Həyat müəllimim
ONUNLA ilk
qarşılaşdığım günü indiki kimi
xatırlayıram. Yay tətilində olmağımıza
baxmayaraq məktəbimizə yeni müdirin gələcəyi
xəbərini almışdıq.
Bu xəbər hər kəs kimi məni də həqiqətən
çox həyəcanlandırmışdı. Həm də səbirsizliklə
məktəbin açılmasını gözləyirdim. Dörd gözlə məktəbin
yeni müdirini görmək istəyirdim.
XXX
15.09.2013 ...
Artıq yeni bir dərs ilinə
başlamışdıq. Amma yeni müdirin kim olduğunu hələ bilmirdim. Pilləkənlərlə
yuxarıya doğru çıxırdım. Birdən ağ
saçlı, eynəkli bir adam gördüm. Bir anda ONUN yeni
müdirimiz olduğunu düşündüm. Amma tərəddüd
edirdim. Çünki adəti üzrə müdirin bir qədər
qızğın olduğuna alışmışdım.
Halbuki qarşılaşdığım adam qızğın
deyildi. Tam əksinə, düşünülməyəcək
qədər nəzakətli, gülərüzlü biri ilə
qarşı-qarşıyaydım .
Yaxınlaşıb yeni müdirimizi tanıyıb
tanımadığını soruşmaq istədim. Lakin sonra
bu düşüncəmdən daşındım. Üzündəki səmimi
gülümsəmə mənə bu sualı soruşmaqdan
çəkinmək üçün bir səbəb
olmadığını söylədi. Mən də "Salam" dedim.
Üzündəki
mehriban rəftarı heç dəyişmədi. Mehriban bir
gülümsəmə ilə:
-
"Salam" dedi.
-Liseyimizə
yeni gələn müdiri tanıyırsınızmı?
-Sən
tanıyırsan?
-Xeyr.
- O zaman
tanış ol. Mən ALİ DEVRIM. Liseyin yeni müdiriyəm.
-Mən də
5-B sinif şagirdi Füzuli İsmayılbəyli.
Fərqində
deyildim ki, bu dünyaya gələn ən yaxşı insanla
tanış oluram. Təbii ki də, gələcək günlərdə
bunun fərqinə varacaqdım. Artıq birinci rübün
sonları idi. Ali Hoca gəldiyi ilk gündən liseyiçox
gözəl idarə edirdi. Rüblük qiymətlərimizi
aldıqdan sonra Ali Hocanın yanına getdik. Niyyətimiz ONUNLA
bir şəkil çəkdirmək idi. Sanki niyyətimizi gzlərimizdən
anladı. Bir neçə saniyə
bizə baxdıqdan sonra köməkçisi Günel
xanıma səsləndi:
-Günel.
-Əfəndim.
-Bizim
şəklimizi çəkə bilərsənmi?
-Bəli.
Günel
xanımın çəkdiyi bu şəkil bizim o
böyük insanla tarixə düşdüyümüz ilk fotoşəkil idi. Yenə ilk
rübün qiymətlərini əks etdirən nəticələri
almışıq. Amma Ali Hocamsız. ONUNLA yeni bir şəkil
çəkdirmədən. Nə qədər acı,
arzulamayacaq bir hal, deyilmi?
XXX
Ali
Hocanın bir adəti vardı. Hər tənəffüs
zamanı bir-bir sinifləri gəzərdi. Bizim sinifə daxil
olarkən mənimlə hər zamankı kimi qısa bir dialoqu
olardı:
-Füzuli,
səni məktəbdən atımmı?
-Xeyr,
Hocan.
-O zaman mən
gedim?
-Təbii
ki, xeyr Hocam.
-Yox. Elə
ola bilməz. Bu məktəbdən ya sən gedəcəksən,
ya da mən. Bu cümləni söylədikdən sonra səmimi
gülümsəməklə digər siniflərə doğru
yavaş bir şəkildə addım-addım gedərdi. Bu
qısa yol zamanı Ali Hoca heç tək olmazdı. Hər
zaman onun arxasınca böyükdən kiçiyə doğru
uşaqlar hərəkət edərdi.
Ali Hoca ən
böyük türkçü olmaqla bərabər,
uşaqların da bu ruhda böyüməsinə, bizlərin
Türk millətinin gələcəyinə xeyir verəcək
biri olmağımıza çalışırdı. İmkan
yarandıqca bizlərin Türk böyüklüyünü,
gücünü göstərən mərasimlərə,
yığıncaqlara qoşulması vasitəçi
olurdu. Yenə birinci
rübün tətil günlərini yaşayırdıq. Ali
Hoca social mediadan mənə bir mesaj göndərdi. Mesajda eynilə
belə yazılırdı:
-Füzuli,
Türkiyəyə getmək istəyirsənmi?
Bu mesaj
qarşısında heyrətlənmişdim. Çünki
Türkiyəyə getmək mənim ən böyük xəyalım
idi. Sevincimin həddi-hüdudu yox idi. Ali Hocanın mesajına
qarşılıq olaraq:
-Bəli.
Həm də çox istəyirəm.
Mesaja
cavab olaraq Ali Hoca heç bir şey yazmadı. Tətildən
qayıtdıqdan sonra ilk işim Ali Hocayla bu mövzu
haqqında danışmaq idi. Həmən ONUN yanına getdim.
Qapını yavaş bir şəkildə "tak-tak" deyə
döydüm. Içəridən gələn bir səs:
-Gəl.
-Hocam,
Salam. Mən sizinlə Türkiyə mövzusu haqqında
danışmaq istəyirdim.
-Füzüli,
bu il Çanaqqalaya bir səfər təşkil olunacaq. Mən
sizin sinifdən 2 adamın orada olmasını istəyirəm.
Onlardan biri də sənsən.
Heyrətdən donub qalmışdılm. Qardaş ölkəyə ilk səfərim
tarixi bir hadisəyə, Çanaqqala savaşının 100
illiyinə təsadüf edirdi.
Bu öz-özlüyündə Ali Hocamızın
Türk dünyasına, onun tarixi, keçmişinə nə
qədər dəyər verdiyi, onun bizlər tərəfindən
dərindən öyrənilməsinə əmək sərf
etdiyinin göstəricisi idi. Ali Hoca böyük ustadı,
Türk Dünyasının sevdalısı, liseyimizin, Türk
Dünyası Araşdırmalar Vəqfinin qurucusu mərhum
Turan Yazganın yolunu uğurla davam etdirirdi.
Ali
Hocanın liseyimizə verdiyi faydalar artıq tam ortada idi. Onun
gördüyü işlər bir məktəbi idarə edə
biləcək ən yaxşı insan olduğunun açıq
isbatı idi. Hər kəs yay tətilində idi. Kimisi kəndə
getmiş, kimisi tətil üçün ölkədən kənara
üz tutmuşdu. Amma Ali Hoca tətildə belə məktəbdə
qalmışdı. O, bizim daha yaxşı şərtlərdə
oxuya bilməmiz üçün liseyimizi yay boyunca təmir
etdirdi. Gecə-gündüz məktəbdə ustalarla birlikdə oldu, onlarla birgə
çalışdı. Heç yorulmadı, usanmadı. Nədən ki, Ali Devrim Turan Yazgan
Hocamızdan dərs almışdı, ONUN yolunda və izində,
Türk Dünyası üçün ən yaxşı gələcək
yetişdirmək arzusundaydı. O, Turan Yazgan yoluna sadiq, onun
düşüncələrinin daşıyıcısı
idi. Bizlərə çox güvənirdi, bizə çox
önəm verirdi. Biz uşaqları bu ölkənin gələcəyi
olaraq görürdü. Bunu hər cümləsində
söyləyir, hər addımda təsdiqləyirdi.
XXX
2016-cı
tədris ilində bir az rahatsızlanmışdı. Bu səbəbdən
O, Türkiyəyə getməli oldu. Bu dövrlərdə
lisey çox durğun idi. Ali Hoca olmadığı zaman heç
kimin sevinci yerində olmazdı. Beləcə təxminən
bir ay yarım zaman keçdi. Hər kəs ONUN
üçün darıxırdı. Nəhayət bir gün
Ali Hocanın geri dönəcəyi xəbərini aldıq. Həddən
artıq sevinirdik. Amma kaş ki, heç geri dönməsəydi.
Kaş Ali Hoca həmişə Türkiyədə qalar, amma
yaşardı. Həkimlərin tövsiyyəsinə qulaq
asmadan yenə bir səfərə çıxdı. Amma
çox təəssüf ki, bu səfər uzun, heç sonu
görünməyən bir səfər oldu. Azərbaycanda
yarımçıq qalan işlərini tamamlamaq
üçün yenidən Bakıya geri döndü, amma bu dəfə
yarı qalmış işləri deyil, həyatını,
yaşamını tamamladı. Əslində bunun özü də
Ali Hocamızın Azerbaycana, bizə nə qədər
böyük dəyər, əhəmiyyət verdiyinin
göstericisi idi. Tarix təkrar olunmuşdu. Necə ki, Azərbaycan
Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə,
XX əsrin ortalarında, 1955.-ci ildə qardaş ölkəmizin
baş şəhəri Ankarada gözlərini əbədi
olaraq yumdu, eynilə Ali Devrim Hocamız da XXI əsrin əvvəllərində,
2016-cı ilin noyabr ayında canından çox sevdiyi Azərbaycanda
əbədiyyətə qovuşdu.
XXX
Noyabr
ayının 16-da, səhərı acı bir xəbərlə
açdıq. Ali Hoca bu həyata gözlərini
yummuşdu. Bu xəbərə
inanmırdım. Daha doğrusu inanmaq istəmirdim. Onun
aramızdan ayrılmasının hər kəs
üçün pis olacağını bilirdim. Heç
ağlımın ucundan belə keçməzdi ki, Ali Hocanın mənə "bu məktəbdən
ya sən gedəcəksən, ya da mən" ifadəsi
günün birində gerçək olacaq. Beləliklə,
Ali Hoca nə qərdər acı da olsa özünün getməsinin
seçimini etdi. Həm də arxasından çox
böyük bir miras buraxaraq getdi. Hocam, kaş getməsəydiniz. Məni başqa bir məktəbə
atsaydınız, amma SİZ getməsəydiniz. Bizlərin hələ
də SİZƏ çox böyük ehtiyacı var. Nədən
ki, Sizin görəcəyiniz hələ çox işlər
var idi. Bu dünya üçün, bizlər üçün
etdiklərinin qarşılığı bu idimi?
XXX
Həyat davam edər, bir müəllim gedər,
yerinə başqası gələr. Adətən gedenlər bir müddət
sonra unudular. Amma Ali Hoca unudulan müəllimlərdən
deyildi. Çünki ONUN yerinə başqa bir müəllim gələ
bilməyəcək. Kimsə onun yerini tuta bilməyəcək.
Ali Hocanın aramızdan ayrılmasından bir neçə ay
keçsə də, yenə ONUN astaca sinif qapısını
açmasını, şagirlərlə qısa bir dialoq etməsini
səbrsizliklə gözləyirik. Hər an sinif qapısı
açıldıgında Ali Hocanın sınfə daxil
olacağını düşünürük. Amma
yanılırıq. Qapı açılır, amma o
qapını açan təəssüf ki, Ali Hoca deyil.
Əli Hoca cismən aramızdan ayrılsa da, O, həmişə
bizim qəlbimizdə yaşayacaq. Çünki O, böyük
insane bizim hər birimizin Həyat Müəllimi idi. Bizə bu
həyatı, onunla mübarizəni, yaşamağı,
yaşatmağı öyrətdi. O səbəbdən
heç bir zaman Ali Hocanın bizim üçün etdiklərini
unutmayacağıq. Unutmağa da haqqımız yoxdur.
Məkanınız
cənnət olsun Hocam.
Füzuli İsmayılbəyli
Türk Dünyası
Araşdırmaları Vəqfi,
Bakı Atatürk Liseyi, 8-B sinif
şagirdi
Olaylar.- 2017.- 1
fevral.- S.10.