Təhsil müəssisələrində vətənpərvərlik

mövzularına daha çox diqqət ayrılır

 

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində orta ümumtəhsil müəssisələrinin rolu danılmazdır. Xüsusilə, məktəblərdə tədris olunan gənclərin çağırışa qədərki hərbi hazırlıq fənni gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına öz müsbət təsirini göstərir. Sözügedən fənnin tədrisi zamanı gənclər ilkin hərbi biliklərə yiyələnir, hərbi xidmətə hazırlığı mənimsəyirlər. Elə Salyan rayonu Məhərrəm Dadaşov adına Kürqaraqaşlı kənd tam orta məktəbin gənclərin çağırışa qədərki hərbi hazırlıq müəllimi Taleh Ağayevbu qənaətdədir. O, “OLAYLAR”-a verdiyi müsahibədə gənclərin vətənpərvər ruhda tərbiyə olunması istiqamətində görülən işlərdən də danışıb.

 

-Taleh müəllim, bu günkü Azərbaycan gənclərinin vətənpərvərlik hissləri kifayət qədərdirmi?

-Bu suala birmənalı cavab vermək çətindir. Əgər Azərbaycan gənclərinin hamısının vətənpərvər olduğunu söyləsək yanılmış, özümüzü aldatmış olarıq.  Düzdür, kifayətqədər vətənpərvər gənclərimiz varsevindirici haldır ki, bu tipli gənclər yetişməkdədir. Ancaq bununla yanaşı etiraf etmək lazımdır ki, hələ də milli ruhdan, milli kimlikdən, Vətən sevgisindən uzaq olan gənclər mövcuddur. Belə gənclər adətən xarici dairələrin təsiri altına düşərək bir qayda olaraq dövlətçilik əleyhinə çıxırlar. Yaxın tariximizdə bu kimi mənfi hallara çox rast gəlmişik.   Bu faktın özü onu deməyə əsas verir ki, hələ də Vətən sevgisindən, vətənpərvərlik hisslərindən uzaq gənclərimiz varonlarla müntəzəm şəkildə işləmək lazımdır.

-Bəs bu istiqamətdə necə qurulmalıdır? Ümumiyyətlə, gənclərdə vətənpərvərlik hisslərinin artırılması, onların yad təsirlərdən uzaqlaşdırılması istiqamətində hansı addımlar atılmalıdır?

-Hesab edirəm ki, bu istiqamətdə bir neçə mərhələdə aparılmalıdır. Əvvəla həmin gənclərin yad təsirlərə, xarici qüvvələrin buradakı təbliğatçılarına çevrilməsinin səbəbləri araşdırılmalıdır. Müəyyən edilməlidir ki, həmin gənc hansı səbəbdən, bu yola düşüb, onu şərtləndirən amil nədir. Həmin amil müəyyən edilməli, onun aradan qaldırılması istiqamətində addımlar atılmalıdır. Aparılan məqsədyönlü işlər nəticəsində yad təsirlərdən uzaqlaşdırılan gənclərlə sonrakı mərhələdə maarifləndirmə, vətənpərvərlik hisslərinin aşılanması istiqamətində aparılmalıdır. Onlara Azərbaycanın tarixi qəhrəmanları, sərkərdələri barədə məlumat verilməli, qədim tariximiz, əldə etdiyimiz nailiyyətlər və s. bu kimi məqamlar təbliğ edilməlidir. Həmçinin günümüzün milli qəhrəmanları, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimiz, Ramil Səfərov, Mübariz İbrahimov kimi igid oğullarımızın keçdiyi şərəfli yol barədə məlumat verilməlidir. Bu istiqamətdə maarifləndirmə tədbirlərini yalnız konfrans və dəyirmi masaların keçirilməsi ilə yekunlaşdırmaq olmaz. Bu cür maarifləndirmə tədbirləri televiziyaradiolar, kütləvi informasiya vasitələrinin imkanlarından istifadə etməklə də həyata keçirilməlidir. Eyni zamanda müntəzəm olaraq insanların çoxluq təşkil etdiyi küçə və meydanlarda, prospektlərdə gənclərin vətənpərvərlik hisslərinin artırılmasına xidmət edən reklam rolikləri də nümayiş etdirilməlidir. Mən deyərdim ki, sonuncu qeyd etdiyim təbliğat vasitəsinin daha çox faydası var. Bir müddət əvvəl Azərbaycanın rayonlarından birində olarkən buna bənzər hadisə ilə rastlaşdım. Belə ki, rayon ərzisindəki reklam lövhələrində torpaqlarımızın azadlıq və bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin portretləri əks olunmuşdu. Belə bir mənzərə ilə qarşılaşmaq məndə həqiqətən bir qürur yaratdı. Qeyd etdiyim kimi bu cür addım həmçinin gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına, onlarda vətənpərvərlik hisslərinin aşılanmasına xidmət edir.  İstər-istəməz hər addımlıqda belə bir mənzərə ilə rastlaşan gənc, yeniyetmə həmin şəxsin kimliyi barədə maraqlanmğa meyil göstərir, onun həyatı, keçdiyi döyüş yolu ilə yaxından tanış olur, özünü həmin qəhrəmana bənzətməyə başlayır. Bu maarrifləndirmə aksiyası eyni zamanda Azəbaycanın qəhrəmanlarının ölkəmizlə yanaşı xaricdə də təbliğinə yol açır. Bu gün heç kimə sirr deyil ki, əksəriyyətin xarici ölkələrdə dostu, tanışı, qohum-əqrəbası varonlar da imkan yarandıqca Azərbaycana, həmin rayonda olan yaxınlarına baş çəkməyə gəlirlər. Qonaq olduqları rayonya şəhərin küçələrində belə reklam rolikləri gördükdə, təbii ki, onlarım kimliyi barədə sual formalaşır və bu barədə məlumat almağa çalışırlar. Nəticə etibarilə onlar burada gördükləri mənzərəni, milli qəhrəmanlarımız barədə aldıqları bilgiləri  öz ölkələrinə qayıtdıqdan sonra yaxınlarına, dostlarına nəql edirlər ki, bu da Azərbaycanın, onun vətənpərvərlik hisslərinə nə qədər önəm verdiyinin bir təbliğat formasıdır. Düşünürəm ki, bu praktikadan digər rayonlarda, hətta paytaxtda da istifadə etmək lazımdır. Belə aksiyalar gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əvəzedilməz vasitələrdən biridir. Gənclərin yad təsirlərdən qorunması, onların xarici qüvvələrin təsir dairəsinə düşməməsi üçün atılmalı vacib olan addımlardan biriorta məktəblərdə, hətta mən deyərdim ki, başçalarda belə vətənpərvərlik mövzularına diqqətin ayrılmasının vacibliyidir. Çünki başçaya, orta məktəbə gedən uşaqların beyni kağızı xatırladır və o kağıza nə yazsan uzun illər qalacaq. Ona görə də gənclərin vətənpərvərlik hisslərində tərbiyə olunması məsələsinə bağçalardan, orta məktəblərdən başlamaq lazımdır. Həmin təhsil müəssisələrində müntəzəm olaraq tarixi qəhrəmanlarımız, sərkərdələrimiz barədə geniş və ətralı məlumat verilməli, torpaqlarımızın azadlıq və bütövlüyü uğrunda vuruşan qəhrəman oğullarımızla görüşlər keçiriməli, onların şərəfəli döyüş yolu barədə məlumat verilməlidir. Çox sevindirici haldır ki, son illərdə bu istiqamətdə işlər sürətlənib və təhsil müəssisələrində vətənpərvərlik mövzularına daha çox diqqət ayrılır.

-Siz gənclərin çağrışa qədərki hərbi hazırlıq müəllimi kimi gənclərə bu istiqamətdə nələri tədris edirsiniz və gənclərin hərbiyə marağı nə dərəcədədir?

-Bildiyiniz kimi gənclərin ibtidai hərbi hazırlığı Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına, Azərbaycan Respublikasının Təhsil Qanununa, Azərbaycan Respublikasında “Hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa, Nazirlər Kabinetinin qərarlarına, bu Əsasnaməyə və digər normativ hüquq aktlarına əsasən həyata keçirilir. Hərbi hazırlıq  gənclərin silahlı qüvvələrdə xidmətə çağırış qabağı hazırlığının tərkib hissəsidir. Azərbaycan Respublikasının müdafiəsi üçün orduya çağırılan hər bir gənc hərbi hazırlığın gedişi prosesində Azərbaycan Respublikasının Konstitusiyasını, Respublika Silahlı Qüvvələrinin vəzifələrini, xüsusiyyət və əhəmiyyətini, hərbi qulluğun hər bir vətəndaşın müqəddəs borcu olduğunu dərk etməlidir. İbtidai hərbi hazırlıq fənninin tədrisi zamanı gənclər hərbi andın tələblərini, hərbi nizamnamələri öyrənir, silahsursatlar, hərbi texnika, şəxsi heyətin yerləşdirilməsi və sosial-məişət tərzi ilə tanış olur. Həmçinin qulluq etmiş gənc əsgərin hazırlığı həcmində nəzəri hərbi biliklərə və praktik vərdişlərə yiyələnir, mülki müdafiənin əsaslarını, kütləvi təbii və texnogen xarakterli fövqəladə halların nəticələrindən mühafizə və kütləvi qırğın silahlarından müdafiə olunma üsullarını öyrənir. Hərbi Hazırlıq tabeçiliyindən və mülkiyyətindən asılı olmayaraq bütün orta ümumtəhsil məktəblərində, gimnaziyalarda, litseylərdə, texniki peşə məktəblərində, peşə litseylərində, orta ixtisas məktəblərində tədris olunur.  Tədris prosesi zamanı gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin forma və metodları öyrədilir. Çalışırıq ki, gənclər hərbi vətənpərvərlik ruhunda tərbiyə edə bilək və onların hərbi xidmətə düzgün hazırlanmasına nail olaq. Ümumiyyətlə, təhsil müəssisələrində Hərbi Hazırlıq fənninin və hərbi vətənpərvərlik tərbiyəsi işlərinin düzgün və keyfiyyətli tədrisi və təşkili üçün İHH maddi-tədris bazası yaradılır və təkmilləşdirilir. Maddi-tədris bazasına hərbi kabinet, tədris silahlarının (avtomat, kiçik çaplı və pnevmatik tüfənglər), patron və hərbi sursatların saxlanması otağı, atıcılıq tiri (25,50 m. az olmayan), sıra təlimi meydançası, nişan almanı praktiki öyrənmək üçün yer və. s. daxildir.

 -Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müntəzəm olaraq hərbi hissələrə baş çəkməsi, hərbi təlimləri izləməsi, bu sahəyə ciddi diqqət ayırması gənclərin vətənpərvərlik hisslərinin artırılmasına nə dərəcədə müsbət təsir göstərir?

-Tam qətiyyətlə deyə bilərik ki, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sahədə gənclərə bir örnəkdir. Etiraf etmək lazımdır ki, son illərə qədər gənclər arasında vətənpərvərlik hissləri sanki aşağı səviyyədə idi. Gənclərimiz yad, xarici təsirlərə məruz qalır, onlarda Vətən, millət sevgisi demək olar ki, yox olurdu. Lakin sonradan Ramil Səfərov, Mübariz İbrahimov kimi Vətən övladlarının nümayiş etdirdiyi qəhrəmanlıq, eyni zamanda onlara verilən layiqli qiymət gənclər arasında vətənpərvərlik hisslərinin artmasına təkan verdi. Təbii ki, burada Ali Baş Komandan, Azərbaycan Respublikasının Pezidenti cənab İlham Əliyevin xidmətlərini də xüsusi qeyd etmək lazımdır. Erməni zabitini öldürməkdə ittiham olunaraq Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərovun ölkəmizə ekstradisiya olunması, eyni zamanda misilsiz şücaət göstərərək onlarla erməni hərbiçini qətlə yetirən Mübariz İbrahimovun nəşinin düşmən tərəfindən geri alınması, ona milli qəhrəman adının verilməsi öz-özlüyündə gənclərdə vətənpərvərlik hisslərinin artmasına öz müsbət təsirini göstərdi. Elə bunun bariz nümunəsi idi ki, keçən ilin avqust ayında cəbhədə baş verən erməni təxribatı və bir neçə günlük hərbi əməliyyatlar zamanı yüzlərlə Azərbaycan gənci könüllü olaraq Müdafiə Nazirliyinə müraciət edərək cəbhə xəttinə getməyə hazır olduğunu bildirdi. Bütün bunlar Ali Baş Komandanın ordu quruculuğu, Silahlı Qüvvələrin şəxsi heyətinə göstərdiyi diqqət və qayğının təzahürüdür. Heç şübhəsiz ki, Ali Baş Komandanın hərbi hissələrə səfəri, əsgər və zabitlərlə görüşməsi, eləcə də hərbi təlimləri izləməsi də ordu sıralarında qulluq edən gənclərimizin ruh yüksəkliyinə, onlarda vətənpərvərlik hisslərinin artmasına təkan verir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 12 yanvar.- S.15.