Azərbaycanda KİV-in fəaliyyəti
müasir
dövrün tələblərinə cavab verir
Media informasiya əlçatanlığını
təmin edir
Azərbaycanda söz və mətbuat
azadlığının təminatı istiqamətində
xeyli işlər görülüb desək, heç də
fikrimizdə yanılmarıq. Məhz görülən işlərin
nəticəsidir ki, hazrda ölkədə müasir
dünyanın vacib elementlərindən olan azad mətbiat və
internet mövcuddur. Sevindirici haldır ki, ölkə əhalisinin
75 faizi internet istifadəçisidir. Hətta respublikanın
ucqar bölgələrində belə vətəndaşlar
rahat şəkildə internet xidmətilərindən yararlana
bilirlər. İnternet istifadəçisi olmaq isə o deməkdir
ki, hər bir vətəndaş öz fikrini və
düşündüyünü azad və rahat şəkildə
ifadə edə bilir. Ancaq, bu heç də o anlama gəlmir
ki, media və internet istifadəçiləri
yaradılmış şəraitdən sui-istifadə
hallarına yol versinlər.
Məlumdur ki, Azərbaycan demokratik ölkə
olduğundan bu məmləkətdə istənilən sahədə
yaranan münasibətlər qanunla tənzimlənir. Ölkədə
hüquqi dövlət prosesi həyata keçirilir. Bunun bariz nümunəsi olaraq bu günlərdə
qanunvericilik təşəbbüsçüsü kimi Baş
Prokurorluqdan Milli Məclisə daxil olan sənədi göstərmək
olar. Sənəddə belə bir məsələ
əksini tapmışdı ki, internet istifadəçiləri
bu sahəyə hüquq çərçivəsində
davranmalıdırlar. Sosial şəbəkədə
vətəndaşların şəxsiyyətinə və
işgüzar nüfuzuna toxuna biləcək ifadələrə
icazə verilmir. Yəni heç bir halda
şəxsiyyətin təhqirinə yol verilməməlidir.
Bu isə bir daha onu deməyə əsas verir ki,
bütövlükdə Azərbaycan demokratik inkişaf yolunda
addımladığından söz və fikir
azadlığının ifadı tərzini də qanunla tənzimləyir.
"Konstitusiya"
Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev
bildirib ki, ilk ölkədə hüquqi dövlətin və vətəndaş
cəmiyyətinin, eləcə də kütləvi informasiya
vasitələrinin fəaliyyətinin hüququ bazası
yaradılıb: "Bu özünü ilk növbədə
Konstitusiyada ifadə edir. Burada hüquqi dövlət
quruculuğu, insanların hüquq və azadlıqları öz
əksini tapıb. Konstitusion hüquq bazanın əsasında
qanunvericilik bazası yaradılıb: "Eyni zamanda, Azərbaycanda
hakimiyyət bölgüsünün müəyyən edilməsi,
vətəndaş cəmiyyəti institutunun inkişafı ilə
bağlı instusional təsisatların yaradılması və
bu sahədə inkişafı tənzimləyəcək sənədlərin
qəbul edilməsini, kütləvi informasiya vasitələri
haqqında müvafiq qanunvericilik bazasının demokratik
prinsiplərə uyğun olaraq bərqərar edilməsini
vurğulamaq yerinə düşərdi. Xüsusi
ilə KİV-in qeydiyyata alınması məsələsini qeyd
edək istəyirəm. Belə ki,
müvafiq quruma məlumat verməklə KİV-in fəaliyyətə
başlaması mümkündür. Əksər
inkişaf etmiş ölkələrdə heç belə bir
yanaşma yoxdur. KİV-ə dövlət
dəstəyi ilə bağlı məsələni də qeyd
etməyi unutmamaq lazımdır". Onun sözlərinə
görə, Azərbaycanda plüralizmin təmin edilməsi ilə
bağlı çoxpartiyalı sistemin və üç pilləli
məhkəmə sisteminin yaradılması, konstitusiyaya nəzarəti
həyata keçirilən Konstitusiya Məhkəməsinin
mövcudluğu, inzibati icraat haqqında qanunvericiliyin qəbul
edilməsi, dərin sosial müdafiə sisteminin
yaradılması hüquqi dövlət və vətəndaş
cəmiyyətinin inkişafına yönələn
addımlardır: "Bu proses bitkin proses yox, davam edən
prosesdir. 25 illik Azərbaycan dövlət
müstəqilliyinin inkişafına baxsaq, biz bunu hər
addımda görə bilərik. Bütövlükdə
dəyişən mənzərə-huquqi, siyasi, iqtisadi və
etibarlı sosial müdafiə sisteminin qurulması hüquqi
dövlət və vətəndaş cəmiyyəti
quruculuğuna yönələn addımlardır. Bu
proses daima təkmilləşir. Çünki
güclü dövlət güclü vətəndaş cəmiyyətinin
mövcud olduğu yerdə olur. Demokratik
prinsiplərin tam həyata keçirildiyi və sabitliyin davam
etdiyi bir cəmiyyətdə islahatlar müsbət nəticə
verə bilir. Əlbəttə, bu istiqamətdə
müəyyən qüsurlar var ki, bu da təbiidir. İş varsa, qüsur da olacaq. Əsas
məsələ problemləri bilmək, bunu aradan
qaldırmaqla bağlı siyasi iradənin olmasını
görməkdir. Heç kimin şübhəsi
olmasın ki, Azərbaycanda söz və mətbuat
azadlığı ilə bağlı siyasi iradə vardır.
Odur ki, Azərbaycanda hüquqi dövlət
quruculuğunun və vətəndaş cəmiyyətinin
inkişafına yönələn fəaliyyətin davam
etdirildiyinin şahidiyik. Elə bu günlərdə
iqtisadi inkişafla bağlı strateji yol xəritəsinin təsdiq
edilməsi də məhz hüquqi dövlət quruculuğunun
gücləndirilməsinə, hüquqi bazanın genişləndirilməsinə
xidmət edir. Çünki bir çox məsələlərin
həlli iqtisadi inkişafdan keçir. Vətəndaşların
social rifahının təmin edilməsi hüquqi dövlətin
inkişafı üçün vacib elementdir. Hesab edirəm ki, indinin özündə də
ölkədə etibarlı sistem qurulmaqda davam edir, bu sistemin
inkişafı istiqamətində davamlı addımlar
atılır. Bütün bu qeyd olunanlardan
belə nəticəyə gəlmək olar ki, müstəqil
kütləvi informasiya vasitələrinin yaranması,
qeyri-hökumət təşkilatlarının əmələ
gəlməsi və güclənməsi demokratiyanın səviyyəsi
ilə düz mütənasibdir. Demokratiya
inkişaf etdikcə, mətbuat da, QHT sektoru da inkişaf edir.
Demokratiyanın olmadığı yerdə isə
nə vətəndaş cəmiyyətindən, nə də
onun əsas atributu olan qeyri-hökumət təşkilatları,
nə də kütləvi informasiya vasitələrindən
söhbət gedə bilməz". Onun sözlərinə
görə, hələ 2008-ci il avqustun
31-də Azərbaycan Respublikasının Prezidenti "Azərbaycan
Respublikasında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi
Konsepsiyası"nın təsdiq olunması haqqında Sərəncam
imzalayıb. Məhz bu Konsepsiya nəticə etibarilə
mətbuatın həyatına tamamilə yenilik gətirib.
Çünki, sənədin əsas məqsədi dövlət
üçün prioritet təşkil edən məsələlərdə
onların potensialından səmərəli istifadə etmək,
söz və mətbuat azadlığı, fikir plüralizmini
inkişaf etdirmək, dövlət orqanları ilə KİV
arasında əməkdaşlığı gücləndirmək,
KİV-in fəaliyyətini təkmilləşdirmək və
müasir dövrün tələblərinə
uyğunlaşdırmaqdır: "Mətbuatın
inkişafına dövlət dəstəyi
konsepsiyasını hazırlayan işçi qrupun üzvü
kimi deyə bilrəm ki, konsepsiyada KİV-ə iqtisadi dəstək
mexanizmini təkmilləşdirmək, jurnalistlərin sosial
müdafiəsini gücləndirmək, onların peşəkarlığı
və məsuliyyətinin artırılmasına şərait
yaratmaq kimi məsələlər də əksini tapıb. Konsepsiyada prioritet istiqamətlər dəqiliyi ilə
müəyyənləşdirilib. Bu istiqamətlərdən
biri qanunvericiliyin təkmilləşdirilməsidir. Yəni burda KİV orqanlarının vergi
yükünün azaldılması, ödəmələrin səviyyəsinin
azaldılması məsələsi, eyni zamanda,
informasiyanın əldə edilməsi imkanlarının daha da
genişləndirilməsi məsələsi mövcuddur.
Reklam bazarının genişləndirilməsi
üçün "Reklam haqqında" Qanuna əlavə və
dəyişikliklər edilməsi əsas şərtlərdən
hesab olunur. Digər tərəfdən, KİV-in
maddi-texniki bazasının möhkəmləndirilməsi,
peşəkarlığın artırılması, dövlətin
prioritet hesab etdiyi proqram və layihələrin maliyyələşdirilməsi,
KİV-in idarə edilməsində menecer işinin təkmilləşdirilməsi
məqsədilə KİV-ə yardım fondunun
yaradılması sənəddə əksini
tapmışdı. Artıq ölkədə
neçə illərdir ki, Azərbaycanda Küləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondu uğurla fəaliyyət göstərir.
Başqa bir istiqamət KİV-in fəaliyyətinin
təkmilləşdirilməsi üçün beynəlxalq təcrübənin
öyrənilməsi və tətbiqi, eyni zamanda, KİV-lə
beynəlxalq təşkilatlar arasında əməkdaşlığın
daha da genişləndirilməsi əsini tapıb. Həmçinin, mətbuat yayımının
inkişaf etdirilməsi və jurnalistlərin sosial müdafiəsinin
gücləndirilməsi məqsədilə proqramların qəbul
edilməsi nəzərdə tutulub". Məlum
olduğu kimi, Açıq Hökumət prinsiplərinin tətbiqinin
genişləndirilməsi, korrupsiyanın
qarşısının alınması üzrə yeni mexanizmlərin
tətbiqi, vətəndaş cəmiyyəti
institutlarının fəaliyyətinin və ictimai nəzarətin
gücləndirilməsi istiqamətində tədbirlərin
genişləndirilməsi məqsədilə Azərbaycan
Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı
ilə növbəti "Açıq hökumətin təşviqinə
dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət
Planı" qəbul edilib. Bu plandan irəli gələn
vəzifələrin daha yüksək səviyyədə icra
edilməsi üçün QHT-media əməkdaşlığı
da qaçılmazdır. Bəs bu gün
Azərbaycanda Açıq Hökumətin təşviqində
medianın rolu danılmazdır. Ə.Nuriyev
qeyd edib ki, Açıq Hökumət təşəbbüsünə
Azərbaycan 2011-ci ildə qoşulub. Bu təşəbbüsün
əsas elementlərindən biri mediadır. Belə ki, media Açıq Hökumət məsələsində
görülən işlərin çatdırılmasında,
təşəbbüslərin dəstəklənməsində
özünəməxsus yer alır. Açıq
Hökumətin ən mühüm prinsiplərindən biri
informasiya əlçatanlığının təmin edilməsidir
ki, bu istiqamətdə də KİV-lərin üzərinə
böyük yük düşür: "İnformasiyanın əlçatanlığı
hər bir cəmiyyətdə inkişafın zəruri elementlərindəndir.
Xüsusən də vətəndaşların
onları idarə edən hökumətin, dövlət
orqanlarının fəaliyyəti barədə məlumatlı
olması həm şəffaflığın təmin edilməsi,
həm də problemlərə daha adekvat reaksiya verilməsi
üçün çox vacibdir. Bu məsələlərdə
KİV-in xüsusi rola malik olduğu hamıya bəllidir.
Media bu məsələri aktullaşdırmaqda,
təşviq etməkdə vətəndaş cəmiyyətinə
böyük töhfələr verir. Eyni
zamanda, KİV-in bu fəaliyyəti islahatlar üçün
ictimai etimad mühitinin yaradılmasına xidmət edir".
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2017.- 4-6 fevral.- S.15.