Cənub bölgəsinin gəncləri

vətənpərvər ruhda böyüyür

 

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində paytaxtla yanaşı regionlarda da görülən işlər əyalət gənclərinin vətənpərvər ruhda tərbiyə olunmasına, onların Vətənə, dövlətə məhəbbət hissində böyüməsinə yol açır. Bu baxımdan Lənkəran rayonunda keçirilən tədbirlər də müstəsna əhəmiyyət kəsb edir. Şəhər İcra Hakimiyyəti demək olar ki, müntəzəm olaraq qeyd edilən istiqamətlərdə tədbirlər keçirərək gənclərin vətənpərvər ruhda tərbiyəsinə önəmli töhfə verir.

 

Belə tədbirlərdən biri Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Şəhər İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub. "Vətənpərvər ruhda tərbiyə. Sağlam ailə, sağlam həyat" mövzusunda keçirilən konfransa Lənkəran Dövlət TibbHumanitar Kolleci, orta məktəb şagird və müəllimləri, habelə müxtəlif idarə, müəssisə və təşkilatların, KİV nümayəndələrinin nümayəndələri qatılıb. Tədbiri Lənkəran Şəhər İcra Hakimiyyəti aparatının İctimai-siyasihumanitar məsələlər üzrə şöbəsinin müdir müavini Aydın Məmmədov açaraq gənclərin milli-mənəvi və vətənpərvərlik ruhunda tərbiyə olunmasının onların gələcək inkişafını formalaşdıran mühüm amil olduğunu bir daha qeyd edib, bununla bağlı ailələrin, təhsil müəssisələrinin üzərinə düşən vəzifələrdən, məsuliyyət hissindən söz açıb, bu işə diqqət və qayğının artırılmasının vacibliyini vurğulayıb. Sonra Aydın Məmmədov "Gənclərin vətənpərvər ruhda tərbiyəsində azərbaycançılıq məfkurəsi", Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran üzrə şöbəsinin müdiri Qağayı Məmmədov "Azərbaycançılıq və milli-mənəvi dəyərlərimiz", DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin müdiri İzzət Əsgərov "Narkomaniyaya qarşı mübarizə yolları", Lənkəran Dövlət Universitetinin pedaqogikapsixologiya kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Afiq Əliyev "Gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmağın sosial-psixoloji istiqamətləri", ilahiyyatçı, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı, Ləj kənd məscidinin axundu Samid Quliyev "İslamda vətən sevgisi, sağlam ailə və sağlam həyat", Lənkəran Mərkəzi Rayon Xəstəxanası baş həkiminin müavini Taleh Məmmədli "Erkən nikahonun fəsadları" mövzularında çıxışlar ediblər.

Müasir Azərbaycanın qurucusu və memarı, dünya şöhrətli siyasətçi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da müxtəlif, rəngarəng, silsilə tədbirlər həyata keçirilib. Rayonun bütün idarə, müəssisə və təşkilatlarında, təhsil ocaqlarında düzənlənən konfranslarda, ədəbi-bədii, tematik gecələrdə, disputlarda, müsabiqələrdə, sərgilərdə, idman turnirlərində və s. dahi rəhbərin şərəfli ömür yolu, ictimai-siyasi fəaliyyəti bir daha xatırlanıb, rəngkarlıq nümunələrində Ümummilli Liderin əzəmətli obrazı canlandırılıb, yarışlarda yeniyetmə və gənclər güclərini sınayıblar. Lənkəran şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə də Milli Qəhrəman Əsgər Əliyev adına parkda Ulu Öndər Heydər Əliyevin ildönümünə həsr olunmuş qarışıq mövzularda "Əl işlərindən ibarət sərgi" keçirilib. açılmışdır. Sərgiyə 50 gənc 100-dən çox əl işi ilə Gün ərzində sərgi ilə tanış olanlar Ulu Öndərə həsr edilmiş rəsmlərə, portretlərə, müxtəlif əl sənəti nümunələrinə maraqla baxıb, gənclərin yaradıcılığından məmnun qaldıqlarını bildiriblər. Sonda iştirakçılar Lənkəran şəhər Gənclər və İdman idarəsinin diplomları ilə təltif olunublar. Lənkəran rayonunun Nərimanabad qəsəbəsində isə 2-5 aprel 2016-cı il tarixdə erməni təxribatının qarşısını alarkən şəhid olmuş əsgər və zabitlərimizin xatirəsinin yad edilməsi və gənc nəsilin vətənpərvərlik ruhunda tərbiyəsinin təşkil olunmasından ötrü tədbir keçirilib. Tədbirdə 250-ə yaxın qəsəbə sakini, Qarabağ əlilləri, müharibə veteranları, şəhid ailə üzvləri iştirak ediblər. Çıxış edən natiqlər cəbhə bölgəsində Milli Ordumuzun qazandığı qələbəni cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin iqtisadi qüdrətinin və hərbi gücünün artması, Azərbaycan həqiqətlərinin dünya birliyi tərəfindən dəsdəklənməsi hesabına, Azərbaycan əsgərinin Vətənə dönməz sədaqəti bahasına və bütün xalqın ölkə Prezidentinin ətrafında sıx birləşməsi ilə qazanıldığını bildiriblər. Tədbirdə məktəblilərin və gənclərin ifasında vətənpərvərlik mövzusunda şer və mahnılar səsləndirilib.

Bundan başqa Lənkəran Dövlət Universitetində Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlarla əlaqədar mitinq keçiriliib. Universitet Tələbə Gənclər Təşkilatının keçirdiyi mitinqdə 1500-dən çox tələbə iştirak edib. Əllərində "Azərbaycan əsgəri, biz səninlə fəxr edirik!", "Erməni əsgəri, rədd ol Azərbaycan torpağından!", "Torpaq, uğrunda ölən varsa vətəndir!", "Azərbaycanın hər bir əsgəri Mübarizdir!" , "LDU tələbələri Prezidentimizin ətrafındadır!" və s. sözləri yazılmış şüarlar mitinqə əlavə xoş ovqat qatıb. Hər tərəfdən Azərbaycan bayrağı dalğalanıb. Mitinqi Universitet Tələbə - Gənclər Təşkilatının sədri Emin Həmidli açaraq erməni silahlı bölmələrinin təmas xəttində atəşkəs rejimini mütəmadi olaraq pozduğunu və düşmən təxribatlarının intensiv xarakter daşıdığını bildirib. Universitetin tələbələri çıxış edərək Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən hadisələrə münasibətlərini bildiriblər. Mitinq bir daha sübut edib ki, Vətənə, millətə, xalqa və dövlətə sədaqətlə xidmət göstərən vətənpərvər gənclərimiz çoxdur. Tələbələr qəbul etdikləri qətnamədə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin daxilixarici siyasətini bəyəndiklərini, onun ətrafında sıx birləşdiklərini qeyd ediblər. Tədbirin sonunda Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Nizami Yusubov çıxış edərək əminliklə söyləyib ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırığına Lənkəran Dövlət Universitetinin gəncləri hər an hazırdırlar. Sonda tələbələr "Azərbaycan əsgəri" sözlərindən ibarət flaşmob nümayiş etdiriblər.

Lənkərən şəhərində torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhid olan vətən oğulları da yüksək ehtiramla yad edilir. Belə tədbirlərdən biri də şəhid Əsgər Əliyevlə bağlı keçirilib. Məlumat üçün qeyd edək ki, Əsgər Ələkbər oğlu Əliyev 1974-cü ildə Lənkəran rayonunun Ləj kəndində anadan olub. 1982-1990-cı illərdə Ləj kənd orta məktəbində təhsil alıb. Sonra təhsilini Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin tank artilleriya fakültəsində davam etdirib. O, 17 mart 1995-ci il tarixdə Bakıda dövlət çevirilişinə cəhd edənlərə qarşı Milli Ordunun sıralarında hərbi əməliyyatlarda iştirak edib və qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli Fərmanı ilə Əsgər Əliyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı " adı verilib. Əsgər Əliyevin adını daşıyan "Dostluq" mədəniyyət və istirahət parkında isə Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə anım tədbiri keçirilib. Tədbirdə qəhrəmanın ailə üzvləri, rayon ictimaiyyəti, müharibə veteranları və oxuduğu Ləj kənd tam orta məktəbinin pedaqojişagird kollektivi iştirak edib. Mərasimdə Milli Qəhrəmanın şərəfli ömür yolu bir daha xatırlandı, onun xatirəsinə bəslənilən hörmət, diqqət və qayğıdan söhbət açılıb. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Əsgər Əliyevin büstü önünə təzə-tər qərənfil dəstələri düzüb, atası Hacı Ələkbər Əliyevə dərin hüznlə başsağlığı verib, igid həmyerlimizin xatirəsinin həmişə xalqımız tərəfindən hörmətlə anıldığını, onun şərəfli ömür yolunun məktəblilərə, gənclərə örnək olduğunu diqqətə çatdırıb. Mərasimdə iştirak edən İcra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri və məktəblilər Milli Qəhrəmanın büstü önünə bahar çiçəkləri qoyublar, xatirəsini ehtiramla yad ediblər.

Bu günlərdə isə Heydər Əliyev Mərkəzində "Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış" mövzusunda regional forum keçirilib. Tədbirdə 9 rayonun - Lənkəran, Masallı, Lerik, Cəlilabad, Yardımlı, Biləsuvar, Astara, SalyanNeftçala rayonlarının nümayəndələri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Xatirə Parkında Ulu Öndərin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Regional forumu giriş sözü ilə Azərbaycan Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov açıb. Bu ilin aprel döyüşlərində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra forum öz işinə başlayıb. İlk söz Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşova verilib. O, İcra başçısı Taleh Qaraşovun salamını iştirakçılara çatdırıb. İ.Dadaşov rayonda keçirilən tədbirlərdə gənclərin yaxından, yüksək fəallıqla iştirakından söz açıb, dövlətin gənclərə göstərdiyi hərtərəfli qayğı və diqqətdən danışıb, onlara vətənə layiq vətəndaş, vətənpərvər olmalarını arzulayıb. . Daha sonra forumda Azərbaycan Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı İctimai Birliyinin sədri, millət vəkili Şahin İsmayılov, Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov çıxış ediblər. Sonra dövlət gənclər siyasətinin həyata keçirilməsində fəallığa görə bir qrup gəncə Azərbaycan Respublikası Gənclər və İdman naziri adından Fəxri fərmanlar təqdim olunub.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 29-31 oktyabr.- S.15.