Duyğusal sətirlər
Şəfa NUR (Piriyeva Şəfa Söhbət qızı)
1991-ci ildə Masallı rayonunda anadan olub. İxtisasca
tibb bacısıdır. Hal-hazırda
Bakı Slavyan Universiteti
Yaradıcılıq fakültəsinin tələbə -dinləyicisidir.
İngilis, rus, ərəb,
türk dillərini bilir.
“Həyat”, “İnsanoğlu
axtarışda”, “Bir Yudum
Vicdan”, “Mərifət bucağı”,
“Xoşbəxt və Bədbəxt damlalar”
adlı şeir və esselərin müəllifidir.
Şeir, esse,
bayatılar yazır. “Gənc Ədiblər Məktəbi”nin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür. Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının
elektron orqanları Gündəlik İnformasiya Agentliyinin və
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat
Portalının Baş redaktor
müavinidir.
Zaman axıb gedir, mən qocalıram
Ruhumun yolundan aza bilmirəm,
Ürəyin dərdini yoza bilmirəm,
Duyğular süzülüb dolur içimə,
Heyf hər birini yaza bilmirəm.
Uzaqdan duyulur şeirin ətri,
Hecalar yazdırır gedən sətiri,
Kəsib
doğrayıram itməsin
məna,
Heyf sonda qalır sözün kəsiri.
Axşamdan səhərə qonaq
oluram,
Yaşaya-yaşaya seyrə dalıram,
Hecaya bölünür beləcə
ömrüm,
Zaman axıb
gedir, mən qocalıram.
Bir ovuc ömür
Həyatdır…
Yaşayırıq…
Yalançı dünyanın doğru
zamanında,
Tanrıdan aldığımız bir ovuc ömrün
oğru zamanında,
Hərdən yolda qalır gözümüz…
Özümüzü tapana qədər…
Uşaq
vaxtı o qədər
yalanlara inanmışıq
Səhərdən axşama…
Axşamdan yatana qədər…
İndi daha doğru olan zamana da
inanmaq istəmirik.
Gözümüz içinə qədər
yalanı gətirib
Günahı zamanın çiyinlərində
görmək istəyirik…
Və bəzən
də bacarıqda.
Daha bilmirik ki,
Həyatdır..
Yaşayırıq…
Yalançı dünyanın doğru zamanında.
Tanrıdan aldığımız bir ovuc ömrün
oğru zamanında…
Həyat
İndi
vaxtın keçdiyindən
Xoşbəxtliyin damla-damla əriyib
getdiyindən xəbərsizəm
doğrusu..
Zaman səssizcə alıb aparar hər şeyi..
İşıqlı görünən dünya
elə qaranlığın
gözündən keçir.
Səssiz
şütüyən zamanın
içində surət
Damla-damla
əridər ömür
şamını…
Bu sənin qismətindir,
Bu sənin tale yolun…
Bu yolların bəziləri uzun, bəziləri qısadır..
Hər iki yolun bir
adı var- HƏYAT !
Bəzən bir səhvin bütün doğrularını
məhv etdiyi bir səhnədir həyat..
Elə səhnə demişkən,
yenə orada bir neçə saatlıq roluna görə, müxtəlif
personajlarda yaşaya bilirsən…
Ancaq həyat səhnəsində
bir ömür rola girməlisən…
Həyat-
yaşamadığımız bəlkələr, yaşadığımız
kaşkilər, ürəyimizin
ən dibində tutduğumuz nəisələrdən
ibarət bəlkələrdir
bəlkə də…
Həyat-
bir nöqtənin qoyulduğu yerdən bir vergülün başlanğıc götürdüyü
cümlələrdir bəlkə
də…
Piyada kimi şahın əsarətində qaldığın
bir şahmat oyunudur həyat!
Cavab bəndləri
olan, lakin içində yalnız bir doğru bəndi olan test imtahanıdır həyat.
Ağlayaraq beşiyə qoyulub,
gözüyumulu tabutda
getdiyin ikimərtəbəli
binanın 0–cı mərtəbəsidir
Həyat…
Əlini
karta uzatdığın
andan ya bütün dünyanı
dəyişdirdiyin, ya
da bütün həyatını uduzduğun
bir qumardır həyat…
Pulla dəyərə belə gəlməyən dostluq, azadlıq, düşüncə
və sevgi kimi gözəlliklərdir
həyat…
Kimsənin yardımına ehtiyacın
olmadan yaşam dağına dırmanmaqdır
əslində, həyat…
Qocalma surətimizin çox olduğu, ağılllanma
surətinin az olduğu yaşam tunelidir həyat..
Təkcə yeni ildə deyil, bizə ilin istədiyimiz bütün günlərində
yuxu, ümid və gülüş kimi hədiyyəsi olan bir “Qar
adamı”dır Həyat…
Bizə
rəngarəng xəyallarımızla
yaşama eşqi verən bir “Göyqurşağı”dır Həyat…
Əslində, rolu əlimizdə
olan yeganə “Yaşam nəqliyyatı”mızdır
Həyat…
Bu sənin qismətindir,
Bu sənin tale yolundur..
Bu yoların bəziləri uzun,
Bəziləri qısadır…
Hər iki yolun yalnız bir adı var –HƏYAT
!…
Olaylar.- 2016.- 26 yanvar.- S.12.