20 yaşlı Cəfər Cabbarzadənin
"Bakı müharibəsi"
Facebook dostumuz
hörmətli
adaşım-Nazim Muradovun maraql bir məlumatını daha geniş məkana
çıxararaq, məlumatın tarixdə qalması,
dünya kitabxanalarının
kataloqlarına düşməsi üçün oxucularla bölüşmək qərarına
gəldim..
Bu informasiya uzun illər ehtiyatla danışılan bir xəbərin təsdiqinə inamı artırır. Söhbət 20 yaşlı Cəfər Cabbarlının yazdığı "Bakı müharibəsi" draması (dramı-N.N.) ) haqqındadır. Facebook məktubunda əsərin Bakı Dövlət Teatrında iki gecə göstəriləcəyi xüsusilə vurğulanır.
Əsərin təqdimatında "Bakı müharibəsinin janrı "tarixi dram" kimi təqdim edilsə də, sonrakı sətirlərdə onun "faciə" olduğu göstərilir.
Bəlkə də bu fikir daha ağlabatandır. Onsuz da, ədəbiyyatşünaslıqda hələ də bu və ya digər əsəri tədqiqatçının təqdimi ilə verilməsinə,tanıdılmasına,demək olar ki, etiraz edən yoxdur.
Məsələn, M.F.Axundovun dram əsərlərini gah alti komediya, gah da beş komediya, bir dram kimi tanıdırlar.
Şah İsmayıl Xətayinin iri həcmli əsərlərinin janrının təyini də tədqiqatçı istəyinin təsdiqi kimi qəbul olunmuşdur.
Təəssüf ki, Facedbook səhifəsində hörmətli alim dostumuz Cəfər Cabbarlınin "bakı müharibəsi" dramı haqqında verilən məlumatın dəqiq mənbəyini göstərmir. İnformasiyanı olduğu kimi , müəyyən izahlarla latın qrafikasına tracliterasiya edirik.
"
Axşam tamaşaları * Tazə tarixi dramalar * axşam
tamaşaları
Azərbaycan dövlət tiyatrosunda
Zilhiccənin
(ərəb qəməri aylarından on ikincisi-N.N.) 20-si,
sentyabrın16-sında(on
altısında-N.N.)
Bakü-Türk
səhnəsi aktyorlarının
iştirakı ilə
artist
Abbas Mirzə Şərifzadənin
təhtı-
idarəsində (rəhbərliyialtında - N.N.)
Azərbaycanımızın
paytaxtı Bakı şəhərinin mart hadisəyi- ələməsindən
(mart ələmli, kədərli hadisələrindən- N.N.)
sonra düşmənlər əlində qalıb, sonradan qəhrəman
Türk ordusu tərəfindən mühasirə edilib. Xilas
olmasının bir illiyi münasibətiylə gənc şair
və mühərrirlərimizdən Cəfər Cabbarzadənin
yeni yazmış olduğu "Bakü Müharibəsi"
draması, mövqeyi- təmaşaya qoyulacaqdır.
5 pərdədə,
7 şəkildə.
Həmin
faciədə, Bakı şəhərində mart hadisəyi -ələməsindən
(ələmli,kədərli
hadisədən-N.N.) sonra müsəlmanlara edilən zülm
göstəriləcəkdir.
Faciədə
iştirak edəcəklər:
Nuri
Paşa, Mürsəl Paşa, Məhəmməd Tofiq bəy.
Nuri
Paşanın cəbhədə olması və Bakıya
hücum planı yapılması
göstəriləcəkdir. Bu faciədə Bakının mart hadisəyi- ələməsindən ta xilas olana qədər nə günlər gördüyü müfəssəl surətdə göstəriləcəkdir". İnanırıq ki,yeni dərsliklər yazılarkən, informasiyanın mənbəyi dəqiq müəyyənləşdiriləndən sonra bu maraqlı fakt alim və dərrslik müəlliflərinin diqqətindən yayınmayacaqdır.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının
əməkdar müəllimi
Olaylar.- 2017.- 5
aprel.- S.11.