Azərbaycanın dini plüralizm nümunəsi

 

Müxtəlif dinin daşıyıcıları birlikdə sülh və əminamanlıq şəraitində yaşayırlar

 

İlahiyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov qeyd edib ki, plüralist cəmiyyət fikri çox əvvəllərə gedib çıxsa da, bu məfhumun ortaya çıxması nisbətən yenidr. Plüralizm məsələsinə maraq İkinci Dünya müharibəsindən sonra müstəmləkəçilikdən azad olma (müstəmləkələrə, protektoratlara, dominionlara, mandat altında olan ərazilərə tam müstəqillik verilməsi) prosesi ilə artmışdır. Ümumiyyətlə plüralist cəmiyyət məfhumu ilk dəfə J.S. Fernival tərəfindən ortaya atılıb. Dini plüralizmə gəldikdə o, dinlərin və hər dini ənənə daxilindəki fərqliliklərin çoxluğunu göstərir.

Fəlsəfi cəhətdən isə o, bu ənənələr arasındakı əlaqələr mövzusunda xüsusi bir nəzəriyyəyə işarə edir. Dini plüralizm ictimai quruluşun bir çox sahəsini xarakterizə edən və bir çox sosioloji və siyasi mübahisəni formalaşdıran etnik və mədəni plüralizmin  bir növüdür. Dini plüralizm siyasi plüralizm kimi təsvirçi (deskriptiv) və normativ mənalarda işlənir. Təsvirçi məanada o, dini ənənələrin müxtəlifliyini və onlar arasındakı əlaqə ilə yanaşı, müasir dini reallıqları da izah etməyə çalışır. Normativ mənada isə, fərqli inanclar arasında  tolerantlıq, dialoq və qarşlıqlı hörmətə söykənən əlaqələrin qurulmasına səy göstərir.  Bir çox dinin mövcudluğu ilahi həqiqətin varlığına inanmayanlar üçün problem təşkil etmir. Onlar dinlərin çoxluğunu və müxtəlifliyini mədəni zənginlik hesab edirlər. Lakin bu məsələ inanları düşündürür. Bundan başqa dini plüralizm məsələsi teoloji problemdir. Çünki dinlərin hər biri Mütləq Həqiqətə, dolaysı ilə qurtuluşa gedən yolun sadəcə özlərindən keçdiyini iddia edir və həqiqətin izahında bir-birlərinə ziddirlər. Dinlərin dini plüralizmə baxışı fərqli-fərqlidir. Məsələn, maddi aləmdən kənarda ilahi bir həqiqətin varlığını qəbul edən və digər dinlərin haqq olduğunu rədd edən Yəhudilik, Xristianlıq və İslam kimi səmavi dinlərlə, eyni zamanda Hinduizmlə, bu cür prinsipləri ehtiva etməyən BuddizimTaoizmin dini plüralizmə baxışı eyni deyildir. Dini plüralizm ətrafındakı mübahisə və müzakirələr Xristianlıq və İslam kimi monoteist dinlərin yer üzünə yayılmasından sonra daha da artmışdır. Baxmayaraq ki, müasir dövrdə dini plüralizm ətrafında cərəyan edən müzakirə və mübahisələr xristian dünyasında ortaya çıxsa da, bu sadəcə xristian dünyasının problemi deyildir. Bu mövzu qlobal dünyada hər bir dinidin mənsubunu maraqlandırır. Odur ki, dini plüralizm deyildikdə təkcə bir çox dininya din mənsublarının mövcudluğu nəzərdə tutulmur. Dini plüralizmin Azərbaycan nümunəsi var ki, burada dini münasibətlər elə gözəl şəkilda qurulub ki, müxtəlif dinin daşıyıcıları birlikdə sülh və əminamanlıq şəraitində yaşayırlar. Azərbaycan nümunəsi deməyə əsas verir ki, dini plüralizm birdən çoxbir çox dinin doğru və keçərli olmasını qəbul etmək deməkdir. Birdən çox dinin keçərli olduğunu qəbul etmək deyildikdə isə, dinlərin doğruluğu və həmin dinlərin mənsublarının qurtuluşa nail olacaqları qəsd olunur.  Azərbaycnda dini plüralizm ənənələrinə gəldikdə,  ekspert  qeyd edib ki, ölkəmiz tarixən bir çox dinlərin mövcud olduğu qədim məskənlərdən biridir. Keçmişdə olduğu kimi günümüzdə də, bir çox din mənsubları ölkəmizdə yaşayır və öz dini inanclarını qoruyub saxlayırlar. Müxtəlif dinlərin varlığı və dinlərarası tolerantlıq ənənələri ölkəmizdə dini plüralizmin inkişafına təkan vermişdir. Qarşılıqlı hörmət və tolerantlığa əsaslanan dinlərarası dostluq münasibətləri nəticəsində ölkəmizdə yaşayan müxtəlif din mənsubları arasında dini plüralizm ənənələri yaşanmaqdadır. Onun sözlərinə görə, Azərbaycanda hər kəsin dini qtiqad azadlığı var. Bu,  "Dini etiqad azadlığı haqqında" qanunda əksini tapıb. Bu Qanun Azərbaycan Respublikasında dini etiqad azadlığının Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq surətdə həyata keçirilməsi üçün təminatlar yaradır, dini qurumların statusunu, hüquq və vəzifələrini müəyyənləşdirir, dini qurumların fəaliyyəti ilə bağlı yaranan münasibətləri tənzimləyir. Qanuna əsəasən hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Heç kəs öz dini etiqadını ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol verilmir. İnsan ləyaqətini alçaldanya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. Dini etiqad azadlığı yalnız qanunda nəzərdə tutulandemokratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Hətta valideynlər və ya onları əvəz edən şəxslər, qarşılıqlı razılıq əsasında, uşaqlarını özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyə edə bilərlər. Bu isə dini tolerantlığın ən bariz nümunəsidir.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Respublikasında dindini qurumlar dövlətdən ayrıdır. Dövlət ona aid olan hər hansı işin yerinə yetirilməsini dini qurumlara tapşırmır və onların fəaliyyətinə qarışmır. Bütün dinlər və dini qurumlar qanun qarşısında bərabərdir. Heç bir din (dini cərəyan) və dini qurum barəsində digərlərinə nisbətən hər hansı üstünlükya məhdudiyyət müəyyən edilə bilməz. Dini qurumlar ictimai həyatda iştirak etmək, habelə ictimai birliklərlə yanaşı kütləvi məlumat vasitələrindən istifadə etmək hüququna malikdirlər. Dini qurumlar siyasi partiyaların fəaliyyətində iştirak etmironlara maliyyə yardımı göstərmirlər. Din xadimləri dövlət orqanlarına seçildikdə və ya təyin olunduqda onların peşəkar dini fəaliyyəti həmin vəzifədə olduqları müddətdə dayandırılır. Din xadimləri dövlət orqanlarına seçildikdə və ya təyin olunduqda onların din xadimi kimi fəaliyyəti həmin vəzifədə olduqları müddətdə dayandırılır. Dini qurumlar cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə onlar üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri yerinə yetirməlidirlər.

Xatırladaq ki, dini plüralizm ənənələrinin qorunub-saxlandığı Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri yüz illərdir ki, sülh və əminamanlıq şəraitində, qarşılıqlı etimad və hörmət üstündə vahid ailə kmi yaşayırlar. Ölkəmizin bütün milli və dini azlıqları millətlərarası və dinlərarası münasibətlərə, eləcə də vətəndaş cəmiyyəti quruculuğuna öz layiqli töhvəsini veriərək ictimai-siyasisosial mədəni həyatın bütün sahəlrində yaxından iştirak edirlər. Dini plüralizmin Azərbaycan nümunəsi bir daha göstərdi ki, millətlər və dinlərarası münasibətlərdə yaranmış çətinlikləri aradan qaldırmaq üçün mültikulturalizmtolerant dəyərlərin daha geniş şəkildə təbliğ edilməsinə ehtiyac var. Hazırda dünya əhalisinin sayı 7 milyard 3 yüz milyonu ötüb. Paralel olaraq dünyanın müxtəlif  bölgələrində millətlərin, müxtəlif dini daşıyıcıların bir-birinə qarşı münasibətlərinin fərqli olması ortadadır.  Sözsüz ki, bu fərqli münasibətlər müəyyən problemlər yaradır. Belə bir şəraitdə sürətlə inkişaf edən, müasir texnologiyalara malik ölkələrlə yanaşı, hələ də inkişaf baxımından geridə qlan xalqlara qarşı ögey münasibətlər  sərgilənməkdədir. Belə bir şəraitdə tolerant bir mühitin yaranmasına, dini plüralizmin bərqərar olmasına  ehtiyac duyulur. Azərbaycanda çoxsaylı dini icmalar, müsəlman məscidləri provoslav, katolik, alban kilsələri, yəhudi sinaqoqları fəaliyyət göstərir. Üstəlik müxtəlif dini daşıyıcılarının nümayəndələri öz dini ayinlərini sərbəst əkildə yerinə yetirilər. Məhz yaranmış bu mühitin nəticəsidir ki, 2017-ci ildə Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunub. Bu, Azərbaycanda dini konfesiyalara göstərilən tolerant münasibətin bariz nümunəsi kimi qəbul edilməlidir.  Paralel olaraq ölkədə müxtəlif dini əqidəyə malik insanların bərabərlik və qardaşlıq şəraitində yaşamalarının göstəricisi kimi dəyərləndirilməlidir.

Məlum olduğu kimi tolerantlıq mənəvi və mədəni cəhətdən inkişaf etmiş cəmiyətlərin  məhsuludur. Azərbaycan xalqı bu ənənəyə sadiq olduğunu dəfələrlə sübut edib. Xatırladaq ki, Sovet İttifaqının dağıldığı zaman baş verən hadisələr  Azərbaycanı dini tolerantlıq baxımından sınaq qarşısında qoymuş oldu. Ermənilər Azərbaycan torpağının 20 faizini işğal edərək etnik təmizləmə siyasəti həyata keçirən zaman, dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsinə və doğma yurdlarından didərgin salınmasına baxmayaraq birgəyaşayış prinsipi Azərbaycan cəmiyyətinin səciyyəvi cəhəti olaraq qaldı.  Hətta Dağlıq Qarabağda müharibə başladıqdan sonra da Azərbaycan cəmiyəti dinietnik qruplar arasında harmoniyanı qorumaqda davam etdi. Beləliklə Azərbaycan dini plüralizmə sadiqlik nümunəsi ilə müsəlmanların, yəhudilərin və xristianların sülh və qardaşlıq şəraitində dinc-yanaşı yaşamaq imkanlarını ortaya qoymuş oldu. Hazırda ölkəmizdə 2 mindən artıq məscid, 12 kilsə və 2 sinaqoq fəaliyət göstərir. Bu isə azırbaycanlıların digər dinlərə qarşı olan münasibəti və mədəniyyətinin göstəricisidir.    Azərbaycan xalqı irqi, dili, dinietnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarına hörmətlə yanaşır.  Azərbaycan Respublikasının Süverenliyi Haqqında Konstitusiya Aktı ölkənin bütün vətəndaşlarının qanun qarşısındı bərabər olduğunu təsdiq edir. AR Konstitutsiyasının 25-ci maddısində isə irqindən, milliyyətindən, dilindən, dinidən və mənşəyindən asılı olmayaraq dövlət hər kəsin hüquq və azadlığının bərabərliyinə təminat verdiyi əksini tapıb.  Bu da ölkədə dini plüralizmə ən yüksək səviyyədə dəstək verildiyinin əyani göstəricisidr.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2017.- 29 aprel-1 may.- S.15.