Azərbaycan fikir, söz

məlumat azadlığına sadiqdir

 

Hər bir cəmiyyətdə kütləvi informasiya vasitələri, mətbuat orqanları cəmiyyətin əsas güzgüsü hesab edilir. Bu birmənalı olaraq belədir. Kütləvi informasiya vasitələri ölkənin ictimai-siyasi, sosial və mədəni həyatında baş verən prosesləri cəmiyyətə çatdırır, onun məlumatlandırmasında müstəsna rol oynayır. Elə bütün bunlardan dolayıdır ki, mətbuat hər bir ölkədə dördüncü hakimiyyət hesab edilir. Hakimiyyətin müəyyən qolları bir çox hallarda mətbuatda hesablaşmalı olur, onun araşdırıb üzə çıxardığı buya digər problemlərin həllinə məhz media vasitəsilə nail olur.

 

Medianın, kütləvi informasiya vasitələrinin normal qaydada fəaliyyət göstərməsi üçünsə ilk növbədə onun fəaliyyəti üçün münbit şərait yaradılmalıdır. Bu şərait ilk növbədə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi, eyni zamanda ölkədə fikir, söz və məlumat azadlığı, plüralizmin təmin olunmasından keçir. Şükürlər olsun ki, bu gün qeyd edilən istiqamətlərdə Azərbaycanda vəziyyət ürəkaçandır. Hətta bir çox inkişaf etmiş ölkələrdən belə Azərbaycan bu sahədə çox-çox irəlidədir. Bunu konkret faktlarla təsdiqləmək belə mümkündür.

Birincisi, günümüzdə müasir informasiya kommunikasiya texnologiyalarının inkişaf etdiyi, internet istifadəçilərinin sayının kəskin şəkildə artdığı bir dönəmdə Azərbaycan bu sahədə öncül yerlərdən birini tutan ölkələrdəndir. Hələ keçən ilin statistik göstəricilərinə əsasən ölkədə internet istifadəçilərinin sayı 70 faizdən artıqdır. Burada xüsusi qeyd edilməli və müsbət qiymətləndirilməli məqamlardan biri isə ondan ibarətdir ki, ölkəmizdə internet istifadəçilərinə qarşı hər hansı bir məhdudiyyətdən, onların yazışmalarına nəzarət mexanizminin həyata keçirilməsindən söhbət gedə bilməz.  Bu sahədə plüralizm, azadlıq o səviyyədədir ki, sosial şəbəkələrdə istənilən şəxs öz müstəqil fikrini, mövqeyini ortaya qoya, buya digər məsələ ilə əlaqədar sosial şəbəkədə ictimai müzakirə təşkil edə bilir. Hətta bu sahədə o qədər sərbəstlik mövcuddur ki, sosial şəbəkə istifadəçilərindən bir çoxları öz profillərində hakimiyyət əleyhinə belə fikirlər səsləndirməkdən çəkinmir, bunu heç bir məhdudiyyətlə üzləşmədən həyata keçirirlər.  Paralel olaraq ölkədə bloggerlər də fəaliyyət göstərirlər  onlar da öz bloglarında çox zaman tənqidi fikirlərə, mövcud problemlərə daha çox yer ayırırlar. Bütün bunlar təbii ki, Azərbaycanda fikir, söz, məlumat azadlığı, plüralizmin təmin edilməsinin göstəricilərindən sayıla bilər. Bu arada onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanda fikir, söz, məlumat azadlığı, plüralizmin yüksək səviyyədə təmin olunmasının digər bir göstəricisi də dünyanın nüfuzlu media təşkilatları, konqres və cəmiyyətlərinin öz toplantılarını Azərbaycanda keçirmələridir. Təkcə elə keçən il ölkəmizdə bu qəbildən keçirilən bir mühüm toplantını qeyd etmək yerinə düşər ki, bu da Dünya Xəbər Agentliklərinin Konqresi idi. Sayca beşinci dəfə keçirilən bu dəfəki toplantı məkanının Azərbaycan müəyyən edilmıəsi də öz-özlüyündə ölkəmizdə fikir, söz, məlumat azadlığı, plüralizmin təmin edilməsini təsdiq edən amillərdən idi. Keçən il Bakıda keçirilən bu mötəbər konqres Azərbaycanda fikir, söz, məlumat azadlığının təmin edilməsinin təsdiqi olmaqla yanaşı, bu sahədə əldə edilən nailiyyətlər, qazanılan uğurlarmövcud vəziyyətlə əyani şəkildə tanış olmaq baxımından da səmərəli bir toplantı idi.  Məlum olduğu kimi qeyd edilən toplantıda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də iştirak etmişdi ki, bu da ümumilikdə Azərbaycan hakimiyyətinin, dövlətinin, birbaşa onun prezidentinin fikir, söz, məlumat azadlığına nə qədər yüksək dəyər, önəm verdiyinin sübutu idi. Elə dövlət başçısı çıxışında da bu məqama toxunaraq qeyd etmişdi: "Bir dövlət başçısı və siyasətçi kimi, əminəm ki, medianın beynəlxalq hadisələrdəki rolu dəqiqliklə təhlil edilməlidir.  Çünki medianın rolu gündən-günə artır və bununla yanaşı, məsuliyyət də artır. Biz bir çox hallarda media tərəfindən işıqlandırılan hadisələrin gərginlik, qan tökülməsi və qarşıdurma yaratdığının şahidi oluruq. Bu səbəbdən əməkdaşlıq dəyərlərinin təşviqi baxımından xəbər agentliklərinin və medianın dəstəyi olduqca əhəmiyyətlidir. Bununla siyasətçilər ümumbəşəri dəyərlərin müdafiəsi üçün yeni imkanlar əldə etmiş olurlar. Bununla dəyərlərin təşviqində bizə daha ardıcıl və fəal olmaq fürsəti verilmiş olur. Bəzən mediada gördüklərimiz və oxuduqlarımız reallıqdan fərqlənir. Bunu şəxsi təcrübəmdən deyə bilərəm. Əlbəttə, istənilən dövlətin Prezidenti kifayət qədər dəqiq məlumat mənbələrinə malikdir. Ancaq beynəlxalq media vasitəsilə izlədiyimiz buya digər eyni hadisə onun kim tərəfindən təqdim edilməsindən asılı olaraq, bəzən fərqli şəkildə çatdırılır. Bu səbəbdən biz eyni hadisənin siyasi motivlərə əsaslanan fərqli təqdimatının şahidi oluruq. Yaxın Şərq, müharibələr, Avropa, postsovet məkanı - burada eyni hadisə fərqli şəkildə təqdim edilir. Yəni, biz burada siyasi motivlər və müəyyən mənada müxtəlif siyasi dairələrin müdaxiləsinin şahidi oluruq. Hadisələrin gedişi müəyyən çərçivəyə salınır, təqdim edilməli olan məsələlər müəyyənləşdirilir, digər mövzular isə qadağan edilir".

Azərbaycanda fikir, söz və məlumat azadlığı, plüralizmin təmin edilməsinin digər bir nümunəsi ölkədə çoxsaylı kütləvi informasiya vasitələrinin fəaliyyət göstərməsidir. Bu gün Azərbaycanda yüzlərlə dövlət qeydiyyatından keçmiş yazılı və internet mediası mövcuddur. Bunlar içərisində həm iqtidar, həm müstəqil, həm də müxalifət mediası vardır.  Hər bir media qurumu özünəməxsus tərzdə, bəlli bir fəaliyyətlə cəmiyyətə öz fikrini. Sözünü çatdıra bilir. Hər hansı bir mətbu orqan cəmiyyəti narahat edən problemi ictimailəşdirdiyinə, ona araşdırıb üzə çıxardığına görə təqib edilmir, təzyiqlərə məruz qalmır. Əksinə problemin mövcud olduğu sahənin səlahiyyətli qurumları, rəsmiləri buna görə kütləvi informasiya vasitəsinə bəzən təşəkkür də edirlər. Yaxın tariximizdə bu cür hallar kifayət qədər olub və hazırda da eyni tendensiya davam edir.

Başqa bir məsələ kütləvi informasiya vasitəsi təmsilçisinin həbsi ilə bağlıdıdr ki, bu sahədə də Azərbaycanda hansısa neqativ hal müşahidə edilə bilməz. Etiraf etmək lazımdır ki, müstəqilliyin ilk illərində bu cür mənfi hallar qeydə alınıb. Ancaq günümüzdə hər hansı bir kütləvi informasiya vasitəsi təmsilçisinin öz peşə fəaliyyətinə görə həbs edilməsinə rast gəlmək qeyri-mümkündür. Düzdür, müəyyən qüvvələr konkret hansısa cinayət əməlinə görə həbs edilmiş birini peşə fəaliyyəti ilə əlaqələndirməyə çalşsalar da, lakin məsələ obyektiv şəkildə araşdırılanda, tamamilə fərqli bir mənzərə ortaya çıxır. Məlum olur ki, həmin şəxs ya vaxtı ilə media sahəsində çalışıb, ya kimlərisə şantaj edərək pul tələb etdiyinə görə, cinayət məsuliyyətinə cəlb olunub, ya da hansısa buya digər bir cinayət əməlinin iştirakçısı olub.  Sırf peşə fəaliyyətinə, jurnalist olduğuna görə kiminsə həbs edilməsi faktı isə mövcud deyil. Halbuki bizim yaxın və uzaq qonşularımızda bunun əksini görürük. Belə ki, bir neçə gün əvvəl Rusiyanın müxtəlif subyektlərində baş qaldıran etiraz aksiyalarına görə həbs edilən məhz blogger Aleksey Navalnı oldu.  Hansı ki, Aleksey Navalnının əməli yalnız sosial şəbəkədə etiraz aksiyalarına çağırış etməkdən ibarət idi. Əgər məsələyə bu prizmadan baxsaq, o zaman gərək radikal müxalifət düşərgəsində, eləcə də onlara çalışan mətbuat orqanlarda bir nəfər də qalmasın və hamısı həbsxanaya atılsın. Çünki qeyd edilən dairələri təmsil edən şəxslərin bütün gün ərzindəki fəaliyyətləri sosial şəbəkələr vasitəsilə cəmiyyətə təsir göstərmək, onları etirazlara dəvət etməkdir. Bu arada onu da qeyd etmək lazımdır ki, bu aralar qeyd etdiyimiz dairələr son günlər daha da "fəallaşıblar" və Milli Şura adlanan qurumun 8 aprel aksiyasının möhtəşəmliyinə nail olmaq üçün sosial şəbəkələrdə dəridən-qabıqdan çıxırlar.  Amma Azərbaycan hakimiyyəti bütün bunlara dözümlü yanaşır, ölkədə fikir, söz, məlumat azadlığı, plüralizmin təmin edilməsinə daimi sadiqlik nümayiş etdirir. Yaxud digər bir örnək göstərək. Belə ki, bir müddət əvvəl Avropada, xüsusilə də AlmaniyaHollandiyada yaşayan türklərin təşkil etdiyi etiraz aksiyaları zamanı həmin aksiyanı işıqlandırmağa çalışan kütləvi informasiya vasitəsi təmsilçilərinə qarşı tətbiq edilən təzyiqlər. Demokratiyanın beşiyi hesab edilən, dünyaya demokratiya, insan hüquqları, fikirsöz azadlığı dərsi keçməyə çalışan Avropada kütləvi informasiya vasitələrinin nümayəndələrinə qarşı tətbiq edilən zorakılıq, qeyri-insanı hərəkətlər onların qeyd edilən prinsiplərə nə dərəcədə əməl etdiklərini ortaya qoyur. Amma Azərbaycanda bu kimi neqativ hallara rast gəlmək qeyri-mümkündür. Çünki Azərbaycan bəzi Avropa ölkələri kimi fikir, söz, məlumat azadlığı, plüralizmi sözdə deyil, əməldə sübuta yetirirona sadiqlik nümayiş etdirir.

 

Olaylar.- 2017.- 6 aprel.- S.15.