Bakı atəş çəmbərində ?!

 

Tarixin bilinməyən qaranlıq səhifələri

 

İndiyə qədər Molotov-Ribbentop Paktı ilə əlaqədar çox yazı yazılıb, məqalə və kitablar dərc edilib. Yazımızda bu razılaşma səbəbindən vətənimiz və paytaxtımız Bakının böyük dövlətlərin hədəfinə çevirilmə tarixini işıqlandırmağa cəhd edəcəyik. Mövzu yenə də sərvətimiz olan "qara qızıl", neft yataqları olacaq.  1939-cu ilin avqust ayında Molotov -Ribbentrop Paktının imzalanmasından sonra İngiltərə, Fransa və Türkiyə, haqlı olaraq SSRİ- ni Hitlerin yaxın müttəfiqi kimi görməkdə idilər. Bu səbəbdən London və Parisin gözdən uzaq kabinetlərində SSRİ-nı Almaniaynın yaxın müttəfiqi kimi sıradan çıxarmaq planlarının hazırlıqlarına start verildi.  Avropaya savaş açmış Almaniyanın əsas xam maddə və yanacaq təminatçısı olan SSRİ-nın sıradan çıxarılması üçün London və Paris Bakının neft buruqlarını bombardman edərək Cənubi Qafqaza 500 minlik ordu yeritmək yolu ilə həll etmək düşüncəsində idilər.

Moskvanın 1939-cu ilin avqust ayından etibarən Berlini müharibədə həyati zərurətə malik olan neft, dəmir, nikel, xrom kimi xam maddələrlə bol miqdarda təmin etməsi Böyuük Britaniya ilə Fransanı ciddi şəkildə narahat etməkdə idi. Qərb dövlətlərinin əsas hədəfində olan isə Almaniyanı "müharibənin qanı " olan' qara qızıl'dan  məhrum etmək idi. 1939-cu ıldə Londanda nəşr edilən " Şərqi Avropa və Rusiya" Bülleteninin 3- cü sayında Qafqaz bölgəsində cərəyan edəcək hadisələrin gedişatı bu şəkildə ifadə edilmişdir. "Qafqaza hökm etmək Volqa boyundan Qara Dənizə, Xəzərdən Fars Körfəzinə qədər olan böyük bir əraziyə hökm etmək deməkdir. Rusiyanın Volqa arteriyasını kəsmək Moskvanın Şah Damarını kəsməkdir. Dünya dövlətləri heç bir şəkildə Qafqaz ərazisinə başqa bir gücün hökm etməsinə imkan verməməlidirlər". Məqalənin davamında belə bir fərziyyə ifadə edilir: "Dünya quvvələri üçün bu bölgədə Dağıstan, Gürcüstan və Ermənistandan ibarət olan dövlətlər ittifaqının meydana gəlməsi arzu olunan bir səhnədir." İngilislərin bu fərziyyəsi, Almaniyanın Şərq Əraziləri naziri olan Alfred Rozenberqin diqqətindən də yayaınmamışdır. İngilislərin planları haqqında öz fikirlərini ifadə edən A.Rozenberq yazır: "Çox maraqlıdır, ingilislər SSRİ-nın dağılması nəticəsində Qafqazda bir neçə dövlətdən ibarət olan ittifaq haqqında danışarkən heç Azərbaycan və Bakının adını çəkmirlər. Mənə görə Londonun Bakı ilə əlaqədar çox irəli gedən məxfi dərin planları mövcuddur".

Yazısının davamında A.Rozenberq  Qafqazla əlaqədar Berlinin planlarını bu şəkildə ifadə etmişdir:"Avropa və Almaniyanın təhlükəsizliyinin açarları Cənubu Qafqazdadır. Buradaki neft qaynaqlarına sahib olan Avropa tam müstəqil Avropadır. Almaniyanın başciliq etdiyi Avropa Qafqaza doğru genişlənməlidir. Qafqaza sahib olmaq Avropanın, bütün Yaxın və Orta Şərqə sahib olması deməkdir." 1940-cı ilin iyun ayında Fransanı məğlub edən almanlar Parisə daxil oldu. Abverin əlinə Fransa Baş Qərargahına aid bir çox məxfi sənədlər keçdi. Bu sənədlər arasında Fransa və İngiltərənin 1939-1940- cı illərdə SSRİ -yə qarşı hazırladıqları müharibə planı da mövcud idi. Planlardan anlamaq mümkün idi ki, Paris və London 1939- cu ilin noyabr və 1940-cı ilin mart ayları zərfində SSRİ- yə Türkiyə və İran üzərindən hücum edərək müharibəyə başlamaq niyyətindəymiş. Əsas hədəf də əlbətdə ki, Bakı və Bakı nefti idi. Hadisə ilə əlaqədar Alman Baş Qərargahının rəisi F.Qalder 6 mart 1940-cı il tarixində öz gündəliyində bunları qeyd edib: "Təcili olaraq rusları Qərb dövlətlərinin Yaxın Şərqdəki hərbi planlarına aid materiallarla tanış etmək".

Yuxarıda yazdığımıza əsasən İngiltərə və Fransanın Bakını işğal  bombardman etmə planlarının əsas məqsədi SSRİ-nin Almaniyaya ixrac etdiyi neftin və yanacağın kəsilməsi idi.

Fransa quru qoşunlarının komandanı general M.Qamelen baş-nazir E.Deladyeye 22 fevral 1940-cı il tarixli hesabatında yazır:  "Bakı SSRI-nın hasil etdiyi neftin 75% -ni verməkdədir, bu neftdən məhrum olan Sovet İttifaqı dərin bir böhrana məruz qalacaq." Fransız Baş Qərargahının eyni ilin mart ayında hazırladığı başqa bir hesabatdan yazıya diqqət yetirək:  "Rusiyanın iqtisadiyyatının təməl probleminin başında ölkə sənayisinin Bakı neftindən asılı olmasıdır. Bakı olmasa ordu iflic vəziyyətinə düşər, sənayi isə dərin böhrana qərq olar."

Fransanın xilaskarı sayılan general Şarl de Qoll öz xatirələrində yazır: "Fransanin yüksək dairələrindəki bəzi mötəbər şəxslər Stalini Hitlerdən daha böyük bir düşman olaraq görərək, "Rusiyaya haradan hücum etməliyik, Finlandiyadanmı, yaxud Bakını bombardıman edərəkmi" planları cızmaqdadırlar."

ABŞ-ın Fransa səfiri Uilyam Bullit Vaşiqtona yazdığı 1939- cu il oktyabra ayına aid hesabatında qeyd edib: "Son zamnalar Parisdəki məlumat qaynaqlarımızdan Bakını havadan bomablayaraq dağıtmaq planları ilə əlaqədar xəbərlər gəlməkdədir". Türkiyənin İsveçrə səfiri Yaqub Qaraosmnaoğlu Ankaraya göndərdiyi mərusəzində həyacanla bunları ifadə etmişdir. " Fransanın Bern səfiri məni hər hansı bir məclisdə yaxud tədbirdə gördükdə eyni kəlimələri təkrar edir: "Sizin 25-30 diviziyadan ibarət ordunuz var. Bizim Yaxın Şərqdə 500 min əsagərimiz var. İngilisləri də bizim donanmalarla hesaba qatsaq, biz Bakını alaraq 5-10 gün ərzində Qızıl Ordunu yanacaqdan və hərəkətdən məhrum edərik". Göründüyü kimi fransız generalların təxminlərinə görə bu əməliyyat Qızıl Ordunu zəiflətməkdən daha ziyadə SSRİ- nın süqutu ilə nəticələnə bilərdi. Fransanın Ankara səfiri R.Massilyinin baş nazir Deladyeyə göndərdiyi məruzsində deyilirdi ki, "Türkiyənin Qafqaz əməliytında məmuniyyətlə iştirak edəcyinin qənaətindəyəm, ancaq Ankaranı narahat edən bəzi məqamlar mövcuddur. Bu məqamlar Bakının bombardman edilməsi və Almaniyanın İrandaki nüfuzunun artmasıdır". 19 yanvar 1940-cı il tarixində Bakının bombardmanını zəruri addım olaraq görən Fransa baş naziri Deladye quru quvvələri komandanı general M.Qamelenə və donanma komandanı admiral F.Darlana " Qafqaza hücum və Rusiyanın neft sanayisinin məhv edilməsinin" planının hazırlanması üçün yazılı təlimat verdi. Baş-nazirin təlimatı üç bənddən ibarət idi:

Qara Dənizdə hərbi əməliyyatlar: Qafqaza hücum:

Qafqazda müsəlman xalqların üsyanının hazırlanması:

Cavab yazısında general Qemelen əsas zərbələri Bakı, Qroznı, Moykop, və Batumi kimi mərkəzlərə endirməyi təklif edirdi. Generalın planına görə bombardmanlar üçün ən asan hədəflər Bakı ilə Batumi olaraq göstərilmişdir.

Alman diplomatların əsasında III Reyxin Ankara səfiri fon Papenin təxminlərinə görə Fransa Bakıya hücum edərək, SSRİ ilə vuruşan Finlandiyanın aqibətini asanlaşdırmaq istəyirdi.

Fransa Hərbi Hava Quvvələrinin qərargah rəisinin müavini general Berjere Helsinkiyə hərbi attaşe olaraq göndərilən kapitan P.Stelenə hərbi əməliyytalar planının xəritəsini göstərərk , əməliyytalara Yaxın Şərqdən Bakıya hücum edilərək start veriləcəyini, Cənubdan gələn müttəfiq ordu birliklərinin Şimaldan Finlanadiyadan Moskva istiqamətində hücuma keçən hərbi birliklər ilə Volqa boyunda birləşəcəklərini təxmin etdiyni bəyan edib. Genaralın Suriyada bu hücum üçün 150-200 min nəfərlik bir ordunun və 100- dən çox bombardmançı təyyarənin hazır olduğunu vurqulayıb. Fransa hərbi komandanlığının hesabına görə Bakıya hücum etmək üçün ən əlverişli nöqtə Cənubi Azərbayan yaxud İranının Şimal Qərbiymiş.

Ancaq fransız baş qərargahının hesabatında İrandaki Rza Şah Pəhləvinin almanpərəst mövqeyi ilə Ankaranın Bakının bombardmanına soyuq yanaşması bu işi bir az çətinləşdirməkdə idi.

Fransızalr Türkiyənin bu hücumda aktiv şəkildə iştirak edəcəyini ümid etməkdə idilər. General M.Veyqana 12 mart 1940-cı il tarixində göndərdiyi təlimatda general M.Qamelen aşağıdakıları qeyd etməkdə idi: "Yaxın Şərqdəki hərəkət Britaniya komandanlığı ilə türk quru quvvələri tərəfindən aparılmalıdır. Biz müttəfiq olaraq havadan təyyarələr ilədəstək verəcyik. Sizə marşal Fevzi Çakmak ilə təcili görüşərək bu məslələri müzakirə etməyi tapşırıram". Demək ki, ağıllı avropalılar türkü türkə qırdırmağı hesablayırmışlar.

Türkiyə hökümətinin Bakının dağıdılmasına soyuq yanaşması, İranın ehtiyyatlı davranması və Sovet-Finn müharibəsinin sülh sazişi ilə nəticələnməsi bu planların həyata keçirilməsinə imkan vermədi.

"Aslan libasındaki tülkü" ingilislərin də Bakı və Qafqaz ilə əlaqədar öz hesabları var idi. Böyük Britanıyanın Moskva səfiri Krippsin düşüncələrinə görə Bakının neft yataqlarının dağıdılmsı SSRİ yə "nokaut gücündə" vurulacaq bir zərbə olardı. Sovetlərin iqtisadiyyatı bir neçə gün içində çökərdi.

İngilis Xarici İşlər Nazirliyinin SSRİ üzrə şöbəsinin məruzəsində isə ingilis-fransız hava quvvələrinin Bakını bombalayaraq Sovetlərin neft sənayisi tamamən sıradan çıxara biləcəyi təxmin edilməkdəydi.

1939-cu ilin sonunda Böyük Britaniyanın müdafiə məsələlərinin planlanması komitəsinin sədri lord Çetfild hökümət tərəfindən hazırlanan "Rusiyanın neft sənayisinin zəif tərəfləri haqqında" məruzəsini göndrərək, Bakının neft sənayisinin əsas mərkəzi olduğunu ifadə etmişdir. Bakının neft buruqlarının çox asan hədəf olduğunu ifadə edən lord bir neçə bombardman hərəkəti ilə Moskvanı və Kremlin müttəfiqlərini yanacaqdan məhrum edilə biləcəyini vurğulamışdı.

Məruzədə Bakının bombardmanı üçün ən uyğun olan hərbi aerodromların sıyahisi və təxmini uçuş məsafəsi də mövcu idi. Bu aerodromlardan bəzilərinin adını veririk: İğdır 833 km, Ərdəbil 680 km , Qars 676 km, İranbidi 536 km.

İngilis Hərbi Hava Quvvələrinin baş qərargahının təxminlərinə görə üç eskadriliyadan ibarət olan strateji bombardmançı təyyarələri bir neçə həftə içində SSRİ- nın bütün neft yataqlarını sıradan çıxarmaq gücünə malikdirlər. İngilis baş qərargahı Qafqazın, əsasən də Bakının neft yataqlarının uçuş xəritələrini də çap etmişdi.

1940- ci ilin 7 mart tarixində Yaxın Şərqdəki fransız ordusunun komandanı M.Veyqan ilə Beyutda görüşən İngiltərənin Yaxın Şərqdəki Hərbi Hava Quvvələrinin komandanı marşal Mitçel generala Londondan Bakının neft yataqlarının bombardmanına dair təlimatların gəldiyini bəyan edərək, Türkiyə Baş Qəragah rəisi marşal Fevzi Çakmamdan ölkənin Şərqindəki aerodromların təftişi üçün icazə istəyəcəyini bildirmişdir.

Ancaq rəsmi Ankara bəzi obyektiv və subyektiv səbəblərdən ingilis-fransız hücum planına diqqətlə yanaşaraq müharibəyə girməyə tələsmirdi. 1939-cu ilin oktyabırında imzalanan ingilis -fransız -türk sazışının bəzi bəndlərinə əsasən Türkiyə hər hansı bir hərbi münaqişədə tərəf olmaq məcburiyyətində deyildi. Ancaq Fransanın Ankaradki səfiri olan Massilyi Parsiə göndərdiyi məruzədə "Türkiyənin bizim yanımızda SSRİ -yə qarşı hücumda yer alacağı məsləsəində bir əngəl olmadığını" ifadə etmişdir.

İngiltərə 1940-cı ilin baharında Bakıya hava hücumunu nəzərdə tutan MA-6 adlı planını, Fransa isə RIP hərbi planını hazırlamışdılar. Bombardmanlar üçün 100 ədəd Qlenn Martin və Blenlheym bombardman təyyarəsini kifayət olduğu hesablanmışdır. Təxminlərə görə Bakının dağıdılması üçün iki həftə, Qroznının dağıdılması üçün 12, Maykopun dağıdılması üçün 8,  Batumun məhv edilməsi üçün isə 2 gün nəzərdə tutulmuşdu.

Çox maraqlıdır ki, SSRİ ilə Finlandiya arasında sülh sazişinin imzalandığı gün Britaniya parlamentinin müzkirə mövzusu SSRİ ilə baş verəcək müharibənin nəticələrinin müzakirəsi olmuşdu.

20 martda Hələbdə keçirilən birgə ingilis -franszı komandanlığının iclasında isə iyun ayı üçün Bakını və Qafqazı bombalamaq üçün 20 aerodromun hazır olacağı məruzə edilmişdi. General Veyqan Qamelene göndərdiyi məruzəində isə Qafqaza hücum əməliyyatının iyun ayında hazır olacağını bildirmişdi. Ingilislərin Yaxın Şərqdəki ordu komandanı olan general A . Uayvell ilə Aralıq Dənizindəki İngilis Hərbi Hava Quvvələrinin komndanı general E. Kenninghem daimi olaraq general Veyqanla təmas halında idilər.

Qərb dövlətlərinin Bakı və Qafqaz ilə planlarından xəbərdar olan Kreml təcili olaraq tədbir görməyə başladı. Bakıya əlavə hava hücumundan müdafiə sistemləri və quvvələri göndərildi. Qeyd edək ki, müharibə şəraitində olan Berlinin hava sahəsi 1940 -cı ilin may ayında 260 ədəd 88 mm zenit toplarla müdafiə olunduğu halda, Bakının neft buruqlarını 420 zenit topu müdafiə etməkdəydi.

Bəzi mülahizələrə görə Moskvanın Finlandiya ilə 12 mart 1940-cı il tarixində təcili şəkildə sülh sazişinin imzalmasında Qərbdən gələn həyəcanlı xəbərlərin də təsirli olmuşdu.

Almanların 1940- cı ilin aprelində surətlə Danımarka və Norveçi, mayda Belçika və Niderlandı işğal etməsi, iyun ayında Parisin təslim olması və Ankaranın ustaca apardığı diplomatiya demək olar ki, Bakını şiddətli bombardmanlardan xilas etdi. Bakı nefti ilə hərkət edən rus tankları Berlinə qədər gedib çıxdı. Sirr deyil ki, Bakı nefti SSRİ- nın məğlubiyyətdən xilas etdi. Bütün bu tarixi fədakarlıq və xilsakarlıq qarşılığında xalqımız xilas edilmiş rus "qardaşlardan" və taxtını qorumuş pinəçi Vissarion oğlu Stalindən xor görmə, sürgün edilmə, nifrət, milli sərvətlərin talanı, 20 yanvar qətliyamı, Xocalı Soyqırımı , Qarabağ Müharibəsi, erməni gədalarına havadarlıq və xəyanətdən başqa heç bir xeyir görmədi.

 

Mehdi Səlimov

 

Olaylar.- 2017.- 23 fevral.- S.12.