Ötən
il də Azercell uğurlu fəaliyyəti ilə seçildi
“Azercell Telekom”
MMC fəaliyyət göstərdiyi 20 il ərzində ölkə
iqtisadiyyatında öz sözünü deyən şirkətlərdən
biri olub. 2016-cı ildə də bir çox sahədə
liderliyi qoruyub saxlayan mobil operator əksər göstəricilər
üzrə irəliləyib. Bu haqda Azercell Telekom MMC-nin
2016-cı il üçün hesabatında məlumatlar əks
olunub. “Azercell Telekom” MMC Azərbaycanın
mobil rabitə bazarının 48%-nə nəzarət edir. Onun
şəbəkəsi ölkə əhalisinin 99,8%-ni, ərazinin
isə 80%-ni (20% işğal olunmuş ərazini
çıxmaq şərtilə) əhatə edir. Bu gün
Azercell-in xidmətlərinə üstünlük verən abunəçilərin
sayı 4.5 milyon nəfəri keçir.
Azercell ölkənin qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayədarı olmaqda davam edir. 2016-cı ildə Azercell dövlət büdcəsinə 175,1 milyon manat, 20 il ərzində isə 1 milyard 458,2 manat vəsait ödəyib. Ötən il Azercell ödəmələrinin büdcədə xüsusi çəkisi təqribən respublika budcəsindəki ümumi ödənişlərin 2.3%-ni, qeyri-neft sektoru üzrə ödənişlərin 2.9%-ni təşkil edib. Azercell 2016-cı il ərzində Azərbaycanda telekommunikasiyanın inkişafına təqribən 31 milyon 16 min ABŞ dolları, ölkədə fəaliyyət göstərdiyi 20 il ərzində isə 1 milyard 443 milyon ABŞ dolları ödəyib. 2016-cı ildə Azercell öz işçilərinin inkişafına 659 430.21 ABŞ dolları, 20 il ərzində isə 22 434 173.21 ABŞ dolları sərmayə yatırıb. Ötən bir il ərzində Azercell ölkədə sosial layihələrin həyata keçirilməsi üçün 255 683.84 ABŞ dolları, 20 il ərzində isə 18 722 027.66 ABŞ dolları həcmində vəsait sərf edib.
2016-ci il müştərilərimiz üçün “Azercell-ə həyat 4G sürətilə paylaşılan hər anı ilə gözəldir” lozunqu altında keçdi. 1 il ərzində 4G şəbəkəsini 84% gücləndirdik, sürətli interneti əlçatan etmək üçün mobil internet tariflərinə 27% endirim etdik. 4G-ni dəstəkləyən ən müasir mobil cihazları güzəştli şərtlərlə Azercell abunəçilərinə təqdim etdik və İphone smartfonlarının Azərbaycanda yeganə rəsmi təqdimatçısı olduq.
Hər il olduğu kimi, ötən il də müştərilərimizə xeyli güzəştlər təqdim etdik. Rouminqdə vahid endirimli tariflə ünsiyyət saxlanıla biləcək ölkələrin siyahısını genişləndirdik. Müştərilərimizə daha çox sərbəstlik və rahat seçim imkanı vermək üçün Yeni Konsepsiyalı satış və xidmət mərkəzlərinin sayını artırdıq. Z. Tağıyev küçəsində yerləşən ilk müştəri xidmətlərini və Gənclik Mall-da açılan yeni ofisimizi müasir Skandinaviya stilində yeni konsepsiyada təqdim etdik.
Hazırda Azercell Azərbaycanda ən böyük müştəri xidmətləri şəbəkəsi - 63 Ön Masa və Azercell Ekspress ofisləri və 393 rəsmi satış məntəqəsindən ibarət ən geniş satış şəbəkəsi vasitəsilə abunəçilərinə sevə-sevə xidmət göstərir.
Mükafatlar baxımından da 2016-cı il şirkət üçün çox uğurlu oldu. Azercell Telekom-un prezidenti Vahid Mürsəliyev beynəlxalq “The Business Year” dərgisi tərəfindən “İlin şirkət rəhbəri” mükafatını aldı. O, həmçinin BMT nəzdindəki Beynəlxalq Rabitə Akademiyasının akademiki tituluna layiq görüldü, ölkədə Paralimpiya hərəkatının inkişafındakı xidmətlərinə görə Milli Paralimpiya Komitəsinin fəxri diplomu ilə təltif edildi.
Eyni zamanda Azercell Telekom Stevie Beynəlxalq Biznes Mükafatı üzrə 3 nominasiyada qalib oldu, “İlin telekommunikasiya şirkəti” və “İlin Korporativ Ünsiyyət Departamenti” nominasiyası üzrə bürünc mükafatı, Azercell "Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinin nəzdində yaranaraq fəaliyyət göstərən "Sumaks” şirkəti isə "İlin Startapı” nominasiyası üzrə gümüş mükafata layiq görüldü. Eyni zamanda Azercell növbəti dəfə Şərqi Avropa ölkələrinin bazarlarını əhatə edən tədqiqat nəticələrinə əsasən, bazarda 3 ən yaxşı işəgötürən şirkətdən biri elan olundu.
4,5 milyonluq abunəçi ailəsinə xidmət göstərən şirkət sosial şəbəkələrdə də öz aktiv fəaliyyəti ilə seçilib və Facebook sosial şəbəkəsi üzərindən istəkləri cavablama reytinqini 100%-ə, Twitter social şəbəkəsi üzərindən isə 79%-a çatdıraraq “Socialbakers” şirkəti tərəfindən yenidən dəyərləndirildi.
2016-cı ildə Azercell keyfiyyət sistemini daha da təkmilləşdirərək daha 2 Beynəlxalq standartın tələblərini şirkətdə tətbiq etdi və sertifikasiya auditindən uğurla keçdi. Bunlar “Ətraf mühitə göstərilə biləcək təsirlərin idarə edilməsi”nə dair İSO 14001:2015 və “Əməyin təhlükəsiz təşkili və mühafizəsi”nə dair OHSAS 18001 Standartlarıdır.
Korporativ
Sosial Məsuliyyəti Azercell Telekom əsas biznesindən
ayırmır. Sürətli
İnternetin və qabaqcıl texnologiyaların köməyi
ilə azərbaycanlıların həyatını müasirləşdirməyə
və asanlaşdırmağa çalışmaqla
yanaşı Azercell internet istifadəçilərin müdafiəsi
və təhlükəsizliyini düşünür. 1 iyun
2016-cı il tarixində Azercell “Kaspersky
Lab” şirkəti ilə bu sahədə əməkdaşlığa
başladı və cəmiyyətin diqqətini həm
uşaqların həm də böyüklərin onlayn
müdafiəsinə cəlb etdi. Layihə çərçivəsində
İnternetdən istifadəni daha təhlükəsiz edən
3 yeni məhsul təqdim olundu: “Universal Müdafiə”, “Android üçün müdafiə”
və “Valideyn nəzarəti”.
Uşaqlar
arasında mütaliə mədəniyyətini təbliğ
etmək üçün Azercell-in dəstəyi ilə məşhur
İsveç yazıçısı Astrid Lindqrenin uşaq əsərlərindən
ibarət 5490 ədəd kitab Azərbaycan dilinə tərcümə
edilib, nəfis tərtibatda, ilk dəfə orijinal
illüstrasiyalarla nəşr etdirərək 610
qaçqın məktəbinin kitabxanasına hədiyyə
olundu. Bundan əlavə Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrının səhnəsində məcburi
köçkün uşaqların iştirakı ilə
“Uzuncorab Pippi” səhnə əsərinin nümayişi
baş tutdu.
Azercell-in
Mobil Göz və Mobil Diş Klinikaları 2016-cı il ərzində
regionlara səfər edərək 2.000-ə yaxın, fəaliyyətə
başladığı 2010-cu ildən bu günədək isə
6. 000-dən çox kimsəsiz uşaq, ahıl və aztəminatlı
ailələri müayinə və müalicə edib. Azercell-in
dəstəyi ilə fəaliyyət göstərən
Bakı və Gəncə Uşaq Qaynar Xətti xidmətinə
2016-ci il ərzində 3. 700-ə yaxın müraciət daxil
olub. 2010-2016-cı illər ərzində isə bu say 18. 000-dən
artıq olub. Ötən ilin sonunda Azercell-in təşəbbüsü
və dəstəyi ilə Uşaq Qaynar Xəttinin Android
üçün mobil aplikasiyası hazırlandı. 2006, 2007
və 2009-cu illərdə də Ümidli Gələcək Gənclər
Təşkilatının Uşaq Hüquqları üzrə
QHT Alyansı ilə birlikdə təsis etdikləri “Heç Bir Uşağı Nəzərdən
Qaçırmayaq” Milli İctimai Mükafatını bu il də
alan Azercell uşaq hüquqlarının müdafiəsi sahəsinə
böyük tövfə verən təşkilat kimi dəyərləndirilib.
Həmçinin “ASAN Könüllüləri”-nin təşkilatçılığı
ilə Lahıcda baş tutmuş respublika miqyaslı sosial
layihənin - “Həmrəylik düşərgəsi”nin əsas
mobil rabitə təminatçısı olub.
Azercell Telekom MMC-nin 2014-cü ildən dəstək verdiyi Milli Uşaq Paralimpiya komitəsinin gənc üzvləri II Uşaq Paralimpiya Oyunlarında iştirak ediblər.
Bundan əlavə, şirkət hər zaman olduğu kimi, öz fəaliyyəti ilə ölkədəki gəncləri də həvəsləndirib. Belə ki, tələbələr üçün “Yay Təcrübə Proqramı” davam edib, 2016-cı ildə 28 tələbə isə Azercell-in Təqaüdçüsü adına layiq görülüb.
Azercell-in köməyilə ölkəmizdə ilk dəfə olaraq möhtəşəm Oracle konfransı, “Big Data Day Baku”, “Barama HackDay 2016” kimi tədbirlər baş tutub.
Eyni zamanda 2016-cı il ərzində həm müəllimlər, həm startuplar üçün seminarlar təşkil olunub, jurnalistlər üçün ingilis dil kursları davam etdirilib. Bu il dil kurslarına qatılmaq istəyən jurnalistlərin sayı yüz nəfəri ötüb.
Ölkənin lider mobil operatoru olaraq 2017-ci ildə
də fəaliyyətimizi peşəkarcasına davam etdirəcəyik.
Dünyanı müştərilərimizə daha yaxın etmək
üçün bundan sonra da yüksək sürətli
interneti hamı üçün əlçatan etməyi,
Azercell abunəçi ailəsinə ən yaxşı müştəri
təcrübəsini yaşatmağı, ölkəyə
müasir texnoloji innovasiyaları gətirməyi
qarşımıza məqsəd qoymuşuq.
Olaylar.- 2017.- 23 fevral.- S.10.