Əsgərlərin döyüşə hazırlıq

vəziyyəti nəzarətdədir

 

Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın ölkəmizə qarşı təhdidləri daim davam etməkdəir. Xüsisən, öz himayədarından maddi və mənəvi dəstək alan işğalçı dövlət ölkəmizi daim təzyiq altında saxlamağa çalışır. Bunun üçün isə həqiqətə uyğun olmayan informasiyalardan yararlanmaqda maraqlıdır. Məlum olduğu kimi Ermənistan sentyabrın 21-də müstəqilliyinin 25-ci ildönümü ilə bağlı hərbi parad keçirməyə hazırlaşır. Bu paradın nə dərəcədə "möhtəşəm" olacağı gün kimi aydın olsa da Ermənistan onun əhəmiyyətini şişirtməyə cəhd göstərir. Elə bu məqsədlə də Paytaxt Yerevana parad üçün gətirilən hərbi texnika içərisində Rusiya istehsalı olan "İsgəndər" raketlərinin yer aldığı da söylənilir.

Əvvala qeyd edək ki, uzun fasilədən sonra hərbi parad keçirməklə Ermənistan hakimiyyətinin "aprel döyüşləri"ndən sonra dərin psixoloji sarsıntı keçirdiyi aydın sezilir. Maraqlıdır, "aprel döyüşləri"ndə ciddi itkilərə məruz qalmış Ermənistan indi hərbi paradı keçirməklə siyasi arenada özünü necə dövlət kimi göstərməyə çalışır?. Milli Məclisin deputatı Rövşən Rzayev deyib ki, Ermənistan siyasi tərəf baxımından işğalçı siyasətini davam etdirir: "Bu o deməkdir ki, Ermənistanın bugünkü işğalçı siyasi rəhbəri və rəhbərləri Ermənistan xalqını düşünsəydilər çoxdan sülh mövqeyinə gələrdilər. Nə qədər ki, bu mövqeyə gəlməyiblər, deməli, nə Ermənistan xalqı, nə də hakimiyyəti dünyada gedən proseslərə uyğunlaşa bilir. Çünki Ermənistanın bugünkü rəhbəri Serj Sarkisyan "səhra komandiri" düşüncəsindən qabağa gedə bilməyib. Ona görə də bu gün təxribatçı fikirlərini, əməllərini həyata keçirməkdə davam edir". Hərbi parad keçirməklə Azərbaycana təsir etməyə gəlincə, deputat bunun heç bir əhəmiyyət kəsb etmədiyini dilə gətirib: "Ermənistan hərbi parad keçirərkən Azərbaycana heç nə edə bilməyəcək. Ermənistan rəhbərliyi və xalqı birmənalı şəkildə bilməlidir ki, Azərbaycan üçün heç zaman rəqib ola bilməzlər. Azərbaycan Ermənistandan dəfələrlə güclüdür. Birinci Qarabağ savaşı dövründə də Ermənistan Azərbaycan ərazilərini işğal etməkdə iştirakçı olub. Onlar böyük imkanlara malik olmayıblar. "Aprel hadisələri" də göstərdi ki, Ermənistanın silahlı qüvvələrinin təxribatı Azərbaycan silahlı qüvvələri tərəfindən hansı səviyyədə alındı. Bunu nəinki Ermənistan dövləti, bütün dünya dövlətləri gördü. Ona görə də Ermənistan işğalçı siyasətindən əl çəkməlidir. Ermənistan hərbi parad keçirməklə, "İsgəndər" raketlərini almaqla heç nəyə nail ola bilməyəcəklər. Müstəqil Azərbaycan dövləti heç bir zaman öz torpaqlarını Ermənistanın işğalı altında saxlamayacaq. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan ərazisində ikinci Ermənistan dövləti yaranmayacaq. Bunu bilməlidirlər". Deputat, hərbi paradın keçirilməsini Ermənistanın özünə təsəlli verməsi kimi qiymətləndirib: "Ermənistan əvvəl etdiyi cəhdlərin boşa çıxdığını görüb indi də hərbi parad keçirmək istəyir. Bu, separatçı qüvvələrin düşündüyü amildən başqa bir şey deyil.Sentyabrın əvvəllərində Ermənistan tərəfi Qarabağdakı separatçı rejimin müstəqilliyi ilə əlaqədar görüşlər keçirmək istəyirdi. Amma, bu, alınmadı. Çünki aparıcı dövlətlər separatçı rejimi tanıya bilmədilər. Necə ki, bu günə kimi tanımayıblar. Dünyanın bütün aparıcı dövlətləri işğal altında olan torpaqların Azərbaycanın ərazisi olduğunu qəbul edirlər". "Ermənistanda keçiriləcək hərbi paradda "İsgəndər" raketlərinin nümayiş etdirilməsi hələ bu dövlətin hərbi gücündən və qüdrətindən xəbər vermir. Ermənistan parada bu raketi çıxartması hələ o demək deyil ki, onların ordusu bizimkindən güclüdür". Bu sözləri isə ehtiyatda olan general-leytenant, Azərbaycanın Çindəki keçmiş hərbi attaşesi Yaşar Aydəmirov deyib. General-leytenant bildirib ki, Ermənistandakı "İsgəndər" raketləri içi boş olan korpuslardır və bu Azərbaycanı qorxuda bilməz: "Hələ bilmək olmaz Ermənistanın sabah paradda nümayiş etdirəcəyi həmin raketlər həqiqətən "İsgəndər"in özüdür yoxsa sadəcə içi boş korpuslarıdır. Digər tərəfdən isə bu gün Azərbaycan silahlı qüvvələrinin hava hücumundan müdafiə qoşunlarının İsgəndər raketinə qarşı cavab verə biləcək çox güclü müdafiə sistemləri və arsenalı var. Qəti şəkildə bunun Azərbaycanda qarşı heç bir hərbi təhdidi, riskiqorxusu ola bilməz. Ermənilər hansı adımı atsa biz hər zaman buna adekvat, qabaqlayıcı və irəliləyici addımlar atırıq".Yaşar Aydəmirov söyləyib ki, Rusiya Ermənistana İsgəndər raketini satmaz: "Ümumiyyətlə, Ermənistanda həmin İsgəndər raketlərinin özünün əslinin olmasına inanmıram. Çünki Rusiya heç vaxt Ermənistana bu raketləri sata bilməz. Ən azı ona görə ki, Rusiya dəfələrlə bəyan edib ki, İsgəndər raketini satmayacaq". Ehtiyatda olan general-leytenant hesab edir ki, Ermənistandakı bu raketlər Rusiyanın ola bilər: "Ola bilsin ki, Rusiya Ermənistandakı hərbi bazalarında İsgəndər raketlərini yerləşdirib, amma satması inandırıcı deyil. Çünki bu raketlərin qiyməti çox bahadır və Ermənistan heç vaxt bunu ala bilməz". Məlumat üçün qeyd edək ki, Rusiyanın Ermənistana hərbi yardım göstərməsi yeni məsələ deyil. Hətta xarici ölkələrin siyasi icmalçıları iddia edirlər ki, Yerevanı silahlandırmaq Moskvanın maraqları daxilindədir. Hələ bir müddət öncə "The Washington Post" qəzetində Oxford Universitetindən post-Sovet dövrü eksperti Samuel Ramani yazırdı ki, Rusiyanın hərbi hava qüvvələri Ermənistandakı Rusiya bazasına MiG-29 qırıcılarının və başqa müasir döyüş təyyalərinin göndəriləcəyini elan etmişdi. Moskva həmçinin Yerevana 200 milyon dollarlıq güzəştli kredit vəd etmişdi, amma Ermənistan bu pula elə Rusiyadan silahlar almalıdır. Bundan başqa Rusiya Ermənistanı həm də İranın milli enerji şəbəkəsinin regional qovşağı halına gətirmək niyyətlərini bildirmişdi. Qəzet yazır ki, Rusiya Sovet İttifaqı çökəndən bəri Dağlıq Qarabağ bölgəsinə görə Azərbaycanla müharibə şəraitində olan Ermənistana əhəmiyyətli hərbi yardım göstərib.Lakin son vaxtlar Rusiyanın Ermənistana dəstəyi xüsusilə artıb. Məqalə müəllifi hesab edir ki, Rusiya-Ermənistan münasibətlərinin son aylarda fəallaşmasının üç başlıca məqsədi var. Bunlardan birincisi Türkiyənin mühasirəyə alınması məqsədidir. Ramani yazır ki, Rusiyanın Ermənistanda möhkəmlənməsi onun Türkiyə hökumətini təhdid etmək kimi daha geniş strategiyasının yalnız bir hissəsidir. Məqalədə deyilir ki, Rusiyanın ikinci məqsədi Dağlıq Qarabağ münaqişəsinin vaxtaşırı alovlandırılması və vəziyyətin stabilsizləşdirilməsidir. İki ölkə arasındakı düşmənçiliyə baxmayaraq, Moskva həm Azərbaycana, həm də Ermənistana silah satmaqda davam edir.Ramani yazır ki, Azərbaycan hərbi potensial baxımından Ermənistandan güclü olsa da, Moskvanın dəstəyi Yerevanı Qarabağ münaqişəsini alovlandırmağa ürəkləndirə bilər. Image copyright AFP Image caption Moskva həm Azərbaycanı, həm Ermənistanı silahla təchiz edir. Məqalədə xartırladılır ki, 2015-ci ilin dekabrında Ermənistanın müdafiə naziri Azərbaycanı təxribatda atəşkəsi pozmaqda ittiham etmişdi. "The Washington Post" yazarının fikrincə, bu, Ermənistan hərbiyyəsinin Qarabağ münaqişəsinə daha yaxın müdaxiləsi üçün bəhanə ola bilərdi. Müəllifə görə, Rusiya Ermənistana hərbi dəstəyini artırmaqla, Türkiyənin Qafqaz strategiyasını buxovlamağa çalışır. Samuel Ramaninin fikrincə, Rusiyanın Ermənistana hərbi yardımı artırmaq qərarının ikinci məqsədi onun Suriyada apardığı Əsədyönlü, anti-İD kampaniyası ilə bağlıdır. Məqalədə deyilir ki, Suriya-Türkiyə münasibətləri 2011-ci ildə, Ankara anti-Əsəd qiyamçıları dəstəkləməyə başlayandan pozulub.

Təbii ki, Azərbaycan tərəfi ehtiyat tədbirlərini əldən verməyərək əsgərlərin döyüşə hazırlıq vəziyyətini nəzrət altında saxlayır. Elə bu səbəbdən də, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində olub. Müdafiə naziri ərazidə yerləşən və tikintisi davam etdirilən müdafiə əhəmiyyətli obyektlərə baş çəkib. Ərazinin xüsusiyyətləri nəzərə alınmaqla Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına yeni daxil olan daha güclü və davamlı müasir tipli döyüş texnikası və hərbi nəqliyyat vasitələrinə baxış keçirilib. "N" saylı hərbi hissədə şəxsi heyətin döyüş hazırlığı, sosial-məişət şəraiti yoxlanılıb, ərazidəki digər infrastruktur sahələrinə baxış keçirilib. Nazir əsgərlərlə birlikdə nahar edib. Müdafiə nazirinin rəhbərliyi altında Ordunun komandanlıq heyəti ilə xidməti müşavirə keçirilib. Ali Baş Komandanın Silahlı Qüvvələr qarşısında qoyduğu döyüş tapşırıqlarını şəxsi heyətin diqqətinə çatdıran nazir coğrafi baxımdan strateji əhəmiyyətli məkanda yerləşən Əlahiddə Ümumqoşun Ordunun döyüş hazırlığının, hərbi intizamın və sosial-məişət şəraitinin yüksək səviyyədə olduğunu bir daha qeyd edib. Müdafiə naziri ölkə və muxtar respublika rəhbərliyinin daim diqqəti ilə əhatə olunan Ordunun silahlanmasında ən müasir döyüş texnikası, silah-sursat, rabitə və kəşfiyyat vasitələri, həmçinin digər müdafiə əhəmiyyətli avadanlıqların olduğunu xüsusi vurğulayıb. Müşavirənin sonunda Əlahiddə Ümumqoşun Ordunun döyüş hazırlığında yüksək nəticələr əldə etmiş, hərbi xidmətdə fərqlənmiş bir qrup hərbi qulluqçuya Müdafiə nazirinin əmri ilə medallar və qiymətli hədiyyələr təqdim olunub.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 20 sentyabr.- S.15.