Azərbaycanda mətbuatın fəaliyyəti

üçün heç bir məhdudiyyət yoxdur

 

Milli mətbuat fikirsöz  azadlığına öz töhfəsini verməkdədir

 

Azərbaycan mətbuatı yarandığı dövrdən indiyə qədər şərəfli yol qət etdiyindən  bu gün də millət və dövlət maraqlarını yüksəkdə tutur. Belə ki, milli mətbuat sosial, iqtisadi, siyasi proseslərə şəxsi maraqlardan deyil, ümumilli mənafedən yanaşır. Hazırda Azərbaycanda mətbuat, sözfikir  azadlığı təmin olunub, ölkədə mətbuatın fəaliyyəti üçün heç bir məhdudiyyət yoxdur. Paralel olaraq  milli mətbuat fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsinə öz töhfəsini verməkdədir.

Medianın bu sahədə olan fəaliyyəti ötən hər gündə daha da genişlənir və peşəkarlaşır. Buya digər informasiya təqdim olunarkən dəqiq və qərəzsiz olmaq, peşə etikasına əməl etmək, dövlətin, vətəndaşların şərəf və ləyaqətinə hörmətlə yanaşmaq prinsiplərinə jurnalistlərimiz daha çox əməl etməyə çalışırlar. Bəzən bu sahədə müyyən arzuolunmaz hallarla rastlaşsaq da bunlar ümumi gedişata maneçilik törətmir. Azərbaycanda  söz, mətbuat, fikir azadlığı ilə bağlı formalaşan qanunvericilik bazası təkcə jurnalistika ixtisasına yiyələnən kadrların, mütəxəssislərin deyil, digər bir çox müxtəlif peşə sahiblərinin də mətbuata axınına şərait yaradıb. Məhz mətbuatın və burada çalışan jurnalistlərin fəaliyyəti nəticəsində cəmiyyətimiz üçün vacib olan söz və məlumat azadlığı genişlənməkdədir. Bütün dünyada olduğu kimi Azərbaycanda da söz və məlumat azadlığının inkişafını mətbuatsız, jurnalistlərsiz təsəvvür etmək mümkün deyil. Böyük inkişaf yolu keçmiş Azərbaycan mətbuatı tarixi ənənəsinə sadiq qalaraq bu günöz töhfəsini verir, sürətli inkişaf nəticəsində deyə bilərik ki, gələcəkdə də bu sahədə daha böyük uğurlara imza atılacaq. Publka.az saytının redaktoru Aqil Lətifov söz və mətbuat azadlığının demokratiyanın vacib elementlərindənbiri olduğunu deyir. Onun fikrincə, məhz azad mətbuat plüralist, inkişaf etmiş cəmiyyətin əsas göstəricilərindən biridir: "Azərbaycan mətbuatının çox qədim və zəngin tarixi var. Geridə qalan 140 ildən artıq dövr ərzində özünəməxsus ənənələri olan milli mətbuatımız hər zaman mütərəqqi ideyaların carçısı kimi çıxış edib. Lakin sovet dövründə və müstəqilliyimizin ilk illərində Azərbaycan mediası əsl azadlığına qovuşa bilmədi, onu itirdi, desək, heç də yanlışlığa yol vermərik. Söz azadlığına olan əngəllərin, senzuranın nəticəsi olaraq Azərbaycan mətbuatı çətin sınaqlar qarşısında qaldı və öz funksiyalarını yerinə yetirməkdə xeyli çətinliklərlə qarşılaşdı. Amma hər bir qaranlıq gecənin işıqlı bir səhəri olduğu kimi, mətbuatımızın da bu çətinliyinin bir sonu oldu. Və ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə mətbuatımız üçün sanki günəş doğdu. Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirirdi. Elə bunun nəticəsi olaraq sözügedən sahəyə böyük diqqət göstərməyə başladı. "Mətbuat cəmiyyətin güzgüsüdür", cümləsi Heydər Əliyev dəyər verdiyi ifadələrdən idi. Ümummilli lider söz, mətbuat azadlığının inkişafını ləngidən, habelə süni maneələrin aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etdi və ölkəmizdə medianın rolunun artırılmasını başlıca məqsəd kimi qarşıya qoydu. Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı", həmçinin 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında"fərman ölkəmizdə söz, mətbuat, fikir azadlıqlarının təminatında müstəsna rol oynadı. Eyni zamanda MDB məkanında ilk dəfə olaraq Azərbaycanda senzura ləğv olundu. Bütün bunlar mətbuatın inkişafına böyük bir təkan verdiKİV-in inkişafında yeni mərhələ başladı. Habelə sonrakı mərhələlərdə atılan addımlar, qəzetlərin borcunun silinməsi dövlətin bu sahəyə göstərdiyi böyük diqqətin, qayğının təzahürü olmaqla yanaşı medianın inkişafını daha da şərtləndirdi.  Məhz görülən bütün bu tədbirlər sayəsində kütləvi informasiya vasitələri cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrildi. Başqa sözlə, Heydər Əliyev kütləvi informasiya vasitələrini 4-cü hakimiyyəti qaytardı. O zamana qədər bu ad sadəcə formal xarakter daşıyırdı".  Onun sözlərinə görə, ulu öndərin media sahəsindəki bu uğurlu siyasəti sonrakı dövrlərdə Prezident İlham Əliyev tərəfindən də yüksək səviyyədə davam etdirildi: "Sevindirici haldır ki, bu gün Azərbaycanda bütün azadlıqlar kimi söz, fikir, məlumat azadlığı da yüksək səviyyədə təmin edilir. Ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Kütləvi informasiya vasitələrində fikir demək, hadisələrə münasibət bildirmək üçün qeyri-məhdud imkanlar var. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev vətəndaşların bütün hüquqlarının təmin edilməsində, qorunmasında maraqlı olduğunu demək olar ki, hər çıxışında diqqətə çatdırır və bu sahədə zəruri addımların hamısını atır. Dövlət başçısının gördüyü əməli işlərin nəticəsidir ki, hazırda istənilən şəxs istənilən fikri aşkar şəkildə söyləyə, bütün düşündüklərini, tənqidi yanaşmalarınıheç bir maneə olmadan, heç kimdən çəkinmədən sərbəst formada dilə gətirə bilir. Baxın, hazırda ölkəmizdə fəaliyyət göstərən çoxsaylı media orqanları heç bir maneə ilə qarşılaşmadan mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətini sərbəst şəkildə araşdıra bilir, həmçinin yüksək vəzifəli şəxslər, məmurlar barəsində istənilən tənqidi yazını dərc etməkdə azaddır. Həyatımızın ayrılmaz parçası halına gələn sosial, habelə elektron mediaya qısaca nəzər yetirməklə bütün bunları görmək mümkündür". Onun bildirdiyinə görə, hazırda daha geniş kütləyə nüfuz edən sosial mediaya diqqət yetirdikdə bir-birindən fərqli düşüncələrin, tənqidi yanaşmaların, hətta dozasını aşan tənqidi yazıları görmək mümkündür. Hər bir kəs qarşılaşdığı haqsızlıq, üzləşdiyi problem, yaxud rastlaşdığı məmur özbaşınalığı barədə fikrini sərbəst şəkildə ifadə edir. Rəngarəng elektron mediamız isə yuxarıda sadalanan bütün bu hallardan xəbər hazırlayaraq onu asanlıqla tirajlaya bilir. Bunun üçün heç bir maneə yoxdur: "Bu gün ölkəmizdə heç kim sərbəst düşüncəsinə, yaydığı məlumata, yazdığı yazıya görə təqib edilmir. İstənilən jurnalist onu maraqlandıran məsələ ilə bağlı sərbəst informasiya toplamaqyaymaq imkanına malikdir. Amma təbii ki, hər kəsin daxilində bir senzura olmalıdır. Yəni jurnalistəm deyə əlinə nə informasiya düşdü onu tirajlayım düşüncəsinə düşməmək lazımdır. Təəssüf ki, bir çox hallarda mediamızda bunun şahidi oluruq. Və nəticə olaraq dəqiqləşdirilməmiş, əsası olmayan informasiyaların, yazıların dərc edildiyini görürük. Bəzən hətta təhqirlərə şahidlik edirik. Bu yolverilməzdir.Belə hallar isə bir çox problemlərə yol açır. Tez deyil, dəqiq xəbərə can atmaq lazımdır. Ona görə dəxəbər istehsal edən zaman diqqətli, tərəfsiz, qərəzsiz olmaq mütləqdir. Görün bu gün nə qədər sayt var, onların sayı hər keçən gün daha da artır və kütləvi informasiya vasitələrinə fəaliyyəti üçün hansısa senzura qoyulmur. Hesab edirəm ki, elektron medianın çoxluğu özü-özlüyündəbu sahədə sərbəst fəaliyyətdən xəbər verir". "Moderator.az" portalının baş redaktoru Zülfüqar Hüseynzadə qeyd edib ki, mətbuat cəmiyyət həyatının ayrılmaz və eyni zamanda vazkeçilməz hissəsini təşkil edir. Müair texnoloji inqilablar dönəmində insanlar informasiya ehtiyaclarını müxtəlif mənbələrdən əldə etmək şansına sahibdirlər. Ancaq təbii ki, elektron media bu gün print medianı demək olar ki sıxışdıraraq xəbər istehsalçılığı "bazar"ından çıxarıb. İnsanlar xəbərləri və ehtiyacları olan informasiyaları demək olar ki elektorn media üzərindən əldə edirlər. Elektron medianın əlçatnalığı da çox önəmlidir: "Amma bu günədək bu sahənin qanunvericilik bazasının yaradılmaması acı təəssüf doğururbunu etməli olanlar qınanmalıdır. Çünki çox böyük ədalətsizlikdir ki, elektron media dövlət dəstəyindən məhrumdur və qəzetlərə  vəsait ayrıldığı halda saytlara və agentliklərə bir manatı da rəva görmürlər. Etiraf edilməlidir ki, həmin pulları qəzetlərin elektron versiyalarına yönəldilməsi daha doğru olardı. Ona görə də hesab edirəm ki, yubanmadan bu məsələdəki anormallıq və disbalans həllini tapmalıdır".

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2017.- 16 fevral.- S.15.