Multikulturalizmin Azərbaycan nümunəsi

 

Bununla dünyaya sübut etmək olar ki, multikulturalizm ideyaları yaşayır

 

Məlum olduğu kimi, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin son müşavirəsində 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olundu.

Ardınca dövlət başçısı 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında sərəncam imzaladı. Artıq Nazirlər Kabineti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının təkliflərini nəzərə alaraq, 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ilielan edilməsinə dair tədbirlər planını üzərində aparılır. Maraqlıdır, dünyada multikulturalizm ideyasının iflas yğraması barədə fikirlər səsləmndiyi halda belə bir sərəncamın imzalanmasına nə dərəcədə ehtiyac var idi? Əvvala onu qeyd edək ki, Azərbaycan nümunəsi göstərir ki, müxtəlif dinlərin, millətlərin nümayəndələri bir yerdə, qardaşlıq, dostluq şəraitində yaşaya bilərlər. Belə bir şəraitdə multikulturalizm ideyasını kənara qoymaq yox, onu daha da inkişaf etdirmək və dünyaya yaymaq zərurəti yaranır. Dövlət başçısının sərəncamında qeyd olunduğu kimi tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşmadialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu günsadiq qalmasının bariz nümunəsidir. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir. Bu, Azərbaycanda həmin istiqamətdə görülən işlərə BMT tərəfindən verilən böyük qiymətdir. Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin sədri İlkin Ağayev qeyd edib ki, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir, bu, bizim böyük sərvətimiz kimi dəyərləndirilir. Azərbaycan nümunəsi göstərir ki, müxtəlif dinlərin, millətlərin nümayəndələri bir yerdə, qardaşlıq, dostluq şəraitində yaşaya bilərlər. Azərbaycan bundan sonra da çalışacaq ki, ölkə daxilində bütün bu məsələlər sağlam zəmində həll olunsun, regiondadünyada dinlərarası, sivilizasiyalararası dialoq daha da dərinləşsin. Azərbaycanda ən qədim zamanlardan mədəni müxtəlifliklər dinctolerant bir şəkildə yanaşı mövcud olub. Son zamanlar isə Azərbaycanda dövlət tərəfindən multikulturalizmin qorunması və daha da inkişafı üçün böyük işlər görülüb. Bu barədə illərdir ardıcıl olaraq dövlət və Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən müxtəlif beynəlxalq tədbirlər və bu tədbirlərdə dünyanın nüfuzlu siyasətçiləri, elmi-tədqiqatçıları, sahə mütəxəssisləri tərəfindən Azərbaycanın dünyada az mövcud olan multikulturalizm adalarından biri olması barədə deyilənlər bariz şəkildə göstərir ki, dünyada Azərbaycan timsalında multikulturalizm örnəyi yaşayır: “Bununla yanaşı, ölkəmiz dünyadaqonşu ölkələr arasında multikulturalizm ənənələrinin və mədəniyyətlərarası dialoqun bərqərar olması və möhkəmlənməsi baxımından çox proqressiv siyasət aparır. Bu isə olduqca önəmlidir. Çünki bu gün dünyada multikulturalizmin qorunması, yayılması, sivilizasiyaların dialoqu, qarşılıqlı anlaşması və daha da möhkəmlənməsi, mədəniyyətlərarası ünsiyyətin sağlam məcrada inkişaf etməsi məsələləri olduqca aktuallaşıb. Bəşər övladının indiyə qədər keçib gəldiyi yol sübut edir ki, mədəniyyətlərin dialoqu olmadan dünya yalnız fəlakətlərə sürüklənə bilər. “Sivil insanfaktorunun tarixdə önə çıxmağa başladığı dönəmdən bəri baş verən dünya proses və olayları isə bu məqamın aktuallığını bir daha sübut edir”.

Məlum olduğu kimi Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və bu bizim böyük sərvətimizdir. Belə vəziyyət isə tələb edir ki, Azərbaycan bundan sonra da çalışmalıdır ki, ölkə daxilində bütün məsələlər sağlam zəmində həll olunsun, regiondadünyada dinlərarası, sivilizasiyalararası dialoq daha da dərinləşsin. AMEA-Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı Dr. Rəşad İlyasovun sözlərinə görə, multikulturalizm bir dövlət siyasəti olaraq tanıyan ölkələrin tətbiq etdikləri müxtəlif pluralistik baxış tərzləri mövcuddur. Bu mənada multikulturalizm hər hansı bir cəmiyyətdə fərqli mədəniyyətlərin bir yerdə yaşamasını təsdiq edən siyasi strategiyadır. Ümumiyyətlə, multikultural dialoqun əsası kimi islamofobiyanın əsasını da "mən” və "başqası” məfhumları təşkil edir. Belə ki, "mən” hər hansı bir sivilizasiyanın daxilində "başqa”larından fərqli düşünmə sistemləri ilə qarşılaşır. Nəticədə, "mən” multikultural əlaqədə həm qəbul etmə, həm də ayrılma mənasında özünü ancaq başqası və ya başqa sivilizasiya vasitəsi ilə müəyyən edir. Bu mənada, Levinasın da haqlı olaraq qeyd etdiyi kimi, "insanlığın mənbəyi bəlkə də Başqasıdır”. Bütün bu münasibətlər, yəni "mən” və "başqası” əsasında formalaşan multikultural dialoq pozitiv fərqləndirmə kateqoriyasına istinad edir. Halbuki, islamofobiya mahiyyət olaraq "başqası” ilə münasibətdə neqativ fərqləndirməyə istinad edir. Bu isə müsəlmanların "başqaları” olaraq hər zaman neqativ münasibətlərə məruz qalmasına səbəb olur: “Müasir islamofobiya irqçi bir ideologiya olaraq qarşımıza çıxır. Qərbdə müxtəlif zamanlarda İslam və müsəlmanlara istehza etmək və alçaltmaq üçün istehsal olunan kinolar, karikaturalar və nəşr olunan kitablar ciddi intellektual müzakirələrin həyata keçirilməsi üçün əlverişli deyil. Bütün bunlar irqçi islamofobiyanın təzahür formalarıdır. Digər tərəfdən isə islamofobiya bəzi güclünüfuzlu dövlətlərin müstəmləkə siyasətini həyata keçirmələri üçün yaratdıqları təsiredici mifdir. Müasir cəmiyyətlərin müxtəliflik və plüralizmi əhatə etmə iddiası qarşısında irqçi davranışların təhlükəsizlik, miqrasiya, inteqrasiya, mədəni konservatizm, Qərbin oz kimliyini mühafizəsi və s. adına məqsədə uyğun hesab edilməsi, heç bir siyasietik dəyərlə izah ediləcək bir mülahizə deyil. Bu, gücü əlində tutan ölkələrin iqtisadi qloballaşma ilə bağlı mülahizələrinə oxşayir. Belə bir şəraitdə Azərbaycan öz fəaliyyəti ilə dünyada multikulturalizm ideyalarının genişlənməsi işinə böyük töhvə verə bilər. Azərbaycan multikulturalizmlə bağlı gördüyü işlərlə dünyaya sübut edə bilər ki, multikulturalizm ideyaları yaşayır”.

 

Alim

 

Olaylar.- 2016.- 16-18 yanvar.- S.4.