Ali Baş Komandan nə
vaxt döyüş
göstərişi versə...
Torpaqlarmızı
azad etmək üçün
hazır olacağıq
Aprel ayının əvvəlində cəbhə bölgəsində
baş verən olaylar
Azərbaycan ordusunun həm texniki-təchizat,
həm də taktiki-döyüş aparma bacarığına görə Ermənistan
ordusundan qat-qat güclü olması faktı ortaya
çıxdı. Belə ki, erməni təxribatının
qarşısını almaq zorunda qalan ordumuz
öz qüdrətini göstərərək bir
neçə yüksəkliyi də ələ keçirə bildi. Bu fakt
Azərbaycan ordusunun daim
döyüşə hazır olduğunu
göstərən amllərdən biri kimi qəbul edilə bilər.
Sirr deyil ki, ordumuz ən müasir silahlarla təchiz olunub, maddi-texniki təmnat yüksək səviyyədədir. Maliyyə resursları isə ümumiyyətlə heç bir zaman mübahisə predmeti olmamışdır. Lakin məlumdur ki, müasir dövrdə müharibəni udmaq üçün ordunun gücü ilə yanaşı, siyasi və geosiyas vəziyyət, beynəlxalq münasibətlər də çox önəmlidir. Xatırladaq ki, ermənilərin 100 illik təbliğatı fonunda Azərbaycanın beynəlxalq təbliğat kampaniyası ümumiyyətlə yox idi və dünya Azərbaycan və azərbaycanlılar haqda çox primitiv təsəvvürə malik idi. Ona görə də ermənilərin azərbaycanlılar və Qarabağda gedən müharibə haqqında ən bayağı yalanına da dünya ictimaiyyəti qulaq asırdı. Qərbi Avropada, ABŞ-da, Yaxın Şərqdə güclü erməni lobbisi Ermənistan adından təmsilçilik etdiyi halda Azərbaycanın nə səfrilikləri vardı, nə də nümayəndəlikləri. Lakin bu gün Azərbaycanın səfirlikləri, müxtəlif təşkilatları, şirkətləri və lobbiçiləri kifayət qədərdir və erməni təbliğatının birtərəfli olacağı mümkün deyil. Bütün sadalanan faktlar Azərbaycan ordusunun döyüş ruhunu daha da artırmış olur. Bu isə öz növbəsində gənclərin vətənpərvərlik ruhunun yüksəlməsinə təkan verir. Son hadisələr bir daha göstərdi ki, Azərbaycan gənci kifaqət qədər güclüdür və öz itirilmiş torpaqlarını işğaldan azad etməyə qadirdir. Belə bir məqamda nəinki Azərbaycanda yaşayan həmvətənlərimiz, həm də xarici ölkələrdə yaşayan soydaşlarımız da ordu sıralarına yazılmağa hazır olduqlarını bəyan ediblər. Qırğızıstanda fəaliyyət göstərən "Azəri" İctimai Birliyi İdarə Heyəti və Ağsaqqallar Şurasının Azərbaycan Przidenti İlham Əliyevə etdikləri müraciət dediklərimizi bir daha sübut edir. Müraciətdə qeyd edilir ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində vəziyyətin gərginləşməsi, Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozaraq Azərbaycana qarşı təxribat törətməsi xarici ölkələrdə yaşayan həmvətənlərimizi ciddi narahat edib. "Bu ölkədə məskunlaşan 20 minə yaxın həmvətənimiz adından bir daha bəyan etmək istəyirik ki, 27 ildən bəri Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinin durdurulması və istər ümummilli liderimiz Heydər Əliyev, istərsə də Sizin tərəfinizdən müharibənin sülh, danışıqlar yolu ilə həll olunmasına yönəlmiş siyasətinizi daim dəstəkləmişik, bundan sonra da dəstəkləyəcəyik. Digər tərəfdən də Sizin Ali Baş Komandan olduğunuz qüdrətli Ordumuzun hər zaman düşmənə layiqli cavab vermək iqtidarında olmasının bir daha şahidiyik. Heç kəs istəməz ki, qan tökülsün, gələcəyimiz olan gənclər şəhid olsun, analar göz yaşı töksün. Beynəlxalq təşkilatların Ermənistanı işğalçılıq siyasətindən çəkinməyə dəfələrlə dəvət etməsi, işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələbləri də ermənilər tərəfindən hər dəfə qulaqardına vurulub. Əlbəttə, son günlərdəki cəbhəyanı olaylar bir daha onu sübut edir ki, bölgənin ən güclü ordusu olan Azərbaycan Silahlı Qüvvələri düşmənin bəd niyyətlərini gözündə qoyub, onlara tutarlı cavab verib. Sizin mövqeyiniz müstəqil Azərbaycan dövlətinin gələcək taleyini həll edəcək. Bu, şübhəsizdir. Çünki Siz Heydər Əliyev məktəbini keçmisiniz, kifayət qədər dünyəvi siyasətdə özünəməxsus təcrübə qazanmısınız. Sizin yürütdüyünüz müstəqil xarici siyasətin alternativi yoxdur. Dünya azərbaycanlılarının ümidi yalnız Sizədir. Odur ki, qətiyyətli mövqeyinizi bir daha alqışlayırıq. Azərbaycanın getdikcə gücləndiyi, qüdrətli və nüfuzlu bir dövlətə çevrildiyi göz qabağındadır. Hörmətli cənab Prezident, bir daha diqqətinizə çatdırırıq ki, qırğız xalqının əksəriyyəti Azərbaycan xalqının işğal altında olan torpaqlarını azad etməyə qalxmasını dəstəkləyir və işğalçı qüvvələrin Azərbaycan torpaqlarından tezliklə çıxarılmasını istəyir. Biz - Qırğızıstanda yaşayan azərbaycanlılar daim Sizinləyik və ədalətli mübarizənizi, qətiyyətli qərarınızı ürəkdən bəyənirik və lazım gələrsə, tarixi Vətənimizin mücadiləsinə qalxmağa da hazırıq. Təki Ali Baş Komandan kimi bizlərə göstəriş verəsiniz. Haqq nazilər, amma üzülməz. Bədxahlıq, şər-böhtan və yalan uzun sürə bilməz. Gec-tez haqq-ədalət qalib gələcək. Haqq-ədalət isə Azərbaycan xalqının tərəfindədir. Azərbaycanın Qırğız Respublikasındakı səfirliyi ilə birlikdə yerli mətbuat orqanları vasitəsilə Qırğızıstanda yaşayan xalqları və soydaşlarımızı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlər barədə vaxtaşırı bilgiləndirməkdə və Sizin yürütdüyünüz sülh siyasətini təbliğ etməkdə davam edəcəyik. Allah xalqımıza kömək olsun! Cənab Prezident, müraciətimizin sonunda bir daha bildiririk ki, Sizin yürütdüyünüz xarici və daxili siyasəti ürəkdən bəyənir, hər zaman dəstək verəcəyimizi qətiyyətlə bildiririk. Axı, Siz həm də 55 milyonluq dünya azərbaycanlılarının bir parçası olan bizlərin də Prezidentisiniz! Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, güclü dövlətin güclü də diasporu olmalıdır, güclü diasporun da güclü dövləti. Allah Sizə kömək olsun!" Kanadadan Əzizov Mirşakir Möhsün oğlunun məktubunda qeyd edib ki, son günlərdə cəbhə bölgəsində Azərbaycan Ordusunun qazandığı qələbələr, torpaqlarımızın erməni faşistlərindən təmizlənməsi bizi sevindirir: "Allahdan şəhidlərimizə rəhmət diləyirik. Əminik ki, Sizin rəhbərliyinizlə bu işlərin öhdəsindən gələcəyik. Azərbaycandan uzaqlarda yaşamağımıza baxmayaraq, ürəyimiz hər zaman Vətənimiz ilə döyünür. Burada Azərbaycanımızı təbliğ etməklə yanaşı, 10 illərdir erməni yalanlarının qarşısını almaq üçün mübarizə aparırıq.
Hər an canımızla, qanımızla torpaqlarımız uğrunda vuruşub qalib gəlməyə, lazım gələrsə Vətən uğrunda şəhid olmağa hazırıq". Türkiyə Respublikasından Hava İbrahim qızının müraciətində bildirilir ki, dünyadakı bütün türk xalqları bir bədənin damarları kimidir: "Necə ki bütün damarlar birlikdə ürəyin fəaliyyətini təşkil edir və bədəni hərəkətə gətirirsə, biz türklər də dünyanın harasında olursaq-olaq birlikdə bir millət, adlı-sanlı türk millətiyik. Bu mənada bədənin bir yerindəki narahatlıq bütün insana təsir edirsə, türk dünyasının hər hansı bir yerində narahatlıq olanda, bu, hamımızın narahatlığı, sevinci isə hamımızın sevinci olur.
Məlumat üçün
bildirim ki, Türkiyədə
yaşayan türklər olaraq
biz də terror bəlası
və xarici ölkələrin qərəzli
siyasəti ilə əlaqədar çətin anlar
yaşayırıq. Amma siz
bu çətin günlərimizdə bizi dəstəkləyirsiniz. Biz
də bu hadisələrlə əlaqədar
sizin yanınızda olduğumuzu
bildirmək istəyirik. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Bir neçə məntəqəni işğaldan azad edən
müzəffər Ordunuzun
uğurlarının davamlı olmasını diləyirəm.
Maddi və mənəvi olaraq,
əlimizdən gəldiyi qədər sizin
yanınızda olduğumuzu bilin. Allah hamımıza
kömək olsun, bizim
birliyimizi güclü
etsin". "Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü,
hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov qeyd edib
ki, ordumuzda ruh yüksəkliyi elə bir
həddədir ki, onlar
hər an Ali Baş Komandanın döyüş
əmrini gözləyir. O bildirib ki, Azərbaycan Ordusu
dövlət müstəqilliyinin ilk illərində
elə də güclü deyildi:
"Ulu Öndərin hakimiyyətə gəlişindən
sonra bütün sahələrdə
olduğu kimi, Milli Ordumuzda da inkişaf baş verdi. Orduda ruh yüksəkliyi
yarandı, struktur dəyişiklikləri edildi, maddi-texniki təminat
gücləndirildi. Bu gün
Cənab Prezident İlham
Əliyevin dövründə Azərbaycan Ordusu
tam müasir standartlara cavab verir və onun maddi-texniki təchizatı ən yüksək
səviyyəyə çatdırılıb. Azərbaycanı
gözü götürməyən, ermənilərin
havadarları olan qüvvələr uzun illərdir ki,
Dağlıq Qarabağ münaqişəsində
güclü ordumuzun öz sözünü deməsinə
müəyyən maneələr yaradırdı. Son hadisələr Azərbaycan Ordusunun
gücünü, onun
Ali Baş Komandanına
sadiqliyini və hətta lazım gələrsə
İrəvana qədər gedib
çıxa biləcəyini dünyaya sübut etdi. Ermənilər
üç günlük
hərbi əməliyyat nəticəsində yalvarmağa,
mövqelərini qoyaraq qaçmağa
başladılar. Bu onu
göstərdi ki, Ermənistanın nə
güclü ordusu, nə
də güclü dövləti var. Ermənistan rəhbərliyində duran şəxslər bəzi dövlətlərin
vassalı, xalq arasında nüfuzu
olmayan insanlardır". YAP
GB sədri maraqlı bir məqama da diqqət çəkib: "3 günlük hərbi əməliyyatlar
zamanı Ermənistan tərəfi post quraraq Dağlıq Qarabağda
qanunsuz məskunlaşan insanların, döyüşən
erməni əsgərlərinin geriyə qaçmasının
qarşısını almağa, amma Azərbaycan tərəfi
post quraraq Vətənini
canından da çox
sevən xalqımızın nümayəndələrinin
Dağlıq Qarabağa döyüşlərə
getməsinə mane olmağa
çalışdı. Bu fakt
bir daha sübut edir ki, Ali Baş
Komandanın həyata keçirdiyi siyasət,
ölkədəki nüfuzu,
xalqın ona inamı, Azərbaycan gəncliyinin
vətənpərvərlik hissləri düşmən ölkə
ilə müqayisə oluna bilməz. Azərbaycan
gəncliyi cənab Prezidentin siyasətini
hər zaman hər yerdə dəstəkləyir.
Ölkəmizin uğurları bizi sevindirir. Azərbaycan gəncliyi qələbə
duyğusunu artıq yaşamağa
başlayıb. Biz sülh
tərəfdarı olsaq da,
torpaqlarımızın son
qarışı azad olunanadək
mübarizəmizi davam etdirəcəyik. Bütün gənclik Ali Baş Komandanın əmrini gözləyir. Bir faktı da qeyd edim
ki, Yeni Azərbaycan
Partiyasının üzvlərinin bir çoxu, hətta xanımlar belə paytaxtda, regionlarda könüllü şəkildə Səfərbərlik
və Hərbi Xidmətə çağırış
üzrə Dövlət Xidmətinin şöbələrinə
müraciət edərək döyüşə getmək üçün növbələrə durublar. Cənab Prezident, Ali Baş Komandan
nə vaxt döyüş
göstərişi versə, hər kəs
torpaqlarımızı azad etmək üçün hazır olacaq.
Bu isə iqtidar-xalq, xalq-iqtidar, prezident-xalq, xalq-prezident birliyinin
müjdəçisidir".
Olaylar.-2016.- 10-14 sentyabr.- S.15.