Rəşid bəy Əfəndizadənin İstanbuldakı

"Uşaq bağçası"- 1898-ci il

 

Azərbaycanın görkəmli maarifçilərindən biri Rəşid bəy Əfəndizadə (1863-1942) maraqlı həyat yolu keçmişdir. Rəşid bəy ilk təhsilini zəngin pedaqoji ənənələri olan Şəki şəhərində almışdır. 1879-cu ildə Zaqafqaziya Müəllimlər Seminariyasının müsəlman şöbəsi açılanda Rəşid bəy Əfəndizadə Qori şəhərinə getmiş, burada  bilikli və bacarıqlı müəllimlərdən Avropa təhsil ənənələri ilə zəngin olan elimmetodiki cəhətdən əvvəlki təhsil sistemindən fərqlənən mükəmməl təhsil almışdır. R. Əfəndizadə 1882-ci ildə Qori şəhərindəki Zaqafqaziya Müəllimlər Seminariyasını bitiərək, yüksək elmi səviyyəli və saf məfkurəli öyrətmən kimi 8 il Qutqaşendə (Qəbələdə-N.N.), 2 il Qutqaşen yaxınlığındakı Xaçmaz kəndində, 1 il 4 ay Şəkinin Qoxmux kəndində geniş və hərtərəfli müəllimlik fəaliyyəti göstərmişdir. İşlədiyi kənd məktəbləri R.Əfəndizadə üçün elmi-metodiki baza rolunu oynayırdır. R.Əfəndizadə 1892-ci il dekabrın 27-də Zaqafqaziya Əhli-Təsənni İdarəsinə katib köməkçisi vəzifəsinə təyin olunmuşdur. Onun əyalət müəllimliyindən Zaqafqaziyanın baş şəhərinə işləməyə dəvət edilməsi heç də təsadüfi deyildi.

  Zaqafqaziya Müəllimlər Seminariyasında Rəşid bəyə şəriətdən və Azərbaycan dilindən dərs deyən Hüseyn Əfəndi Qayıbov 8 il idi ki, Əhli-Təsənni İdarəsinin müftisi vəzifəsində işləyirdi. Hüseyn Əfəndi seminariyada işləyərkən elminə və dərrakəsinə görə Rəşid bəyə xüsusi diqqət yetirir, onun  hərtərəfli təhsil almasına çalışırdı. Rəşid bəyin yaxşı xətti var idi, o, bədii yaradıcılıqla da məşğul olurdu.

  “Ziyayi-Qafqasiyyə” qəzetinin 25 yanvar 1882-ci il tarixli 7-ci nömrəsində dərc olunmuş bir yazıdan öyrənirik ki, Hüseyn Əfəndi  seminariyanın son kursunda oxuyan şagirdlərindən birinin doğma şəhəri Şəkiyə həsr etdiyi şeirini  çap olunmaqdan ötrü redaksiyaya göndəribmiş. Qəzetin idarə heyəti (o vaxtlar qəzetin redaktoru Cəlal Ünsizadə, naşiri isə Səid Ünsizadə idi-N.N.) seminariya tələbəsinin şeirini o vaxtın yeganə anadilli mətbu orqanında çap etməsə də, gənc yazarı naümid qoymamış, gələcəkdə məxsusi bir məcmuədə ona yer ayıracağına söz vermişdi. Təəssüf ki, XIX əsrdə Tiflisdə geniş naşirlik fəaliyyəti göstərən Səid Ünsizadənin belə bir  şeir məcmuəsi nəşr edib-etmədiyini müəyyənləşdirmək  mümkün deyil. Hər halda 1882-ci ildə seminariyanı müvəffəqiyyətlə bitirən şəkili Rəşid bəy Əfəndizadənin bədii yaradıcılığında  Nüseyn Əfəndi Qayıbovun  rolu  danılmazdır.

Rəşid  bəy  Əfəndizadə  (rus dilində yazılmış sənədlərdə Rəşid bəyin  adı və soyadı soyadı  Abdurəşid  İsmayıl Əfəndi oğlu  Əfəndiyev kimi yazılıb- N.N.) Azərbaycan dilində təhsil alan hər bir     azərbaycanlının hələ  ibtidai məktəb illərindən tanıdığı  söz    ustalarından biridir. "Ay havada uçan durna" misrası  ilə başlanan      gəraylını yaşlı nəslin adamları nostalji  hislərlə  hələ  də zümzümə    edirlər.

 R.Əfəndizadə  1863-cü ildə Şəkidə anadan olub, ilk təhsilini də bu  şəhərdə  alıb. 1879- cu ildə Qori şəhərində Zaqafqaziya Müəllimlər  Seminariyasının müsəlman şöbəsi açılanda bu yeni təhsil ocağının ilk   tələbələrindən biri də R. Əfəndizadə  olub.  O, 1882- ci ildə    seminariyanı bitirərək, Qutqaşendə (indiki Qəbələ-N.N. ) kənd    məktəbinə müdir təyin olunub, 1890-cı ilin əvvəllərində  Xaçmaz    (indiki  Oğuz rayonunundadır- N.N.) kənd məktəbinə müəllim işləməyə  göndərilib. 1892-ci ilin  sonlarında R.Əfəndizadə Tiflisə    gəlib, dekabrın 27-də Zaqafqaziya Əhli-Təsənni İdarəsində katib  köməkçisi vəzifəsinə təyin olunub. O vaxt müfti vaxtilə  Qoridə Rəşid  bəyə  ana dili və şəriətdən dərs deyən Hüseyn Əfəndi Qayıbov idi.    Rəşid   bəyin   Tiflisə  dəvət edilməsi təsadüfi deyildi.  Müfti Hüseyn  Əfəndi Qayıbov tutduğu dini  vəzifə çərçivəsində böyük  maarifçilik    işləri görürdü: kənd və şəhərlərlərdə yeni məktəblər açır, yazılı və  şifahi ədəbiyyatın inkişafına,  qabaqcıl müəllimlərin  yazdıqları  dərslik və risalələrin çapına qayğı  göstərirdi. Sənədlərdən məlum olur ki, R.Əfəndiyzadədən əvvəl Əhli-Təsənni  İdarəsində katib köməkçisi vəzifəsində  şamaxılı Mirzə Seyfəddin  Seyidov işləyirmiş. O,Tiflis Məhkəmə Palatasına tərcüməçi  vəzifəsinə keçəndən sonra  R.Əfəndizadə  onun yerinə müvəqqəti  olaraq işə götürülüb.  Səriştəsi, bilik və bacarığı, yazı mədəniyyəti  nəzərə alınaraq, R.Əfəndizadə  bir neçə aydan sonra  daimi işə  keçiririlib.

R.Əfəndiyev  bundan üç ay sonra  kənd mollası   müəllimlik  attestatı almaq üçün Tiflis--Kutaisi  Sünni Məclisinə  müraciət edir. 1893- il iyunun 6-da  imtahan  verir.  Zaqafqaziya  Ruhani İdarəsinin 2 iyul 1893-cü il tarixli  qərarı  ilə  ona  prixod  mollası  müəllimliyi təsdiq edən  760 nömrəli  attestat  verilir.   Məşhur müəllimlər  seminariyasını bitirib, 10 ildən artıq bir    müddətdə  kənd məktəblərində  müəllimlik edən R.Əfəndizadənin  dini idarədən  sənəd  alması təəccüblü görünməməlidir. Bu, çox  güman ki, yeni vəzifədə  möhkəmlənmək, Zaqafqaziya Müəllimlər  Seminariyasında işə düzəlmək, hazırladığı dərslikləri Ali Ruhani  İdarəsinin xətti ilə  çap etdirmək məqsədi daşıyırdı.

R.Əfəndizadə  Ruhani İdarəsində  katib vəzifəsindən o yana yüksələ bilməyib.  Yaxşı  xətti, tərcüməçilik məharəti, vəzifə borcuna vicdanlı  münasibəti Rəşid bəyə  baş ucalığı gətirsə  ,  aldığı az  maaşdan bezərək, o, ailəsini yaxşı  yaşatmaq  üçün  əlavə gəlir  yolları  axtarır.  Özünü oda-közə atsa  da, yeganə  çıxış yolunu elmdə  ədəbi yaradıcıluqda  görür. Bu cəhətdən R,Əfəndiyevin  1898-ci il   apelin 4-də müfti H.Qayıbov həzrətlərinə yazdığı ərizə maraq  doğurur.

Ərizəçi  ayda 34 manat 29 qəpik əmək haqqı  aldığını, 6 nəfərlik    ailəsini güclə  dolandırdığını ürək ağrısı ilə bildirir vacib maddi  həyati  tələbatını ödəməkdən ötrü gördüyü  işlərdən söz  açır:

  "Maddi vəziyyətimi yaxşılaşdırmaqdan ötrü hələ xalq  maarif  sistemində işlədiyim illərdə tərtib etdiyim əlifba kitabçasını ("Uşaq  bağçası" dərsliyi nəzərdə tutulur-N.N.) nəşr etmək qərarına    gəlmişəm. Kənd məktəblərində Azərbaycan rus  dillərini tədris  edərkən 10  il ərzində  müntəzəm olaraq dərs planı tutmuş, dil  öyrətmək sahəsində parlaq  nəticələr 

qazanmışam.  Dərs planlarımda  əsas yeri rus məxəzlərindən  götürülmüş  məqalələr, Puşkin, Lermontov, Krılov, Koltsov, Jukovski  başqalarının əsərləri tutur. Senzor Komitəsinin icazəsi ilə əsəri  ərəb  əlifbasının kolliqrafiya  qaydaları ilə çap  etdirməkdən ötrü  Türkiyəyə-Konstantinopol (İstanbul-N.N.) şəhərinə göndərmişəm.  İndi Konstantinopolda Azərbaycan dilini kamil bilən  çap mütəxəsssi  olmadığından tipoqrafiyanın rəhbərliyi  dərsliyin  düzgün  korrektə  olunacağına zəmanət  vermir. Odur ki, dərsliyi korrektə  etmək  üçün Konstantinopola getmək  istəyirəm”.



R.Əfəndiyev  ərizəsinin sonunda  səfərlə  əlaqədar  olaraq, ona iki aylıq  məzuniyyət  verilməsini xahiş edir.Zaqafqaziya  müftisi H.Ə.Qayıbovun  18  may 1898-ci il  tarixli 770  nömrəli  təliqəsinə  əsasən Konstantinopola  getmək  üçün R.Əfəndiyevə  mayın  20-dən iki  aylıq  məzuniyyət   xarici pasport verilir.

R.Əfəndiyevin  ilk  dərsliyi-"Uşaq bağçasıelə  həmin il  İslambulun (şəhərin adı dərslikdə belə yazılıb- N.N.)

Bab-i Ali caddəsindəki  38 nömrəli ünvanda yerləşən  İvanaki Panayotidis mətbəəsində çap olunmuşdur.

.  

Ümumi  təəssürat üçün  titul səhifəsinin yazılarını  olduğu kimi  təqdim edirik:  

"əllif  mucidi (yaradanı, vücudə gətirəni-N.N.)    Rəşid bəy Əfəndizadə. On sənə müzirində kəsb olunmuş təcrübədən  sonra tazə üsuli-sövti  üzrə təsis olunub,  təliq (ərəb  yazısı  növlərindən biri--N.N. )    cüls xətləri üzrə  tərtib olunubdur.  Qiyməti  1 manat  20 qəpikdir. Hər həqqi   müəllif    naşirinə    aiddir. Maarif  nəzarət  cəliləsinin rəzasəti  ilə təb  olunmuşdur.  İslambul.  İvanaki Panayotidis mətbəəsi, Bab-i Ali cadəsi, 38. 1316  səneyi-islamiyyə  (1898 səneyi məsihiyyə)".

Kitabın 7 səhifəlik müqəddiməsindəana dilində verilən təlimin  məqsəd vəzifələrindən,ayrı-ayrı dərslərin metodik təqdimatından  söz açılır

Yeri gəlmişkən  onu da qeyd edək ki, İstanbulun Bab-i Ali  caddəsində o vaxtlar    onlarla mətbəə var idi. İvanaki Panayotidis    mətbəəsi texniki imkanlarına görə digərlərindən əsaslı şəkildə fərqlənirdi.

    Mətbəənin  ən məşhur nəşrlərindən biri  1897-ci ildə burada çap  edilmiş  Kamus-I Rumi-Rumcadan Türkçeye Luğat”dir. İki cildlik    bu lüğətin tərtibçisi-yazanı mətbəə sahibinin özüdür.

    Nəfis tərtibatlı  bu  qamus  kitabı 2054 səhifədir. Dünya lüğətçilik    tarixinin nadir  kitablarından biridir.

  Tarixilik xatirinə qeyd etmək istəyirik ki, "Uşaq bağçası"nın  çapına 1896- il fevralın  29- da  Qafqaz  Senzor  Komitəsi    tərəfindən icazə verilsə , dərsliyin nəşri iki ildən çox ləngimişdir.  Kitabın çapındakl bu ləngimələr nəşriyyat  problemləri ilə bağlı  olub.

  Belə ki, bu illərdə Tiflisdə -Zaqafqaziyanın baş şəhərində Azərbaycan  dilində mətbəələr, demək olar ki,öz fəaliyyətini dayandırmalı  olmuşdu. 1878-ci ildə yaradılçış "Ziya" mətbəəsi Səid Ünsizadənin  İstanbula müraciətindən bir az sonra  bağlanmışdı. Bu mətbəənin  bazası əsasında yaradılan "Kəşkül " mətbəəsi 1891-ci ildə  "Kəşkül" qəzeti bağlanandan sonra  öz fəaliyyətini dayandırmışdı.

   Haqqında söz açılan hər iki mətbəə  Azərbaycan dilində  kitab çapını  xeyli ləngitmişdir.Ünsizadə qardaşlarının 1878-1891-ci illərdə  Tiflisdəki coşqun nəşriyyatçılıq fəaliyyətinin  əngəllənməsi  Zaqafqaziyadan kənardakı türkdilli  ədəbiyyatın  da inkişafına  öz    mənfi təsirini göstərmişdir.

  Unutmaq lazım deyil ki, türk dünyasının  böyük

yazarlarından biri, Səid Ünsizadənin əqidə məslək  dostlarından  olan  krımlı  İsmayıl bəy Qasprinski  türkdilli jurnalistik fəaliyyətinə  1879-cu ildə "Ziya" qəzetindən başlamışdır.

  İ.Qasprinskinin   "Tərcüman"dan əvvəlki   bir sıra kiçik həcmli  jurnalları" Tuncuq" , " Şəfəq" , "Qəmər "  Ünsizadə qardaşlarının  mətbəəsində çap olunmuşdur.

  İ.Qasprinski  1881-ci ildə Tiflisdə  "Ziya" mətbəəsində çap  etdirdiyi  "Tuncuq" jurnalının "Ön söz"ündə    bu xidmətləri çox yüksək    dəyəndirmişdir. "Uşaq bağçası"nın  həcmi  137 səhifədir.  Əsər giriş  3  fəqərədən-  hissədən ibarətdir.  Dərslik  "Müəllim  Rəşid bəy  Əfəndizadə"  imzalı 7  səhifəlik müqəddimə ilə  başlayır. Birinci hissənin  materialları  25 səhifədə yerləşdirilib. İkinci hissə yenidən    nömrələnib (səh.1-78 ). Üçüncü  hissənin materialları 79-cu səhifədən   başlayır, 105 ci səhifədə tamamlanır.

Sonuncu-nömrəsiz cəhifədə  Zaqafqaziya müftisi  Hüseyn Əfəndi Qayıbovun və şeyxülislam  Axund Əbdüssəlam Axundzadənin hərəsinin  ayrı-ayrılıqda  bir  cümləlik  müsbət  rəyi-icazəsi çap olunub:

  " Həmin kitabçanı  Zaqafqazın cəmi sünniməzhəb  müsəlmanlarının  məktəbləıində ümxaz (istifadə-N.N.)     

olunmağa nafe (faydalı-N.N.) hesab edüb imza edirəm.

    Zaqafqaz müftisi Hüseyn Əfəndi Qayıbov"

  " Həmin kitabçanı cəmi şiəməzhəb müsəlmanlarının ibtidai    məkatibində şagirdlərin istifadəsi üçün təlim kitabı əxz(əldə  etmə,alma-N.N.) olunmağa mənfəətlü hesab edirəm.

  Zaqafqaz şeyxülislamı Axund Əbdüssəlam Axundzadə"

"Məktəbə çağırış" adlı  bu şeir K.D.Uşinskinin "Ana dili"  dərsliyindəndir.Müəllifi K.D.Uşinskinin yaxın dostu,görkəmli  pedaqoq, Zaqafqaziyanın təhsil tarixində əhəmiyyətli rol oynayan  L.N.Modzalevskidir  (14.02.1837-  12.05.1896). L.N.Modzalevskinindərsliklərdə dəfələrlə yer tutan bu    şeirini  H.Qaracadaği də, R.Əfəndizadə də,M.Ə.Sabir də tərcümə  etmişlər.

 

Nazim Nəsrəddinov

 

Olaylar.- 2016.- 22 yanvar.- S.12.