Ordumuzun yüksələn
beynəlxalq nüfuzu
Gənclrin vətənpərvərlik
hissini artırır
Azərbaycan Respublikasının
prezidenti, Ali Baş Komandan İlham Əliyev və müdafiə
nazirliyi rəhbərliyinin orduya göstərdiyi diqqət və
qayğı nəticəsində gənclərin hərbi xidmətə
marağı artıb. Xüsusən son illərdə ordu
quruculuğu istiqamətində atılan addımlar, hərbçilərin
soslal-məişət şəraitinin
yaxşılaşdırılması ilə əlaqdədar
görülən işlər müsbət qiymətləndirilir.
Elə bu günlərdə Azərbaycan Respublikası
Müdafiə Nazirliyinin hərbi qulluqçularının və
dövlət qulluqçusu olmayan mülki işçilərinin
aylıq vəzifə (tarif) maaşlarının
artırılması haqqında Azərbaycan Respublikası
Prezidentinin Sərəncam imzalayıb.
Sərəncama əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb. Məhz bu kimi tədbirlərin nəticəsində Azərbaycanın artan hərbi qüdrəti, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyinin orduya münasibəti heç şübhəsiz ki, gənclərin vətənpərvərlik hissinin artmasında müstəsndaa rol oynayır. Digər tərəfdən Azərbaycanın hərbi qüdrətinin artması beynəlxaql aləmdə öz nəticəsini verməkdədir. Təsadüfi deyil ki, Azərbaycan ordusu dünyanın ən qüdrətliləri arasında özünə yer alıb. ABŞ-ın nüfuzlu U.S. Nyus end Uorld Riport qəzetinin dərc etdiyi "Dünyanın ən güclü orduları: güc amili" reytinqində Azərbaycan ordusu da yer alıb. Reytinq Davosda keçirilən Beynəlxalq İqtisadi Forumda açıqlanıb. 60 ölkənin adı çəkilən siyahıda Azərbaycan 38-cidir. Yerdə qalan dövlətlərin silahlı qüvvələrinin ümumi döyüş hazırlığı və səviyyəsi yetərsiz sayıldığı üçün onlar siyahıya daxil edilməyiblər. Reytinqdən kənar qalan ölkələr arasında Ermənistan da var. Amerikalı ekspertlərin hesabatında bildirilir ki, Azərbaycan ordusu Cənubi Qafqaz regionunda döyüş hazırlığı, texniki təminat və peşəkarlıq baxımından liderdir. Siyahıda 38-ci pilləni tutmaqla, Macarıstan, Rumıniya, Çexiya, Malayziya, Argentina və digər ölkələri qabaqlayıb. Postsovet məkanı ölkələri arasında Azərbaycan ordusu Rusiya, Ukrayna və Belarusdan sonra 4-cü yerdədir. Şübhəsiz ki, Azərbaycan ordusunun bu nüfuzu beynəlxalq hərbi təşkilatların diqqətindən kənarda qala bilməzdi. Məhz bu səbədəndir ki, Azərbaycan ordusunun nümayəndələrinin nüfuzlu beynəlxalq təşkilatların tədbirlərində iştirakı adiləşib. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Brüssel şəhərindəki mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin "Qətiyyətli dəstək" missiyasına töhfə verən qeyri-NATO ölkələri ilə Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşündə iştirak edib. Baş Qərargah rəisi səfər zamanı NATO-nun Hərbi Komitəsinin sədri general Petr Pavellə, o cümlədən Gürcüstan, Ukrayna və Xorvatiyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri ilə görüşlər keçirib. Xatırladaq ki, Silahlı Qüvvələrimizin nümayəndələrinin beynəlxalq tədbirlərdə iştirakı davam etməkdədir. Verilən məlumata görə, yanvarın 24-dən 29-dək Kişineu şəhərində (Moldova) Əməliyyat İmkanları Konsepsiyası proqramı üzrə NATO qiymətləndirilməsi üçün məsləhətçi görüşü, yanvarın 25-dən 30-dək isə Sarayevo şəhərində (Bosniya və Herseqovina) NATO-nun regional kollektiv təlimi planlaşdırma konfransı keçiriləcək. Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər. Bu yerdə qeyd etmək yerinə düşərdi ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq sülhməramlı missiyanın tərkibində də təmsil olunurlar. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb. Bu günlərdə NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 42 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb. Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir. Müdafiə Nazirliyi gənclərin orduya marağının artması, onların vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində ardığcıl tədbirlər həyata keçirilir. Belə tədbirlər sırasında Sovet İttifaqı və Milli Qəhrəmanların təbliği böyük əhəmiyyət kəsb edir. Bunlardan iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasınm 106-cı il dönümü münasibəti ilə təşkil edilən tədbirləi xüsusilə qeyd etmək olar. Bu kimi tədbirlər nəinki paytaxt Bakıda, eləcə də regionlarda reallaşdırlır. Belə tədbirlərdən biri Lənkəran qarnizonu zabitlər evi və Həzi Aslanovun ev muzeyinin birgə təşəbbüsü ilə tədbir keçirilib.Tədbirdə hərbi hissələrin əsgərləri, məktəblilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Əsgərlərə qəhrəmanın uşaqlıq, gənclik illəri və keçdiyi döyüş yolu, göstərdiyi qəhrəmanlıqlar haqqında geniş məlumatlar verilib. Məktəblilərin iştrakı ilə hazırlanmış kompozisiyada qəhrəmana həsr edilmiş şeirlər səsləndirilib, xatirələr söylənilib. Muzeyin direktoru Tamara Fətullayeva və muzeyin əməkdaşları qəhrəmanın general Mehmandarovla görüşü haqqında əsgərlərə məlumat verib, onları maraqlandıran sualları cavablandırıb. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Əhəd oğlu Aslanovun anadan olmasının 106 illiyi münasibəti Azərbaycan Hərb Tarixi Muzeyində də tədbir keçirilib. Azərbaycan xalqının qəhrəman övladı, Böyük Vətən Müharibəsinin əfsanəvi iştirakçılarından olan H.Aslanovun qəhrəmanlıqla dolu həyat yolu Vətəninin azadlığı uğrunda vuruşan hər bir vətəndaş üçün nümunədir. Müharibənin ilk günlərindən od-alov içərisinə atılan qəhrəman həmyerlimiz komandanlıq etdiyi tank briqadası ilə birlikdə neçə-neçə şəhərin faşizmdən azad olunmasında fəal iştirak etmiş, orden və medallara layiq görülmüşdür. Tədbirdə çıxış edən muzeyin rəisi e.o.polkovnik Əzizağa Qəni-zadə H.Aslanovun keçdiyi şərəfli döyüş yolundan danışmış, onun sovet ordusunda göstərdiyi yüksək əsgəri rəşadətdən bəhs etmişdir. Sonda tədbir iştirakçıları muzeyin 1939-45-ci illər zalında yerləşən eksponatlarla tanış olmuşlar. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 106 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Yanvarın 22-də Müdafiə Naziriliyinin xüsusi təyinatlı təhsil müəssisələrində qəhrəmanın xatirəsinin anma mərasimi keçirilib. Cəsur sərkərdə Həzi Aslanovun abidəsi önünə gül dəstələri qoyulub, generalın xatirəsi hörmət və ehtiramla yad edilib. Tədbir açıq elan edildikdən sonra ulu öndər Heydər Əliyevin, görkəmli hərb xadimi Həzi Aslanovun, Vətənin azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edlib, dövlət himni səsləndirilib. Anma mərasimində bir daha xatırlandı ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Həzi Aslanovun hərb tariximizdə müstəsna rol oynadığını dəfələrlə qeyd edib və qəhrəmanın adının əbədiləşdirilməsi üçün bir çox sərəncamlar verib. Bu ənənə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən davam etdirilir. Sonda hərbi təhsil ocaqlarının zabit, müəllim və kursant heyəti Həzi Aslanovun həyat və döyüş yolundan bəhs edən "Mən sizi dünyalar qədər sevirdim" bədii filminə tamaşa ediblər. Müdafiə nazirinin təsdiq etdiyi digər tədbirlər planına əsasən İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 106 və Böyük Vətən müharibəsində həlak olmasının 71 illiyi münasibətilə tədbir keçirilib. Əsgər, kursant və zabitlər, qəhrəmanın ailə üzvləri, eləcə də veteran və gənclər təşkilatlarının nümayəndələri əvvəlcə Şəhidlər Xiyabanında sərkərdənin məzarını ziyarət edərək, abidə-kompleksinin önünə Müdafiə Nazirliyi adından əklillər qoyub, xatirəsini hörmətlə yad ediblər. Həzi Aslanov haqqında bir neçə kitabın müəllifi, Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani qəhrəmanın həyat və döyüş yolu barədə geniş məlumat verib. O, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında generalın döyüş yolunun öyrənilməsinin vacibliyini vurğulayıb. Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev qeyd edib ki, əvəzsiz general H.Aslanovun döyüş yolunun öyrənilməsi işğal altında olan torpaqlarımızın azad olunması baxımından da önəmlidir. Azərbaycan Veteranlar Şurasının sədri Dadaş Rzayev və generalın döyüş yoldaşları onun haqqında xatirələrini bölüşüblər. Mərasimin sonunda Aslanovlar ailəsi adından çıxış edən qəhrəmanın nəvəsi, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov Böyük Vətən müharibəsi, Qarabağ müharibəsi iştirakçılarına, veteranlara, şəhid ailələrinə ölkə Prezidentinin daim diqqət və qayğı göstərdiyini xüsusilə qeyd edərək, Xatirə tədbirinin təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə və iştirakçılara minnətdarlığını bildirib.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2016.- 26 yanvar.- S.15.