Vətənpərvər gənclər milli
kimliyini dərk etməlidirlər
Gənclərimizdə
milli özünüdərk yüksək
səviyyədədir
Milli şüur milli mənəvi dəyərləri
özündə əks etdirən bir
anlayışdır. Şüur
anlayışı nə qədər ümumidirsə, milli şüur
istilahında həm ümumilik, həm də
xüsusilik vardır. Milli şüur
bir növ fərdi şüurla ümumi şüur arasında əlaqələndirici
keyfiyyətə malikdir. Çünki
milli şüurda bir fərdin təmsil olunduğu
konkret etnik, dini, mədəni xüsusiyyətlərlə
yanaşı, ümumi mahiyyətli bəşəri
dəyərlər də öz əksini tapa bilər. Yəni hər birimiz bir tərəfdən
konkret bir millətin, dinin, mədəniyyətin nümayəndəsi
olduğumuz halda, digər
tərəfdən bəşəriliyə aid
əlamətləri də daşıyırıq. Bu mənada, milli şüur-milli ruh
yalnız nəsil, qan birliyi
əsasında formalaşa bilməz.
Bu
prizmadan çıxış etsək görərik ki, milli
ideologiyanı da yalnız qan-nəsil birliyi ilə
formalaşdırmaq çətindir. Ona
görə də, milli şüur
milli ideologiyanın formalaşmasında çox mühum rol oynaya bilər. Yəni
türklüyümüzlə yanaşı,
islamlılığı, çağdaşlığı və
azərbaycanlılığı ifadə edən yeni bir milli
şüura ehtiyacımız var. Burada türklük
dil, mədəniyyət və etnosla, azərbaycanlılıq vətən və
dövlətçiliklə, islam dini inac və etiqadla, müasirlik yeniləşmə
və zəmanənin tələbləri ilə
bağlıdır. Ona görə də, milli şüur, milli ideya dedikdə, onu yalnız etnik mənada
başa düşüb,
yalnız türkçülük kimi yozmaq doğru
deyildir. Dövlətin zəngin tarixə malik özünəməxsus ənənə
və dəyərlərinin yaşadılması mühüm əhəmiyyət kəsb edən
məsələlərdən biridir. Bunun üçün də
başlıca olaraq gənclərə milli mənlik şüuru
aşılanmalıdır. Sözügedən zümrəyə
arzuolunan səviyyədə bunu aşılaya bilsək, qarşıya qoyulan məqsədlərə çatmaq
çətin olmaz. Milli
şüur ifadəsini dərindən təhlil
edəndə belə qənaət hasil olur ki, milli
mənlik şüuru özünüdərk
deməkdir. Milli özünüdərk ilk növbədə insanın öz
tarixi kökünü,
milli mənsubiyyətini, vətən tarixini bilmək və dərindən təhlil
etmək bacarığını özündə ehtiva edir. Hər
bir gənc, vətəndaş dərk etməlidir
ki, hansı vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir, hansı özünəməxsus və səciyyəvi
spesifik xüsusiyyətlərə sahibdir və bütün bunlar hansı əsaslara söykənir.
Azərbaycanda milli özünüdərk
prosesi böyük bir tarixi yol
keçmişdir. Milli
ideologiya, milli kimlik, özünüdərk prosesində həyatını
qurban verən insanlar
məhz özlərindən sonrakı nəslin bu ülvi dəyərlərə
sahib çıxmasını, onu qorumasını istəmişdilər. Məhz
onların, ağır şərtlər altında, heç bir təhlükə
və qorxudan çəkinməyərək
millətin gələcəyini düşündükləri üçün bu
mübarizəyə qoşulmuşdular. Bu missiyanın davam etdirilməsi
isə gələcək nəslə bir vəzifə
kimi ötürülmüşdür.
Bəs milli- mənlik şüuru
dedikdə nə başa düşülür?
Ekspertlər hesab edirlər ki, Türkçülük
milli şüurun bir hissəsidir. Həm də aparıcı
hissəsi və nüvəsidir. Buna səbəb
də odur ki, milli şüurun
formalaşması hər şeydən öncə dil, mədəniyyət və qan-nəsil birliyi ilə bağlıdır. Hər bir insan
danışdığı dilin milli varlığıdır. Elə bir varlıq ki, özünü onunla ifadə
edir. Bu baxımdan türk dilində (Azərbaycan) danışan
və təhsil alan hər bir
Azərbaycan gənci özünü həm
türk, həm də azərbaycanlı kimi qəbul edir. Bu bütövlük nəticəsində
yaranan azərbaycanlılıq milli şüurun
özünüdərk nümunəsidir. Deməli, milli şüur
formalaşdırılarkən dil amili əsas yeri tutur. Burada genetik
amilin, yəni eyni
qanı daşıyan nəsillərin etnos
birliyinin-milliyyətin də xüsusi rolunu qeyd etmək
lazımdır. Genetik amil
milli özünüdərkin daxili bir posesidir.
Bu proses insanın
şüuraltı hissəsinin oyanışına, öz etnikliyini
tanımasına səbəb ola bilər.
Mədəniyyət isə milli adət-ənənələrlə
bağlıdır. Burada milli
mentalitet də çox
mühüm rol
oynayır. Türklərin mədəniyyətində xoşgörü (tolerantlıq), humanizm, əxlaqi-mənəvi və s. məsələlər mühüm
yer tutur. Böyük və zəngin bir
tarixi irsə sahib olan Azərbaycanda bu gün milli şüur, millilik, gənclərdə
milli özünüdərk kifayət qədər
yüksək səviyyədədir. Qətiyyətlə demək
olar ki, bu gün irsimizə sadiqlik, milli
düşüncəmizə sədaqət və Azərbaycançılıq
ideyalarının tam dolğunluqla
təzahürü məsələlərində narahatedici məqamların mövcudluğu
danılmaz bir faktdır. Burada
söhbət yalnız gənclərin patriotik
hisslərə qapanma səviyyəsindən
getmir. Məsələ orasındadır ki, görəsən, bugünkü
gənclik əjdadlarımızın təcrübəsi olaraq, milli dəyərlərimizi
gələcək nəsillərə çatdırmaq
missiyasını necə yerinə yetirir?
Sualın cavabı isə mövcud vəziyyətin
obyektiv və subyektiv
səbəblərindədir. Bu hallar nəzərə
alınaraq Azərbaycan gəncliyinin sıralarında bəzi hallarda obyektiv və subyektiv səbəblərdən müşahidə
olunan “özünüdərk” anlamına
və onun doğurduğu
milli dəyərlərə, vətəndaşlıq
borcuna və tarixi
köklərə müəyyən biganəlik və etinasızlıq cəmiyyətin birbaşa səyləri ilə aradan
qaldırılmalı, bağçalarda, orta məktəblərdə, ali
təhsil ocaqlarında “milli
özünüdərk” anlamı mütləq olaraq
mərkəzləşmiş və planlı şəkildə
hər kəsə aşılanmalıdır. Tarixi dəyərlərin və milli mənsubiyyət elementlərinin
daşıyıcıları olan gəncliyin
qarşısında bu gün
layiqli gəcələcəyin təmin
edilməsi baxımından böyük vəzifələr
durur. Odur ki, zəngin millət, firavan cəmiyyət və layiqli
gələcək yönümlü əməllərimizin
fərdiyyət şəklində və mütləq xarakterli kütləvi tədbirlərin
hökumət səviyyəsində həyata keçirilməsinə
yeni bir təkan veriləcəyi
şübhəsizdir. Məhz bu
baxımdan, vətənə şüurlu
sevgi, milli
özünüdərk və fərdi fəaliyyətlərin bu kontekstə salınması tələbi hər
bir gəncin üzərinə ağır
yük qoyur. Milli-mənəvi
dəyərlərin, əxlaqın, adət-ənənələrin
yeni nəslə
çatdırılması, davam etdirilməsi
üçün mədəni abidələrin,
bədii ədəbiyyatın, milli fəlsəfi
fikrin rolu böyükdür. Lakin milli ruhu qorumaq,
inkişaf etdirmək və yeni nəsillərə çatdırmaq üçün ən yaxşı mühit milli dövlətçilik
şəraitində yaranır. Milli
dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil,
həm də milli-mənəvi dəyərlərin
qorunmasına xidmət edir. Və bu zaman milli
ruh həyat tərzinə çevrilir.
Dövlətçilik ideologiyası da milli ideologiya da eyni bir
təməl üzərində – milli fəlsəfi
fikir zəminində formalaşır. Məlumat üçün qeyd edək ki, yaxın
keçmişə qədər «müsəlman», “tatar”, “persian” və s. adlarla milli
kimliyi və milli dili saxtalaşdırılan Azərbaycan
türklərinin parçalanmış milli
şüuru türkçülük
əsasında formalaşmağa
başlayıb. Lakin bu
heç də o demək
deyil ki, milli ideoloqlar
islamçılıq və çağdaşlıq şüurunu bir kənara
qoyulub. Əslində bu
mümkün də deyildi.
Sadəcə, türklük milli şüurun
formalaşmasında islamçılıq və müasirlikdən
önəmli olmasını sübut etdi. Beləliklə, türkçülük
və onun Azərbaycandakı bir qolu olan
Azərbaycan türkçülüyü
milli şüurun
formalaşmasında təkanverici amil oldu. Yeri gəlmişkən, burada
türkçülüklə onun bir qolu olan
Azərbaycan türkçülüyünü
müəyyən qədər fərqləndirmək
lazımdır. Əgər türkçülük
bütün Türk
dünyasınının oyanışını və birliyini hədəfləyirdisə, Azərbay-can
türkçülüyü daha çox
bu coğrafiyada yaşayan türklər başda
olmaqla, bütün azərbaycanlıların
çar Rusiyasının əsarətindən
qurtulmasını və milli
varlığını dünyaya sübut etməyi qarşıya əsas məqsəd
kimi qoymuşdur.
Başqa
sözlə, türkçülüyün
yerli forması olan Azərbaycan
milli ideyası imkan verirdi ki, “tarixi-coğrafi
Azərbaycan” ərazisində yaşayan bütün türk və
qeyri-türk etnoslar vahid millət şəklində meydana çıxsınlar. Əslində bu ideya ən azı bir əsr öncə reallaşmalıydı. Ancaq onda milli
şüur istənilən səviyyədə olmadığı üçün Azərbaycan Türk
Xanlıqları birləşmə bilməmiş və çar Rusiyası tərəfindən işğala məruz qalmışdı.
Yalnız bu işğaldan
sonra Azərbaycan türkləri bir millət olaraq toparlanmağa və milli şüur formalaşdırmağa
başlamışlar. Beləliklə, azərbaycanlılılq
şüuru dil birliyi, qan birliyi
və mədəniyyət birliyinə əsaslanan
türkçülüklə yanaşı, islam,
vətən və dövlət şüurunu
da özündə əks etdirirdi.
İndi müasir gənclərin
üzərinə çox çətinliklə
formalaşmış bu ideyaları qoruyub saxlamaq və gələcək
nəslə ötürmək missiyası düşür. Danılmaz faktdır ki, gözəl əxlaqlı və tərbiyəli
gəncin milli mənlik şüuru
da, mədəni səviyyəsi də
yüksək olur. Belə gənclər
digərlərindən fərqli olaraq, doğulduğu torpağın, vətəndaşı
olduğu ölkənin təəssübünü
daha çox çəkir.
Onlar doğma yurd üçün, təmsil
etdiyi xalqın xoşbəxtliyi üçün canını belə əsirgəmir.
Xalqının tarixini, dilini,
mədəniyyətini bilməyən gənc milli
mənlik şüuruna malik
deyil. Gənc nəslin milli
mənlik şüurunun inkişaf
etdirilməsi, vətənpərvərlik hisslərinin tərbiyəsi
məsələsi bu gün
dövlət siyasətinin əsas prioritetlərindən biri kimi diqqət çəkir.
Humanist ideyalara xidmət edən təhsil sistemi insani dəyərlərin
böyük əhəmiyyət kəsb
etməsi, vətəndaş tərbiyəsi, insan
azadlığına və hüquqlarına hörmət, ətraf
mühitə, vətənə, ailəyə məhəbbət,
milli mədəniyyətin inkişafı,
milli adət-ənənələrə
hörmət və ehtiram göstərilməsi
əsasında təşəkkül tapır. Tarix
sübut edir ki, doğma təbiətə
bağlılıq, milli adət-ənənələrə
hörmət və qayğı gənclərdə mənəvi
və emosional hisslərin formalaşmasında
əvəzsiz rol oynayır. Bu hisslər olmadan gənclərin
əsil vətəndaş, vətənpərvər kimi yetişməsi çox
çətindir.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 13 yanvar.- S.15.