Fikir, söz və
məlumat
azadlığından sui istifadə etmək olmaz
Samir Adıgözəlli: "Azərbaycanda
fikir, söz, məlumat
azadlığı tam təmin edilir"
Azərbaycan
tarixində ikinci dəfə müstəqillik
əldə etdikdən sonra sovet dövründən qalan
bir sıra mənfi halların aradan qaldırılması istiqamətində
önəmli addımlar atmağa, islahatlar həyata keçirməyə
başladı. Bu sırada kütləvi informasiya vasitələrinin inkişaf
etdirilməsi, ölkədə
azad mətbuatın təmin edilməsi kimi mühüm
addımlar da var idi. Düzdür, ilk illərdə bu prosesi həyata
keçirmək bir qədər çətin
idi. Çünki sovet təfəkkürünü,
yanaşmasını birdəfəlik aradan
qaldırmaq mümkün görünmürdü.
Ancaq zaman keçdikcə
hər bir sahə kimi
KİV sahəsində də köklü
addımların atılması zərurəti
yaranırdı. Belə bir zamanda ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi
ilə ikinci dəfə hakimiyyətə
qayıdışı sözügedən prosesə bir təkan verdi.
Hakimiyyətinin
ilk günlərindən media ilə yaxından təmasda olan
ümummilli lider Heydər Əliyev bu sahədə mövcud
olan problemləri dərindən öyrəndi, müstəqil
dövlətin azad, müstəqil
mətbuatının formalaşması istiqamətində təxirəsalınmaz
tədbirlərə start verdi. Ümummilli lider Heydər
Əliyevin bu istiqamətdə atmış olduğu ən
mühüm addımlardan biri 1998-ci ildə sovet zamanından
qalan senzuranın ləğv edilməsi oldu. Çox keçmədən
ümummilli lider Heydər Əliyev medianın. kütləvi
informasiya vasitələrinin inkilşaf etdirilməsi istiqamətində
daha bir mühüm addım atdı. Belə ki, ümummilli
lider qəzetlərin uzun illərdən bəri Azərbaycan Nəşriyyatına
yığlıb qalan borclarını dondurdu. Sonrakı mərhələdə
isə həmin borclar ləğv edildi. Eyni zamanda qəzet
çapı üçün nəzərdə tutulan
kağızın ölkəyə gətirilməsinə tətbiq
edilən vergilər azaldıldı. Tədricən ölkədəki
kütləvi informasiya vasitələrinin durumu müsbətə
doğru dəyişməyə başladı. Eyni zamanda
dövlətin mediaya göstərdiyi diqqət və
qayğıdan ruhlanan bir sıra media nümayəndələri
müstəqil mətbu orqanlar təsis etməyə
başladılar. Məhz ümummilli lider Heydər Əliyevin
atmış olduğu bu kimi müsbət addımlar Azərbaycanda
müstəqil media qurumlarının yaranması prosesinə təkan
verdi. Günümüzdə Azərbaycanda azad söz, fikir və
məlumat azadlığının təmin olunması məhz
ümummilli lider Heydər Əliyevin
zamanında atmış olduğu həmin
addımların nəticəsidir. Elə boyukmillet.com
saytının rəhbəri Samir Adgözəlli də bu qənatdədir.
O, bildiib ki, Azərbaycan mətbuatı
bu günkü duruma gəlib çatana qədər çətin
bir dövr keçib. Onun
sözlərinə görə, çüstəqilliyin ilk illərində
bütün sahələrdə olduğu kimi mətbuat sahəsində
də ciddi islahatlara ehtiyyac var idi: "Həmin islahatların
aparılması mətbuatın özünün olduğu qədər
dövlətin də üzərində mühüm vəzifələrdən
idi. Ümummili lider Heydər
Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıdışından sonra
özünü büruzə verməyə başladı. Heydər
Əliyev Bakıya qayıtdığı ilk gündən
media nümayəndələri ilə yaxından əməkdaşlıq
etməyə, onlarla yaxından ünsiyyətdə olmağa
üstünlük verdi. Artıq müstəqil Azərbaycan
mediası yeni bir mərhələyə, inkişaf mərhələsinə
qədəm qoyurdu. Ümummilli lider Heydər Əliyevin bu sahədə
atdığı ən mühüm addım keçmiş
SSRİ zamanından qalmış senzuranı ləğv etməsi
oldu. 1998-ci il, avqustun 6-da Heydər Əliyevin qərarı ilə
ölkədə senzura ləğv edildi. Heydər Əliyevin məlum qərarından
sonra artıq qəzetlər heç bir senzura olmadan çap
edilməyə başladı". Samir Adıgözəlli
deyir ki, bu qərar ümummilli liderin bu qərarı
öz-özlüyündə ölkədə müstəqil,
azad medianın fomalaşdırılması, azad sözün təmin
edildiyinin ilk gösrəricisi idi: "Təsadüfi deyil ki, həmin
dövrdə əksər beynəlxalq təşkilatlar, beynəlxalq
səviyyəli media qurumları Azərbaycan tərəfinin
atmış olduğu bu addımı yüksək dəyərləndirərək
bunu azad sözün, demokratiyanın təmin olunmasında
atılan mühüm addımlardan hesab edirdilər.
Ümummilli lider Heydər Əliyevin sonrakı dpvrlərdə
atdığı addımlar, qəbul etdiyi fərman və sərəncamlar
senzuranın ləğvindən başlanan müsbət
tendensiyanın davam edəcəyi zəmanəti yaratdı.
Artıq ölkədə azad söz, demokratiya bərqərar
olurdu. Amma müstəqillik dövrünün çətinlikləri
mətbuatın maddi texniki bazasına da təsir göstərmiş
və qəzetlər ciddi maddi sıxıntılarla fəaliyyət
göstərirdilər".Sayt rəhbəri deyib ki,
ümummilli lider media qurumlarının maddi
sıxıntıdan çıxması üçün də
zamanında mühüm addımlar atıb. O, qeyd edib ki,
günümüzdə ümummilli liderin media ilə
bağlı siyasətini Azərbaycan Respublikasının
Prezidenti Cənab İlham Əliyev davam etdirir: "Bu gün
ölkəmizdə kütləvi informasiya vasitələrinin
azad fəaliyyəti və inkişafı üçün
bütün zəruri şərtlər mövcuddur. Kütləvi
informasiya vasitələrində sərbəst şəkildə
fikir demək, hadisələrə münasibət bildirmək
üçün qeyri-məhdud imkanlar var. Təbii ki,
bütün bu imkanlar mətbuata, kütləvi informasiya vasitələrinə
məhz Cənab Prezident tərəfindən yaradılıb.
Günümüzdə də dövlət
başçısı tərəfindən mediaya, kütləvi
informasiya vasitələrinə diqqət və qayğı
kifayət qədərdir. Azərbaycan
Respublikasının Prezident İlham Əliyevin 31 iyul 2008-ci il
tarixli Sərəncamı ilə "Azərbaycan
Respublikasında Kütləvi İnformasiya Vasitələrinin
(KİV) inkişafına Dövlət Dəstəyi
Konsepsiyası kimi mühüm bir sənəd təsdiq olunub.
Həmçinin, Konsepsiyaya uyğun olaraq 22 may 2009-cu ildə
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondu (KİVDF) yaradıldı. Həmçinin
ilk dəfə olaraq Azərbaycanda kütləvi informasiya vasitələrinin
nümayəndələri üçün dövlətin
hesabına yaşayış binası inşa edilərək
pulsuz olaraq onlara verildi". Samir Adgözəlli qeyd edib ki,
bütün bu müsbət amillər Azərbaycanda söz və
məlumat, ifadə azadlığının, plüralizmin təmin
olunmasına xidmət edir: " Azərbaycan bir sıra sahələrdə
olduğu kimi medianın inkişafı istiqamətində də regionun lider dövlətinə
çevrilib desək yanılmarıq. Ümumiyyətlə,
müasir demokratik cəmiyyətin əsasını təşkil
edən fikir, söz və məlumat azadlığı
anlayışları ilə yanaşı, plüralizm məfhumu
da inkişafa və təkmilləşməyə gedən
istiqamətləri müəyyənləşdirməyə
kömək edir. Vətəndaş cəmiyyətinin əsas
prinsiplərindən olan plüralizm bir-birindən
düşüncə tərzinə, mövqeyinə,
yanaşmasına və davranış üslubuna görə fərqlənən
fərdlərin bir araya gələ bilməsini əks etdirir.
Bu demokratik, hüquqi dövlət kimi inkişaf edən Azərbaycanda
cəmiyyətin hərtərəfli inkişafı
üçün əsas elementlərdən olan fikir və
söz azadlığı tam təmin edilir. Bunu biz qətiyyətlə
söyləyə bilərik. Onu da nəzərə almaq
lazımdır ki, hətta Azərbaycan
Respublikası Konstitusiyasının 47-ci maddəsində də
bu məqam öz əskini tapır. Bu gün demokratiyanın
beşiyi sayılan Avropada belə Azərbaycandakı kimi
fikir, söz, məlumat azadlığı, plüralizm yoxdur.
Açıq şəkildə deyə bilərik ki, bu gün
Azərbaycanda internet azadlığı da mövcuddur.
İnternet bu gün təkcə informasiya mübadiləsi məkanı
deyil, həmçinin dövlət idarəçiliyi, təhsil,
səhiyyə, biznes, bank işi və digər sahələri əhatə
edən, yeni dəyərlər yaradan mühitdir. İnsan
azadlıqlarının qorunması müasir internet şəbəkəsinin
vacib fəaliyyət istiqamətlərindən biridir.
İnternet mediasının inkişafı, internetdə fikir və
söz azadlığı, sosial şəbəkələrin
genişlənməsi, hökumətin açıq və
şəffaf fəaliyyətinin təmin olunması, vətəndaşların
idarəçilik proseslərinə cəlb edilməsi qlobal
şəbəkənin insanlara verdiyi yeni imkanlardır. Azərbaycanda
informasiya-kommunikasiya texnologiyalarının və internetin
inkişafına xüsusi diqqət yetirilir. Bu gün Azərbaycan
əhalisinin böyük əksəriyyəti internet istifadəçisidir
və bu göstəricilərinə görə, ölkəmiz
dünya liderlərindən sayılır. Təqdirəlayiq
haldır ki, Azərbaycanda internet azadlığı
mövcuddur. Ölkəmizdə internet-radio və
internet-televiziya proqramları, elektron qəzet və jurnallar,
xarici və daxili sosial şəbəkələr geniş
yayılmışdır. Minlərlə bloqqer Azərbaycanın
internet məkanında sərbəst fəaliyyət göstərir".
Samir Adığözəlli bir problemə də diqqət
çəkib. Qeyd edib ki, bir sıra hallarda fikir, söz məlumat
azadlığı, plüralizmdən sui-istifadə
hallarına yol verilir: "Amma bu qətiyyən yolverilməzdir.
Çünki, hər kəs yaxşı bilməlidir ki, onun
hüquqları olduğu kimi başqalarının da
hüquqları var. Fikir və söz azadlığını əlində
bayraq edərək başqalarının şəxsi həyatına
müdaxilə etmək, onun mülkiyyət
hüquqlarını pozmaq, şəxsi toxunulmazlıq
hüququnu tapdalamaq, dövlət sirrini pozmaq yolverilməzdir.
Bəzən bir çoxları ağına-bozuna baxmadan, fikir,
söz, məlumat azadlığı, plüralizmi əlində
bayraq tutaraq kimlərə qarşı hücuma keçir, onu
şantaj edir, .şərəf vbə ləyaqətinə toxunur.
Qarşı tərəf məsələni hüquqi müstəvidə
həll etməyə çalışanda isə hay-həşir
salmağa başlayır, mətbuata basqılar olduğunu
iddia edir. Ona görə də hər kəs atdığı
addıma diqqət etməlidir".
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2017.- 25-27 fevral.- S.15.