Regionlarda gənclərə vətənpərvərlik
hissləri daha çox aşılanır
Toğrul
Qasımov: "Gənclərin vətənpərvərlik
hisslərinin artırılması istiqamətində Rayon
İcra Hakimiyyəti səviyyəsində mühüm işlər
görülür"
Gənclərin
milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik
hisslərinin artırılması günümüzdə
prioritet vəzifələrdən olduğundan istər dövlət,
istərsə də qeyri-dövlət təşkilatları səviyyəsində
bu istiqamətə ciddi diqqət artırılır. Təkcə paytaxtda deyil, eləcə
də yerlərdə gənclərin vətənpərvərlik
ruhunda tərbiyəsi istiqamətində müxtəlif tədbirlər,
layihələr həyata keçirilir. Bu sırada
İsmayıllı rayonunda görülən işlər, həyata
keçirilən tədbirləri xüsusi olaraq qeyd etmək
yerinə düşər.
Sözügedən rayonda yerli İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirlər gənclərin vətənpərvərlik hissinin artırılmasına xidmət edir. Həmçinin bu kimi tədbirlər Azərbaycan Silahlı Qüvvələrində də ruh yüksəkliyi yaradır. Onu da qeyd edək ki, rayon İcra Hakimiyyəti tərəfindən ənənəvi olaraq İsmayıllıda Azərbaycan Silahlı Qüvvələri günü qeyd olunur. Bu il də Silahlı Qüvvələr günü İsmayıllıda yüksək səviyyədə qeyd edilib. Belə ki, Rayon İcra Hakimiyyətinin konfrans zalında İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun, aparat işçilərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əməkdaşlarının, hüquq-mühafizə orqanlarının rəhbərlərinin və veteran hərbçilərin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin bu gün Cənubi Qafqazda müasir hərbi texnika ilə təchiz edilmiş ən güclü ordu olduğu qeyd edilib. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bayram münasibətilə veteran hərbiçiləri, bütün Azərbaycan Ordusunu və xalqımızı təbrik edib. Mirdaməd Sadıqov ölkəmizdə aparılan ordu quruculuğu, ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahədəki böyük xidmətləri barədə tədbirə toplaşanlara ətraflı məlumat verib, yenilməz Azərbaycan Ordusunun torpaqlarımızı mənfur erməni işğalından xilas etmək qüdrətinə malik olduğunu diqqətə çatdırıb. İsmayıllı rayon Məhkəməsinin hakimi Azad Əliyev, "Azərbaycan Bayrağı" ordenli veteran döyüşçü Eynulla Bağırov, 30 ildən çox orduda xidmət etmiş Əlaləm Babayev və başqaları çıxış edərək Azərbaycan Ordusunun keçdiyi tarixi yol, hazırkı döyüş qabiliyyəti barədə məlumat verib, bayram münasibətilə tədbirə toplaşanları təbrik ediblər. Sonda bir qrup veteran hərbiçiyə və SHXÇDX İsmayıllı rayon şöbəsinin fəal əməkdaşlarına mükafat və Fəxri fərmanlar təqdim olunub. Bu günlər ərəfəsində həmçinin Rayon Gənclər İdman İdarəsinin və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon filialının birgə təşkilatçılığı ilə şəhər üç saylı məktəb-liseyin idman bazasında güllə atıcılığı üzrə rayon birinciliyi keçirilib. Yarışda 20 nəfərdən çox gənc idmançı, Qarabağ müharibəsi əlili və veteranı güllə atıcılığı üzrə öz qüvvəsini sınayıb. Yarışı giriş sözü ilə Rayon Gənclər İdman İdarəsinin rəisi Taleh Salehov açıb. Sonra RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov yarış iştirakçılarını Silahlı Qüvvələr Günü münasibətilə RİH-nin başçısı adından təbrik edib, iştirakçılara uğurlar arzulayıb. Yarışda Sübhan Mürşüdov birinci, İlham Şərifov ikinci və Azər Şahalıyev isə üçüncü yeri tutub. İdmançılara medallar və RGİİ-nin fəxri fərmanları təqdim olunub. İsmayıllı rayonunda gənclərin hərbi vətənpərvərlik hisslərinib artırılmasına yönəlik daha bir tədbir 10 rayonunun-Hacıqabul, Kürdəmir, Zərdab, Ucar, Bərdə, Göyçay, Ağdaş, Qobustan, Şamaxı və Ağsu rayonlarının "Şahin" hərbi-idman oyunu komandalarının zona yarışının keçirilməsi olub. Yarışın açılışından əvvəl yarış iştirakçıları və qonaqlar 3 saylı tam orta məktəbin ərazisindəki "Şəhidlər" kompleksini ziyarət edib, önünə gül dəstələri qoyublar. Tədbiri giriş sözü ilə İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açaraq yarışın məqsəd və şərtlərindən, qaydalarından danışıb, komandaları İsmayıllı gəncləri adından salamlayıb. İşğalçıya layiq olduğu cavabı verərkən şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon İcra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova çıxış edərək RİH başçısı adından komandaların üzvləri və rəhbərlərini salamlayıb, yarış iştirakçılarına uğurlar arzulayıb, rayonun sosial-iqtisadi inkişafı və təhsil sahəsində İsmayıllının nailiyyətləri barədə məlumat verib. Hərbi Xidmətə Çağırış və Səfərbərlik Xidməti rayon şöbəsinin rəisi, polkovnik-leytenant Xamis Bədəlov gənclər qarşısında çıxış edərək onları hərbi işi daha müəkəmməl öyrənməyə orduya məktəb illərindən hərtərəfli hazırlaşmağa səsləyib. İsmayıllı rayon təhsil şöbəsinin müdiri Rasim Orucov və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Altay Paşayev tədbirdə iştirak edib. Qalib "Şahinlərə" Gənclər və İdman Nazirliyinin diplomları, İsmayıllı rayon Gİİ-nin diplomları və hədiyyələri verilib. "Həmrəy" Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi və Rayon İicra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Peşə Tədris Mərkəzində "Vətən üçün nə etməli?" mövzusunda keçirdiyi elmi-praktik konfrans da məhz gənclərin vətənpərvərlik hisslərinin artırılmasına xidmət edib. Tədbirdə İsmayıllı RİH-nin əməkdaşı, layihə rəhbəri Yəhya Babanlı, Peşə Tədris Mərkəzinin pedoqoji kollektivi və tələbələri iştirak ediblər. Tədbirin əsas mahiyyəti gənclərin vətənpərvərlik hissinin aşılanması, milli-mənəvi dəyərlərimizin, tarixi-mədəni sərvətlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi məqsədini daşıyırıb. Təlimçi Telman Niftiyev mövzu ilə əlaqədar məruzə edib. Konfrans mövzu ətrafında maraqlı və qarşılıqlı diskusiya səraitində başa çatıb.
Yeniyetmələrin və gənclərin hərbi
vətənpərvərlik tərbiyəsində əhəmiyyətli
rol oynayan poliatlon çoxnövçülüyü üzrə
yarışın zona birinciliyi də İsmayıllı
rayonunda keçirilib. Yarışlarda 10 komanda mübarizə
aparıb. Yarışa toplaşan komandaları rayon gənclər
və idman idarəsinin rəisi Taleh Salehov giriş nitqi ilə
salamlayıb. Bildirib ki, bir çox zona və
Respublika yarışları İsmayıllıda o səbəbdən
keçirilir ki, rayon icra hakimiyyətinin rəhbərliyi bu sahəyə
xüsusi diqqətlə yanaşır, idmançıların
uğurlarını təqdir edir, qalib olmaları
üçün şərait yaradır,Olimpiya idman kompleksinin
səmərəli və fasiləsiz işləməsi
üçün ardıcıl köməklik göstərir.
Azərbaycan Respublikası Gənclər və İdman
Nazirliyinin nümayəndəsi Fərid Qasımzadə və
İsmayıllı rayon İcra Hakimiyyətinin əməkdaşı
Nəsimi Teymurov yarış iştirakçıları
qarşısında çıxış edib, onlara uğurlar
arzulayıblar. Gərgin keçən yarışların son
nəticəsi olaraq İsmayıllı komandası birinci, Qax
rayon komandası ikinci və Şəki komandası
üçüncü yeri tutub. Qalib komandalara Gənclər və
İdman Nazirliyinin diplomları təqdim edilib. Hər
üç komanda Qaxda keçiriləcək Respublika
yarışında iştirak etmək hüququ qazanıb. O da qeyd edilməlidir ki, yarışların təşkilində
üzərinə düşən vəzifəni hər bir təşkilat
məsuliyyətlə yerinə yetirib. İsmayıllı
rayonunda gənclərin milli mənlik şüurunun inkişaf
etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin
artırılmasına xidmət edən tədbirlər, layihələrin həyata keçirilməsi rayon
gəncləri tərəfindən də təqdir edilir,
alqışlanır. Ümumiyyətlə, rayon gəncləri
ölkədə, o cüçlədən
İsmayıllı rayonunda həyata keçirilən dövlət
gənclər siyasətindən razılıq ifadə edirlər.
İsmayıllı rayonundan olan fəal gənc Toğrul
Qasımov deyir ki, gənclər siyasəti Azərbaycanda
uğurla icra olunur. Onun sözlərinə görə, paytaxt
Bakı ilə yanaşı tegionlarda, eləcə də
yaşadığı İsmayıllı rayonunda da dövlət
gənclər siyasəti çərçivəsində məqsədyönlü
tədbirlər həyata keçirilir. Toğrul Qasımov
bildirib ki, bu günkü gənclərə ilk olaraq Ölkə
başçısı İlham Əliyev dəstəkdir:
"Və bu dəstək əlbəttə ki, göz
önündədir. İstər gənclərlə
bağlı tədbirlər, istərsə də maarifləndirmə
aksiyaları gəncləri dövlətə, dövlətçilik
prinsiplərinə sadiqliyə daha da sövq edir".
Toğrul Qasımovun sözlərinə görə, region gəncləri
ilə bu istiqamətdə səmərəli iş
aparılır. O, qeyri-hökumət təşkilatları və
ictimai birliklərin fəaliyyətini bu mənada təqdir
edib: "Mən öz adımdan söyləyim ki,
qeyri-hökumət təşkilatları və bir çox
İctimai Birliklər sayəsində regıonlarda gənclərə
vətənpərvərlik hissləri, bu kimi vacib nüanslar
daha çox aşılanır. Bu doğurdan da təqdirəlayiq
bir haldır. Yaxın keçmişdə İsmayıllı
rayonunda Regıonal İnkişaf İctimai Birliyinın
yaradılması da bunun bariz nümunəsidir. Onu
da qeyd edim ki, gənclik də öz növbəsində bu
baxımdan çox böyük rol oynayır. Əgər bu
gün bir qeyri-hökumət təşkilatı
İsmayıllıya gəlir, rayonda təlim keçirir və
buradakı auditoriyanı bəyənir, gənclərin
aktivliyini görürsə, əmin olun həmin QHT, bir
daha İsmayıllıda layihə, yaxud tədbir keçirməyə
maraqlı olacaq. Çünki İsmayıllı gəncləri
aktiv, ınnovativ gənclərdəndir. Bütün bunlarla
yanaşı onu qeyd etməliyəm ki, regionun irəli getməsini
istəyən gənclər də boş durmamalı, öz
üzərində işləməli, rayonunu tanıtmaq,
önə çıxmaq yolunda addımlar
atmalıdır". Toğrul Qasımov region, xüsusilə
İsmayıllı gənclərinin vətənpərvərlik
hisslərinin də üstün olduğunu diqqətə
çatdırıb: "Region gənclərinin vətənpərvərlik
hissləri düşünürəm ki, yüksək səviyyədədir.
Bu sıraya İsmayıllı rayonunu da daxil etmək
lazımdır. Bu gün rayon gənclərinin
milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik
hisslərinin artırılması istiqamətində Rayon
İcra Hakimiyyəti səviyyəsində mühüm işlər
görülür, müntəzəm olaraq tədbirlər təşkil
olunur. Əgər bizlər, İsmayıllı
gəncləri vətənpərvər gənclər
olmasaydı, İsmayıllıni gənclər paytaxtı edə
bilməzdik . Bırlık olduq, rayonumuz naminə biz bunu etdik,
bacardıq. İsmayıllı rayonunda ilk növbədə gənclərə
böyük dəstək var. Bu dəstək sayəsində
də bizim gəncliyin səsi daim yüksəklərdən gəlir.
Hesab edirəm ki, bu gələcəkdə də belə
olacaq. Nə xoş bizə ki, istənilən bir gənc
öz ideyasını yerlı qurumlarla birlikdə rahatlıqla
həyata keçirir. Məsələn ötən
aylarda mən bir ictimai fəal olaraq Rayon İcra Hakimiyyətinin
Təhsil şöbəsinin , Gənclər və idman
ıdarəsinin dəstəyi ilə rahatlıqla öz
ideyamı həyat keçirdim və məktəblərarası
esse müsabiqəsini uğurla yekunlaşdırdım".
Toğrul Qasımov QHT-lərin regionlarda, eləcə də
İsmayıllı rayonunda keçirdikləri tədbirlərin
əksəriyyətinin də məhz bu məqsədə xidmət
etdiyini söyləyib: "Gənclərin
maarifləndirilməsi, onların sağlam, tərbiyəvi
ruhda böyüməsi yönündə Gənclər Fondu,
NAYORA , Bilik Fondu və digər aktiv QHT-lər müxtəlif
layihələr həyata keçirir, gəncləri
aydınlığı çəkirlər. Bu
baxımdan nə xoş bu gəncliyin halına və nə
xoş bizlərə. Bütün bunları nəzərə
alaraq qeyd edərdim ki, ölkədə gənclərlə
aparılan işdən razıyam. Sadəcə fərdi şəxslərin
layihələrinin qəbulunda daha şəffaflıq qorunarsa
və daha da çox gənclərin layihəsi dəstəklənərsə
gözəl olar. Bundan başqa bəzi məqamlar var ki,
doğurdan da gənclər üçün lazımı
imkanlar yaradılmalıdır. Hesab edirəm ki, bu da zamanla
düzələcək. Ona görə də
bugünkü gənclərə öz üzərilərində
daha çox işləməyi, istedadlarını
formalaşdırıb daha böyük mərhələləri
qət etmələrini, gənclər siyasətinə sadiq
olduqlarını itirməmələrini məsləhət
edırəm. Çünki uğurlu gələcək məhz
sizlərlə gələcək".
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2016.- 9 sentyabr.- S.15.