Azərbaycan-Türkiyə
Tükənməyən güc, qüvvət,
İki dövlət,
bir millət.
Qazancı zəfər, şöhrət,
Layiqdir hər sevgiyə
Azərbaycan-Türkiyə.
Qara dəniz, göy Xəzər,
Odu ölkələr
gəzər.
Atatürk, Ulu Heydər,
Haqdan bizə hədiyyə
Azərbaycan-Türkiyə.
Sarsılmazdır dostluğu,
Ən şirin, ən xoş duyğu,
Millətin mutluluğu,
Dönüb nəğmə, türküyə
Azərbaycan-Türkiyə.
Dünya
olubdur heyran,
Qovuşub Bakı-Ceyhan.
Mayak kimi Naxçıvan,
Sevinir
"vüsal" deyə
Azəbaycan-Türkiyə.
MUSTAFA KAMAL PAŞA
Qarlı
zirvədir başın,
Dastandır hər savaşın,
Əsgərdir qayan, daşın,
Dayanıblar baş-başa
Mustafa Kamal Paşa.
Bayrağın şəhid qanı,
Vətənin qızıl danı,
Türklərin şöhrət, şanı,
Al günəşsən yurddaşa
Mustafa Kamal Paşa.
Yurda, xalqa bağlısan,
Həm zəka,
həm ağılsan.
Türkə örnək, nağılsan,
Zəfərsən başdan-başa
Mustafa Kamal Paşa.
Cihaddır türk savaşı,
Çalınsın "mehtər"
marşı,
Kəsin,
doğrayın nəşi,
Əlində silah qoşa
Mustafa Kamal Paşa.
HƏSRƏT KÖRPÜSÜ
Həsrətin bağrı yarıldı,
Ümüddən körpü quruldu,
Zülmün zənciri qırıldı,
Salam türklər, salam
türklər.
Ömür uca pilləkəndi,
Könlümüzə nur ələndi,
Göz yaşlarım gilələndi,
Salam türklər, salam
türklər.
Boğduq
düşmənin selini,
Qurduq dostluq heykəlini,
Kəsdik
fələyin əlini,
Salam türklər, salam
türklər.
Müqəddəsdir iki rəhbər,
Süleyman bəy, Ulu Heydər,
Qanlı
döyüşdə müzəffər,
Salam türklər, salam
türklər.
Alqışlayaq biz İlhami,
Türk
elinin ehtişamı,
Qalxın
söyləyin-Siz hamı:
Salam türklər, salam
türklər.
Ağrı dağ
Ey türk torpağının
qüdrət simvolu,
Varlığın düşməni əzir,
ağrıdır.
Zirvəndən başlanır kəhkəşan
yolu,
Yurdun qeyrətisən
adın Ağrıdır.
Sıldırım qayalar nəhəngdən
nəhəng,
İgid babaların başda börküdür.
Mərd
oğlun, mərd qızın qəzəbli
pələng,
Qartal avazları
mahnı, türküdür.
Köksündə neçə min düyünlü
sirr var,
Laçınlar, şahinlər qıyya çəkərlər.
Parlayan ulduzlar qəndil, çıraqlar,
Buludlar çiçəyi
şehə bükərlər.
Haçadağ bir ömür qəmini çəkdi,
Külək gətirərdi sənə
xəbəri.
Qardaşsız qəlbinə qaranlıq
çökdü,
Səndən böyük idi onun kədəri.
Sənə qovuşalı bilmirəm
nədən,
Türkün zəfərinə ellər
əl çalır.
Sevincdən yatmıram gecə
sübhəcən,
Zirvən ucaldıqca düşmən
alçalır.
Ağrı, Haçadağa sarılıb
deyə,
Dövranam, zamanı alqışlayıram.
Həsrət buxovları qırılıb
deyə
Tarixin səhvini
bağışlayıram.
Türküm deyənə
Daşın, torpağın ulu,
Tarixin zəfər
dolu.
Yolun Oğuz, Hun yolu,
Türk adlı millətin var.
Təkbir,
duan dilində,
Doğuldun at belində.
Akınların selində,
Danılmaz qüvvətin var.
Oxudun
"Mehtər marşı",
Silkələdin dağ, daşı.
Qazandın hər savaşı,
Yenilməz qüdrətin var.
İnancın Quran, azan,
Həm qəhrəman,
həm ozan.
Qılıncla tarix yazan,
Müqəddəs Hicrətin var.
Yaraşır hər təntənə,
"...Mutlü türküm deyəmə!"
Dövran
valehdir sənə-
Dünyaca şöhrətin var.
Rahilə Dövran,
Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
"Qızıl
qələm" media mükafatı
laureatı,
Olaylar.- 2017.- 14 aprel.- S.11.