Milli qəhrəman Murad Mirzəyevlə

bağlı filmin təqdimatı keçirilib

 

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşkilatçılığı ilə "Muradına çatmayanlar; apreldən əvvəl və sonra" sənədli filminin təqdimat mərasimi keçirilib.

Millət vəkilləri, vətəndaş cəmiyyətinin nümayəndələri, milli qəhrəmanın valideynləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi  təqdimat mərasimindən əvvəl iştirakçılar torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən həmvətənlərimizi, eləcə də Aprel şəhidlərini bir dəqiqəlik sükutla yad ediblər. Sonra milli qəhrəman Murad Mirzəyevlə bağlı çəkilmiş film nümayiş edilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının  sədri Əflatun Amaşov deyib ki, film Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytnant Murad Mirzəyevin həyat yolu və qəhrəmanlığına həsr olunub. Murad  Mirzəyevin qəhrəmanlığının vətənpərvərlik nümunəsi olduğunu söyləyən Əflatun  Amaşov bildirib ki, aprel döyüşləri Azərbaycan xalqının tarixində çox mühüm rol oynayıb, torpaqların bir qarışının da düşmən tapdağı altında qalmayacağına xalqın inamını daha da gücləndirib: "Bu döyüşlər eyni zamanda Azərbaycan ordusunun doğrudan da regionda ən güclü ordu olduğunu göstərdi və əsgərlərimizdə döyüş əhval-ruhiyyəsini yüksəltdi. Bu, həm də Ermənistan rəhbərliyinə bir mesaj idi". Əflatun Amaşov deyib ki, aprel döyüşləri vətənpərvərlik ruhunu artırdı. Həmçinin bu döyüşıər Ermənistan üçün bir dərs oldu: "Aprel döyüşıəri problemin həlli ilə məşğul olan beynəlxalq təşkilatlara bir mesaj oldu"

ATXƏM sədri İlham İsmayılov çıxışında Murad  Mirzəyevin döyüş yolu və aprel döyüşlərinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Murad Mirzəyev və digər qəhrəmanların keçdiyi yol gənc nəsil arasında geniş təbliğ olunmalıdır: "Bu qəhrəmanlar haqqında informasiyalar orta məktəb dərsliklərində əks olunmalı və şagirdlərə tədris edilməlidir. Çünki Murad Mirzəyev və aprel döyüşləri qəhrəmanlarının döyüş yolunun öyrənilməsi gənclərdə vətənpərvərlik ruhunun yüksəlməsi baxımından çox önəmlidir. Nə qədər ki, Murad Mirzəyev kimi qəhrəmanlarımız var, Azərbaycan mütləq işğal altındakı torpaqlarını gec-tez azad edəcək". İlham İsmayılov bildirib ki, Murad Mirzəyev kimi oğulların qəhrəmanlıqları gənclərə öyrədilməli, məktəblərdə tədris olunmalıdır: "İnsan öləndə də gərək şərəflə ölsün".

Millət vəkili Musa Qasımlı belə bir qəhrəman yetişdirdiyimə görə şəhidin ailəsinə minnətdarlığını ifadə edib. O, Mətbuat Şurası və ATXƏM--ə, filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edib. Musa Qasımlı həmçinin çıxışında Ali Baş Komandanın uğurlu ordu qurucluğu, bu istiqamətdə atdığı addımları da təqdir edib.  Bildirib ki, bu amil torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə ümid yaradır. Milıət vəkili Hikmət Babaoğlu çıxışında qeyd edib ki, Azərbaycan xalqının Murad Mirzəyev kimi qəhrəmanları var və belə bir qəhrəmanı olan xalq tezliklə öz torpaqlarını işğaldan azad edəcək. Millət vəkili vurğulayıb  ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi aprel döyüşləri dərsliklərə salınmalıdır. Azərbaycan Respublikasının  Prezidenti yanında Kütləvi İnfoirmasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, aprel döyüşləri qısa müddətli olsa da, ancaq bu döyüş Azərbaycan xalqının, onun prezidentinin mövqeyini ortaya qoydu: "Həmçinim aprel döyüşləri Azərbaycan Ordusunun gücü, qüvvətini göstərdi. Bu gün biz Murad Mirzəyevlə fəxr edirik. Təkcə biz yox, bütövlükdə Azərbaycan xalqı Murad Mirzəyev kimi qəhrəman oğullarımızla fəxt edir. Bu kimi qəhrəmanlıqlar tezlikıə torpaqlarımızın işğaldan azad ediləcəyinə böyük ümid yaradır". Millət vəkilu Elman Nəsirov Murad Murzəyevon böyük bir qəhrəmanlıq ortaya qoyduğunu, müsbət mənada bir iz qoyduğunu deyib. O qeyd edib ki,  bu gün Cocuq Mərcanlıya qayıdan Azərbaycan xalqının tezliklə digər işğal altında olan ərailərimizə qayıdacağına ümid var. Elman Nəsirov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev aprel hadisələrinin ildönümü ilə bağlı hərbiçilərlə keçirdiyi görüşdə bunu açıq şəkildə qeyd edib.  Elman Nəsirov deyib ki, mütləq torpaqlarımız işğaldan azad ediləcək və buna böyük əminlik var: "Düşmənlə yanaşı, Dağlıq Qarabağın itirildiyi haqqında Azərbaycanda da mövcud olan bəzi fikirləri Murad Mirzəyev kimi qəhrəmanlar darmadağın edib: "Mən əminəm ki, torpaqlarımız mütləq işğaldan azad olunacaq".

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu çıxışında şəhid Murad Mirzəyevin yaxınlarına, valideynlərinə dərindən təşəkkür edib,  onlar qarşısında baş əydiyini ifadə edib. "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, belə qəhrəmanların döyüş yolu gələcək nəsillərə çatdırılmalıdır. Vüqar Rəhimzadə də şəhidin valideynlərinə belə bir oğul yetişdirdikləri üçün təşəkkür edib. O, deyib ki, Murad Mirzəyev kimi qəhrəmanlar heç vaxt unudulmamaııdır. "OLAYLAR" qəzetinin baş redaktoru  Yunus Oğuz çıxışında filmin yaradıcı heyəti, təşkilatçılara təşəkkür edib. Qeyd edib ki, Murad Murzəyevin döyüş yoluna baxıb yeni qəhrəmanlar yetişəcək. Baş redaktor şəhidin valideynlərinə minnətdarlığını bildirib və qeyd edib ki, Murad Mirzəyevlə hər kəs fəxr edir. "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli çıxışında bir sıra təkliflər səsləndirib. Bildirib ki, qəhrəman barədə cizgi filmləri, animasiya filmləri çəkilməli, onun döyüş yolu hər bir gəncə təbliğ edilməlidir. "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı deyib ki, əslində aprel döyüşləri davam edir və Azərbaycan əsgərləri hər gün düşmən təxribatının qarşısını alır: "Düşünürəm ki, bu istiqamətdə maarifləndirmə tədbiri bağçalardan başlamalıdır. Bu istiqamətdə filmıər çəkilməlidir.  Murad Mirzəyevin ərazilərimizin işğaldan azad edildiyi günü görməsə də, inşallah onun övladları torpqlarımızın azad ediləcəyini görəcəklər".

Qeyd edək ki, film yazıçı-publisist Bəxtiyar Qaracanın "Bitməyən müharibənin qəhrəmanları" silsiləsindən bir hissə olaraq çəkilib. Filmin baş məsləhətçisi Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdur.

 

S. İsmayılbəyli

 

Olaylar..- 2017.- 5 aprel.- S.9.