Azərbaycandakı fikir, söz, məlumat azadlığı,

plüralizm dünyaya örnək kimi

 

Müstəqil, demokratik cəmiyyətlərin, ölkələrin atributlarından biri də həmin cəmiyyət və dövlətdə fikir, söz, məlumat azadlığı, plüralizmin təmin olunmasıdır.  Bir qayda olraq beynəlxalq təşkilat və qurumlar, dünyanın tanınmış medai mərkəzləri  ayrı-ayrı ölkələrlə bağlı dəyərləndirmə aparıb hesabatlar hazırlayanda diqqət yetirdikləri əsas istiqamətlərdən biri də məhz buya digər ölkələrdəki kütləvi informasiya vasiələrinin durumu, onların mövcud şərtlər altında fəaliyyəti, eləcə də mediaya yaradılan şərait olur.

Zaman-zaman Azərbaycan da bu dəyərləndirmələr, qiymətləndirmələrdə yer alır, ölkəmizlə bağlı müəyyən hesabatlar səsləndirilir, gündəmə gətirilir. Ancaq çox zaman biz bu dəyərləndirmələr, qiymətləndirmələrdə obyektivlik, doğruluğa rast gələ bilmirik. Əksinə reallıqdan kənar, həqiqəti əks etdirməyən yanaşmalar daha çox özünü büruzə verir. Məlumat üçün qeyd edək ki, Azərbaycanda fikirsöz, məlumat azadlığı, plüralizmin təmin edilməməsi iddiası bir qayda olaraq Fredoom HouseHuman Rights Watch  kimi təşkilatlar tərəfindən irəli sürülür. Heç bir fakta əsaslanmayan, yalnız özlərinin Azərbaycandakı sifarişlə işləyən dairələrinin donosları, yalan məlumat və İnformasiyaları əsasında hazırlanmış həmin hesabatlarda iddia edilir ki, Azərbaycan hakimiyyəti fikir, söz və məlumat azadlığı, plüralizmi boğur, medianın inkişafına əngəllər yaradır.  Maraqlıdır ki, bir qayda olaraq bu kimi hesabatların hazırlanıb cəmiyyətə sırınması ya ölkədə buya digər seçki keçirilən ərəfədə, ya da Azərbaycan hansısa beynəlxalq əhəmiyyətli tədbirə evsahibliyi edəndə yada düşür. Digər vaxtlardaFredoom House, nə də Human Rights Watch təşkilatını fikir, söz, məlumat azadlığı, plüralizm qətiyyən maraqlandırmır. Bir növ Azərbaycan atdığı hər bir addımla adlarını qeyd etdiyimiz təşkilatlarda da bir canlanma, aktivlik yaradır. Düzdür, bu canlanma, aktivlik qeyd etdiyimiz kimi bizə qarşı olsa da. Lakin məsələnin digər tərəfinə nəzər yetirdikdə o qənaətə gəlmək olur ki, Fredoom House, Human Rights Watch kimi təşkilatlar da Azərbaycanın hesabına erməni lobbisindən yararlanır, onların maliyyəsi hesabına yaşayır.bu yaşayışın qarşılığında bizləri hədəf seçirlər. Yəni bir növ onların pulu, yaşam tərzi Azərbaycanın hesabınadır.

Yalnız özlərinə sərf edən anlarda fikir, söz, məlumat azadlığı, plüralizmdən danışan bu və digər təşkilatların qeyd edilən prinsiplərə nə dərəcədə sadiq olduqları yaxın bir neçə gündə bir daha təsdiqini tapdı. Yuxarıda da qeyd etdiyimiz kimi adətən  Fredoom House, Human Rights Watch kimi təşkilatlar seçkilər ərəfəsində fəallaşaraq seçkilərin keçirildiyi buya digər ölkədə fikir, söz və məlumat azadlığının, plüralizmin durumunu, seçkiqabağı seçki prosesinə qoşulan  siyasi partiya və blokların,   fərdlərin seçkilərdə iştirak imkanları. onlara mediada təbliğat aparılması məqsədilə yaradılan şəraiti qiymətləndirir, təhlillər aparıb rəy, hesabat hazırlayırlar. İşğalçı Ermənistanda bir neçə gün əvvəl keçirilmiş parlament seçkiləri ərəfəsində də media, fikir, söz azadlığı, plüralizmdən dəm vuran beynəlxalq təşkilatların dəyərləndirmə aparması, hesabat təqdim etməsi gözlənilən idi. Ancaq bu müşahidə edilmədi. Baxmayaraq ki, seçki ərəfəsində seçki prosesinə qoşulan siyasi partiya və onların namizədlərinə öz platformalarını seçicilərinə çatdırmaq üçün media imkanları yaradılmadı, siyasi partiyalara qarşı kəskin basqılar oldu. Ancaq nədənsə Ermənistanda seçiiqabağı vəziyyəti təhlilk edib real nəticələri açıqlamaq yada düşmədi.

Ancaq bir müddət sonra yuxarıda adlarını qeyd etdiyimiz təşkilatlarda aktivlik müşahidə edəcəyik. Onların ilk aktivliyi elə Milli Şura adlanan qurumun keçirdiyi növbəti mitinq şousundan dərhal sonra özünü büruzə verəcək. İddia olunacaq ki, etiraz aksiyası zamanı polis mitinq iştirakçılaına fiziki güc tətbiq edib, aksiyanın mediada işıqlandırılmasına əngəllər yaradılıb, yaxud digər yalan, böhtan, şər. Amma Azərbaycanla bağlı yaxınlarda açıqlanması ehtimal edilən həmin qərəzli hesabata elə bu günlər cərəyan edən proseslər, Azərbaycan hakimiyyətinin nümayiş etdirdiyi siyasi iradə və dözümlülük bir cavab sayıla bilır. Belə ki, Milli Şura adlanan qurumun etiraz aksiyası keçirmək istəyinə müvafiq dövlət qurumları müsbət cavab verdi. Radikal müxalifət üçün mitinqin keçirilməsi üçün lazım olan məkan ayrıldı. Eyni zamanda hər zaman olduğu kimi bu dəfəki aksiya zamanı də polis mitinq iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün polisin müvafiq tədbirlər görəcəyi şübhəsizdir. Azəbaycan hakimiyyətini sivil mübarizə üsulu ilə deyil, radikal hərəkətlərlə devirmək, ölkədə sabitliyi pozmağa cəhd edən qüvvələrə etiraz aksiyası keçimək üçün icazə verib, onlara yer ayırmaq özü plüralizmin ən bariz göstəricisidir. Halbuki bu gün az qala dünyaya demokratiya dərsi keçməyə çalışan Qərb və bəzi Avropa ölkələrində bu istisna təşkil edir. Ona görə də Azərbaycanda nümayiş etdirilən plüralizm nəinki regiona dövlətləri, eləcə də bütün dünyaya, elə qərəzli, absurd hesabatlar, rəylər hazırlayan beynəlxalq təşkilat və qurumlara qarşı bir örnək, nümunə sayıla bilər.

Azərbaycana qarşı hərəkətliliyin, ölkəmizdə fikir, söz, məlumat azadlığı, plüralizmin pozulması iddialarının növbəti mərhələsinə isə aprel ayının sonu, may ayının əvvəllərindən start veriləcək. Məlumdur ki, may ayında Bakıda İslam Həmrəylik Oyunları keçiriləcək. Bu birmənalıdır ki, həmin ərəfədə bütün müsəlman aləmi, eləcə də dünyanın əsas diqqəti yenidən Azərbaycana yönələcək. Heç şübhəsiz ki. müsbət mənada. Ona görə də hər zaman olduğu kimi, bu dəfə də Azərbaycanın uğurunu həzm edə bilməyən, onu istəməyən qüvvələr, bəzi dövlətlər, onların erməni lobbisinin girovuna çevrilən siyasiləri, ən əası da Fredoom House, Human Rights Watch kimi təşkilatların yadına yenidən fikir, söz, məlumat azadlığı, plüralizm düşəcək. Həm İslam Həmrəylik Oyunları ərəfəsində, həm də ondan az sonra hazırlanan hesabat, rəylərdə Azərbaycanda fikir, söz, məlumat azadlığı, plüralizm, insan hüquq və azadlıqlarının pozulduğu iddia ediləcək. Ancaq təbii ki, həmişə olduğu kimi bu dəfəki hesabat və rəylər də sabun köpüyündən başqa bir şey olmayacaq. Çünki Azərbaycan hakimiyyətinin fikir, söz, məlumat azadlığı, plüralizmə necə yüksək dəyər verdiyi onun əməlləri ilə sübuta yetirilir. Təkcə bir məqamı qeyd etmək kifayətdir. Belə ki, istər "Evrovison" Beynəlxalq Musiqi Yarışması, istər Birinci Avropa Oyunları, istər "Formula-1" yarışları, istərsə də digər bu kimi mühüm tədbirlər zamanı Azərbaycan hakimiyyəti həm ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri, həm də ayrı-ayrı dövlətlərdən həmin yarış və tədbirləri işıqlandırmağa gələn ayrı-ayrı dövlətlərin kütləvi informasiya vasitələrinin təmsilçilərinə ən yüksək şəraiti yaradıb. İstər yerli, istərsə də xarici ölkələrin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün xüsusi şəhərcik salınız, həmin məkan sürətli internetlə təmin edilib, bir sözlə jurnalistlərin heç bir problemlə qarşılaşmadan, maneəsiz fəaliyyət göstərməsi üçün maksimum imkanlar təmin edilib. Xüsusilə, bir maraqlı məqama da toxunmaq lazımdır ki, kütləvi informasiya vasitələrinin buya digər tədbirlərin işıqlandırılması məqsədilə akkreditasiyası həyata keçirilən zaman həmin mətbuat orqanı, agentlik və saytın hansı siyasi partiyaya xidmət etdiyi, kimə işlədiyi nəzərə alınmayıb. Yəni, siyasi mənsubiyyət, siyasi baxışlar bu kimi məsələlərdə tamamilə unudulub. İqtidar mətbuatı ilə yanaşı müstəqil kütləvi informasiya vasitələri və onların nümayəndələri, həmçinin müxalifət mətbuatı da həmin tədbirləri işıqlandırmaq üçün akkreditasiya olunub.  Bütün bunlar Azərbaycanda fikir, söz, məlumat azadlığı, plüralizmin ən yüksək səviyyədə təmin olunduğunun, ona ən üst səviyyədə dəyər verildiyinin əyani sübutu, göstəricisidir. Ona görə də istər bu gün, istər keçmişdə, istərsə də yaxın aylarda hansısa beynəlxalq təşkilatın, qurumun Azərbaycanı fikir, söz, məlumat azadlığı, plüralizmin pozulmasında ittiham etməsi, ölkəmizə qarşı qərəzli hesabatlar, rəylər hazırlaması qəbuledilməzdir, doğru deyil. Çünki Azərbaycan öz əməli ilə həmin hesabatlarda əksini tapmış məqamların əksini ortaya qoyur. Günümüzdə Azərbaycanda müxalifət və müstəqil kütləvi informasiya vasitələri də daxil olmaqla yüzlərlə media qurumunun fəaliyyət göstərməsi, onların azad, müstəqil şəkildə öz fikirlərini ifadə etməsi, dövlətin kütləvi informasiya vasitələrinin səmərəli, keyfiyyətli fəaliyyət göstərməsi onlara maddi yardımlar ayırması, ölkədə peşə, jurnalist fəaliyyətinə görə heç kimin həbs edilməməsi, digər ölkələrdən fərqli olaraq Azərbaycanda KİV nümayəndələrinə qarşı fiziki gücün tətbiq olunmaması deyilənlərin əyani sübutu, təsdiqidir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2017.- 8-10 aprel.- S.15.