Siyasi, dini və
KİV
sahəsində plüralizm
məkanı
Demokratik cəmiyyətlərin
özünəməxsus xüsusiyyətlərindən biri də
plüralizmin yüksək səviyyədə təmin
olunmasıdır. Hər bir
ölkədə, daha dəqiq desək demokratik prinsiplərə
sadiqlik nümayiş etdirən, bu prinsiplərin
inkişafına maraqlı olan ölkələr kimi Azərbaycanda
da plüralizm mövcuddur. Özü də bu plüralizm
özünü hər bir sahədə göstərir,
nümayiş etdirir. İstər siyasi, istər dini, istərsə
də digər sahələrdə Azərbaycandakı plüralizmi
hətta əksər ölkələr üçün
nümunə. örnək də göstərmək
mümkündür.
Başlayaq
siyasi plüralizmdən. Bu gün Azərbaycanda tam mənada
siyasi plüralizmin mövcud olduğunu qətiyyətlə
söyləyə bilərik.
Ölkədə siyasi plüralizmin mövcud olduğu
yalnız bəyanatlar, açıqlamalarda öz əksini
tapmır. Eyni zamanda əməldə, görülən
işlərdə də Azərbaycanda siyasi plüralizmin
mövcud olduğu aydın görünür. Statistik göstəricilər
də deyilənləri təsdiqləyir. Ölkədə
dövlət qeydiyyatından keçərək fəaliyyət
göstərən partiyaların sayına diqqət yetirək.
Statistik məlumatlara əsasən hazırda Azərbaycanda
dövlət qeydiyyatından keçmiş 54 siyasi partiya fəaliyyət
göstərir. Ölkədə fəaliyyət göstərən
partiyalar arasında həm liberal, həm sağ, həm sol, həm
də mərkəzçi mövqedə dayanan partiyalar var. Azərbaycan
dövləti siyasi plüralizmə sadiqliyini nümayiş
etdirərək onların fəaliyyəti üçün
lazım olan şəraiti yaradır, normal fəaliyyətləri
üçün ofis, qərargahla təmin edir. Azərbaycan hakimiyyəti siyasi
partiya və təşkilatların dövlət qeydiyyatına
alınması prosesini də zaman-zaman sadələşdirib
ki, bu da hüquqi sahədə aparılan təkmilləşdirmə
işlərinin nəticəsidir.
Hakimiyyət
siyasi partiya və birliklərin hər hansı bir siyasi aksiya,
etiraz mitinqi, yürüş və ya nümayiş keçirməsinə
də heç bir angəl yaratmır. İstənilən
siyasi partiya istədiyi zaman kəsiyində müvafiq dövlət
strukturları ilə razılaşdırılmış
qaydada öz etiraz aksiyasını keçirə bilir. Təsadüfi
deyil ki, bu günlərdə elə bunun əyani şahidinə
çevrildik. Belə ki, Milli Şura adlanan qurum paytaxtda
növbəti etiraz aksiyası keçirdi. Baxmayaraq ki,
adıçəkilən qurumda təmsil olunan partiya və fərdlər
bir qayda olaraq radikal mövqe nümayiş etdirir, dövlətçilik,
milli maraqlara zidd fəaliyyət ortaya qoyurlar, amma buna baxmayaraq
hakimiyyət, onun müvafiq qurumları radikal siyasi düşərgənin
belə etiraz aksiyası keçirmək istəyinə
qarşı çıxmadı, onların təklifini nəzər
almaq üçün öz etiraz mitinqlərini
reallaşdırmaq məqsədilə müvafiq yer
ayırdı. Təbii ki, hakimiyyət bu zaman məhz
plüralizm prinsiplərindən çıxıç
etmiş oldu və bu ənənəyə sadiqliyini bir daha
nümayiş etdirdi. Sübuta yetirdi ki, istənilən anda
siyasi plüralizm, bu plüralizmdən irəli gələn vəsifələrin
yerinə yetirilməsinə hazırdır. Bu sahədə
heç bir problem ola bilməz.
Baxmayaraq ki, demokratiyadan bəhs edən, ayrı-ayrı
ölkələrə qarşı yerli-yersiz iradlar bildirən,
onları siyasi fəaliyyətlərə məhdudiyyət tətbiq
etməkdə qərəzli olara günahlandıran bir
çox dövlətlərdə hakimiyyətlər ona təhlükə
yarada biləcək siyasi partiya və birliklərin fəaliyyətinə
qadağalar tətbiq edir, onların kütləvi aksiya və
ya mitinq keçirməsini əngəlləyir. Ancaq
göründüyü kimi Azərbaycanda bu sahədə
situasiya tamamilə fərqlidir. Çünki Azərbaycan
yuxarıda da qeyd etdiyimiz kimi plüralizm prinsiplərinə təkcə
sözdə deyil, eləcə də əməldə sadiqdir,
onu hər zaman tətbiq edir və gələcəkdə də
bu yolla davam edəcək. Azərbaycan hakimiyyətinin
tutmuş olduğu bu yol müəyyən sivil cəmiyyətlər
tərəfindən qəbul edilir, alqışlanır. Azərbaycana
dost olan ölkələr bu plüralizmdən örnək
götürür. Onu öz gündəlik həyatında tətbiq
etməyə çalışır. Lakin Azərbaycana
düşmən mövqedə dayanan, fürsət
yarandıqca ona zərbə vurmağa, nüfuzuna kölgə
salmağa çalışan bəzi xarici dairələr isə
ölkəmizin nümayiş etdirdiyi bu plüralizmdən
sui-istifadə etməyə, ondan öz maraqları naminə
yararlanmağa çalışırlar. Ölkədəki
siyasi plüralizmdən, fikir, söz, sərbəst
toplaşmaq azadlığından sui-istifadə hallarına yol
verməklə insanları ehtiyac olmadığı halda
kütləvi etiraz aksiyalarına cəlb etməyə, bununla
da öz çirkin niyyətlərinə çatmağa
çalışırlar.
Azərbaycanda
siyasi plüralizmin digər bir sübutu da onun qanunverici
orqanının tərkibində özünü göstərir.
Məlum olduğu kimi Azərbaycan Respublikasının Milli Məclisində
hakim Yeni Azərbaycan Partiyası ilə yanaşı
müxalifət partiyaları də təmsil olunurlar. Bu gün
Azərbaycan Parlamentində iqtidar partiyası ilə
yanaşı 11 müxalifət partiyası da deputat
mandatına sahibdir. Bundan başqa Azərbaycan Hökuməti
parlamentdə təmsil olunan partiyaların hər birinə
maliyyə yardımı ayırır ki, bu da plüralizmin
bariz nümunələrindən sayılır.
Azərbaycanda
siyasi plüralizmlə yanaşı dini plüralizm də
mövcuddur. Bu sahədə olan
plüralizmi də statistik göstəricilər əsasında
diqqətə çatdırmaq mümkündür. Məlumat
üçün qeyd edək ki, Azərbaycan Respublikası Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən
01.09.2009-cu ildən etibarən dini qurumların yenidən
dövlət qeydiyyatına alınması prosesi
başlayandan sonra 749 dini qurum
qeydiyyatdan keçmişdir. Konfessional baxımdan onların
721-i İslam, 28-i isə qeyri- İslam (xristian - 17; yəhudi -
8; krişna - 1; bəhai - 2) təmayüllüdür. 2017-ci
ildə dini təhsil müəssisələrinin (kollec)
dövlət qeydiyyatına alınması prosesi başlayandan
10 dini təhsil müəssisəsi dövlət
qeydiyyatına alınıb. Azərbaycan müsəlman ölkəsi
olmasına baxmayaraq hazırda
ölkə ərazisində yalnız məscidlər deyil, eləcə
də digər dinlərə məxsus ibadət məkanları
fəaliyyət göstərir. Son statistik məlumatlara nəzər
salsaq görərik ki, Azərbnaycan
ərazisində 2166 məscid mövcuddur ki, onlardan 136-sı
Bakı şəhərində yerləşir. Bundan başqa
paytaxt da daxil olmaqla ölkənin müxtəlif ərazilərində13
kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Bundan başqa
ölkə ərazisində 748 pir və ziyarətgah fəaliyyət
göstərir, onlardan 25-i Bakı-Abşeron bölgəsinin
payına düşür. Göründüyü kimi elə
yuxarıda qeyd edilən rəqəmlər Azərbaycanda dini
sahədə də plüralizmin, tolerantlığın
mövcud olduğunu göstərir.
Azərbaycanda
milli azlıqlarla iş sahəsində də plüralzim
mövcuddur. Hər kəsə bəllidir ki, bu gün Azərbaycanda
onlarla xalqın nümayəndəsi heç bir təqib, təzyiq
görmədən, azad və firəvan şəkildə
yaşayırlar. Azərbaycan hakimiyyəti etnik
azlıqların ölkəmizdə normal şəkildə
yaşaması üçün onlara hər bir şərait,
imkan yaradır. Milli azlıqların özlərinin məktəbinin
olması, mədəniyyət ocaqları təsis etmələri,
öz dillərində kütləvi informasiya vasitəsi
yaymaları deyilənləri təsdiqləyir. Bir sözlə
Azərbaycan dünyaya bu sahədə nümunə, örnək
göstərir ki, ərazində yaşayan digər
xalqların nümayəndələri ilə necə
davranmalı, onlara hansı şəraiti yaratmalısan.
Bütün bu müsbət göstəricilərin nərticəsidir
ki, Azəırbaycan bu kimi humanitar xarakterli toplantılar,
konfransların keçirildiyi, günümüzdə
müzakirəsi vacib hesab edilən məsəllərin
gündəmə gətirildiyi məkana çevrilir. İstər
Humanitar Forumlar, istər Mədəniyyətlərarası
Dialoq Forumları, istərsə də digər bu kimi tədbirlərin
məhz Azərbaycanda keçirilməsi ölkımizdə
qeyd edilən sahələrdə plüralizmin mövcud
olduğunun və dünya tərəfindən bunun qəbul
edildiyinin təsdiqidir.
Nəhayət,
Azərbaycanda fikir, söz, məlumat azadlığı sahəsində
də plüralizm mövcuddur. Günümüzdə ölkədə
yüzlərlə mətbuat orqanı, kütləvi informasiya
vasitəsinin fəaliyyət göstərməsinin fonunda belə
qənaətə gəlmək mümkündür. Burada
xüsusi qeyd edilməli məqam ondan ibarətdir ki, Azərbaycanda fəaliyyət
göstərən yüzlərlə kütləvi informasiya
vasitəsi arasında iqtidar mətbuatı ilə
yanaşı müstəqil qəzet və jurnallar, həmçinin
müxalifət mətbuatı da var. Hətta radikal müxalifət
düşərgəsinə xidmət edən, peşə fəaliyyətini
siyasi fəaliyyətlə qarışdırıb dövlətçilik
əleyhinə fəaliyyətdə bulunan qəzetlər də
mövcuddur. Normalda dövlətçilik, milli maraqlar əleyhinə
fəaliyyət göstərən bu kimi kütləvi
informasiya vasitələrinə qarşı ciddi şəkildə
tədbirlərin görülməsi zəruru olsa da, amma Azərbaycan hakimiyyəti məhz
fikir, söz, məlumat azadlığı, plüralizm prinsiplərindən
çıxış edərək dövlətçilik,
milli maraqlar əleyhinə fəaliyyətdə builunan kütləvi
informasiya vasitələrinə qarşı hər hansı bir
təzyiq vasitəsindən istifadə etmir. Çünki Azərbaycan hakimiyyəti
hər zaman demokratik prinsiplərə sadiqlik nümayiş
etdirib, bu ənənələrin qorunub-saxlanması, onun
inkişaf etdirilmıəsinə maraqlı olub. Ona görə
də hakimiyyət və onun müvafiq strukturları nə qədər
mənfi olsa da belə, bu kimi hallara qarşıp
dözümlülük nümayiş etdirir, siyasi mövqeyi və ypnümündən
asılı olmayaraq heç bir kütləvi informasiya vasitələrinin
fəaliyyətinə əngəllər yaratmır.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2017.- 12 aprel.- S.15.