Azərbaycanlıların
soyqırımı
birləşdirici ideologiyaya çevrilməlidir
Ermənilər
azərbaycanlıları təkcə fiziki cəhətdən
soyqırıma məruz qoymayıblar
Ermənilərin
azərbaycanlılara qarşı XX əsrin əvvəllərində
həyata keçirdikləri dəhşətli
soyqırımın 99-cu ildönümü tamam olur. Ertiraf etmək
lazımdır ki, müstəqillik illərinə qədər
Azərbaycan xalqı bu tarixi gerçəklikdən,
başına gətirilən fəlakətdən məlumatlı
deyildi.
Əksinə sovetlər bizə bolşevik və daşnaqları xilaskar kimi qələmə verirdi. Lakin Azərbaycan öz müstəqilliyinə qovuşandan sonra bir çox tarixi gerçəkliklər, eləcə də müxtəlif illərdə xalqımızın başına gətirilən müsibətlər barədə ətraflı məlumat verildi, tarix olduğu kimi Azərbaycan xalqına çatdırılmağa başladı. Hazırda əsas iş, fəaliyyət 31 mart-Azərbaycanlıların Soyqırım Günü, eləcə də digər faciələrimiz, taxın tarixdə Xocalıda baş verən soyqırımın dünyaya çatdırılması istiqamətində qurulub. Təbii ki, bu istiqamətdə dövlətlə yanaşı, vətəndaş cəmiyyəti də öz fəallığını göstərir.
İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev deyib ki, rəhbəlik etdiyi qurumu hər il soyqırım günü ilə bağlı müxtəlif tədbirlər keçirib: "Biz Azərbaycan türklərinə qarşı ermənilər tərəfindən həyata keçirilən soyqırım aktını təkcə ildönümlərdə yada salmırıq. Təşkilat olaraq vəhşiliklərlə, kütləvi qətllərlə bağlı silsilə tədbirlər keçirməklə kifayətlənmirik, eyni zamanda bu faciələrin nəsillərin yaddaşında möhkəm saxlanılması və tariximizin bu qanlı səhifələrinin diqqətlə öyrənilməsi istiqamətində də müntəzəm fəaliyyət göstəririk. Əsəs vəzifələrimizdən biri və birincisi Qərbi Azərbaycan türklərinin pozulmuş hüquqlarının bərbası və öz doğma-yurd yuvalarımıza qayıtmağa olan ümidlərimizin sınmasına imkan verməməkdir. Soydaşlarımızın Qərbi Azərbaycanda son deportasiyasında 29 il keçir, nəsil dəyişməkdədir, onların çoxunun qoyub gəldiyimiz torpaqlarla bağı olmayıb, yaşlılar isə iqlim və şərait dəyişikliklərinə, qaçqın həyatına dözə bilməyib dünyadan köçürlər. Qayıtmaq ümidləri də hər ötən gün üçün azlmağa doğru gedir. Qərbi Azərbaycandan ermənilər tərəfindən silahla qovulmuş 200 mindən çox azərbaycanlının həm də mal varlığına, mülkiyyətinə, əmlakına qəsd edilib ki, bunların da dəyəri milyardlarla vəsait deməkdir. Bu baxımdan da çalışırıq ki, ermənilərin zorla ələ keçirdiyi həmin əmlakın və mülkiyyətin əvəzinin ödənilməsinə də dəstəyimizi əsirgəməyək. Qərbi Azərbaycanlıların hüquqlarının bərpası və onların problemlərinin, eləcə də, haqq səsinin beynəlxalq alımə çatdırılması üçün dəfələrlə Birləşmiş Millətlər Təşkilatının, ATƏT, Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin və ABŞ, Rusiya, Fransa kimi dövlətlərin ölkəmizdəki səfirliklərinin qarşısında kütləvi aksiyalar keçirmişik. Səfirlərlə görüşüb həm yazılı, həm də şifahi şəkildə fikirlərimizi çatdırmışıq. Biz heç vaxt kimdən tapşırıq, yaxud da göstəriş gözləməmişik və deməmişik ki, soyqırım, deportasiya kimi faciələrimiz təkcə bizim işimiz deyil. Təşkilatımız yarandığı gündən qarşımıza qoyduğumuz məqsədlərə çatmaq və üzərimizə götrüdüyümüz məsuliyyətin öhdəsindən gəlmək üçün əlindən gələni əsirgəməyib. Məhdud maliyyə və maddi imkanlarımızla çalışırıq ki, daha çox işlər görə bilək.
Hər il 31 Mart Azərbaycanlıların Soyqırım günü ərəfəsində bir neçə silsilə tədbirlər, o cümlədən dəyirmi masalar, konfranslar, sərgilər keçirirdik və bunları da öz vəsaitimizlə və öz gücümüzə edirdik". Təşkilat sədri qeyd edib ki, mərhum prezident Heydər bunu rəsmləşdirdi, onun dövründə azərbaycanlıların soyqırımı məsələsi diqqətdə saxlanılırdı. O zamana qədər soyqırım tarixinin qeyd edilmədiyi, qeyd edilsə belə sönük keçdiyini deyən Təbriz Musayev qeyd edib ki, uzun illər həmin günü ancaq ağlamaq, sızlamaqla yola vermişik: "5-6 il öncəyədək Xocalı genosidi də sönük və ağlaşma ilə yad edilirdi. Fevralın 26-da ağlayıb-sızlayıb, faciə haqqında bir-iki səhnələşdirilmiş tədbirləri və ekran əsəri gösərilirdi, "Ana Fəryadı" abidəsi ziyarət edilirdi, bununla də yenə də hər şey yaddan çıxırdı. 1-ci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu işi üzərinə götürəndən sonra yanaşma tamam dəyişdi. Xocalı faciəsinin atrıq beynəlxalq aləmdə tanıdılması, ən azından məlumatlandırılması istiqamətində uğurlu nəticələrə nail olundu. Bütün bunları təqdir edir və müsbət qarşılayırıq. Amma hər şeyi fondun edəcəyinə arxayın olmamalıyıq. İkincisi, istəsə belə, nə qədər əzmkarlıqla çalışsa belə bir fondun bu qədər işlərin öhdəsindən gəlməsi faktiki mümkün deyil. Azərbaycanlıların soyqırımı elə bir mövzudur ki, hər bir azərbaycanlının danışacağı, təbliğat aparacağı, özünün fərdi faciəsi kimi yaşayacağı və yanaşacağı mövzudur. Siz baxın ikinci dünya müharibəsində faşistlər işğal etdikləri bütün ölkələrdə yəhudiləri kütləvi şəkildə qırdılar, amma yəhudilər ümumi bu soyqırıma Xolokost adını verdilər. Onlar Polşa, Fransa, yaxud da hansı şəhərlə bunu adlandırmırlar. Yaxud da ermənilər qondarma erməni soyqırımı deyirlər. Mən də anlamaqda çətinlik çəkirəm ki, niyə Xocalı faciəsi kimi 31 Mart Azərbaycanıların Soyqırımı günü də yüksək səviyyələrdə və təşkilatçıqlıqla qeyd olunmur?! Axı belə götürəndə Xocalı faciəsi Azərbaycalıların ermənilər tərəfindən soyqırıma məruz qalmasının bir epizodudur, bir parçasıdır, onlarla bundan da dəhşətli soyqırımlar törədilib və on minlərlə günahsız soydaşlarımız qətlə yetirilib. Soyqırım məsələsi həm yəhudilərdə, həm də qondarma da olsa ermənilərdə milləti birləşdirən ümumi bir ideologiyaya və faktora çevrilib. Azərbaycanlıların soyqırımı da birləşdirici ideologiyaya və faktora çevrilməlidir. Biz millət olaraq buna nail olmalıyıq". Təbriz Musayev deyib ki, ermənilər azərbaycanlıları təkcə fiziki cəhətdən soyqırıma məruz qoymayıblar, tariximizə, mədəniyyətimizə, müsiqimizə, hətta mətbəximizə belə əl uzadaraq özününküləşdirməyə çalışırlar: "Pasportlarda gəzdirdiyimiz yaşayış məntəqələrinin adları təkcə toponimlər, coğrafi adlar deyildi, Qərbi Azərbaycan türklərinin tarixi və yaddaşı, varlığı idi. Bu torpaqların əzəli sahiblərinin möhürü və izi idi. Bilərəkdən həmin izi itirdilər. Bunun əksinə olaraq ermənilər və gürcülər bizə məxsus olanlara yiyələnməkdə davam edirlər. İrəvanın ən uca zirvəsində olmayan "soyqırıma" məhtəşəm abidə ucaldıb və bunu rəsmi protokola salıblar. Bizdə isə nəinki belə bir abidə, muzey, anıt yeri yoxdur, əksinə olanları da məhv edirlər".
Füzuli
Olaylar.- 2017.- 1-3 aprel.- S.14.