Səməd Vurğundan
xatirələr
Mehdixan Vəkilovun adı Vurğunsevərlərə, eləcə
də ədəbiyyat xiridarlarına yaxşı
tanışdı. O, Səməd Vurğunun
böyük qardaşı, həm də
yeganə könül dostu,
qəlb sirdaşı olub. Şairin
uşaqlıq və gənclik illəri gözləri
önündə keçib.
Mehdixan Vəkilov Səməd Vurğunun 50 illik ömür yolunda keçib gəldiyi hər bir cığırda əlindən tutub, həssas bələdçisi olub. Onun taleyinin ən həssas çağlarını həyəcanla, nigarançılıqla izləyib, köməyini əsirgəməyib, çətin və sarsıntılı məqamlarda əsil qardaş kimi fədakarlıq edib. 13-14 yaşlarından Səməd üçün həm böyük qardaş, həm də ata - ana əvəzi olan Mehdixan Vəkilov keşməkeşli bir gənclik dövrü keçirən qardaşına arxa, dayaq olub. Mehdixan müəllim xatirələrində belə yazır: "Müasirləri yaxşı bilirləri ki, mən Səməd Vurğunun başına dolanan pərvanə olmuşam. Hər vasitə ilə onu həyat yoluna, yaradıcılığın geniş xiyabanına salmağa çalışmışam. Subyektiv hiss və duyğulardan doğan hərəkətlərdən əl çəkməsi, "Dəli Səməd", "Dəli şair" yolundan çıxması, şəxsi məhəbbətdən daha güclü romantikaya malik yeni həyatı tərənnüm etməsi üçün çox yalvarmış, çox məktublar yazmışam". Bu sözlər Mehdixan Vəkilovun "Ömür dedikləri bir karvan yolu" kitabındandı.
Oxucular üçün maraqlı olacağını nəzərə alaraq həmin kitabdan xatirələri jurnalist Züleyxa Nadirin "vasitəçiliyi" ilə təqdim edirik.
(əvvəlini buradan oxuya bilərsiniz:http://olaylar.az/news/sosial/211697 )
... Komsomolçular şəhər yoxsulları
üçün savad
kurslarının təşkilində,
"Rədd olsun savadsızlıq" cəmiyyətinin
yaranmasında fəal
iştirak edirdilər.
Dinə və mövhumata qarşı da kəskin mübarizə aparırdıq. Bir çoxumuz o zamankı
"Allahsızlar İttifaqı"nın üzvləri idik. Bu sahədə komsomolçular məscidə
it bağlamaq, Uzun molla adlanan bir
mollanı Poylu arxına basıb çıxarmaq və ya azan verən mollaya tüfəng atmaq kimi solçuluğa, əyintiyə
də yol verirdilər. "Komsomol"
poemasında Səməd
bunları təsvir edib...
Salahlıda, Şıxlıda, İncə
Dərəsində, Kəsəməndə,
Poyluda, Pirili-Peykanlıda
və digər kəndlərdə aparılan
komsomol işinin, mədəni-maarif tədbirlərinin yoxsul komitələri "Kombed"in,
(komitet bednıye) bilavasitə iştirakçısı olan,
bəzən də təhlükəli vəziyyətə
düşən Səməd o günlərin
hadisələrini daim
xatırlayırdı. Pirili-Peykanlı
tərəfdə, Ağstafadan
piyada Qazağa qayıdanda qarlı qış gecəsində
atışmaya düşdüyümüzü,
silahlı komsomolçuların
mərdanə vuruşmalarını,
banditlərin yoxsullara,
ələ keçən
komsomlçuya divan tutmaları və başqa hadisələr Səmədin xəyalında
bədii cəhətdən
formalaşırdı.Komsomolçuları
bəzən düşdükləri
ağır vəziyyətdən
"Komsomol" poemasının
qəhrəmanlarından biri
olan Çalpapaq Kərəmin (köhnə bolşevik Əhmədov Kərəm) silahlı atlı dəstələri
xilas edirdi.
...Səməd Vurğun haqqında xatirə yazanlar, məsələn,
Mirpaşa Nəsibov bəzən Səmədi az qala anadangəlmə
siyasi xadim kimi qələmə
alaraq ifrat dərəcədə bəzəyirdi.
Mirpaşa 15-16 yaşlı
Səmədin dili ilə elə kəskin siyasi mülahizələr söyləyir
ki, belə mühakimələr hətta
müasir, savadlı gənclərin siyasi bilik səviyyəsini
də üstələyir.
Səmədin inkişafını
dialektik təkamül qanunları
əsasında, ictimai
varlığını obyektiv
inkişaf qanunları
zəminində vermək
lazımdı. Yuxarıda
dediyim kimi, Səməd inqilabi həyatın qoynunda coşqun
mübarizələr içərisində
tədricən təkamül
tapmışdı. Məhz belə
bir istiqamətdə böyüyən şair sonralar mübariz həyatla inqilabi romantikanı qovuşduraraq
"Komsomol" poemasını
yazmışdı.
Səməd Vurğun seminariyanı bitirdikdən sonra
1924-1930-cu illər arasında
kəndlərdə və
rayonlarda işlərkən
mədəni inqilab, kəndin sosialistcəsinə
yenidən qurulması
uğrunda, o illərdə
gedən sinfi mübarizədə öz
imkanları daxilində
iştirak etmiş, dərin müşahidələr
aparmış, nəticədə
"Komsomol" poeması
yazılmışdı. Səməd
Vurğunun o dövrdəki
həyat tərzindən
və özünəməxsus
qaynar təbiətindən
bəhs edərkən
Osman Sarıvəlli deyirdi: "Sənədlərdə
bir vətəndaş
kimi söyləninlərə
gəlincə, doğrudan
da o cür qaynar, odlu-alovlu yollar keçmişdir. Səməd həyata böyük arzularla, özünə qarşı daxili bir inamla gəlmişdi.
O, mənim gözümün qarşısında inkişaf
edib, yetkinləşirdi. Bir insan, eləcə də yeni həyatın qurucusu olmaq
etibarı ilə Səməd hər gün dəyişir,
püxtələşirdi"...
"Komsomol" poeması Səməd Vurğunun inqilabi
mövzuya, qaynar sinfi mübarizə motivinə həsr etdiyi
ilk böyük romantik və epik əsəri idi. O, bu
poemasını yazmaq ideyasını və süjet xəttini
mənə hələ 1930-cu ilin yayında
danışmışdı, bəzi ilk qaralamalarını da
görmüşdüm və saxlamışdım. Sonralar mən həmin parçaları Səmədin
özünə verdim. Özünün sədaqətli
dostu Osman Sarıvəlliyə yazmışdı: "Bir iri
poema yazmağa başlamışam - komsomol həyatından, görək nə
olacaq. Ə, qəhrəmanları da elə
özümüz olacağıq".
Vurğun
həmişə poemanın
qəhrəmanlarını odlar-alovlar
içində polad kimi bərkiyən dostlarını, bizi - İbrahim
Mirzəyevi, Allahverdi Namazovu, Məmməd Musayevi, Hüseynəli
Biləndərlini, İsfəndiyar Zeynalovu, Çirqasım
Əfəndiyevi, Osman Sarıvəllini, Mirpaşa Nəsibovu,
Çopur Məmmədəlini, Muradxan Hacıyevi və
başqalarını ehtiramla yad edirdi.
Səməd Vurğun 1938-ci ildə
"Komsomol mənə nə verdi?" adlı məqaləsində
yazırdı: " On dörd yaşım
tamam olmamış komsomola daxil olduğum bu günkü kimi
yadımdadı. Mən o zaman Qazax Pedoqoji
Texnikumunda oxuyurdum. Lev Tolstoyun idealist fəlsəfəsi,
bizim klassik ədəbiyyatdakı "Leyli və Məcnun"
əfsanəsi, bir də cocukluğumun son dərəcə pərişan
keçməsi məndə xəstə bir təbiət
yaratmışdı. Çox zaman tək gəzir,
tək düşünür, yalqızlıq aləmindən
zövq alırdım. Müxtəlif
qara-qura xəyallar, bəzən də daxili iztirablar mənim ən
yaxın sirdaşlarım idi.
Komsomol bir fanar kimi gözümə
işıq saldı. O mənə göstərdi ki, insan cəmiyyəti
siniflərə bölünür və bütün ictimai bərabərsizliyi,
ağalları və qulları yaradan istismarçı siniflərdi.
O vaxtdan yoxsulları sevməyə, zənginlərə
isə nifrət etməyə başladım"...
Olaylar.- 2017.- 22 fevral.- S.12.