Azərbaycan gənci Vətənə,
dövlətə bağlıdır
Azərbaycan müstəqillik əldə
etdikdən sonra gənclərin vətənpərvərlik
hissinin artırılması məqsədilə
çöxsaylı tədbirlər həyata keçirilib. Həmçinin
gənclərə milli adət-ənənələrin,
əxlaqi dəyərlərin qorunub
saxlanması və gələcəək nəslə
ötürülməsi ideyaları aşılanıb. Bu gün də Azərbaycanda həyata
keçirilən gənclər siyasətinin, gənclərə
göstərilən diqqət və qayğının əsasında
ölkəyə layiqli vətəndaş
və sağlam nəslin yetişdirilməsi
əsas prioritet kimi qəbul
olunur. Çünki,
müstəqillik yolunda irəliləyən
Azərbaycana məhz milli şüura
malik, vətənpərvər gənclər
lazımdır.
Sirr deyil ki, hazırkı gəncliyin vətənpərvərlik anlayışı genişdir və bir sıra dəyərlərə söykənir. Gənclər üçün vətənpərvərlik anlayışı təkcə torpağa, Vətənə bağlılıqla ölçülmür. Müasir gəncliyin timsalında vətənpərvərlik hisslərini özündə təcəssüm etdirən bir sıra xüsusiyyətlər, nümuələr var. Həmin nümunələrin təbliği gənclər arasında vətənpərvərlik ruhunun yüksəlməsinə təkan verən amillərdən hesab olunur. “Təxris Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emil Həsənli hesab edir ki, bu gün Azərbaycanda elə bir gənclik yetişib ki, o, heç vaxt torpaqların işğalı ilə barışmayacaq. Ramil Səfərov olayı bir daha göstərdi ki, Azərbaycan gəncliyi torpağa, vətənə, millətə, bayrağa nə qədər bağlıdır. Yaxın keçmişdə cəbhədə atəşkəs pozulanda Azərbaycan gəncliyi ayağa qalxdı və hər bir kəs Müdafiə Nazirliyinə müraciət etdi ki, döyüşə getməyə hazırıq: “Həmin dövrdə mən Ağdam, Füzuli bölgələrində oldum və gördüm ki, yüzlərlə gənc orduya yazılmaq üçün müraciət edir. Bunlar hamısı onu göstərir ki, Azərbaycanda kifayət qədər vətənpərvər gənc yetişib. Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Qeyri-Hökumət Təşkilatları bu istiqamətdə ardıcıl və sistemli iş aparır. Düzdür, bu gün dünyada qloballaşma və müasirləşmə adı altında milli mənəvı dəyərlər, eləcə də vətənpərvərlikdən kənar ideologiyalar təbliğ olunur. Buna baxmayaraq, Azərbaycan gəncliyinin belə yüksək əhval-ruhiyədə olması, vətənpərvərlik nümayiş etdirməsi çox sevindirici haldır. Bununla yanaşı, hesab edirəm ki, orta məktəblərdə vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətinda işlər daha da artıtılmalıdır. Düzdür, son illrədə bu istiqamətdə xeyli işlər görülüb. Konkret olaraq gənclərin hərbi çağırışa qədər hazırlıq işləri ilə bağlı müsbət nəticələr əldə edilib. Müvafiq dövlət qurumlarının dəstətyi ilə “Şahinlər və cəsurlar” hərbi idman oyunları keçirir. Bütün görülən işlərə baxmayaraq həm valideyinlər, hən cəmiyyət, qeyri-hökumət təşkilatları və aidiyyatı dövlət orqanları bu istiqamətdə ardıcıl olaraq işlərini davam etdirməlidirlər”. Onun sözlərinə görə, vətənpərvər gənclik ilk növbədə savadlı, bilikli olmalıdır. Vətənpərvər olmaq üçün gənclik ədəbiyyatı, tarixi bilməli, fiziki cəhətdən orduya hazır olmalıdır: “İndi regioanlarımızın hər birində Olimpiada kompleksləri var. Demək olar ki, rayonlarımızın hər birində “Gənclər evi” inşaa olunub. Hazırda belə evlərin sayı 30-u keçib. Bu isə o deməkdir ki, dövlət tərəfimdən gənclərin sağlam böyüməsi üçün hər cür şərait yaradılıb. İdmanla məşğul olmaq, xaricdə təhsil almaq istiqamətində gənclər üçün müvafiq şərait yaradılıb. Cəmiyyət də çalışmalıdır ki, bu istiqamətdə iş daha sürətli, daha ardıcıl aparılsın. Orduya, xidmətə gedəcək gənc əvvəlcədən buna hazır olsun. Xidmətini başa vuran gəncin məşğulluq problemi həllinin tapsın. Yüri gəlmişkən artıq keçən ildən belə bir ənənənin əsası qoyulub ki, ordudan qayıdan gəncin qarşılanma mərasimi keçirilir. Əvvəlllər isə yalnız gənclərin orduya yola salınması tədbirləri keçirilirdi. İndi isə ordudan təxris olunmuş gənclər müvafiq dövlət qurumları tərəfindən qəbul edilir, onların problemləri öyrənilir, məşğulluq məsələsinin həllinə çalışılır. Əslində, bu kimi tədbirlərlə gəncləri Vətəni sevməyə, milli kimliyini dərk etməyə yönəltməliyik. Çünki, hazırda dünya elə bir vəziyyətdədir ki, biz gənclərimizə Vətəni sevməyi öyrətməsək, bizim əvəzimizə başqa ölkələrin xüsusi xidmət orqanları özlərinə lazım olan istiqamətə yönəldəcəklər. Burada isə din amilindən tutmuş ideoloji məsələlərə qədər bütün nüanslar var. Ona görə də hər bir gənclə fərdi qaydada iş aparılmalıdır”. E.Həsənli qeyd edib ki, gənclərlə iş aparmaq olduqca çətin məsələdir. Hər bir ailədə olan bir, yaxud iki gəncin lazımi istiqamətə yönəldilməsinin nə qədər çətin olduğunu valideyinlər yaxşı bilirlər. İndi təsəvvür edin bütövlükdə Azərbaycan gəncliyini orduda şərəfli xidməti həyata keçirməyə hazırlamaq nə qədər mürəkkəb işdir. Gənclərin vətənpərvərlik ruhda tərbiyyə olunması, onalrda milli şüurun inkişaf etdirilməsi böyük və mürəkkəb bir mexanizmdir. Qətiyyətlə demək olar ki, hazırda bi istiqamətdə iş sistemli şəkildə aparılır. Eyni zamanda, mülki vətəndaşlarla iş aparılmasına xüsusi diqqət yetirilməlidir. Məlum olduğu kimi bu günkü gənc olduqca informasiyalı və məlumatlıdır. Belə bir şəraitdə təbliğat və maarifləndirmə işi elə aparımalıdır ki, hər bir gənc dərk etsin ki, bu məsələlər onun həm özünə, həm cəmiyətə, həm ailəsinə, həm də dövlətə xeyirlidir: “Keçid dövründə iqtisadi sahədə olduu kimi mənəvi məsələlərdə də müəyyən problemlər yaranmışdı. Şükürlər olsun ki, artıq bu məsələlər arxada qaldı. Birmənalı şəkildə qeyd etmək olar ki, artıq bu məslələrdə də həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədəir. Bəzən fikirlər səsləndirilir ki, vaxtilə gənclik indi olduğu kimi deyildi, bir çox sahələrdə fərqlənirdi. Lakin nəzərə almaq lazımdır ki, indiki gənclik müasirdir, savadlıdır. İndiki gənclik həm də vətənpərvərdir, ata-babaların qoyduğu ənənlərə sadiqdir. Ola bilər ki, hansısa məsələdə özünün şəxsi fikri olsun, amma kompleks halda yanaşdıqda Azərbaycan gəncliyi indiyə kimi olmadığı qədər vətənpərvərdir, Vətənə, dövlətə bağlıdır”. Onun sözlərinə görə, bütün mümkün vasitələrdən istifadə edilməlidir ki, gənclərimiz sağlam, milli kimliyini dərk edən, vətənpərvər kimi böyüsün: “Məlum olduğu kimi bədii əsərlərdə, kinolarda Vətənə sevgi hissi aşılanır. Azərbaycanda isə bunun üçün çöxsaylı örnəklər mövcuddur. Ramil Səfərovun, Mübariz İbrahimovun real həyatı gənclər üçün bir örnəkdir. Məslən, Ramil Səfərov qətiyyətlə bəyan etdi ki, atdığı addımı şüurlu edib. Ömürlük həbsinə razı oldu, lakin bayrağa sevgisini gizlətmədi. Mübariz İbrahimovun obrazı yalnız filmlərdə yaradılır. O, isə reallıqda düşmən cəbhəsini yararaq təkbaşına döyüşə atıldı. Yüzlərlə düşmənin canlı qüvvəsini məhv etdi. Özü şüurlu surətdə ölümə getdi. Bununla işğal altında olan torpaqların azad edilməsi üçün bir vətənpərvərlik nümunəsi ortalığa qoydu. 20 anvar nümunəsi var ki, gənclərimiz canlarını qurban verdilər. Hansı ki, bilirdilər ki, qarşıda 60 mindən artıq Sovet ordusu var, bu qəsbkar ordu qarşısına çıxan insanları atəşə tutur. Buna baxmayaraq, xalq səfərbər oldu və öz şəhidlərini ən yüksək səviyyədə dəfn etdi. Dünyada belə bir gəncliyə rast gəlmək mümkün deyil. Bu kimi faktlar deməyə sas verir ki, Azərbaycan xalqı, Azərbaycan gəncliyi vətənpərvərdir”. E.Həsənli əlavə edib ki, Azərbaycan gəncliyinin vətənpərvərliyi bununla bitmir. Gənclərimiz bütün sahələrdə dövlətin bayrağını yüksəklərə qaldırılar: “Bu gün gənclərimiz idmanda, elmdə yüksək naliyyətlər əldə edirlər. Biz özümüzə inanmalı və Vətənimizi sevməliyik. Bizi istəməyən dövlətlər, onların xüsusi xidmət orqanları Azərbaycan gəncliyini gözdən salmaq, başqa istiqamətə yönəltmək istəyir. Lakin gənclərimiz fəxr etməlidir ki, Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasına daxil oldu. Biz Azərbaycan dövlətinin müstəqilliyinə inanmalı və onu müdafiə etməyə hazır olmalıyıq. Əgər bir qisim gənclərimiz kənarda qalıbsa onları da bu işlərə cəlb etməliyik”.
Məsələn, gənclərlə bağlı qəbul edilən Dövlət Proqramında vətənpərvərlik, hərbi vətənpərvərliklə bağlı konkret maddələri var ki, orada kifayət qədər prinsipial məqamlar dolğun şəkildə əks olunub. Elspertlərin qənaətincə, gəncliklə bağlı olan ictimai təsisatların, qurumların, təşkilatların ümumi müzakirələri, qəbul etdiyi qərarlar bir o qədər effektli olmur. Ancaq bununla bağlı qəbul olunan dövlət proqramları daha geniş imkanlar yaradır. Azərbaycanda qəhrəmanlıq nümunələri müxtəlif tarixi dönəmlərdə ayrı-ayrı Vətən övladlarının timsalında yaradılıb. Qətiyyətlə demək olar ki, bu gün də o qəhrəmanların davamçıları yetişməkdədir. Hüç şübhəsiz ki, indi elə gənclərimiz var ki, onlar tarixə çevrilən qəhrəmanların hərəkətlərini təkrar etməyə hazırdır. Vətənpərvərlik, Vətənə sədaqət nümayiş etdirən adlı-sanlı qəhrəmanlar qəhrəmanlığı, vətənpərvərliyi, torpaq uğrunda ölməyi heç bir gənclər təşkilatında, ictimai təsisatda öyrənməyib. Onlar heç bir ictimai qurumda təmsil olunmayıb, amma ortalığa qəhrəmanlıq nümunələri qoyub. Məntiqi baxımdan gənclərdə vətənpərvərlik hisslərinin yüksək səviyyədə olması yalnız dövlət orqanlarının, ictimai təsisatların gördüyü işlərin nəticəsi deyil. Vətənpərvərlik xalqımızın ruhundan irəli gələn bir reallıqdır. Çünki Azərbaycanın yerləşdiyi coğrafiyada dövlət qurmaq, onu yaşatmaq bəlkə də dünyanın bir çox digər coğrafiyalarına nisbətdə daha böyük məsuliyyətdir. Görünən odur ki, bu hisslər zaman-zaman xalqın tarixi şüuruna hopub. İndi ölkəmizin dövlət müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpa olunması ilə bağlı Azərbaycan gəncliyinin qarşısında çox böyük vəzifələr dayanır. Odur ki, Azərbaycan gəncliyi öz savadı, intelekrualı ilə buna hazır olmalıdır. Bu baxımdan gənclər arasında vətənpərvərlik tərbiyəsi hər gün təbliğ olunmalıdır. Məhz bu kimi tədbirlər gənclərdə vətənpərvərlik hisslərinin daha yüksək səviyyədə formalaşmasına gətirib çıxaracaq.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 28 yanvar.- S.15.