Mətbuat fikir, söz azadlığı və
plüralizmin
inkişafına öz töhfəsini verməkdədir
Azərbaycanın
mətbuat tarixi uzun bir dövrü əhatə
etsə də mütəqillik əldə etdikdən sonra keyfiyət dəyişikliyi baş verdi. Düzdür, mətbuat tariximizin
ilk illərində belə söz
və fikir azadlığı fundamental dəyərlərdən hesab olunurdu, lakin etiraf edilməlidir ki, milli mətbuatımızın
inkişaf dövrü
müstəqillik illərinə təsadüf edir.
Azərbaycan müstəqil dövlət kimi tanındıqdan, büynəlxalq aləmə
inteqrasiya etdikdən sonra
beynəlxalq standartlara uyğun
media formalaşdı. Bu
isə o deməkdir ki,
müstəqil Azərbaycanın mətbuat tarixində keyfiyyət
etibarilə yeni mərhələnin
başlanmasını ölkənin müstəqilliyi ilə
birbaşa bağlıdır.
Məhz bu dövrdə ümumilli lider Heydər Əliyev, ardınca isə prezident İlham Əliyev tərəfindən atılan addımlar, həyata keçirilən tədbirlər Azərbaycan mətbuatının inkişafına xüsusi töhfələr bəxş etdi. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər və həyata keçirilən islahatlar nəticəsində mətbuatda hökm sürən neqativ tendensiyaların tədricən sıradan çıxması müşahidə edilməyə başlandı. Beləliklə, konkret cinayətlər törətmiş və məsuliyyətə cəlb edilmiş - "KİV haqqında" Qanunun tələblərini pozmuş, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə zidd hərəkətlərə yol vermiş jurnalistlərin hüquqi və ictimai-mənəvi müstəvidə cəzalarının yüngülləşdirilməsi üçün müvafiq addımlar atıldı. Nəticə etibarilə, bu tədbirlər mətbuat nümayəndələri tərəfindən uyğun qiymətləndirildi və media sektorunun təmsilçilərinin adekvat addımlar atmasını şərtləndirdi. Məhz bunun sayəsində jurnalistikada özünə və peşə dəyərlərinə hörmət meyilləri artdı.
Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri, "İlkxeber.org" saytının baş redaktoru Xanoğlan Əhmədov bildirib ki, Azərbaycan mustəqillik qazandıqdan sonra başqa sahələrdə olduğu kimi mətbuat sahəsində də bir sıra dəyişikliklər baş verdi. Hazırda mətbuat, xüsusilə elektron media sürətlə inkişaf etməkdə olan, ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayan sahələrdən birinə çevrilib. Ötən illər ərzində cəmiyyətin sosial-siyasi və mədəni həyatında elektron və yazılı KİV-in təsiri güclənməklə yanaşı, bu sahədə calişan jurnalistlərin də peşəkarlığı artıb. Lakin mətbuatın çox ciddi problemləri də var. Təbii ki, ən böyük problem peşəkarlıqla bağlıdır. Qəzetlərdə və elektron KİV-də çalışan jurnalistlərin peşəkarlığının artırlılması, gənc jurnalistlərin müasir jurnalistikanın sirlərinə yiyələnməsi çox vacibdir. Azərbaycanda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin vəziyyətinin təhlili göstərir ki, jurnalistlərin praktik fəaliyyətdə qarşılaşdığı böyk problemlərindən biri də əksər məmurların informasiyaların əldə edilməsinə imkan verməməsi və onlara əngəl törədilməsidir. Onun sözlərinə görə, ölkədə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqamətində zaman-zaman atılan addımlar medianın müstəqilləşməsinə müsbət təsir göstərib. Mətbuatın ictimai-siyasi həyatda baş verən hadisələri doğru-düzgün işıqlandırılması, bu yöndə baş verən irəliləyişlər ondan xəbər verir ki, atılan addımlar medianın müstəqilləşməsinə müsbət təsir göstərir. Ancaq bütün bunlarla yanaşı, dövlətin KİV-lərə diqqəti daha cox yönəltməyi zəruri edir. Çünki yuxarida qeyd edilən problemlərin daha dərindən öyrənilməsinə və araşdırılmasına ciddi ehtiyac vardır. X.Əhmədov hesab edir ki, bu gün Azərbaycan mətbuatı fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsinə öz töhfəsini verməkdədir: "Bu gün bu sahədə xeyli irəliləyiş var. Sizin sadaladığınız fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etməsinin nəticəsidir ki, cəmiyyətə zidd hərəkət yol verənlərin mətbuatın köməyi ilə ictimai qınağa tuş gəlirlər. Son aylar bu cür nümunələrin sayı olduqca artıb. Sizə deyim ki, bu istiqamətdə Azərbaycanın digər bölgələrində müsbət təcrubə var. Ona görə də, yuxarıda qeyd etdiyim kimi, jurnalistlərin peşəkarlığının artırılması, KİV-lə dövlət orqanları arasında əməkdaşlığın qurulması və inkişaf etdrilməsi çox yaxşı olardı". Onun bildirdiyinə görə, Azərbaycanın sosial-iqtisadi inkişafı, hüquqi islahatların keyfiyyətcə yeni mərhələyə daxil olması, vətəndaş cəmiyyəti quruculuğu və siyasi plüralizm cəmiyyətdə informasiyaya olan ictimai tələbatı daha da artırır. Məhz bu tələbatın təmin olunması zərurəti kütləvi informasiya vasitələrinin ictimai həyatda xüsusi rolunu şərtləndirir: "Bu gün artıq reallığa çevrilən mətbuatın inkişafına dəstəklə bağlı Dövlət Proqramının qəbul olunması və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təsis edilməsi mətbuatın inkişafına ciddi töhvədir. Eyni zamanda ölkə başçısının mətbuatımızın yaranmasının 135 illiyi ilə bağlı imzaladığı sərəncamında jurnalistlərin mənzil probleminin həllinə xüsusi diqqət ayırılması çox müsbət addım oldu. Xeyli sayda həmkarlarımız mənzil problemi yükündən xilas oldu. Bu yaxınlarda ikinci belə bir binanın evsiz jurnalistlərə paylanacağı gözlənilir. Bütün bunlar çox təqdirəlayiqdir və biz bu humanist addımı təqdir etməklə yanaşı, jurnalistlərin mənzil probleminin həllində Prezidentin böyük zəhmətinizin olduğunu bilir və dəyərləndiririk".
"Palitra"nın siyaset şöbəsinin müdiri Anar Miriyev qeyd edib ki, bu gün Azərbaycanda medianın vəziyyətini qənaətbəxş qiymətləndirmək olar. Ölkədə medianın sərbəst fəaliyyəti, azad sözün inkişafı, jurnalistlərin iradələrini sərbəst şəkildə ifadə etməsi üçün hər cür şərait yaradılıb. Sadəcə onu qeyd etmək lazımdır ki, bu gün ölkəmizdə 40-dan artıq gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzetlər fəaliyyət göstərir. Bununla yanaşı ölkə ərazisində 10 milli, 1 peyk, 13 regional və 17 kabel televiziyasının yayımı həyata keçirilir. Ölkədə medianı azad şəkildə fəaliyyətini təsdiqləyən faktlardan biri də internetin tam şəkildə azad olması ilə bağlıdır. Bu gün internetin fəaliyyətinə heç bir məhdudiyyət yoxdur və əhalimizin 75 faizindən çoxu fəal internet istifadəçisidir. Ölkə əhalisinin sayı təqribən 10 milyon nəfərdir və Azərbaycanda sosial mediadan istifadə edənlərin sayı 2 milyonu keçib. Bu faktlar Azərbaycanda azad medianın inkişafının göstəricisidir: "Ümumiyyətlə, ölkəmizdə azad medianın inkişafının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Məhz ulu öndərin hakimiyyətə gəlişindən sonra Azərbaycan ictimai-siyasi sabitlik bərpa olundu və ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoydu. Ulu öndərin siyasəti nəticəsində sabitliyin yaranması, vətəndaşların hüquqlarının müdafiəsinin təmin edilməsi, iqtisadi inkişafın başlaması kütləvi informasiya vasitələrini inkişafı, söz-mətbuat azadlığının təmin olunası istiqamətində ciddi addımların atılmasına əsas yaratdı. Söz-fikir, vicdan azadlığı kimi məsələlər ölkə konstitusiyasında təsbit edildi, mətbuata tətbiq dilən senzura aradan qaldırıldı. Mətbuatın inkişafına mane olan problemlərin aradan qaldırılması, onlara dövlət tərəfindən güzəştlər edilməsi ölkədə azad sözün, medianın inkişafını təmin etdi". A.Miriyev əlavə edib ki, həmin siyasət bu gün dövlət başçısı İlham Əliyev tərəfindən də uğurla davam etdirilir: "Dövlət başçısının indiyə qədər həyata keçirdiyi siyasətlə azad sözün, medianın inkişafında nə qədər maraqlı olduğun ortaya qoyub. Belə ki, dövlət başçısı KİV-in sərbəst fəaliyyəti, media nümayəndələrinin öz iradələrini sərbəst şəkildə ifadə etməsi bütün mümkün imkanların yaradılmasını təmin edib. Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması azad medianın inkişafında çox böyük rol oynayır. Yəni, dövlət özü azad medianın inkişafını stimullaşdırır. Bu fondun yaradılması konsepsiyada nəzərdə tutulan məsələlərin uğurla həyata keçirilməsini təmin edir. Dövlətin mətbuatın, azad sözün inkişafında maraqlı olduğunu təsdiqləyən kifayət qədər faktlar sadalamaq olar. Xatırlatmaq yerinə düşər ki, Mətbuat Şurasının yeni ofisinin istifadəyə verilməsi, milli mətbuatın 135 illik yubileyinin keçirilməsi, 40-dək KİV orqanına birdəfəlik maliyyə yardımının edilməsi, jurnalistlərin mükafatlandırılması, onların mənzil probleminin həlli üçün vəsaitin ayrılması bu sahədə dövlət siyasətinin ardıcıl olduğunu təsdiqləyir. Jurnalistlər üçün dövlət hesabına 17 mərtəbəli binanın inşa edilməsi və bu sahədə xidmətləri olan media numayəndələrinə verilməsi, ikinci binanın inşasının yekunlaşması jurnalistlərin mənzil probleminin həllində həlledici rol oynayır. Dövlət başçısının sərəncamı ilə 2015-ci ildə milli mətbuatının 140 illik yubileyinin geniş qeyd olunması dövlətin mətbuata qayğısının bariz nümunəsidir. 200-ə yaxın mətbuat işçisinin orden, medal və fəxri adlarla təltif olunması bu sahəyə göstərilən qayığın ən gölə ifadəsidir. Dövlətin mətbuatın inkişafına göstərdiyi bu diqqət və qayğı azad medianın inkişafında böyük rol oynayır. Bütün fundamental azadlıqların təmin olunuduğu ölkəmizdə müstəqil medianın inkişafı hökumətin əsas prioritetlərindəndir".
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2017.- 24 fevral.- S.15.