Dünyanın gözəl
şeri
Yunus Əmrədən gəlib
Dastanlar bu torpağa düzüləndə bildim ki,
Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.
Göz yaşına çevrilib süzüləndə bildim ki,
Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.
"Subhənallah" deyincə nurlu gözləri dolan,
Ruminin məclisində yenə
ilk bahar olan,
Dərin bir fəlsəfənin
qaranlığına dalan,
Dünyanın
gözəl şeri Yunus Əmrədən gəlib.
Hər misrası gövhərdən,
torpaqdan daha dolğun,
Yanaqları
lalədən, incidən daha solğun.
Türkün
övladı yenə baxanda oğrun-oğrun,
Dünyanın
gözəl şeri Yunus Əmrədən gəlib.
İllərin
arxasında candakı ruhu gördüm,
"Qurani-Kərim"də
mən Adəmlə Nuhu gördüm.
Harayı ərşə
çatan fəğanla ahu gördüm,
Dünyanın
gözəl şeri Yunus Əmrədən gəlib.
Əhmədin məktubları
sızıldadı tar kimi,
Bağlandı
Haqq dininə Haqqı sevən yar kimi.
Allahı sevən qəlbə
ələndi bir qar kimi,
Dünyanın
gözəl şeri Yunus Əmrədən gəlib.
Dağılanda
gözümdən həsrət, ayrılıq, kədər,
Sevdim Anam
torpağı axan göz yaşı qədər.
Bir elə, bir obaya
yayılsın bu xoş xəbər:
Dünyanın
gözəl şeri Yunus Əmrədən gəlib.
Torpağım qədər
əziz,
ey haray çəkən dilim!
Səninlə qürurlanıb
tarixi varaqladım,
Nəsimi, Xətayidən
mən səni soraqladım.
Qəm, kədəri
üst-üstə mən yığıb torpaqladım,
Torpağım qədər əziz,
ey haray çəkən dilim!
Bayrağım qədər əziz,
ey haray çəkən dilim!
Nəsiminin üsyanı, Vaqifin
harayısan,
Füzulinin qəlblərdə
düzülən sarayısan.
Dünyada hər bir
türkün günəşisən, ayısan,
Torpağım qədər əziz,
ey haray çəkən dilim!
Bayrağım qədər əziz,
ey haray çəkən dilim!
Natəvanın qəzəli,
Ələsgərin sazısan,
Vaqif gözəllərinin
işvəsisən, nazısan.
Mənim şair qəlbimin
baharısan, yazısan,
Torpağım qədər əziz,
ey haray çəkən dilim!
Bayrağım qədər əziz,
ey haray çəkən dilim!
Şəhriyar da cənubda
"Heydər baba"nı yazdı,
Zakir doğma torpaqda "Badi-səba"nı yazdı.
Ələsgər qoşmalarda
eli, obanı yazdı,
Torpağım qədər əziz,
ey haray çəkən dilim!
Bayrağım qədər əziz,
ey haray çəkən dilim!
Şimaldan cənubadək
yepyeni səfər oldun,
Tarixin
sınağından çıxan al səhər oldun.
Türkün al
bayrağında yenə də zəfər oldun,
Torpağım qədər əziz,
ey haray çəkən dilim!
Bayrağım qədər əziz,
ey haray çəkən dilim!
Babək,
Cavanşir özü haqqında nələr dedi,
Xətayi
də "qələbən yenə tez gələr"-dedi.
"Səni unutmağımız qəlbləri dələr!"-dedi,
Torpağım qədər əziz,
ey haray çəkən dilim!
Bayrağım qədər əziz,
ey haray çəkən dilim!
Şamdan Bağdada qədər Füzuli qəzəlisən,
Vaqifin siyah telli,
işvəli gözəlisən.
Türkün yenə dilisən,
dillərin gözəlisən,
Torpağım qədər əziz,
ey haray çəkən dilim!
Bayrağım qədər əziz,
ey haray çəkən dilim!
Məni
Allah yaradıbdı
Fərhad mənəm, Tahir mənəm, Məcnun mənəm,
Kərəm mənəm,
Zaman-zaman tarix
boyu Haqqı yazan qələm mənəm.
"Subhənallah" deyə-deyə
Dünya kimi aləm mənəm,
Mən Allaha qul
doğuldum, məni Allah yaradıbdı.
"La ilahə
illallah"la müsəlmanın əsli mənəm,
Dədə Qorqud, Xan Eyvazla
Koroğlunun nəsli mənəm.
Bulaq kimi coşub-daşan
mmrün bahar fəsli mənəm,
Mən Allaha
qul doğuldum, məni Allah yaradıbdı.
Haqqı sevib, haqqı deyən
ərşə çatan haray mənəm,
Damla-damla, zərrə-zərrə
şeir mülkü-saray mənəm.
Səma mənəmə,
torpaq mənəm,ulduz,günəş, həm
ay mənəm,
Mən Allaha qul
doğuldum, məni Allah yaradıbdı.
Həsrət mənəm,
qüssə mənəm, sevinc mənəm, kədər mənəm,
Dastan mənəm,
qətra mənəm, ömür mənəm, səfər mənəm.
Günahları zaman-zaman
bağışlanan qədər mənəm,
Mən Allaha qul doğuldum,
məni Allah yaradıbdı
Aydın səma, göy
qurşağı, duman mənəm, çən də mənəm,
Dağlar kimi sərin-sərin
hər dərdə bir tən də mənəm.,
Odlar yurdu-Azərbaycan həm
torpaq, vətəndə mənəm,
Mən Allaha qul doğuldum,
məni Allah yaradıbdı
Qəlblərə
süzülüb gələn yanaqdakı bir nəm mənəm,
Qələm mənəm,
varaq mənəm, hicran mənəm, bir qəm mənəm.
Haray çəkən zaman
hər an, ərşə çatan bir bəm mənəm,
Mən Allaha
qul doğuldum, məni Allah yaradıbdı.
Gözümün ağında, qarasındasan
Yanaqdan göz
yaşı süzüləndə də,
Dastanlar torpağa
düzüləndə də,
Həsrətdən
dodaqlar büzüləndə də,
Gözümün
ağında, qarasındasan,
De,
görüm dünyanın harasındasan?!
Sevinc göz
yaşına dönsəm də belə,
Gözəlin
qaşına dönsəm də belə,
Torpağın
daşına dönsəm də belə,
Gözümün
ağında, qarasındasan,
De,
görüm dünyasının harasındasan?!
Torpağın canına
hopub gələrəm,
Borana
çevrilib qopub gələrəm.
Mən səni
axtarıb tapıb gələrəm,
Gözümün
ağında, qarasındasan,
De,
görüm dünyanın harasındasan?!
Yenə ərşə
çatır şair harayım,
Çələngdən
hörülən uçmaz sarayım.
Mən
səni de, görüm harda arayım?!
Gözümün
ağında, qarasındasan,
De,
görüm dünyanın harasındasan?!
Yanaqdan
süzülən yaşamı dönüm,
Həsrtədən
çatılan qaşamı dönüm?!
Yurdumda
dağamı, daşamı dönüm,
Gözümün
ağında, qarasındasan,
De, görüm
dünyanın harasındasan?!
Kədərlər
əriyib keçsin aradan,
Yenə
dayağımdı UCA YARADAN.
Mən
səni soruşum denən haradan?!
Gözümün
ağında, qarasındasan,
De,
görüm dünyanın harasındasan?
Türkün ana
torpağında ah-nalə qoparmalıyam
İYİRMİ
YANVAR ŞƏHİDLƏRİ, millətimin dar günündə,
Türkün ana
torpağında ah-nalə qoparmalıyam!
Fitnə-fəsad,
qırğınları yenə yada salıb bu gün,
Türkün ana
torpağında ah-nalə qoparmalıyam!
Gözümü yuma bilmərəm millətimin dərd-sərinə,
Gərək
yenə həmdəm olam xeyirinə, həm şərinə.
Zaman-zaman dastan
qoşam alnın süzülən tərinə,
Türkün ana
torpağında ah-nalə qoparmalıyam!
Zaman-zaman dünya
yenə millətimə yağı çıxıb,
Həsrətini
çəkə-çəkə gözün qara, ağı
çıxıb.
Kədər
görüb, kədər deyən qəlbin artıq
dağı çıxıb,
Türkün ana
torpağında ah-nalə qoparmalıyam!
KOROĞLU,
BABƏK, CAVANŞİR ərənlərin ər yurdunda,
ƏRTOĞRUL,
ORXAN, OSMANDAN BÖYÜK TÜRKÜN hər yurdunda,
"ALPAMIŞ", "MANAS",
"GİLQAMIŞ" qəhrəmanlıq zər yurdunda,
Türkün ana
torpağında ah-nalə qoparmalıyam!
Ruhdan ruha ümman
kimi candan cana hopub gəlib,
Tarix
boyu laxtalanan ələq-qana hopub gəlib.
YUNUS ƏMRƏM
kimi yenə vaxta, ana hopub gəlib,
Türkün ana
torpağında ah-nalə qoparmalıyam!
Kədəri
sevinclə gözlərindən çək!
"Çəkdim həsrətin desəm,
sənə mən,
Bəlkə inanmazsan sözlərimə
sən?!".
Müəllif.
Qəlbindən süzülən
duyğularını,
Mənə
söylədilər o vaxtı, gülüm.
Məndə ki, o vaxtı
coşub-daşırdım,
Dəyişdi
şairin bir baxtı, gülüm.
Səhərdən-axşama narahat qəlbdə,
Ən incə
duyğular süzülüb gəldi.
Dastanlar qoşanda qəlbimdə
artıq,
Torpaqdan qəlbimə
düzülüb gəldi.
O gündən bu günə
mənim qəlbimin,
Döyünən,
çıpınan aynası oldun.
ALLAHA, "QURAN"a
dastanlar qoşan,
TÜRKÜN
ŞAİRİNİN DÜNYASI OLDUN.
Sevinc də, kədər də
mənim ömrümün,
Səhərə can atan xəbəri
oldu.
Sənin gözlərinə
qəm ələnməyi,-
Sevgi
sarayımın kədəri oldu.
Hər dəfə çələngdən
dastan qoşanda,
Sən
düşdün yadıma həmişəki tək.
Nə kədər, nə
qüssə yaraşmır sənə,
Kədəri
sevinclə gözlərindən çək.
Ağla, şairim, ağla ağlamaq
vaxtı gəlib
Durna qatarı
kimi dan yeri söküləndən,
Ağla, şairim,
ağla, ağlamaq vaxtın gəlib.
Cənubda TƏBRİZ
adlı şəhərdə üsyan gedir,
Doğma BAKIDA
çağla, çağlamaq vaxtın gəlib.
Yanağından
süzülən yaşın yaşa dönəcək,
Dağ
dözümlü həsrətin dağa, daşa dönəcək.
Dərdi, qəmi
torpağın gözə, qaşa dönəcək,
Kədəri
qəlbdə saxla, saxlamaq vaxtın gəlib.
Millətimin çatılan
qaşıyla saya-saya,
Dərdi-səri
gözümün yaşıyla saya-saya,
Ələnən
torpağımın daşıyla saya-saya,
Qapıları
gəl bağla, bağlamaq vaxtı gəlib.
Qəm adlı bir dastandan
torpağa hopmaq gərək,
Fəryad,
üsyana dönüb torpaqda qopmaq gərək.
Sözünü demək
üçün zamanı tapmaq gərək,
Bulaqlar kimi
çağla, çağlamaq vaxtı gəlib.
Kənan Aydınoğlu
Olaylar.- 2017.- 12 aprel.- S.11.