Azərbaycan Milli Tarix
Muzeyində bir gün
Azərbaycan Milli Tarix Muzeyi
Azərbaycan tarixinin cəm olduğu bir dünyadı. Burada biz Azıx mağarasında 300 - 400 min il bundan əvvəl
yaşamış insanın
alt çənə sümüyündən
tutmuş tariximizi müxtəlif illərdə
əks etdirən ekspanatlara şahid olduq.
Qədim
tarixə malik ekspanatların qorunması,
müasir dövrümüzə
qədər saxlanılması
barədə bizi Milli Azərbaycan
Tarix Muzeyinin Etnoqrafiya şöbəsinin
müdiri, tarix üzrə fəlsəfə
doktoru Gülüzadə Abdulova məlumatlandırdı.
İlk olaraq, Azərbaycan Mili Tarix muzeyinindəki ekspanatlarla, onların necə qorunması ilə maraqlandıq. Gülüzadə
xanım qeyd etdi ki, muzeydə
üç yüz mindən çox ekspanat var. Bunlar əsasən bir neçə fondda toplanıb. Muzeyin əsas fondları, ən böyük ekspanatlar olan fondlarıdı: arxielogiya, etnoqrafiya, numizmatika.
Arxiologiya
fondunda
150.000 qədər, nuizmatika
bölməsində 100.000 qədər,
etnoqrafiya fondunda isə 10.000 qədər materiallar var. Digər fondlar silahlar və bayraqlar fondu, hədiyyələr və
xatirə əşyaları
fondu, xüsusi fond(burada ən qiymətli materiallar saxlanılır), sənətli
mənbələr fondu,
təsviri- incəsənət
fondu və yardımçı materiallar
fondu, faleristika və qliktika fondu var ki,
burada medallar, kağız pullar, markalar qorunub, saxlanılır.
Materiallar əsasən fondlarda qorunur. Ekspazisiya mövzularına
uyğun olaraq xüsusi vitrinlərdə,
təhlükəsizlik cihazlarının
vaistəsilə xüsusi
qorunur və nümayiş olunur. Materialların qorunmasının digər üsulu isə onların restabrasiyası və bərpası yollarıdı.
Muzeydə bu
üsulu həyata keçirən xüsusi labaratoriya fəaliyyət göstərir. Elmi - bərpa labaratoriyası adlanan bu labaratoriyada
ağac, saxsı, kağız, toxuculuq, şüşə materiallarından
olan ekspanatlar zaman - zaman yenidən
bərpa olunur.
Labaratoriyamızda bu sahə üzrə
xüsusi ixtisaslaşmış
mütəxəssislər fəaliyyət
göstərir. Onlar sıradan çıxan
materialları yenidən
bəpa edib, həyata qaytarırlar.
Bu mövzuda bizim
tez -tez konfranslarımız, sərgilərimiz
olur. Muzeydə əşyaları
daha da uzunömürlü
olması üçün
xarici mütəxəssislərin
biliklərindən bərələnirik.
Onları tez - tez muzeyimizə dəvət edirik. Mtəxəssislər öz təcrübələrini
restabrasiya labaratoriyasında
çalışan əməkdaşlarımızla
bölüşürlər.
Eyni zamanda fondda materiallın çeşidləri
çox olduğundan bölmələrə
ayrılır. Etnoqrafiya
fondunun materialları
4 xüsusi otaqda saxlanılır: Metal məmulatları,
xalça və xalça məmulatları,
geyimlər və müxtəlif
məişət əşyaları xüsusi otaqda saxlanılır. 10 minə qədər
materialın böyük
əksəriyyətini toxuculuq
məmulatları təşkil
edir.
Gülüzadə xanım toxuculuq məmulatlarınına tərkibnə
700 dən çox xalça və xalça məmulatları,
böyük qismini isə geyimlər təşkil etdiyini vurğuladı. Azərbaycanın maddi mədəniyyətinin
ən böyük göstəricisi olan geyimlər fondun əsas materiallarını
təşkil edir.
Digər muzeylərdən
fərqli olaraq ən qədim və çox çeşidli geyimlər
Azərbycan Mili Tarix Muzeyində toplanıb. Buna da
səbəb muzeyimizn qədim tarixə malik olmasıdı.
Muzeyin ziyarətçilərinin
əsasən hansı
yaş qrupuna aid olduqları ilə maraqlandıqda Gülüzadə
xanım qeyd etdi ki, bütün
sosial təbəqəyə
və yaş kateqoriyasına məxsus vətəndaşlar muzeyi
vaxtaşırı ziyarət
edirlər. Bəzən, baxçadan uşaqları
muzeyə ekskursiyaya gətirirlər. Məktəblilərin muzeyi ziyarət etməsinə də rəhbərlik tərəfindən
şərait yaradılır.
Məktəblərə 50 faiz
endirim etməklə onların muzeyimizlə tanış olmalarına imkan yaradırıq. Bununla əlaqədar bir
neçə məktəblə
müqaviləmiz var.
Həmçinin muzeydə "Açıq
qapı" günləri
təşkil olunur. Hansısa
şirkətlərin himayədarlığı
ilə pulsuz günlərimiz olur.Digər
günlərə nisbətən həmin günlərdə də muzeyi ziyarət edənlər çox olur.
Tez - tez muzeyimizdə
tələbə və
məktəblilər üçün
dərslər, müxtəlif
müsabiqə, əlamətdar
günlərə aid gecələr
təşkil olunur.
Daha sonra Gülüzadə xanım
əcnəbilərin də
Azərbaycan tarxinə,
dəyərlərinə biganə
olmadıqlarını qeyd
etdi.
Ziyarətçilərin diqqətini hansı
ekspanatların
çəkdiyi ilə
maraqlandıq.
Məlum oldu ki, muzeyi ziyarət
edənlər ən çox toxuculuq məhsulları, geyimlər,
bəzək əşyaları,
toxuculuq məmulatarı,
tikmə nümunələri,
arxeoloji materiallar il maraqlanırlar.
Qeyd edək ki, Azıx
mağarasında tapılan
qadının alt çənə
sümüyü Azərbaycan
Milli Tarix muzeyində qorunur.
Vətəndaşlardan muzeyə tarixi əşya hədiyyə edib - etmədiklərini soruşduqda, Gülüzadə
xanım qeyd etdi ki, dünyagörünüşü
çox olan insanlar öz ailələrinə məxus
qədim əşyaların
ən etibarlı və sağlam şəkildə qoruma yerin təbii ki, muzey olduğun
əmindilər. Bəziləri qədim əşyaları
muzeyə satır.
Bununla muzeyin satınalma komissiyası məşğul
olur. Komissiya əşyaya qiymət
qoyur və vətəndaşla müqavilə
imzalanır.
"Xüsusi olaraq
qeyd edim ki, Xurşudbanu Nətavanın nəslindən
olan Novruz Novruzov Natavanın öz əli lə əmisqızına
tikib, bağışladığı
köynəyi muzeyə
hədiyyə elədi. Hal - hazırda həmin köynək muzeyin fondunda qorunur" - deyə Gülüzadə
xanım vurğuladı.
Muzeydə ən qədim və ən gənc əşya ilə maraqlandıq. Gülüzadə
xanım ən qədim əşyanın geoloji
dövrlərə aid olan qədim əşya ağac qalıntısı, fil sümüyü və gərgədan başı
olduğunu söylədi.
Ekspanat kimi isə 350 min il yaşı
olan Azıxantropun alt çənə sümüyünü
muzeyin ən qədim eksoanatı hesab edildiyini vurğuladı. "Ən gənc ekspanatımız isə rəsm əsərləridi.
Bu əsərlərdə müxtəlif dövrülər,
həmin dövrlərdə
yaşamış şəxslərin
portretləri də
var. Hal - hazırda müasir
xalçaçılıq, zərgərlik nümunələrini
almağı planlaşdırırıq.
Gələcək nəsillər
indiki dövrdə hansı
incəsənət nümunələrinin
olmasını xəbərdar
etməyə çalışırıq".
Qeyd edək ki, muzeyin
facebook sosial şəbəkəsində səhifəsi
var. Muzeydəki yeniliklərlə,
ekspanatlarla, tədbirlərlə
tanış olmaq istəyən şəxslər Tradition of Azerbaijan səhifəsindən məlumatlana
bilərlər.
Olaylar.- 2017.- 3 fevral.- S.12.