Leysanda islanan misralar
Əlişad Cəfərov Cəlilabad rayonunun Üçtəpə kədində
anadan olub. Moskvada SSRİ Yazıçılar
İttifaqının Maksim
Qorki adına
Ədəbiyyat İnstitutunu
fərqlənmə diplomu
ilə bitirib. AJB Sumqayıt şəhər
təşkilatının sədri,
Gündəlik Analitik
İnformasiya Agentliyinin
və Azərbaycanın
Mədəniyyət və
Ədəbiyyat Portalının
"Poeziya" şöbəsinin
müdiri və redaksiya heyətinin üzvüdür. Şeirləri respublikanın ən ünlü mətbu orqanlarında dəfələrlə
dərc olunub.
Xalq şairi Rəsul
Rzaya
Bu ağır itkini varlığım danar,
Necə ki, ölməzlər ölümü danıb.
Aprelin birində bir dost aldanar,
Aprelin birində
bir xalq aldanıb.
Uca zirvələri çən-çisək
aldı,
Yamaca nə qaldı, yala nə qaldı?
Dünyaya gəlməyin həqiqət
oldu,
Dünyadan getməyin yalana qaldı.
Nurlu misraların, odlu sənətin,
Könlümdən kədəri talan eylədi.
Vuruldum aprelin birinə, şair,
Gerçək ölümünü yalan
eylədi.
1 aprel 1981-ci il.
Dördlüklər
Dünyanı çiyninə alıbdı
qoca,-
Əsir yük altında zəif dizləri.
Sual işarəsi olubdu qoca,
Çoxlu nöqtələr tək
ayaq izləri...
* * *
Dörd
divar içində bəslənən hər gün
Qapqara bir daşdır, ürək deyildir.
Kim deyir, arabir tamaşa
üçün
Bu güniş üfüqlıər
gərək deyildir?
* * *
Qovaram qəlbimdən ağrılarımı,
Canımla, qanımla yaradaram mən.
Leysanda islanan misralarımı,
İsti şəfəqlərlə qurudaram
mən.
Dünya bu gün
Yenə
dinləyirəm son xəbərləri-
Fələstin övladı yurddan qaçaqdır.
Azadlıq altında gizlənənlərin
Arzusu, əməli
işğlaçılıqdır.
Oğrunun, əyrinin inadına
bax:
Başına tac qoyub xalqını soyur.
Bu dövrün, zamanın inadına bax,
Qara xəbərləri
Ağ evlər yayır.
Əzmini,
gücünü açıq
duyanlar,
Ölkədən-ölkəyə qovğa ələyir.
Mənliyi, varlığı bur heç olanlar,
Yüksək kürsülərdən çıxış
eyləyir.
Həyadan, abırdan qalmayıb
əsər:
Çoxu öz-özünü öyən
olubdur.
Üz-üzə gəlməkdən çəkinən
kəslər,
Efirdə döşünə döyən
olubdur.
Dalayır qəlbimi min fəğan,
min ah,
Silah yarışları
başlayır bu gün.
Xalqın
əlləriylə düzələn
silah,
Xalqın sinəsinə tuşlanır
bu gün.
Arzu istəyimi daş belə anlar,
Bütün varlıqlara qəlbim həyandır.
"İnsan hüququ"ndan çox danışanlar,
İnsan hüququnu tapdalayandır.
Qısqanıram mən
Hələ vərəq-vərəq oxunmamışam,
Gedişin-gəlişin oxunur sənin.
Bəyaz
əllərinə toxunmamışam,
Küləklər saçına toxunur sənin.
Otuzu adlayıb gözləmir yaşım,
Sonsuz həsrətindən
usanıram mən.
Zülmət gecələrə necə
tapşıram,
Səni gündüzlərə qsıqanıram
mən?!
Quşlar yuva qurar
Quruyub qalmışam çölün
düzündə,
Əsən küləklər də mənim yağımdı.
İki gün dustağam bu yer üzündə,
İkicə gün olur azadlığım
da.
Aydındır hər kəlmən
ay işığıtək,
Əsərəm yarpaqtək sözünün
üstə.
Aralı
düşərik iki günlüyə,-
Quşlar yuva qurar izinin
üstə.
Bermut üçbucağı
Arzular, əməllər gülə
bilməyir,
Dəhşətli fikirlə oyanır orda.
Əqrəblər yükünü çəkə
bilməyir,
Deyirlər, zaman da dayanır
orda.
Dünyaya bir ümman kədər ələdi,
İlan tək qıvrılıb çaldı dünyanı.
İnsan
vəhşiliyi azlıq
eylədi,
Qorxunc bir dəhşət də aldı dünyanı.
Qaranquş
Ağın başqa yanadı,
Bir yanadı
qaran, quş.
Mənə xoş xəbər
gətir
Qayçı quyruq qaranquş
Ağın da var, qaran da
Niyə yoxdur sarın, quş?
Baharlı sevincindən
Küləkləri yaran quş
Qismətin bahar olsun
Görməyəsən boran, qış
Yazdan mənə köynək biç,
Qayçı quyruq qaranquş.
Payız dördlükləri
Ümidim
bahara itməyibdi ki,
Ümidim qəlbimdə yaraqlanıbdı.
Hansı
rəssamınsa əsərindəki
Qadıntək ağaclar çılpaqlanıbdı.
* * *
Payızda bir ağac gülə bələnib,-
Gizlədə bilməyib bahar heyrətin.
Payız
yarpaqların məktub
eyləyib
Yazır ünvanına əbədiyyətin.
* * *
Bahar çiçəkləri fikirlərimdə,
Payızlı bir nəğmə dindirib məni.
Qızıl paqonları çiyinlərimdə,-
Payız
da rütbəyə mindirib məni...
* * *
Səmanı çiyninə görən
aldımı?
Ağaclar anteytək çılpaq yaşayır.
Küləklər tələsən poçtalyonumdu,
Payızdan bahara məktub daşıyır.
Qurban olum
(Azad nəvəmin
bir yaşına)
Süd qoxulu isti yumşaq
Yatağına qurban olum.
Təzə-təzə ayaq üstə
Durmağına qurban olum.
Gəl babanı salma dara
Ürəyinə vurma yara
Şirin-şirin xülyalara
Dalmağına qurban olum.
Ruhum uçdu, qəlbim güldü
Çox istəkli nəvəm gəldi.
Həftəsonu babangildə
Qalmağına qurban olum.
İzləyirəm izlərini,
Gəl qatlama dizlərini
Buta-buta
gözlərinin
Qapağına qurban olum.
Mələksifət, açıqalın,
Səni sevir, sağın, solun.
Ağlayanda dördkünc olan,
Dodağına qurban olum.
Düşmən çəpərinə daş atdın
Nəslin
başını ucaltdın
Azad babanı yaşatdın
Varlığına qurban olum.
Yerinə
yetsin diləyin
Şad olsun kövrək ürəyin
Səni
bizə bəxş eyləyən
Xaliqinə qurban olum.
* * *
SRRİ Yazıçılar
İttifaqının M.Qorki
adına Ədəbiyyat İnstitutunda
mənə dərs deyən Rus dili müəlliməm-Korneeva
İnna İllarionovnaya
böyük məhəbbətlə
həsr edirəm.
Gərək ürəyimi hər
kəsə açam,-
Bir ülvi
məxluqdan öyüd
alıram.
Otuzu adlayıb
Ötsə də yaşım,
Hər dəfə
yanında uşaq oluram.
Sənli
günlərimi duman-çən
almaz,
Ömrümün çiçəyi solmaz önündə.
Məndən küçələrdə
Dəcəli olmaz,
Məndən həlimi də olmaz önündə.
Min nöqsan görsən də, hər bir işimdə,
Çəkib qulağımı
Burmamısan heç.
Vaxt olub dərsinə gecikmişəm də
Qayıdıb üzümə
Vurmamısan heç...
Açıb qucağını Ana Vətən
də.
Qəlbim də qırılmaz inamdı mənim.
Mənə ikinci bir
Dil öyrədən də,
Deməli,
İkinci Anamdı mənim.
Gərək hər ağırıya-acıya
dözəm.
Böyükdür insanın
Səbri, deyirəm.
Bir rus qadınına
Anamdı,
desəm,
Çatlamaz Anamın qəbri,
deyirəm!..
Əlişad QARAQASIMLI.
ANA, SIZLADIM...
Sinəmin üstünə gərək
daş qoyum.
Bu dərdi mən
necə udum görəsən?!
Kimin dizlərinin üstə baş qoyum,
Kimin ətəyindən
tutum görəsən?
Gözümdə bir damla yaş
da qalmayıb.
Acı taleyimə,
ANA, sızladım.
Mənim
ki Analı günüm olmayıb,
Nə yaman, nə yaman Anasızladım!..
* * *
Tələbə dostum, tanınmış
şair Maarif Soltana həsr olunur
Gözünü, könlünü bulud
alsa da,
Özü bulud kimi boşalır,
dolur.
İlhamı arabir ayıq olsa da,
Çox zaman gözləri yuxulu olur.
Zamanın özüylə yarışan
kəsin
Yerişi-duruşu dağlardan ağır.
Yenilik eşqiylə alışan
kəsin
Əynindən-başından köhnəlik yağır.
Əsrin
tufanına sinə gərməyib
Süsəndən, sünbüldən ötür
sazında.
Hələ ilk kitabı işıq
görməyib
Yaşayır dahilik iddiasında.
Əyilir
köksünə fikirli
başı-
Sanki qurtaracaq kimisə,
dardan.
Çəkir imtahana dostu, yoldaşı
Özü iki alır imtahanlardan.
Onun bu gününə acıyıb halım:
Bükülür yumaqtək fikrə dalanda.
O qədər tənbəki
çəkir bu zalım,
Sinəsi
fit çalır nəfəs
alanda.
Atıb
bir tərəfə eşqi, ilhamı,
Bir az qulaq
asıb Haqqın səsinə:
İmkanım olsaydı, Maarif
Soltanı
Çəkərdim yoldaşlıq məhkəməsinə!..
Olaylar.- 2017.- 16-18 dekabr.- S.13.