Ötən il Azərbaycan
iqtisadiyyatı
uğurlu
inkişafını davam etdirib
Beynəlxalq təşkilatlar bunu
yüksək qiymətləndirir
Ötən il beynəlxalq aləmdə
maliyyə böhranının davam etməsinə, dünya
bazarında neftin qiymətinn kəskin şəkildə
aşağı düşməsinə baxmayaraq Azərbaycan
iqtisadiyyatı dinamik inkişafını davam etdirib. Ölkədə
həyata keçirilən düşünülmüş
iqtisadi siyasət nəticəsində
iqtisadiyyatın inkişaf tempi
yüksələn xətt üzrə inkişaf
edib.
2015-ci ilin yekunlarının təhlili birmənalı olaraq deməyə əsas verir ki, ölkəmiz bu ildə demək olar ki, bütün sahələrdə uğura imza atıb. Daxili və xarici siyasətdəki uğurlar, əhalinin sosial təmnatının gücləndirilməsi, sosial infrastruktur layihələri uğurla icrası, kiçik və orta sahibkarlığın inkişafı əldə olunan uğurların bariz göstəricisi kimi qəbul oluna bilər. Bu isə o deməkdirki, Azərbaycan ötən il Prezident İlham Əliyevin rəhbərliyilə qlobal böhrandan minimum itkilərlə çıxmağı bacarıb. Üstəlik əhalinin sosial təminatı gücləndirilib, sosial infrastruktur layihələr icra edilib. Məlumat üçün qeyd edək ki 2015-ci ildə ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub ki, bunun da yarısı xarici sərmayədir. Bu isə o deməkdir ki, Azərbaycan xarici investisiyalar üçün cəlbedici ölkəyə çevrilib. Ölkədə kiçik və orta sahbkarlığın inkişafı üçün yaradılan şərait imkan verib ki, xarici sərmayədarlar Azərbaycana investisiya yatırsınlar. Artıq ölkədə çoxlu sayda xarici ölkələrin iş adamları sərbəst şəkldə fəaliyyət qura biliblər. Nəticədə 2015-ci ilnin qeyri neft sənayesinin 8.4% artımı baş verib. Onu da qeyd edək ki, ötən il region üçün heç də əlverişli mühit yaranmayıb. Daha dəqiq, region da daxil olmaqla bütün dünyada iqtisadi kataklizimlər qeydə alınıb. Ancaq bütün geosiyasi və iqtisadi amilləri nəzərə alındıqda belə, Azərbaycanın iqtisadi inkişafı böyük nailiyyətlər əldə edib. Belə ki, 2015-ci ildə ÜDM 1%-dən çox, sənaye istehsalı 2.4% artıb. Bu, qeyri-neft sektorunun inkişafı deməkdir və aparılan islahatların nəticəsidir.
2015-ci əhalinin
sosial təminatı məsələsi də prioritet hesab edilib. Belə ki, ötən ildə ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması
və sosial müdafiəsinin gücləndirilməsi
istiqamətində Prezident
İlham Əliyevin davamlı kursuna uyğun olaraq 2015-ci il dövlət büdcəsindən sosial
müdafiə və sosial təminat xərclərinə 1 milyard
857 milyon manat vəsait yönəldilib.Qaçqın
və məcburi köçkünlərin sosial
müdafiəsinin gücləndirilməsi,
onların yaşayış
şəraitinin yaxşılaşdırılması
üçün keçən
ildə icmal və dövlət büdcələrindən bütövlükdə
378 milyon manat, o cümlədən dövlət
büdcəsinin cari və əsaslı xərclərindən 228 milyon
manat, Şəffaflığın
təmin edilməsi məqsədilə aztəminatlı
ailələrə ünvanlı
dövlət sosial yardımının təyinatı
zamanı ilk dəfə
olaraq elektron qaydalar qəbul edilib və yeni qaydalarla 415 min nəfər şəxsdən
ibarət olan ailələrə dövlət
büdcəsinin vəsaiti
hesabına 206 milyon manat ünvanlı sosial yardım verilib. 2015-ci ilin dövlət büdcəsində
səhiyyə xərclərinə
708 milyon manat və yaxud 2014-cü illə müqayisədə
6,4 faiz çox vəsait yönəldilib,
səhiyyə sahəsi
üzrə 13 dövlət
proqramı və tədbirlərin maliyyələşdirilməsinə
161 milyon manat sərf edilib. Azərbaycan Prezidentinin müvafiq Fərmanının
icrası olaraq ümumi təhsil müəssisələrində çalışan müəllimlərin
əməkhaqlarının artırılması və
onların maddi rifahının yaxşılaşdırılması
məqsədilə müəllimlərin
bilik və bacarıqlarının diaqnostik
qiymətləndirilməsi aparılmaqla
onların həftəlik
dərs yükünün
norması 1,5 dəfə,
aylıq vəzifə
maaşları isə
orta hesabla 2 dəfə artırılmasına
Bakı şəhərində
başlanılıb, cari
ildən isə digər 12 şəhər
və rayon bu sistemlə əhatə olunacaq. Bu artımlar
ümumi təhsil müəssisələrində çalışan 52 min nəfər
müəllimə şamil
olunub. 2015-ci ilin
"Kənd təsərrüfatı
ili" elan edilməsi ilə əlaqədar kənd təsərrüfatı məhsulları
istehsalçılarına dövlət
tərəfindən maliyyə
dəstəyinin verilməsi
işi davam etdirilib, "2008-2015-ci illərdə
Azərbaycan Respublikasında
əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramı"nın icrası üçün
dövlət büdcəsindən
186 milyon manat vəsait ayrılıb. Onu da qeyd edək
ki, proqramın əhatə etdiyi dövr ərzində isə bütövlükdə
914 milyon manat vəsait ayrılıb.
Beləliklə, 2015-ci ildə qarşıda
duran bütün vəzifələr icra olunub. Odur ki, beynəlxalq
iqtisadi və maliyyə qurumları Azərbaycanda iqtisadi sahədə aparılan siyasəti yüksək qiymətləndirirlər. Konkret olaraq ,Davos Dünya
İqtisadi Forumu Azərbaycanı iqtisadiyyatın
rəqabət qabiliyyətliliyinə
görə 40-cı yerə
layiq görüb. Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
üzvü Vahid Əhmədov bildirib ki, 2015-ci il
həm siyasi, həm iqtisadi cəhətdən dünya
üçün ağır
il oldu. Baş verən neqativ proseslərin fonunda Azərbaycan da iqtisadi cəhətdən müəyyən təlatümlər
yaşadı. Lakin
Azərbaycan bu təlatümlərdən az təsirlə çıxa bildi. Millət vəkilinin sözlərinə görə,
Nazirlər Kabinetinin
2015-ci ilin sosial-iqtisadi
inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə
həsr olunan iclasında da ölkə Prezidenti İlham Əliyev tərəfindən məhz
bu məsələlərə
toxunuldu və cari il üçün
ciddi tapşırıqlar
verildi: “Bildiyiniz kimi, neftin qiymətinin
dünya bazarında kəskin aşağı düşməsi ilə əlaqədar olaraq biz iki dəfə devalvasiyaya getdik. Buna baxmayaraq, 2015-ci ilin yekunlarında həm də bir faizdən
yuxarı ümumdaxili
məhsulun artımı,
kənd təsərrüfatında
6 faizlıq artım, qeyri-neft sektorunda, sənaye sahəsində 8
faizlik artım müşahidə olundu və sairə. Bunlar hamısı müsbət
hallardır, amma bununla belə ən ciddi məsələ,
əlbəttə, milli
valyutamızın 2015-ci ildə
devalvasiyaya uğraması
oldu”. Deputat əlavə edib
ki, problemlərimiz var və bu
problemlərin hamısını
da cənab prezident, demək olar ki, bir-bir
sadaladı və qarşıda duran məsələlər barədə
öz fikrini bildirdi. Birinci, idxal və
ixrac əməliyyatlarının
şəffaflaşdırılması, liberallaşdırılması, bu yöndə bütün süni maneələrin aradan qaldırılması oldu ki, bu, çox
önəmli məsələdir.
İkincisi, idxalın
tərkibinə baxmaq,
lazım olan məhsulları ordan çıxarmaq, Azərbaycanın
bacardığı məhsulların
ölkədə istehsalına
başlamaq, qeyri-neft sektorunun inkişafına
nail olmaq, xüsusilə,
kənd təsərrüfatı
və sənayedə addımlar atmaq məsələsi qaldırıldı
ki, bunlar da olduqca önəmli
məsələrdir: “Hesab
edirəm ki, hökumət qısa zamanda onun qarşısına
qoyulan məsələlərə
baxa, verilən tapşırıqları vaxtında
yerinə yetirə, çevik, düşünülmüş
addımlar ata, qərarlar qəbul edə bilsə, Azərbaycanı yaranmış
bu vəziyyətdən
çıxarmaq mümkün
olacaq”.
Alim
Olaylar.- 2016.- 15 yanvar.- S.6.