"Zamanla estradanın yox, məhz
muğam
sənətinin xasiyyətimə uyğun
olduğunu anladım..."
"Müsabiqə
boyu ən böyük dəstəyi
ustadım Mənsum İbrahimov verib" - Günay
İmamverdiyeva
Bu səsi
tamaşaçılar ilk dəfə
2008 - ci ildə dinlədilər. Səhnədəki kövrəkliyi,
utancaqlığı, zərifliyi və ən əsası da
gözəl səsi və repertuar seçimindəki
zövqü onu yaddaşlara həkk etdi. İllər sonra
tanrı bizlərə yenidən o səsi duymağa fürsət
verdi. Bu dəfə biz onun sənətinə nə qədər
ciddi yanaşdığını hiss etdik. Həmsöhbətimiz 2011 - ci ildə
keçirilən Televiziya Muğam müsabiqəsinin qaliblərindən
biri olan Günay İmamverdiyevadı.
- Muğama
heç vaxt bu günkü qədər diqqət göstərilməyib.
Muğam bu gün dövlətimizin simvolu olmaqla bərabər, Azərbaycanı beynəlxalq
arenalarda təmsil gücünə sahibdi. Bu barədə nə
deyə ilərsiniz?
- Muğama olan bu günkü diqqəti və qayğını məndən öncə bütün sənətkarlarımız qeyd edirlər. Bu günkü gündə muğamı sevən gənc istedadlar üçün hər cür şərait yaradılır. Ən əsası da bizlər üçün bu şəraiti dövlətimiz yaradır. Qeyd edim ki, ustadlarımızın dövründə olan çətinliklərin heç birini biz - müsabiqədə iştirak edən gənc xanəndələr yaşamadıq. Təbii ki, bu Heydər Əliyev Fondunun prezidenti Mehriban Xanım Əliyevanın əməyi və diqqəti sayəsində oldu. Hər il dövlət televiziyası və Heydər Əliyev Fondunun birgə layihəsi olan Muğam müsabiqəsi, Beynəlxalq Muğam müsabiqəsi bir çox gənclərdə muğama qarşı sevgi yaratdı. Bu müsabiqələrdə yaş həddi nəzərə alınaraq, 30 yaşa qədər ifaçılar iştirak edə bilərlər. Xüsusilə, onu qeyd edim ki, bütün bu müsabiqələrdə, dövlət tədbirlərində, xarici səfərlərdə gənclərimiz təmənnasız şəkildə iştirak edirlər.
Heydər Əliyev Fondu başda olmaqla, Dövlət televiziyası, Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyət Dostları Fondu yaxın günlərdə 6 - cı Muğam Müsabiqəsini həyata keçirəcəklər.
- Səs
imkanlarınız sizə müasir musiqimizdə də
geniş fəaliyyətinizə
imkan verir. Buna baxmayaraq, siz muğamı seçdiniz. Öyrənilməsi
illərlə zaman alan və bitməyən muğamı
seçmək sizə çətin olmadı ki?
- Evimizdə hər zaman muğamın sədalarını
eşitmişəm. Bir Qarabağlı - Şuşalı kimi
özümü muğamda görürdüm. Bu bir az da bəlkə
ailə mühitindən asılıdı. Atamın çox
gözəl səsi var. Xanəndə olamasa da
muğamlarımızı gözəl ifa edir. Təbii ki, onun
dövründə muğama bu qədər qayğı
olmadığından, o bu sənəti
seçməyib. Buna baxmayaraq, evimizdə hər zaman muğam
haqqında danışılıb, muğam dinlənilib.
Muğamla birgə böyüməyim, məndə bu sənətə
qarşı maraq, sevgi yaratdı. Sizin dediyiniz kimi estrada da daha tez uğur qazana bilərdim.
Amma, zamanla estradanın yox, məhz muğam sənətinin
xasiyyətimə uyğun olduğunu anladım...
- 2011 - ci ildə keçirilən
Muğam müsabiqəsinin qaliblərindən birisiniz.
Müsabiqəyə yolunuz necə düşdü?
-
Profesional səhnəyə ilk dəfə
2008 - ci ildə Atv kanalında
yayımlanan "Xalq ulduzu" yarışması ilə gəlmişəm. Aybəniz
Haşımova, Tahir Əkbər, Aygün Bayramova, Möhlət
Müslümov kimi sənətkarlar hər həftə
ifalarımıza qiymət verirdilər. Bu müsabiqədə
mahnı janrını öyrəndim.
Daha sonra
2011 -ci ildə Heydər Əliyev Fondun və Dövlət
televiziyasının birgə layihəsi olan 3 - cü Muğam
müsabiqəsində iştirak etdim. 17 həftə
müsabiqədə iştirak etdim.
1 xalla finalda iştirak edə bilmədim. Lakin buna
baxmayaraq, qaliblərin cərgəsində oldum.Müsabiqə
boyu mənə ən böyük dəstəyi ustadım Mənsum
İbrahimov verib. Artıq on ildən çoxdur ki, Mənsum
müəllimdən bu sənətin sirrlərini öyrənirəm. 2005 - 2009 -cu ildə Bakı Humanitar
kollecində, 2009 - 2013- cü illərdə Milli Konservatoriyada,
daha sonra isə Konservatoriyanın magistrında Mənsum müəllimdən
təhsil almışam. Bütün bu yolları dəyərli
ustadım, gözəl insan, tələbələrinin mənəvi
atası olan Mənsum
İbrahimovla birgə addımlamışam.
-Ustadların ifa etdikləri
muğamları, təsnifləri yenidən ifa eləmək,
yaddaşlarda ömürlük həkk olan musiqiləri yenidən
canlandırmaq, ifa eləmək və ən əsası sevdirmək
çətin deyil?
-
Bütün bu ifalarımın
hamının sevdiyini deyə bilmərəm. Mən
öz sevdiyim muğamları, təsnifləri, musiqiləri ifa
edirəm. Əgər dinləyicilər sənətkarlarımızın
ifalarında sevdikləri musiqinin mənim ifamda da sevirlərsə,
mən buna görə çox
xoşbəxt olaram.
Bizim sənət
elədir ki, biz kənara çıxa bilmirik. Onların ifa
etdiklərini ifa edirik. Və bu ifalarımızın bəyənilməsi,
qəbuledilməsi üçün dəfələrlə
ustadlarımızın ifalarına qulaq asıram.
- Çox zaman etiraf edilməsə də,
hər kəs sənətdə ilk addımlarını atanda
özünü hansısa sənətkara bənzətmək
istəyir, yaxud həmin sənətkar onda sənətə
maraq yaradır. Sizdə bu marağı, həvəsi hansı sənətkar yaratdı?
- Evdə
çox vaxt Xan Şuşinskinin, Arif Babayevin, Mənsum
İbrahimovun ifaları dinlənilirdi. Atamın Xan əmi ilə
bağlı müşahidələri və hər dəfə
bunun maraqla danışması məndə qəribə hisslər
yaradırdı və eyni zamanda qəlbimdə muğama
qarşı böyük sevgi formalaşırdı.
Bu gün
də öyrənirəm. Bizim sənət şifahi bir sənətdi.
Ona görə bütün sənətkarlarımızın
ifalarına qulaq asıram ki, hərəsindən bir zərrə öyrənim. Mənsum
İbrahimovla yanaşı, Aygün Bayramovanın ifalarına
çox qulaq asıram. Aygün xanım istər bəstəkar
mahnılarını, istərsə də
muğamlarımızı mükəmməl ifa edir. Kumir
olaraq bu sənətkarları çox sevirəm.
- Bütün ifaçıların
ən böyük arzusu Leylini oxumaqdı. Sizdə necə bu
arzu var?
-
Bütün ifaçılarda olduğu kimi, təbii ki, məndə
də bu istək var. Cənab prezidentimiz İlham Əliyev və
xanımı Mehriban Əliyevanın iştirakı ilə
ötən il Bakı Marionet Teatrının açılışı oldu.
Açılış zamanı rejissor Tərlan Qorçunun
14 pərdəlik "Leyli və Məcnun" muğam
operasının marionet
tamaşası təqdim edildi. Tamaşa zamanı mən Leyli obrazını, dəyərli
ustadım Mənsum İbrahimov isə Məcnun obrazını
səsləndirdi. Kuklalar
tamaşanı canlandırdılar, biz isə ifa etdik.
Çox gözəl tamaşa alındı. Mənsum müəllim
özü də qeyd etdi ki, bir
çox tələbələri ilə "Leyli və Məcnun"
- da tərəf müqabili olub. Lakin, səsləndirmə
halında ilk dəfə mənimlə birgə oldu. Kuklalar o qədər canlı və
içdən oynadılırdı ki...
- Efirlərdə gec - gec
görünməyiniz səbəbi tənbəllikdi, ya dəvətlərlə
bağlıdı?
- Deməzdim, tənbəlliklə
bağlıdı. Bir məsəl var ki, çağrılan
yerdən ar eləmə, çağrılmayan yeri dar eləmə.
Əgər çağrılıramsa, dəvət olunuramsa
ora gedirəm. Tənbəl olsam,
Dövlət
kanalının, İctimai kanalın verlişlərinə, çəkilişlərinə
də getmərəm.
Təbii
ki, hər çağrılan yerə də getmək olmur.
- Hər zaman sənətdə istər
ustadlar, istərsə də gənclər arasında müəyyən
narazılıqlar, problemlər olur. Maraqlıdı, indi gənc
nəsil muğam ifaçıları aralarındakı
anlaşılmazlığı necə həll edirlər?
- Əgər
bir insanla xasiyyətcə heç bir uyğunluğum yoxdusa,
onunla bir ortamda olmamağa çalışıram,
yoldaşlıq, dostluq əlaqələri qurmura. Yəni,
bütün hallarda kənar oluram o insandan. Dostluq münasibətində
olduğum xanəndələr arasında sənətlə
bağlı ciddi problem yaşamamışam. Əgər hər
- hansısa problem olarsa, öz aramızda həll edirik.
- Gələcək
planlarınızda nələr gözlənilir?
- Hal -
hazırda tarzən Rövşən Qurbanovun ansamblı ilə
iki mahnı üzərində çalışırıq. Bu
aralar trio halında çox ifalarımız oldu. Ona görə fərqlilik olsun deyə, bu dəfə
mahnı janrı üzərində işləyirik.
Xarici
ölkələrə dəvət olarsa, təbii ki, sevə -
sevə dövlətimizi təmsil etməyə hazırıq.
Necə ki, 2015 - ci ildə Milan Expo sərgisində, 2014 -
cü ildə Fransada Azərbaycan şəhərciyinin
açılışında, Budapeştdəki müsabiqədə
və bir çox xarici ölkələrədə Azərbaycanımızı
uğula təmsil etməyə çalışmışam.
- Sosial şəbəkələrdə
bir o qədər də aktivliyiniz hiss olunmur.
Yaşıdlarınız sosial şəbəkələrədən
sizə, sənətinizə münasibəti necədi, dinləyicilərinizlə
sosial şəbəkə vaistəsilə əlaqə yarada
bilirsinizmi?
- Facebook
və instagramda səhifələrim var. Amma
tanımadığım insanların məni izləməsini əngəlləyirəm.
Bu səhifələrdə şəxsi fotolorımı,
videolarımı paylaşıram. Şəxsi profol kimi istifadə
edirəm. Çalışıram az insanlar izləsin.
- Hansı muğamları sevirsiniz?
-
Muğamlardan ən çox
Segahı, Bayatı - Şirazı sevirəm. Segahı
sevməmə səbəb, yəqin ki, Qarabağlı olmamdı (gülür). Bayatı - Şiraz
muğamlarımızın gəlinidi. Çox həzindi, dinlədikcə,
ifa elədikcə insan yaxşı mənada tərki -
dünya olur.
- Sonda pedoqoji və
televiziyadakı fəaliyyətinizdən
danışmağınızı istəyirəm...
- 2011- ci
ildə müsabiqə bitdikdən sonra qalib
ifaçıları Dövlət kanalında solist kimi
çalışmağa təklif olundu. Artıq 5 ildi ki, Ana
kanalımızda çalışıram. Məhz dövlət
kanalımızın dəstəyi ilə trio, orkestrla birgə
ifalarımız, dəstgah ifalarımız lentə
alındı. Lentə alınan
ifalar kanalın
"Qızıl fond" - unda saxlanılır. Mənim
ifamda "Mirzə Hüseyn" dəstgahı və
"Şahnaz" fondda
saxlanılır.
2011 - ci ildən də Şuşa Qala dərəsi uşaq musiqi məktəbində fəaliyyətə başlamışam. Burada uşaqlarla birgə həm örənirəm, həm də öyrətməyə çalışıram. Qeyd edim ki, tələbələrimdən Fatimə Hüseynova 2015 - ci il Televiziya Muğam müsabiqəsində iştirak etdi. 5 - 6 həftə müsabiqədə iştirak etdi. Düşünürəm ki, bu həm mənim, həm də tələbəmin uğurudu.
NigarNigar
Olaylar.- 2017.- 21 fevral.- S.12.