Milli özünüdərk gənclərdə
vətənpərvərlik hissi yaradır
Müasir dünyada gəncləri
Vətəni sevməyə, onları milli kimliyini dərk etməyə
yönəltmək vətənpərvərliyin
atributlarından hesab olunur. Çünki, hazırda
dünyada elə proseslər cərəyan edir ki, Vətəni
sevməyən, vətəpərvərlikdən uzağ olan gənclər
istər-istəməz yad təsirlərin altına
düşmək məcburiyyətində qalır. Necə deyərlər,
“biz gənclərimizə Vətəni sevməyi öyrətməsək,
bizim əvəzimizə başqa ölkələrin xüsusi
xidmət orqanları özlərinə lazım olan istiqamətə
yönəldəcəklər”. Xarici təsirlər çərçivəsində
isə din amilindən tutmuş ideoloji məsələlərə
qədər bütün nüanslar var. Ona görə də hər
bir gənclə fərdi qaydada iş aparılmalıdır.
Hüquqşünas Mirzə Manafov hesab edir ki,
gənclərin vətənpərvərlik ruhda tərbiyyə
olunmasında milli şüurun inkişaf etdirilməsi vacib məsəldir.
Bu isə olduqca mürəkkəb bir prosesdir: “Qətiyyətlə
demək olar ki, hazırda ölkədə bi istiqamətdə
iş sistemli şəkildə aparılır. Lakin bu məsələdə
müasir texnologoyalardan da istifadəyə ehtiyac yaranır. Məlum
olduğu kimi bu günkü gənc olduqca informasiyalı və
məlumatlıdır. Belə bir şəraitdə təbliğat
və maarifləndirmə işi elə aparımalıdır
ki, hər bir gənc dərk etsin ki, bu məsələlər
onun həm özünə, həm cəmiyətə, həm
ailəsinə, həm də dövlətə xeyirlidir”. Onun
sözlərinə görə, Vətənin qədrini
ialnız onu sevənlər bilər. Bu baxımdam gənclərə
Vətni sevdirmək, bu sevgini inkişaf etdirməyə ehtiyac
duyulur. Əgər gənclərimi Vətənin hər
qarışını əziz və doğma bilirsə, deməli
biz xoşbəxt millətik. Yəni, gənclərin vətənpərvər
ruhda böyüməsi üçün biz bir millət kimi
formalaşmalıyıq: “Millət insanların özündə
ictimai inkişafın xüsusi formasını əks etdirən,
iqtisadi və siyasi həyatın ümumiliyi,vahid dövlət,
ərazi, dil, mədəniyyət, psixologiya, məişət,
milli şüur və milli xarakter zəminində təşəkkül
tapan sabit birliyidir. Bu tərifdə, demək olar ki, millət
anlamını xarakterizə edən bütün əsas məqamlar
cəmləşib. Mütəfəkkir dühalar qeyd edib ki,
"Birləşməyi bacarmayan cəmiyyət millət ola
bilməz, olsa-olsa qaraçı yığını olar. Millət
odur ki, ən çətin anda birləşir və
özünü təsdiq edir”. Bu isə o anlama gəlir ki,
milli mənlik şüuruna dəyər verən, öz
keçmişini unutmayan, gələcəyinə nikbin baxan, mədəniyyətlərinə
sahib çıxan millət böyükdür və
yaşamağa layiqdir”. Ümumilikdə gənclərimiz dərk
etməlidir ki, millətə etnik-siyasi birlik forması kimi
yanaşıldıqda milli dövlətçilik və milli
şüur milli varlığın zəruri ünsürü
kimi müəyyən edilir. Mütəxəssislərin fikrincə,
millətlərin varlığını siyasi (dövlətçilik),
sinfi, elmi-texniki, ictimai quruluş və s. amillərlə deyil,
məhz etnik amillərlə (mənəvi dəyərlərlə)
müəyyən etmək daha düzgündür. O, qeyd edib ki, milli
şüur uzun bir tarixi inkişaf prosesinin məhsuludur. Belə
ki, milli şüurun inkişafında bütün ictimai-siyasi
hadisələr - sosial sarsıntılar, milli mübarizə
motivləri öz izini qoyur: “ Bunun ən bariz nümunəsi
kimi erməni qəsbkarlarının torpaqlarımızı
işğal etməsi nəticəsində təbiətə
vurulan ziyanları göstərmək olar. Bu, milli və ekoloji
şüurun inkişaf etdirilməsini tələb edir. Burada
milli mənlik şüurunun inkişafı böyük rol
oynayır. Milli mənlik milli şüurun bir komponentidir. Milli
mənliyin əsasını insanın - hər bir fərdin mənsub
olduğu millət və ya xalqın onu əhatə edən
sosial həyatın bütün sahələrinə bəslədiyi
subyektiv əqidəsi təşkil edir. Milli mənliyə vətəni
sevmək, doğma yurda məhəbbət bəsləmək,
təbii sərvətlərini qorumaq və s. ilə
bağlı olan sosial keyfiyyətlər daxildir. Milli mənlik
şüuru sayəsində millət xalq və etnik qrup maddi və
mənəvi sərvətlərinin tarixi inkişaf xüsusiyyətlərini,
sosial-etnik cəhətlərini bütün dolğunluğu ilə
dərk edir, bunlar bağlı olan bu və ya digər hadisəyə
öz münasibətini bildirir. Milli mənlik şüuru vəzifəsindən,
tutduğu mövqeyindən asılı olmayaraq, hər bir Azərbaycan
vətəndaşının qəlbinə hakim kəsilməlidir”.
Hüquqşünas hesab edir ki, milli düşüncə tərzi
milli mənəvi dəyərlərdən milli özündərkə
bir keçiddir. Belə ki, bir xalqda milli mənəvi dəyərlər
o vaxt milli öznəməxsusluq səviyyəsində meydana
çıxır ki, həmin xalqda milli oyanışa, milli
özündərkə ehtiyac yaranır. Milli düşüncənin
yüksəlməsi ilə milli özünüdərk prosesi
başlayır. Lakin hər bir anlayış milli
özünüdərk səviyyəsinə yüksəlib,
milli düşüncəyə çevrilə bilməz.
Yalnız milli oyanış, milli özündərk və bu
kimi digər anlayışlar, milli mənəviyyat səviyyəsinə,
daha sonra milli düşüncəyə qədər yüksələ
bilər. Yetər ki, onun ciddi elmi, fəlsəfi, iqtisadi, siyasi
və s. əsasları olsun. Çünki milli
düşüncədən fərqli olaraq milli
özünüdərk hər hansı bir etnik kütlənin
başqalarından fərqini dərk edib, özünü bir
millət kimi təsdiq etməsidir: “Gənclərə bu ideya
aşılanmalıdır ki, milli mənəvi dəyər də,
milli ideya da xalqın soykökü, dili, dini və başqa
vacib əlamətlərini əks etdirir. Hər bir xalq
özünün milli xüsusiyyətlərini qoruyub saxlamaq
üçün bir çox sərvətlərini - dilini,
müstəqilliyini, dini-fəlsəfi
dünyagörüşünü, mədəniyyətini və
s. milli mənəvi dəyərlər, yaxud da milli
düşüncə kimi yaddaşlarda yaşadır və nəsillərdən-nəsillərə
ötürür. Heç şübhəsz ki, bu ideyanın
daşıyıcısı olan gəncin vətənpərvərliyinə
şübhə ilə yanaşmaq düzgün olmazdı”.
Pedaqoq Nofəl Abasov qeyd edib ki,
milli mənlik şüuru ictimai şüurdan kənarda
mövcud ola bilməz. O, insana xas olan şüurun daxilində,
özü də yüksək səviyyədə təzahür
edir. Mənlik şüuru insanın özünün fikir və
hisslərinin, mənafe və məqsədlərinin öyrənilməsinə
yönəlir. Bu halda insanın daxili aləmi şüurun
obyekti kimi çıxış edir: “Milli mənlik
şüuru gənclərin, eləcə də ümumilikdə
cəmiyyətin böyük uğurlar qazanmasına stimul
verir. Müşahidələr göstərir ki, keçmişə,
tarixə və ənənələrə olan inamı itirmək
mədəniyyət və sivilizasiyanın tənəzzülünə
aparıb çıxarır. Təcrübə milli mənlik
şüuru və vətənpərvərlik hisslərinin bəşəriyyətin
real tərəqqisi, elm, texnika, idman və iqtisadiyyatın
inkişafı istiqamətində əhəmiyyətli rol
oynadığını göstərir. Gənclərdə
olan vətənpərvərlik hissi onları birləşdirir,
mübarizliyə səsləyir, onların əsl vətəndaş
kimi formalaşmasına bilavasitə təsir edir. Bu, eyni zamanda
elmin, texniki tərəqqinin inkişafına yol açır.
Uşaqların və gənclərin milli mənlik
şüurunun və vətənpərvərlik hisslərinin
tərbiyəsində bəzi meyarlar böyük əhəmiyyət
kəsb edir. Məsələn, öz kökünə
bağlılıq vətənin, xalqın tarixini dərindən
bilmək, soykökünə hörmət göstərmək
kimi meyarları özündə birləşdirir. Emosional meyarlar
isə digər insanlara hörmət, ana yurda, doğma təbiətə
məhəbbət, təbii sərvətlərə
qayğını ifadə edir. Fəaliyyət meyarı isə
gənclərin müəyyən sahədə qabiliyyətini,
özünütəsdiqetmə bacarığını, vətənin,
torpağın şərəfini öz şərəfindən
üstün tutmağı əks etdirir. Bu meyar tarixi abidələri,
dövlət əmlakını qorumağı, yaşlı
insanların, kiçikyaşlı uşaqların
qayğısına qalmağı, sağlam həyat tərzi
keçirməyi, ətraf mühitə qayğını,
fiziki və mənəvi kamillik prinsiplərini əsas
götürür”. N.Abasov əlavə edib ki, elmi tədqiqatların
nəticəsinə görə, uşaqların və gənclərin
vətənpərvərlik tərbiyəsində onların vətəndaşlıq
mövqeyinin formalaşması ən vacib amildir. Mütəxəssislər
burada əsas diqqətin onların bir-biri ilə
qarşılıqlı münasibətlərinə, əxlaqi
və mənəvi dəyərlərinin formalaşmasına
yönəldiyini deyirlər. Vətəndaşlıq
mövqeyinin formalaşması, eyni zamanda, milli mədəniyyətə,
adət-ənənələrə, ana dilinin qorunmasına,
doğma yurda məhəbbətə, vətən
qarşısında öz borcunu yerinə yetirməyə,
sağlam həyat tərzinə böyük diqqət artırılmasını
tələb edir”. Onun sözlərinə görə, gənclərin
vətənpərvər ruhda böyüməsində
valideyinlər də birbaşa məsuliyyət
daşıyır: “Bu gün hamımız
övladlarımızın taleyi üçün məsuliyyət
daşıyırıq. Ona görə məsuliyyət
daşıyırıq ki, bu gün qayğısız
böyüyən övladlarımız sabah vətənin,
dövlətin müqəddəratı üçün laqeyd
olmasınlar. Hər birimiz bilməliyik ki, vətən məhz
onlara əmanətdir. Əlimizdən gələni etməliyik
ki, övladlarımız babalarımızdan yadigar qalan
torpağın, vətəndaşı olduqları ölkənin
mənafeyini layiqincə müdafiə etməyi bacarsınlar.
Bir sözlə, gənclərimizin sağlamlığı,
onlarda milli mənlik şüurunun inkişafı, vətənpərvərlik
hisslərinin tərbiyə edilməsi hamımızdan
asılıdır”.
Mənlik şüuru hər bir şəxsin daxili xarakterini, insanlara, cəmiyyətə olan münasibətini bildirir. Sosial şəratidən asılı olaraq mənlik şüuru dəyişir. Yəni insan öz hərəkət və davranışını sərbəst surətdə seçir, başqaları qarşısında məsuliyyət daşıdığını dərk edir. Bu cür şüura malik olan insan özünü təhlil və özünümühakimə qabiliyyətinə malik olur. Beləliklə, qeyd etmək lazımdır ki, milli şüur, milli hisslər, milli mənlik şüuru ekoloji şüurun yaranmasına, millətin özünü dərk etməsi prosesinə təsir göstərir və cəmiyyətdə öz mövqeyinin möhkəmlənməsinə kömək edir. Mütəxəssislərin qənaətincə, gənclərin vətənpərvərlik ruhunun inkişafında milli-mənəvi dəyərlərə sadiqlik də xüsusi rol oynayır. Belə ki, milli-mənəvi dəyər dedikdə, hər bir xalqa məxsus olan sərvətlərin, adət-ənənələrin, mədəni irsin, dini-fəlsəfi baxışların formalaşması nəzərdə tutulur. Burada irəli sürülən müddəa Azərbaycanda milli ideologiya təşəkkül tapana qədər Azərbaycan xalqı arasında hər hansı bir ideyanın və yaxud ideyaların olmaması anlamına gəlmir. Əksinə, həmin dövrə qədər mövcud olan mədəni irsin, dini-fəlsəfi təsəvvürlərin, milli xüsusiyyətlərin vahid ideya anlamına salınması kimi başa düşülür. Milli mənəvi dəyərlər millətin varlığını ortaya qoyan əsas faktorlardan biri olan mənəviyyatla sıx bağlıdır. İdeoloqlar hesab edir ki, milli mənəvi dəyərlərin yaradıcısı millətin ayrı-ayrı üzvləri olsa da, həmin üzvlərin mənəvi-ideoloji, əxlaqi ideyaları sonralar bütövlükdə cəmiyyətin ümumi sərvətinə çevrilir. Azərbaycan xalqı da milli dilini, düşüncəsini, xarakterini, inancını, dinini, adət-ənənələrini və s. məhz milli-mənəvi dəyərlər şəklində qoruyub saxlamaqdadır.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2016.- 22 yanvar.-S.15.