Ölkədə, söz, məlumat və ifadə azadlığı,

plüralizim tam şəkildə təmin olunub

 

Niyaməddin Orduxanlı: "Bu sahədə bir demokratik ənənələr formalaşıb"

 

"Hər kəs sərbəst şəkildə öz münasibətini, fikirini ortaya qoyur"

 

Müasir dövrdə demokratik ənənələri ən yüksək səviyyədə inkişaf etdirən Azərbaycan dövləti bu ənənələrin başlıca istiqamətlərinbdən sayılan fikir, söz, məlumat, ifadə azadlığı, plüralizmdə də yüksək dəyər verir, bütün bunların təmin edilməsi istiqamətində zəruri addımlar atır, tədbirlər görür. Günümüzdə Azərbaycanda yüzlərlə media orqanı, kütləvi informasiya vasitəsinin mövcud olması, həmin kütləvi informasiya vasitələrinin həm iqtidar, həm müxalifət düşərgəsini təmsil etməsi, eyni zamanda kifayət qədər də müstəqil mətbu orqanların mövcudluğu deyilənləri təsdiqıləyir. Bununla yanaşı hazırda ölkədə onlarla televiziya kanalı fəaliyyət göstərir. Onların içərisində həm paytaxtda, həm də bölgələrdə fəaliyyət göstərən televiziya kanalları var. Eyni zamanda internet portalları, sayt və agentliklər də azad və sərbəst şəkildə fəaliyyət göstərirlər. Bütün bunlarla yanaşı ölkədə internetə çıxış imkanları da kifayət qədər genişdir.

 

Azərbaycanda təkcə media, mətbuat sahəsində deyil, eləcə də siyasi sahədə plüralizm ənənələri var və bu ənənələrə hər zaman sadiqlik nümayiş etdirilir. Mətbuatla yanaşı ölkədə iqtidar və müxalifətli, sağ və solçu, mərkəzçi və libveral, eləcə də islamçı da daxil olmaqla kifayət qədər siyasi partiyanın fəaliyyət göstərməsi yuxarıda qeyd etdiklərimizi təsdiqləyən amillərdəndir. Elə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı da bu qənaətdədir. Niyaməddin Orduxanlı "OLAYLAR"-a verdiyi müsahibədə hazırda ölkədə fikir, söz, məlumat azadlığı, plüralizmin vəziyyəti və bu ənənələrin inkişaf etdirilməsi istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən danışıb.

-Niyaməddin bəy, günümüzdə Azərbaycan mediası, kütləvi informasiya vasitələrinin durumunu necə qiymətləndirərdiniz?

-Məncə, bu gün Azərbaycanda kütləvi informasiya vasitələrinin durumu çox normal vəziyyətdədir. Müasir dövrün, texnoloji inkişafın prinsiplərinə uyğun olaraq mətbuatımız inkişaf edir. Düzdür, çap mediası, qəzet vasitəsi ilə medianın məlumatları cəmiyyətə çatdırılması xeyli dərəcədə azalıb. Bu da, birbaşa elektron medianın sürətlə artmasına görədir. Hesab edirəm ki, bu çox təbii bir prosesdir.

Dünyanın ən inkişaf ölkələrində bu proses baş verir, həmçinin də Azərbaycanda. İnternet medianın daha önə çıxması baş verir. Əhalinin böyük əksəriyyətinin evində internet olduğu da bir faktdır. Belə olan vəziyyətdə təbii ki, qəzet oxunma sayı azalmalıdır. Bu proses bütün ölkələrdə olub. Son illərlə müqayisədə Azərbaycan mətbuatı xeyli dərəcədə inkişaf edib.

-Ölkədə söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin olunması hansı səviyyədədir?

-Bu bir həqiqətdir ki, ölkəmizdə, söz, məlumat və ifadə azadlığı, plüralizim tam şəkildə təmin olunub. Bu sahədə bir demokratik ənənələr formalaşıb. Baxın, radikal müxalifətin mətbuatdakı çıxışlarına. Ölkənin birinci şəxsindən tutmuş, ən kiçik məmura qədər tənqid olunur. Bəzi hallarda isə, qırmızı xətti belə keçirlər. Bu elə birbaşa ifadə azadlığının göstəricisidir. Hər kəs sərbəst şəkildə öz münasibətini, fikirini ortaya qoyur. Eyni zamanda konstruktiv müxalifətin nümayəndələrinin çox tənqidi çıxışları və baş vermiş hadisəyə neqativ münasibətləri də ortalıqdadır. İstər hakimiyyəti müdafiə edən, istər müxalifəti müdafiə edən , istərsə də müstəqil mətbuat orqanlarının azad şəkildə fəaliyyət göstərməsi uzun illərdir ki davam edir. Hər kəs özu mövqeyini, münasibətini ifadə edir. Bunun da əsas səbəbi qeyd etdiyim kimi, Azərbaycanda plüralizimin təmin olunması ilə bağlıdır.

-Azərbaycan dövləti, onun prezidenti ölkədə söz, məlumat, ifadə azadlığı, plüralizmin təmin olunması istiqamətində hansı addımlar atır?

-Yuxarıda qeyd etdiyim kimi söz , mətbuat, ifadə azadlığı, plüralizim və sərbəst toplaşmaq azadlığının inkişaf etdirilməsi təbii ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin birbaşa maraq dairəsində olmasının göstəricisidir. Ölkəmizdə bütün bunlarla yanaşı, bir internet azadlığı da var. Siz özünüz də , geniş şəkildə sosial şəbəkə istifadəçisiniz. Azərbaycanda 2 milyon artıq insan tək facebook.com sosial şəbəkəsinin istifadəçisidir. Kimin ürəyi nə istəyir yazır. Hətta bir çox hallarda ədəb-etik qaydaları kobud şəkildə pozulur. Bəzi radikal müxalifət nümayəndələri ağlına və ağzına gələni yazır. əgər ölkədə bu cür azadlıq olmasa idi, bunları kim yaza bilərdi?! Digər bir saha sərbəst toplaşmaq azadlığı. Bakının mərkəzində istənilən bir siyasi partiya etiraz mitinqi keçirir. Ən kəskin çıxışlar edilir. Son vaxtlarda radikal müxalifətin mitinq keçirmək arzuları reallaşıb. Azad olmayan ölkədə bunu necə, etmək mümkündür? Biri çıxıb başa salsın. Mümkündürmü? Təbii ki, yox! Bilirisniz ki, hakmiyyətin mənbəyi xalqdır. Xalq da hakmiyyətə İlham Əliyevi gətirib. Xalqın səsi ilə İlham Əliyev prezident seçilib. Prezidentin də əsas fəaliyyət istiqaməti ölkədə hüququn aliliyini təmin etmək, azad, firavan, demokratik, dünyəvi və Azərbaycanın ərazi bütövlüyünu təmin etmək istiqamətindədir. Mətbuatın inkişafında prezidentin böyük dəstəyinin şahidi oluruq. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun hər il onlarla media orqanına 40 -50 min manat maddi yardım göstərməsinin şahidi oluruq. Bu mətbuat orqanları arasında müxalifət qəzetlərinin də dəstəklənməsinin şahidi oluruq. Fond vasitəsi ilə hər il onlarla jurnalist müxtəlif pul mükafatları ilə qalib elan olunur. Bir necə il qabaq ölkənin tanınmış və uzun illər mətbautda əziyyət çəkən evsiz jurnalistlərinə president İlham Əliyev tərəfindən ev təqdim edildi. Səhv etmirəmsə, təxmin 200-ə yaxın jurnalist evlə təmin edildi. Hətta yayılan məlumata görə, bu il də jurnalistlər üçün əlavə 200 ev tikilib istifadəyə veriləcək. Bütün bunlar prezident İlham Əliyevin mətbuata olan münasibətinin göstəricisidir.

-Bəs ümummilli lider Heydər Əliyevin söz və məlumat azadlığı, plüralizmin təmin olunması istiqamətində hansı xidmətləri olub?

-Məhz mərhum Heydər Əliyevin dövründə də Azərbaycanda məlumat azadlığı, plüralizim təmin olunurdu. O da ölkənin inikşafının təmin olunması üçün bütün vacib addımları atırdı, Elə məhz Heydər Əliyevin zamanında Azərbaycanda mətbuatda olan senzura aradan qaldırıldı. Bundan sonra ölkədə mətbuat azadlığı daha geniş şəkildə inkşaf etməyə başladı. Heydər Əliyev bu istiqamətdə çox böyük işlər gördü. Ölkənin və cəmiyyətin inikşafının təmin olunması üçün mətbuat azadlığının vacib olduğunu verdiyi dəstəklə sübut etdi.

-Mediamız söz, məlumat azadlığı, plüralizmdən nə dərəcədə yararlanır və bundan bəhrələnirlər?

-Azərbaycan mediası plüralizmdən kifayət qədər yararlana bilir. Medianın istənilən məlumatı qısa müddət ərzində əldə edib, yaymaq imkanları var. Hətta bununla bağlı rəqabət mühüti də mövcuddur. Bir sıra media holdinqlər mövcuddur ki, onlar da bir -birinə qarşı sağlam rəqabət aparırlar. Daha çox cəmiyyəti informasıya ilə təmin etmək və kimin daha tez xəbəri yaymaq uğrunda mübarizə gedir. Bu da çox yaxşı göstəricidir. Media cəmiyyətin güzgüsüdür. -Sizcə, bəzi hallarda KİV-lər ölkədə söz və məlumat azadlığının mövcudluğundan sui-istifadə etmirlərmi? -Birmənalı şəkildə qeyd etmək istəyirəm ki, KİV-də söz və məlumat azadlığından sui-istifadə halları var. Xüsusən də radikal müxalifətin münayəndələri. Özlərini jurnalist adlandırırlar və ya nəşr olunan qəzetdə, saytda baş redaktor kimi yazırlar. Ancaq jurnalist adı altında bütün fəaliyyətlərini siyasi mübarizəyə və ya siyasi təşkilatın rəhbərinin siyasi maraqlarını təmin etməyə başlayırlar. Bİr sözlə, jurnalist adı altında gizlənirlər. Bunu qəsdən edirlər. İstəyirlər ki, bunların həm də xüsusi bir "imtiyazı" olsun. Və bunlar guya ki, jurnalist olduqları üçün kimsə bunlara güldən ağır söz deməsin. Bütün yazdıqları da, fəaliyyətləri də həmin siyasi təşkilatın birbaşa siyasəti ilə bağlı olur. Yalnız siyasətdən yazırlar. Bu adamların əsl jurnalsitikaya adiyyatı yoxdur. Öz sifətlərini mətbuat vsitəsi ilə gizlədirlər.

-Ümumiyytlə, mediaya yaradılan şəraitə görə, Azərbaycanı bu sahədə də regionun lideri kimi dəyərləndirmək olarmı?

-Birbaşa razıyam ki, Azərbaycan dövləti mətbuata və jurnalistlərə yaradılan şəraitə görə, nəinki regonda hətta deyərdim ki, Avropanın ən inkşaf etmiş ölkələrindən də öndədir. Hansı Avropa ölkəsində eşitmişik ki, dövlət jurnalistə, mediaya dəstək olur? Mənim rastıma gəlməyib. Ölkədə jurnalistlərə çox böyük diqqət var.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2017.- 22-24 aprel.- S.15.