Kütləvi informasiya
vasitələrinin
azad fəaliyyəti və
inkişafı üçün
bütün zəruri şərtlər mövcuddur
Əhməd Şahidov: "Sərbəst şəkildə
fikir demək, hadisələrə
münasibət bildirmək üçün
qeyri-məhdud imkanlar var"
Müstəqillik
illərindən sonra hər bir sahədə olduğu kimi mətbuat sahəsində də ciddi nailiyyətlər əldə edildi, ölkədə söz
və mətbuat azadlığının təmin edilməsi
istiqamətində məqsədyönlü tədbirlər həyata
keçirildi. Xüsusilə, ümummilli
lider Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra media sahəsində bir canlanma yarandı, mətbuata olan
dövlət qayğısı daha da artdı. Əsası ümummilli
lider Heydər Əliyev tərəfindən
qoyulan bu qayğı bu gün də cənab Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilir.
Məhz dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün ölkəmiz söz və məlumat azadlığının, plüralizmin təmin olunması baxımından regionun, eləcə də dünyanın ən qabaqcıl ölkələrindən biri sayılır. Elə Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun (ADİHİ) rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidovla söhbətimiz də məhz bu istiqamətdə oldu. "OLAYLAR"-a verdiyi müsahibədə ADİHİ rəhbəri hazırda media sahəsində mövcud olan vəziyyət barədə də danıpşıb.
- Əhməd bəy,
günümüzdə Azərbaycan mediası, kütləvi informasiya vasitələrinin durumunu
necə qiymətləndirərdiniz?
Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün bütün zəruri şərtlər mövcuddur. Kütləvi informasiya vasitələrində sərbəst şəkildə fikir demək, hadisələrə münasibət bildirmək üçün qeyri-məhdud imkanlar var. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Konstitusiyasında informasiya azadlığı və onun təmin olunması dövlətimizin ali məqsədlərindən biri kimi təsbit edilib. Fikir və söz azadlığı məlumat azadlığı ilə üzvi surətdə bağlıdır. Məlumat azadlığının tərkib hissəsi isə informasiya əldə etmək hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində ölkə vətəndaşlarının söz, məlumat toplamaq, öz rəyini sərbəst ifadə etmək hüquqları təsbit olunub. "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycanda kütləvi informasiya vasitələri azaddır. Bu azadlıq ölkə vətəndaşlarının qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən verilən təminata əsaslanır. Qüvvədə olan qanuna əsasən, kütləvi informasiya vasitələrinin təsis olunması, onlara sahiblik, idarə edilməsi, onlardan istifadə qanunvericililkdə nəzərdə tutulan hallar istisna olmaqla məhdudlaşdırıla bilməz.
-Ölkədə
söz, məlumat və ifadə
azadlığı, plüralizmin təmin
olunması hansı səviyyədədir?
-Müasir demokratik cəmiyyətin əsasını təşkil edən fikir, söz və məlumat azadlığı anlayışları ilə yanaşı, plüralizm məfhumu da inkişafa və təkmilləşməyə gedən istiqamətləri müəyyənləşdirməyə kömək edir. Vətəndaş cəmiyyətinin əsas prinsiplərindən olan plüralizm bir-birindən düşüncə tərzinə, mövqeyinə, yanaşmasına və davranış üslubuna görə fərqlənən fərdlərin bir araya gələ bilməsini əks etdirir. Demokratik, hüquqi dövlət olan Azərbaycanda cəmiyyətin hərtərəfli inkişafı üçün əsas elementlərdən olan fikir və söz azadlığı tam təmin edilir. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində təsbit olunub. Müasir demokratik sistemin beşiyi hesab olunan Avropada bəhs etdiyimiz mövzuya münasibətin təhlili də maraq doğurur. Fikir və söz azadlığına, plüralizm anlayışına hüquqi və siyasi mahiyyət bəxş edən Avropa institutlarında mövcud yanaşmalar müvafiq sahələrin əslində dövlət quruculuğu, vətəndaş cəmiyyəti, ölkə rəhbərliyi ilə xalq arasındakı münasibətlərə necə böyük təsir qüvvəsi olduğunu göstərir. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində qeyd olunduğu kimi, hər kəsin ifadə və məlumat əldə etmək azadlığı var. Bu yanaşma ənənəvi mediadan müasir mediaya keçid dövründə daha da təkmilləşərək, yeni elementlər ehtiva edərək öz mahiyyətini saxlayıb. Xüsusilə internetdə məlumat azadlığı hüququnun tanınması olduqca aktualdır. BMT artıq bu gün "Internet Access" (internetin əlçatımlılığı) anlayışını insan hüquqlarının ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirir. Lakin internetdə informasiya azadlığı adı altında bütün məlumatların xaotik şəkildə ictimaiyyətə təqdim olunması yolverilməzdir və burada müəyyən bir tənzimlənmə, bəzi məhdudiyyətlər də tələb olunur. Bu baxımdan İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulan "məhdudiyyətlər, şərtlər və rəsmiyyətlər" internetdə informasiya azadlığına da tətbiq oluna bilər. Avropa Şurasının internetdə kommunikasiya azadlığı Bəyannaməsində bu məsələ dəqiq vurğulanıb. Belə ki, sənəddə dövlət tərəfindən internetdə ictimaiyyətin informasiya əldə etmək hüququna müəyyən məhdudiyyətlərin qoyulmasının və ya filtr sisteminin tətbiqinin mümkünlüyü qeyd olunur. Müvafiq məsələ Azərbaycan qanunvericviliyində də öz əksini tapıb. Açıq şəkildə deyə bilərik ki, bu gün Azərbaycanda internet azadlığı mövcuddur. İnternet bu gün təkcə informasiya mübadiləsi məkanı deyil, həmçinin dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələri əhatə edən, yeni dəyərlər yaradan mühitdir. İnsan azadlıqlarının qorunması müasir internet şəbəkəsinin vacib fəaliyyət istiqamətlərindən biridir. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığı, sosial şəbəkələrin genişlənməsi, hökumətin açıq və şəffaf fəaliyyətinin təmin olunması, vətəndaşların idarəçilik proseslərinə cəlb edilməsi qlobal şəbəkənin insanlara verdiyi yeni imkanlardır. Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının və internetin inkişafına xüsusi diqqət yetirilir. Bu gün Azərbaycan əhalisinin böyük əksəriyyəti internet istifadəçisidir və bu göstəricilərinə görə, ölkəmiz dünya liderlərindən sayılır. Təqdirəlayiq haldır ki, Azərbaycanda internet azadlığı mövcuddur. Ölkəmizdə internet-radio və internet-televiziya proqramları, elektron qəzet və jurnallar, xarici və daxili sosial şəbəkələr geniş yayılmışdır. Minlərlə bloqqer Azərbaycanın internet məkanında sərbəst fəaliyyət göstərir.
- Sizcə, bəzi
hallarda KİV-lər ölkədə söz və məlumat
azadlığının mövcudluğundan
sui-istifadə etmirlərmi?
Əlbəttə, bu kimi hallara
rast gəlinir. Jurnalist olmaq
heç kimə müstəsna hüquqlar və digər vətəndaşlarla müqayisədə
üstün səlahiyyətlər
vermir. Jurnalistika fəaliyyəti ilə
məşğul olan hər kəs yaşadığı və
fəaliyyət göstərdiyi
ölkənin qanunlarına
riayət etməyə
borcludur. 1993-cü ilədək baş verənləri nəzərə
almasaq, indiyədək
Azərbaycanda peşə
qanunvericiliyinə əməl
edən heç bir jurnalistə təzyiq olunmayıb.
Lakin təəssüflə
qeyd etməliyik ki, bu gün
özünü jurnalist
hesab edən bəziləri mətbuatda
yol verdikləri etik pozuntuları, vergidən yayınmanı,
xuliqanlığı, hətta
adi məişət səviyyəsində üzləşdikləri
məsələləri söz
azadlığının boğulması
kimi qələmə verməyə çalışır,
hüquqazidd əməllərini
mətbuata təzyiq kimi pərdələməyə
cəhd göstərirlər.
Qəzet
və ya jurnalistin məhkəməyə
verilməsi tamamilə
demokratik normadır və bu, mətbuata
təzyiq kimi qiymətləndirilə bilməz.
Danılmaz faktdır ki,
bir sıra hallarda mətbuatda etik tələblərin pozulması, təhqir və şantaj, məqsədyönlü şəkildə
yalan məlumatların
yayılması kimi hallar baş verir. Amma buna görə
90-cı illərin əvvəllərində
olduğu kimi, heç bir jurnalist döyülmür
və ya heç bir redaksiyaya basqın edilmir. Ölkədəki demokratik mühit,
söz və mətbuat azadlığının
təmin edilməsi hər bir media qurumunun sərbəst fəaliyyətinə imkan
verir. Azərbaycan
hakimiyyəti azad sözün himayəçisi
kimi çıxış
edir və əqidəsindən, siyasi
baxışlarından asılı
olmayaraq hər bir KİV-nin və jurnalistin hüquqları dövlət
tərəfindən qorunur,
o cümlədən ölkədə
söz azadlığının
olmadığını iddia
edən və fəaliyyətini ancaq iqtidarı əsassız tənqid üzərində
quran müxalifət mətbuatının. Azərbaycanda
heç kim
sərbəst düşüncəsinə
görə təqib edilmir. Hər kəs öz
fikrini ifadə etməkdə, onu mətbuata çıxarmaqda,
cəmiyyətə çatdırmaqda
azaddır. Bu mənada
Azərbaycanda mətbuat
azadlığının olmaması
barədə xarici hesabatlarda yer alan fikirlər
yalandan başqa bir şey deyil.
Azərbaycanda söz və
mətbuat azadlığının
boğulduğunu, azad
fikrin olmadığını
iddia edən bəzi xarici təşkilatlar, siyasi dairələr cəmiyyətimizdə
insanların sərbəst
şəkildə öz
fikirlərini ifadə
etmək və ya mətbuata çıxış imkanlarının
məhdudlaşdırılmasına dair bir fakt
belə göstərə
bilməzlər. Odur ki, onların Azərbaycan mətbuatı ilə bağlı qənaətləri
tamamilə obyektivlikdən
uzaqdır. Bu cür yalanlar ənənəvi olaraq ölkəmizə qarşı
həyata keçirilən
antimilli kampaniyanın
tərkib hissəsidir.
Söz azadlığının pozulması
ilə bağlı heç bir fakta əsaslanmadığına
görə belə hesabatlar tamamilə qeyri-obyektiv mülahizələrdən
ibarətdir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2017.- 15 fevral.- S.15.