Hərbçilərimizin mənəvi-psixoloji

hazırlığı yüksək səviyyədədir

 

Sirr deyil ki, Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığı ordu quruculuğu üçün vacib şərtlərdəndir. Qətiyyətlə demək olar ki, Azərbaycan ordusunun mənəvi-psixoloji hazırlığı qələbəyə təminat verəcək qədər yüksək səviyyədədir. Lakin bu prosesin davamlı olduğunu nəzərə alan Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən mütəmadi olaraq bu istiqamətdə aparılır.

Silahlı Qüvvələr şəxsi heyətinin mənəvi-psixoloji hazırlığını elmi-metodiki əsaslarla daha da yüksəltmək məqsədilə müdafiə nazirinin təsdiq etdiyi plana əsasən birlik, birləşmə və hərbi hissə komandirlərinin, xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinlərinin toplantısı keçirilir. Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev geniş məruzə ilə çıxış edib. Silahlı Qüvvələrimizdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığı işinin təşkili ilə bağlı fikirlərini bildirən idarə rəisi Müdafiə nazirinin daim bu sahəyə ciddi diqqət yetirdiyini, bu işin təşkilində manqa komandirlərinin hazırlığına önəm yetirilməsinin zəruriliyini vurğulayıb. O, mənəvi-psixoloji hazırlığın orduda döyüş hazırlığının vacib tərkib hissəsi olduğunubu səbəbdən də yeni üsullarla işləməyin tələb edildiyini toplantı iştirakçılarına bir daha xatırladıb. Hərbi vətənpərvərlik duyğularının daha da möhkəmləndirilməsində örnək hesab edilən tədbirlərin mahiyyətindən danışan R.Əliyev həyata keçirilən fəaliyyətlərin gənc zabitlərin mənəvi-psixoloji hazırlığında mühüm əhəmiyyət kəsb etdiyini deyib. Zabitlərin qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirməsi üçün bu cür tədbirlərin daha işgüzar şəraitdə keçirilməsinin vacibliyi qeyd olunaraq xüsusi vurğulanıb ki, şəxsi heyətin hərbi intizama daha ciddi riayət etməsi ordunun döyüş qabiliyyətinin möhkəmlənməsində ən zəruri amillərdəndir. Buna görə də hərbi xidmət məhz həmin meyarlar əsasında qurulur. İdarə rəisinin müavini polkovnik Abdulla Qurbani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" elan edildiyini, multikulturalizmin tolerantlıqla sıx bağlı olduğunu və ölkəmizdə əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığını, sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma, dialoq şəraitinin mövcudluğunu bildirib. Polkovnik bu istiqamətdə Silahlı Qüvvələrin üzərinə düşən vəzifələrdən ətraflı söhbət açıb. Müdafiə nazirinin müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev çıxışında toplantı iştirakçılarının diqqətinə qarşıda duran vəzifələri çatdırıb. Toplantıda çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müaviniRespublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev dünyada baş verən qlobal hadisələrdən söz açaraq hərbi cinayətlərdən, onların təsnifatından, törədilməsinə səbəb ola bilən amillərdən və həyata keçirilən hüquqi-profilaktik tədbirlərdən danışıb. General-leytenant Xanlar Vəliyev toplantı iştirakçılarının suallarını cavablandırıb. Nazirlik birlik, birləşmə və hərbi hissə komandirlərinin, xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin şəxsi heyətlə üzrə müavinləri, aidiyyəti üzrə kafedra rəisləri ilə keçirilən təlim-metodiki toplantı davam etdirir. Şəxsi heyətlə üzrə komandir müavinlərinin növbəti toplantısında Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev növbəti günün proqramını elan etdikdən sonra polkovnik Abdulla Qurbani Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən 2015-ci ildə yerli icra hakimiyyəti orqanları, müvafiq dövlət və qeyri-hökumət təşkilatları ilə birgə həyata keçirilən tədbirlərdən və onların Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik hissinin yüksəldilməsindəki müstəsna rolundan danışıb. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxışında Silahlı Qüvvələrin dövlətin əsaslarını təşkil edən mühüm təsisatlardan biri olduğunu, ölkənin təhlükəsizliyini və müdafiəsini təmin etdiyini vurğulayıb. Hərbi kollektivlərin əsasən gənclərdən ibarət olduğunu diqqətə çatdıran professor Ə.Həsənov şəxsi heyətlə zamanı dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxilixarici siyasətin əsas aspektlərinin operativdolğun şəkildə onlara çatdırılmasını xüsusi qeyd edib. Hərbi qulluqçuların mətin, iradəli, vətənsevər gənc kimi formalaşaraq ictimaiyyətə inteqrasiyasında hərbi xidmətin əvəzsiz rolundan, bu sahədə şəxsi heyətlə üzrə zabitlərin potensialından səmərəli istifadənin zəruriliyindən, əsgərlərin dünyagörüşünün milli-mənəvi dəyərlər əsasında formalaşdırılmasından, onlarda Azərbaycan dövlətçiliyinə, dövlətinə, xalqına və Ali Baş Komandanına sədaqət hisslərinin aşılanmasından və bütün bunların ordu quruculuğunda əhəmiyyətindən danışıb. Qlobal maliyyə böhranı və kəskin geostrateji mübarizə şəraitində ölkəmizin mövcud sosial-iqtisadiictimai-siyasi vəziyyəti, Silahlı Qüvvələrə göstərilən dövlət qayğısı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, tolerantlığın ölkəmizdə həyat tərzi olması və bir sıra vacib mövzulara toxunan Ə.Həsənov toplantı iştirakçılarını maraqlandıran sualları da cavablandırıb. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının çıxışı da toplantı iştirakçıları tərəfindən maraqla qarşılanıb. M.Qurbanlı Silahlı Qüvvələrimizdə həyata keçirilən uğurlu islahatlardan, hərbi, ideoloji işin təşkilində din amilinin rolundan danışaraq qeyd edib ki, Azərbaycan tolerant ölkə olmaqla bu gün dünyanın diqqət mərkəzindədir. Dövlətimizin başçısının 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan etməsi haqqında sərəncamı nəinki xalqımız, eləcə də dünyanın bir sıra ölkələri tərəfindən rəğbətlə qarşılanıb və ölkəmizin nüfuzunu daha da artırıb. Sonda şəxsi heyətin suallarını cavablandıran Komitə sədri Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Silahlı Qüvvələrdə cari il üçün birgə tədbirlər planının da təsdiq edildiyini nəzərə çatdırıb və bu istiqamətdə tədbirlərin həyata keçirildiyini bildirib.

Təlim-metodiki toplantı öz işini davam etdirir. Daha sonra müdafiə naziri Zakir Həsənov komandirlərin şəxsi heyətlə üzrə müavinləri ilə görüşüb. Belə ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, qoşun qismləri və hərbi hissə komandirlərinin, xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin şəxsi heyətlə üzrə müavinləri, aidiyyəti üzrə kafedra rəisləri ilə keçirilən təlim-metodiki toplantısında Müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib. Müdafiə naziri döyüş və mənəvi-psixoloji hazırlıq işinin hazırkı vəziyyəti ilə bağlı ətraflı təhlil aparıb, bu sahədə tədbirlərin daha da yüksək səviyyədə təşkili, hərbi qulluqçuların milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, müasir silah və texnikanı dərindən bilməsi və bir çox məsələlərlə bağlı fikirlərini toplantı iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" elan olunduğunu xüsusi vurğulayan nazir bu istiqamətdə Silahlı Qüvvələrin üzərinə düşən vəzifələri qeyd edib. Müdafiə naziri, eyni zamanda Silahlı Qüvvələrdə aparılan islahatlar, Ali Baş Komandanın diqqət və qayğısı sayəsində xeyli sayda yeni hərbi şəhərciklərin açılması, ordu təchizatına müasir döyüş texnikası, silah-sursatyeni avadanlığın daxil edilməsi barədə məlumatı da diqqətə çatdırıb. Aparılan islahatların bundan sonra da davam etdiriləcəyini vurğulayan nazir cari ilin birinci yarısında bəzi hərbi şəhərciklərdə tikinti işlərinin sona çatdırılacağını, eləcə də cəbhəboyu zonada tam təminatlı yeni hərbi hissələrin açılacağını da bildirib. "Xidməti mənzillərlə yanaşı ilin sonunadək daha 500-dək daimi mənzilin hərbi qulluqçuların istifadəsinə verilməsi nəzərdə tutulub. Silahlı Qüvvələrin istifadəsinə ən müasir texnika və silah-sursatın verilməsi prosesidavam etdiriləcəkdir. Silahlı Qüvvələrimiz düşmən ordusundan qat-qat üstün olduğunu döyüş meydanında bir daha sübut etdi. Düşmən xeyli itki verib. Nə qədər ki, torpaqlarımız işğal altındadır, düşmənə daha da sarsıdıcı zərbələr endiriləcəkdir. Əldə etdiyimiz uğurlar xalqımızın orduya olan inamından, Ali Baş Komandanın diqqət və qayğısından irəli gəlir", - deyə Müdafiə naziri əlavə edib. Sonda general-polkovnik Z.Həsənov döyüş və mənəvi-psixoloji hazırlıq işinin daha da gücləndirilməsi ilə bağlı konkret tapşırıqlarını verib. Mütəxəssislərin qənaətinə görə, ordu quruculuğu sahəsində həyata keçrilən bu cür tədbirlər gənc hərbçilərin mənəvi-psixoloji hazırlığını möhkəmlətməklə yanaşı, inların vətənpərvərlik hissini də yüksəltmiş olur. Əsgərlər onlara göstərilən qayğını əyani şəkldə hiss etdikdə döyüş ruhları daha da artır.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 30 yanvar-1 fevral.- S.15.