMƏVŞA İB-nin rayon filialınln sədri Etibar Hüseynova, Mirzaıbəyli kənd tam orta məktəbin direktoru Nizami Quliyev, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək bildiriblər ki, bütün bərdəlilər Respublika Prezidentinin siyasətini ürəkdən dəstəkləyirlər. Çıxışlarda Ali Baş Komandanın "Əgər erməni əsgəri ölmək istəmirsə Azərbaycan torpağından rədd olsun" fikirləri dəstəklənmiş, vətənə sevgi, düşmənə nifrət, qələbəyə inam vurğulanıb.
Rayonda həmçinin
"Gənclər gələcəyimizdir" mövzusunda
tədbir keçirilib. Tədbirdə
Müdafiə Nazirliyinin ordu
birləşmələrinin zabit, gizir, əsgər, çavuş
heyətinin nümayəndələri, Bərdə rayon İcra Hakimiyyətinin
başçısı Vidadi İsayev, aparatın məsul işçiləri
, YAP rəhbərliyinin, Bərdə rayon Hüquq Mühafizə orqanlarının,
KİV və ictimayyət nümayəndələri, məktəblilər
iştirak ediblər. Tədbiri
giriş sözü
ilə Müdafiə Nazirliyi ordu birləşməsinin zabiti
Həbib Məmmədov açaraq, ulu öndərimiz Heydər
Əliyevin və torpaqlarımızın azdalığı
uğrunda şəhid olan Vətən övladlarının
xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra
H.Məmmədov sözü Bərdə rayon İcra Hakimiyyətinin
başçısı V.İsayevə verib.
V.İsayev çıxışını tədbir
iştirakçılarını qarşıdan gələn
31 dekabr dünya azərbaycanlılarının
Həmrəyliyi günü və Yeni il münasibətilə
təbrik edərək qeyd edib
ki, ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri
sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan
Silahlı Qüvvələri bu gün möhtərəm Prezidentimiz,
Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi altında öz şərəfli
missiyasını uğurla davam
etdirir. Bu gün cənab Prezident
İlham Əliyevin məhz uğurlu siyasəti nəticəsində Azərbaycan
beynəlxalq aləmdə güclü iqtisadiyyata malik bir ölkə kimi
tanınmaqla yanaşı, həm də NATO standartlarına
uyğunlaşmış modern bir ordusunun olması ilə
də diqqəti cəlb edir. Biz inanırıq ki,
möhtərəm Prezidentimiz Ali Baş Komandan
cənab İlham Əliyevin rəhbərliyi
ilə tezliklə mənfur ermənilərin işğalı
altında qalmış torpaqlarımız geri
alınacaq, qələbəmizi Şuşada
qeyd edəcəyik. Tədbir hərbi qulluqçular, Bərdə Gənclər və
İdman idarəsi və Təhsil
şöbəsinin nümayəndələri, məktəblilər,
Qarabağ müharibəsi
veteranlarının çıxışları ilə davam etdirilib.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 27 oktyabr.- S.15.