Gənclərin vətənpərvərlik
hissi artır
Azərbaycan ordusu hərbi qüdrətini artırır
Azərbaycan ordusu günü-gündən hərbi qüdrətini
artırır. Məhz bu səbədən
ordunun müasir hərbi
texnika ilə təçhizat məsələsi
diqqətdə saxlanır. Etiraf edilməlidir ki, silahlı
qüvvələrimizin müasir hərbi texnika ilə təmin edilməsi gənclər
arasında vətənpərvərlik hissinin
yüksəlməsinə səbəb olub.
Çünki, gənclərimiz artıq
arxayındırlar ki, orduda
silah çatışmazlığı ilə
bağlı problem çoxdan
həllini tapıb, üstəlik Azərbaycan silah ixrac edən ölkəyə
çevrilib. Onu da xatırlatmaq yerinə düşərdi ki, Azərbaycanın təkcə orduya ayırdığı vəsait Ermənistanın
dövlət bürcəsindən qat-qat
artıqdır.
Məlumat
üçün qeyd edək ki, bu günlərdə Müdafiə
Sənayesi Nazirliyi "Şərq" İstehsalat Birliyinin
"AZAD Sistemlər" müəssisəsində
hazırlanan müasir kəşfiyyat element bazasına və
taktiki məhvedici hücum sisteminə malik "Zərbə"
pilotsuz uçuş aparatlarının təqdimatı olub. Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan İlham
Əliyev tədbirdə iştirak edib. Dövlət
başçısı əvvəlcə müəssisənin
qarşısında ümummilli lider Heydər Əliyevin abidəsinin
önünə gül dəstəsi qoyub. Sonra müdafiə
sənayesi naziri Yavər Camalov görülən işlərlə
bağlı Prezident İlham Əliyevə məlumat verib.
Dövlət başçısının diqqəti və
qayğısı nəticəsində xüsusi təyinatlı
avadanlıqların və texniki vasitələrin alınıb
elmi-texniki işlərə tətbiqi geniş vüsət
alıb. Bu, müəssisədə istehsal prosesinin daha səmərəli
olmasına zəmin yaradıb. Bildirilib ki, Müdafiə Sənayesi
Nazirliyinin müəssisələrində digər hərbi təyinatlı
məhsulların istehsalı ilə bərabər,
taktiki-texniki parametrli müxtəlif sinifli pilotsuz uçuş
aparatlarının yaradılması, istehsalı, həmçinin
texniki qulluq göstərilməsi istiqamətində
ardıcıl planlı işlər davam etdirilir. Təcrübi-konstruktor
işləri başa çatdıqdan sonra məhsulların
istehsalı həyata keçirilir. O cümlədən pilotsuz
uçuş aparatlarının texnoloji proseslərə
uyğun istehsalı işləri də görülür.
Prezident İlham Əliyev "Zərbə" pilotsuz
uçuş aparatı ilə şəxsən tanış
olub. Dövlət başçısı həmçinin
müəssisədə istehsal edilən məhsulların
nümayiş olunduğu filmə baxıb. Diqqətə
çatdırılıb ki, məmulatların istehsalı
üçün hissələr ilkin mərhələdə
konstruksiya ölçülərinə uyğun kompozit
materiallardan hazırlanır. Daha sonra xüsusi qəliblərdə
hazırlanan hissələr yoxlanılaraq yığım sexinə
verilir və quraşdırma prosesi aparılır. Qurğuda
xüsusi izləmə mini optik kamerası yerləşdirilir.
Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla,
elektron maneə vasitələrinə qarşı
dayanıqlıdır. Peyk GPS əlaqəsi itən zaman aparat
sərbəst döyüş
tapşırığını yerinə yetirməyə
qadirdir. Məhsulun istehsalı ilə müxtəlif ixtisaslar
üzrə xüsusi təlim-tədris kursu keçmiş
milli kadrlar məşğul olurlar. Xüsusi test
yoxlamalarından sonra pilotsuz uçuş aparatları
Silahlı Qüvvələrin istifadəsinə verilir. Son illər
müəssisənin mühəndisləri tam yeni sinif
PUA-ların yaradılması istiqamətində elmi-texniki
axtarışlar aparıblar və nəticədə daha
mükəmməl məhsulların istehsalına
başlanılıb. Yeni yaradılan "Zərbə" PUA
gecə və gündüz, istənilən hava şəraitində
sərbəst şəkildə düşməni izləmək
və ona zərbə endirmək imkanına malikdir. Həmçinin
partladıcı gücə malik yeni aparat qəlpəli
fuqaslı piyada əleyhinə, müxtəlif texnikaya və
canlı qüvvəyə qarşı effektivdir. Aparat əməliyyat
baxımından xüsusi avadanlıqlarla təchiz edilmiş
yüksək keçid qabiliyyətinə malik "K1-Zərbə"
mobil xüsusi zirehli maşına quraşdırılıb və
istənilən zaman düşmənə sarsıdıcı
zərbə endirə bilər. Ötən müddətdə
müəssisədə müxtəlif sinifli mini PUA-lara texniki
qulluq göstərilərək saz vəziyyətə gətirilib
və onlar təhvil verilməklə döyüş mövqeləri
daim əməliyyat nəzarətində saxlanılır.
Bildirilib ki, 2016-cı ilin aprel hadisələri zamanı müəssisə
fasiləsiz iş rejiminə keçib və müxtəlif
tipli PUA-lar qısa müddətdə təmir edilərək
döyüş zonasına göndərilib. Dövlət
başçısına müəssisədə istehsal
olunacaq "Orbitr 4" və "Orbitr 3" müşahidə-kəşfiyyat
xarakterli pilotsuz uçuş aparatları barədə də məlumat
verilib. Prezident İlham Əliyev Müdafiə Sənayesi
Nazirliyinin muzeyində saxlanmaq üçün hazırlanan
pilotsuz uçuş aparatının qanadını
imzalayıb. Bildirilib ki, müəssisədə təşkil
edilən kurslara Müdafiə Nazirliyinin PUA üzrə hərbi
qulluqçuları arasında xüsusi seçim aparılmaqla,
70-ə yaxın kursant cəlb olunub. Təlim-tədris
kurslarını müvəffəqiyyətlə bitirən
kursantlara müxtəlif ixtisaslar üzrə sertifikatlar verilib.
Bu müdavimlər hazırda PUA-ları idarə etməklə
düşmənin bütün hərəkətlərini
günün istənilən vaxtında - gecə və
gündüz nəzarətdə saxlayaraq, verilən
tapşırıqları yerinə yetirmək məharətinə
malikdirlər. Əldə olunan nəticələrlə kifayətlənməyən
müəssisənin kollektivi ölkəmizin müdafiə
qüdrətinin artırılması istiqamətində
qarşıya qoyulan yeni vəzifələrin icrası məqsədilə
elmi-texniki və konstruktor-texnoloji layihələr üzərində
işləri davam etdirir. Sonda dövlətimizin
başçısı müvafiq tapşırıq və
tövsiyələrini verib.
Məlumat
üçün qeyd edək ki, Azərbaycan özü silah
istehsal etsə də dövlət təhlükəsiliyini daha
etibarlı təmin etmək üçün yeni silahlar almaq
zorundadır. Ən azından Azərbaycanı buna Ermənistanın
hələ də təcavüzkar siyasətindən əl
çəkməməsi vadar edir. Çox təəssüf
ki, bəzi hallarda Ermənistan da daxil olmaqla bəzi beynəlxalq
təşkilatlar bunu irad tuturlar. Azərbaycanın Çindəki
keçmiş hərbi attaşesi, ehtiyatda olan general-leytenant
Yaşar Aydəmirov deyib ki, Azərbaycan qoşulduğu beynəlxalq
konvensiyaların prinsiplərinə uyğun olaraq
özünü müdafiə məqsədi ilə silahlar ala
bilər. Y.Aydəmirov bildirib ki, Rusiyanın Ermənistana
satdığı raket yaxın məsafəli əməliyyat-taktiki
silahdır. General vurğulayıb ki, Azərbaycan "İsgəndər"
raketindən də güclü silahlar ala bilər: "
Rusiyanın Ermənistana satdığı "İsgəndər-E"
raketi yaxın məsafələri vurmaq üçün nəzərdə
tutulmuş əməliyyat-taktiki raketdir. Təbii ki, əgər
Rusiya Ermənistana "İsgəndər-E" raketini sata
bilirsə, Azərbaycan da belə tip silahları ala bilər. Hətta
Azərbaycan imzaladığı beynəlxalq konvensiyaların
prinsiplərinə uyğun olaraq "İsgəndər-E
raketindən də güclü silah ala bilər. Azərbaycan
bu gün istənilən növ silahı almağa qadirdir və
buna hər cür imkanı da çatır". Yaşar Aydəmirov
söyləyib ki, Azərbaycan öz raketləri ilə Ermənistandakı
istənilən obyekti məhv edər: "Əslində bu
gün həmin o "İsgəndər-E" raketi elə də
qorxulu silah deyil. Biz raketlərimizi tuşlasaq, Ermənistandakı
istənilən hərbi və digər strateji obyektləri məhv
edərik. Heç bir narahatçılığa əsas
yoxdur. Hələ onu bilmək olmaz ki, həmin "İsgəndər-E"
raketlərinin quruluşu necədir. Bəlkə də elə
onların içi heç əsl "İsgəndər"
quruluşu deyil.Sadəcə olaraq, Serj Sarkisyan hakimiyyəti bu
gün Ermənistanda mövcud olan inamsızlığı
aradan qaldırmaq üçün mediaya bu cür məlumatları
buraxırlar".
Məlumdur
ki, Azərbaycanda həm yerli, həm də xaricdən
alınan müasir silahları idarə etməyi bacaran
üçün kifayət qədər peşəkar hərbçi
kadrlar var. Bunu aprel hadisələrində Azərbaycan hərbçilərinin
apardıqları döyüş taktikası bir daha sübut
edir. Hərbi ekspert Emin Həsənli bildirib ki, Ermənistanın
hərbi durumu ağır vəziyyətdədir. Aprel ayına
qədər bu ölkə bir mif yaratmışdı ki, onlar
güclüdürlər və keçilməz xəttə
malikdirlər. Lakin Azərbaycan o xətti alt-üst etdi. Onun
sözlərinə görə, aprel ayındakı vəziyyət
həm Azərbaycan, həm də Ermənistan silahlı
qüvvələrinin döyüş
hazırlığını, dünya ictimaiyyətinin bu məsələyə
münasibətini göstərdi: "Aprel döyüşləri
Azərbaycan ordusunun gücünü, Ermənistan ordusunun mif
olaraq yaradıldığını sübut etdi. Rusiyanın
Ermənistanda daimi marağı var və onu saxlamaq
üçün müəyyən addımlar atır. Lakin hər
kəs başa düşür ki, münaqişə həll
edilməlidir, bu cür addımlarla Ermənistanın
mövqeyini uzatmaq olmaz". Ekspert deyib ki, Azərbaycan ordusu
Ermənistan ordusundan qat-qat güclüdür, müasir
silahları var: "Həmçinin, Azərbaycan
iqtisadiyyatı Ermənistan iqtisadiyyatından ilə müqayisəedilməz
dərəcədə güclüdür, xarici siyasəti,
insan resursları da onun kimi. Rusiyanın və digər iri
dövlətlərin Cənubi Qafqazda maraqları var. Məlumdur
ki, münaqişənin uzanması bəzi böyük
dövlətlərə sərf edir. Ermənistandakı aprel
ayından sonrakı hadisələr, mitinqlər, hakimiyyət
böhranı, hökumətin istefası, iqtisadi
böhranın ardınca silahları müasirləşdirmək
cəhdi əslində əhalini sakitləşdirməyə
yönəlmiş addım idi". Ancaq ekspert hesab edir ki, ən
müasir silahları gətirib nümayiş etdirsələr
belə Ermənistanda onu istifadə edəcək nə
müasir ordu, nə dövlət, nə də iqtisadi imkanlar
var: "Eyni zamanda paralel Ağdamda təlimlər keçirdilər.
Ermənistanda təlimlər keçməyə güclü
ordu yoxdur. Kiçik bölmələr səviyyəsində
olan təlimlər heç bir effekt verməyib. İndiyə
kimi olan təlimlər də bunu göstərdi. Yaxşı
olar ki, Ermənistanı müdafiə edən güclər,
Qarabağa yardım ayıran həmsədr dövlətlər
Fransa, ABŞ işğalçının başına
ağıl qoysunlar və onun torpaqlarımızdan
çıxmasını təmin etsdinlər. Yoxsa status kvonu
uzatmaqla heç nəyə nail ola bilməyəcəklər".
Onu da qeyd edək ki, Müdafiə naziri Zakir Həsənov
prezidentin tapşırığına əsasən, Müdafiə
Nazirliyinin rəhbər heyətinin iştirakı ilə
müşavirə keçirib. Müdafiə nazirinin
müşavirədə səsləndirdiyi əsas fikir bu olub:
"Azərbaycan üçün yarana biləcək istənilən
hərbi təhdid ehtimalını nəzərə alaraq
düşmənin bütün ərazisindəki strateji və
hərbi təyinatlı obyektlərə nəzarətin
gücləndirilməsi, zərurət yaranarsa, onların əhəmiyyətinə
görə dərhal məhv edilməsinə hazır olmalıyıq".
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 24-26 sentyabr.-
S.15.