Gələcək nəsillər
vətənpərvər ruhda
böyüyür
Azərbaycan
1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra
respublikamızda yeni nəslin
yetişdirilməsi kimi çox
əhəmiyyətli bir problem
gündəmə gəldi. Məsələnin mürəkkəbliyi
bunda idi ki, 70 illik Sovet
hakimiyyəti Azərbaycan xalqının tarixi
şüurunda müsbət meyllərlə
yanaşı, bəzi mənfi stereotiplərin
formalaşmasına da səbəb olmuşdu. Digər tərəfdən,
Azərbaycan yenicə müstəqilliyinə qovuşmuş
ölkə olmaqla bərabər, həm də
yeni ictimai formasiyaya keçid prosesinin son dərəcə
çətin şərtləri altında yaşayırdı.
Bu iki tarixi
prosesin eyni vaxta təsadüf etməsi vətəndaş
tərbiyəsində yeni ideoloji
doktrinanın ortaya
çıxmasını zərurətə çevirmişdi.
Bu doktrinanın müəllifi isə ümummilli lider, böyük şəxsiyyət, dahi rəhbər Heydər Əliyev oldu. Heydər Əliyev hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə respublikada milli mənlik şüurunun inkişafına, xalqımızın tarixi ənənələrinin və milli-mənəvi dəyərlərinin qorunmasına xüsusi diqqət yetirirdi. 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanda milli-mənəvi intibah prosesinin əsasını qoydu. Ölkəmizin rəhbəri hər bir addımı ilə bütün cəmiyyətə nümunə göstərdi. Bu nümunə əsl vətəndaş, həqiqi azərbaycanlı, böyük şəxsiyyət obrazının ən mükəmməl cizgilərini ifadə edirdi. Heydər Əliyevin ilk addımı bundan ibarət oldu ki, o, rəsmi tədbirlərdə məhz Azərbaycan dilində çıxış etməyə başladı. Bu, xalqın öz tarixi köklərini, qayıdışını və milli-mənəvi dəyərlərinə bağlılığını rəsmi səviyyədə nümayiş etdirən ilk ciddi hadisə idi.
Heydər Əliyevin azərbaycanlı
gənclərin ölkənin ictimai-siyasi
həyatında və dövlət idarəetmə
strukturlarında fəal iştirakının təmin
olunması istiqamətlərində də tədbirlər görmüşdü. Böyük
rəhbərin şəxsi təşəbbüsü ilə
respublikamızda yüzlərlə gənc keçmiş Sovetlər İttifaqının ən
nüfuzlu ali təhsil
ocaqlarında təhsil alma imkanı əldə
etmişdi. Bu proses 1969-cu ildən
başlayaraq 1980-ci illərin
sonlarına qədər
davam etdi.
1969-cu ildən etibarən
Azərbaycan iqtisadiyyatında
müşahidə edilən
sürətli inkişaf,
sənayenin və kənd təsərrüfatının
dirçəlməsi, əhalinin
sosial durumunun yaxşılaşması və
digər göstəricilər
Heydər Əliyevin öz xalqının böyük vətənpərvər
oğlu olduğunu təsdiqləyən faktlar
kimi qiymətləndirilə
bilər. Ümummilli liderin rəhbərliyi
altında respublikamız
çox qısa vaxt ərzində iqtisadi və sosial inkişafın səviyyəsinə görə
sovet respub¬lika¬ları
arasında ön sıralara çıxdı.
Ümummilli lider Heydər
Əliyev Azərbaycan
gənclərinin milli
ruhda tərbiyə olunmasına xüsusi diqqət yetirirdi. O, hər çıxışında,
gənclərlə görüşlərində
bu məsələni önə çəkir, onlara xalqımızın milli-mənəvi dəyərlərinə
sadiq qalmağı tövsiyə edirdi. Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik
etdiyi dövrdə bu sahədəki xidmətləri milli şüurun inkişafına
təkan verən mühüm bir mərhələnin əsasını
qoydu.
Heydər
Əliyev “Ən böyük şəxslər
özündən çox
mənsub olduğu cəmiyyəti düşünən,
onun varlığının
və xoşbəxtliyinin
qorunması yolunda həyatını verən
insanlardır”, - deyirdi.
Bu qiymətli fikir ümummilli liderin müstəqil Azərbaycanın vətəndaşlarını
necə görmək arzusunu özündə ifadə edirdi. Heydər Əliyev özü məhz mənsub olduğu cəmiyyəti bu cür düşünərək
yaşayırdı və
bütün vətəndaşların
eyni amala xidmət etməsini arzulayaraq əsl vətənpərvər mövqeyini
ortaya qoyurdu. Müstəqilliyin ilk illərində vətəndaş tərbiyəsi
məsələsi, ilk növbədə
ideoloji və tarixi əhəmiyyət daşıyan bir problem idi. Bu vacib
vəzifənin uğurla
həyata keçirilməsi
üçün Azərbaycan
dövlətinin ideya-siyasi
təməlini yaratmaq,
onun iqtisadi qüdrətinə və siyasi nüfuzuna güclü inam formalaşdırmaq tələb
olunurdu.
Bu gün milli dövlətçilik düşüncəsi
artıq XX əsrin sonları, XXI əsrin əvvəllərində vahid
ideoloji konsepsiya kimi özünü təsdiq etmişdir. Azərbaycanda vətəndaş tərbiyəsi
məhz bu ideologiyaya əsaslanırdı.
Tarixi proseslərin mürəkkəb ictimai-siyasi
xarakterini ardıcıl
şəkildə araşdırarkən
bunu görməmək,
sadəcə mümkün
deyildir və etiraf etmək lazımdır ki, əgər Azərbaycan dövlətinin varlığını
qoruyub saxlamaq mümkün olmasaydı, onda Azərbaycan xalqının XX əsrin mürəkkəb geosiyasi
və iqtisadi reallıqları fonunda özünütəsdiqi mümkün
olmazdı. “Azərbaycanın
dövlət müstəqilliyi
Azərbaycan xalqının
tarixi nailiyyətidir”,
- deyən Heydər Əliyevin ən böyük xidmətlərindən
biri də bundan ibarətdir ki, o, azərbaycanlıların
vahid etnik-siyasi toplum kimi tanınmasını
təmin edən ideologiya yaratdı, yeni və sağlam
nəslin yetişdirilməsi
üçün kifayət
qədər mükəmməl
bir şərait formalaşdırdı. Nə qədər
çətin və ağır mərhələlərdən
keçsə də, Heydər Əliyevin yaratdığı azərbaycançılıq
ideologiyası tarixin sınaqlarından uğurla
çıxa bildi və onun müəllifinin
müdrik şəxsiyyət
olduğunu təsdiqləyən
əsas faktlardan biri də elə
bundan ibarətdir.
Bu sahədə 1993-cü ildən sonra əldə olunmuş nailiyyətlər müdrik
şəxsiyyətin azərbaycançılıqla
bağlı təlimlərinin
xalqımız üçün
mühüm əhəmiyyət
kəsb etdiyini təsdiqlədi. Heydər Əliyev milli ideologiyanın təbliğinə
məktəblərdən başlamağı
tövsiyə edirdi: “Milli ideologiyamızı hər yerdə tətbiq etmək üçün məktəblərdə
Azərbaycan xalqının
tarixinin tədrisinə
çox ciddi fikir vermək lazımdır... Gənclərimiz öz tarixini,
öz tarixi keçmişini gərək
yaxşı bilsinlər.
Çünki mənəviyyatımız, gənclərin bugünkü
və gələcək
mənəviyyatı bununla
bağlıdır”. Yeni dövrün
yeni vətəndaşı,
birinci növbədə
Vətənini, torpağını
sevməli, Azərbaycan
dilini, ədəbiyyatını,
tarixini, coğrafiyasını
mükəmməl bilməli,
milli- mənəvi dəyərlərini qorumalıdır.
Bu cəhətlər sağlam vətəndaşın
yetişməsi, saf həyat tərzi, gələcək yaşayışı
üçün son dərəcə
zəruri amillərdir.
Azərbaycançılıq ideologiyasının əsas istiqamətlərindən
biri də yüksək səviyyəli
təhsil sisteminin bərqərar edilməsidir.
Buna görə də Heydər Əliyev vətəndaş
tərbiyəsində təhsilin
rolunu yüksək qiymətləndirir və intellektual gəncliyin yetişdirilməsini ən
mühüm məsələlərdən
biri hesab edirdi. Heydər Əliyevin siyasəti
gənclərin ictimai-siyasi
fəallığını və onların dövlət quruculuğunda
daha geniş miqyasda təmsil olunmasını da əsas məsələlərdən
biri kimi qiymətləndirirdi. Ümummilli liderimiz
vətənpərvər gəncliyin
yetişdirilməsinin vətəndaş
tərbiyəsi prosesində
başlıca prinsip kimi qəbul edilməsinə üstünlük
verirdi. Heydər
Əliyev deyirdi: “Vətənpərvərlik böyük
məfhumdur. Vətənpərvər gənclərin yetişdirilməsi
təkcə təhsil
müəssisələrinin işi ilə bitmir. İlkin olaraq, ailədə başlayan bu tərbiyəvi iş təhsil müəssisələrində
davam etdirilir. Bütün cəmiyyətin, onun hər bir üzvünün
əməllərindən müsbət
yeniliklərlə yetkinləşir”.
1996-cı
il fevral
ayının 2-də Azərbaycan
Res¬publikası Gənclərinin
I Forumu keçirildi. Bu forumda gəncləri
narahat edən problemlər, onların qayğıları və çətinlikləri, qarşıda
duran vəzifələr
barədə ətraflı
fikir mübadiləsi apa¬rıl¬dı. Ümummilli lider
Heydər Əliyevin iştirak etdiyi bu forum Azərbaycan gəncliyinin həyatında
dönüş mərhələsi
oldu. Böyük
rəhbərimiz tədbirdəki
çıxışında bütün Azərbaycan gənc¬lərinə öz
tövsiyələrini verdi,
onları milli dövlət quruculuğu işində daha fəal iştirak etməyə, vətənpərvər
şəxsiyyətlər kimi
formalaşmağa çağırdı:
“Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının
gələcək yolu
kimi qəbul etməlidir və öz həyatını qurarkən, özünü
həyatda fəaliyyətə
hazırlayarkən və
fəaliyyətə başlayıb
onu davam etdirərkən özü
haqqında da düşünməlidir, ailəsi haqqında da düşünməlidir,
ancaq hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi
haqqında da düşünməlidir”.
Bu gün müstəqil dövlətin vətəndaşlarının müstəqillik və azadlıq duyğusunu formalaşdırmaq məqsədilə müdrik rəhbə¬ri¬mizin dediyi kimi, ilk növbədə Azərbaycan Konstitusiyasını, ölkə¬mizin qanunlarını, dövlət rəmzlərinin mənasını öyrənmək, dərk etmək lazımdır. Yeni dövrün gəncliyi üçün ən mühüm məktəb isə ümummilli liderin həyat və fəaliyyəti, mübarizə yoludur. Millətin gələcəyinin memarı olan bir liderin azərbaycançılıqla bağlı təlimləri, şəxsi nümunəsi, keçdiyi həyat yolu hər bir gəncin vətənpərvərlik ruhunda tərbiyəsində əvəzsiz rol oynayır. Cəmiyyətin sağlam mənəvi dəyərlər əsasında inkişafı, milli dövlətçiliyin daha etibarlı təməl üzərində inkişafına, insanların şəxsi maraqları yox, ümumi məqsədlər ətrafında səfərbər olunmasına stimul yaradan ən ciddi faktorlardan biridir. Milli-mənəvi dəyərlər millətin müqəddəs, toxunulmaz xəzinəsidir. Bu xəzinənin daim inkişafı, milli varlığın mövcudluğu, əbədiliyi deməkdir.
Heydər Əliyevin azərbaycançılıq ideologiyası, vətəndaş tərbiyəsi işinin təşkilinin ən başlıca istiqamətlərini müəyyənləşdirən, hər bir şəxsiyyətin həqiqi vətəndaş obrazını özündə təcəssüm etdirən mükəmməl bir konsepsiya kimi bu gün də aktuallığını saxlayır və öz əhəmiyyətini gələcəkdə də heç vaxt itirməyəcəkdir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 16-18 yanvar.- S.15.