Ölkədə söz, fikir və məlumat
azadlığı təmin olunmaqdadır
Qütblərə
bölünmüş çoxsaylı mediada istənilən
şəxs bu hüquqdan gen-boluna istifadə edə bilir
Bu gün Azərbaycanda
mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi,
müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin
stimullaşdırılması yüksək səviyyədə
həyata keçirilir. Üstəlik hökumət dövlət
orqanları ilə mətbuat arasında səmərəli əməkdaşlığın
inkişafı, jurnalistlərin peşəkarlığının
və məsuliyyətinin artmasına daha münbit şərait
yaradılması, onların sosial müdafiəsinin gücləndirilməsi
istiqamətində ciddi addımlar atır. Məhz
görülən işlərin, həyata keçirilən tədbirlərin
nəticəsidir ki, Azərbaycanda dünya standartlarına
cavab verən mətbuat formalaşıb. Paralel olaraq ölkədə
söz və fikir, məlumat azadlığı təmin
olunmaqdadır.
Ölkənin
qütblərə bölünmüş çoxsaylı
mediasında istənilən şəxs istədiyi fikri səsləndirmək
hüququna malikdir və bu hüquqdan gen-boluna istifadə edə
bilir. Azərbaycan mətbuatında söz və fikir
azadlığı o dərəcədə inkişaf edib ki, hətta
bir sıra inkişaf etmiş ölkələrdə səsləndirilməsinə
məhdudiyyət qoyulan fikirlərin ölkəmizdə sərbəst
şəkildə yayılması mümkündür. Təkcə
bu faktlar deməyə əsas verir ki, Azərbaycanda demokratik
institutların sərbəst fəaliyyəti davam etməkdədir.
Azərbaycan mətbuatı ölkəmizdə hüquqi
dövlət və vətəndaş cəmiyyəti
quruculuğunda demokratiya və siyasi plüralizmin mühüm
vasitəsi kimi çıxış edir. Cəmiyyətdə
aşkarlığın və şəffaflığın təmin
edilməsində, aktual ictimai problemlərin ümumxalq
müzakirəsinə çıxarılmasında, sosial ədalət
prinsiplərinin müdafiəsində Azərbaycan mətbuatının
rolu xüsusi qeyd olunmalıdır. Çox təəssüflər
olsun ki, bəzi mətbuat orqanları, eləcə də sadə
vətəndaşıar yaradılmış vəziyyətdən
sui-istifadə hallarına yol verirlər. Ölkədə azad
mətbuatın, söz və fikir
azadlığının
mövcudluğunda sui-istifadə hallarına yol verilməsi
elə mütəxəssislər tərəfindən də təsdiq
edilir. Bakı Dövlət Universitetinin jurnalistika
kafedrasının müdiri, professor Cahangir Məmmədli mətbuata
açıqlamasında qeyd edib ki,
bu gün Azərbaycanda azad və müstəqil mətbuat
var. Ancaq bəzən bu azadlıq və müstəqillikdən
çox ciddi sui-istifadə olunur: "Məni narahat edən də
bu sui-istifadələrdir. Bu gün Azərbaycanda bəzi mətbuat
orqanları böhtan, təhqir, yalan məlumatlar verir və təkzib
etməyi də özlərinə
sığışdırmır. Bu mənada Azərbaycan
jurnalistikasının problemlərini var. Lakin, bütün
bunlar ötəri və keçərlidir. Azərbaycan cəmiyyəti
tam mənada demokratik dəyərlərə yiyələnəndən
və jurnalistlər də qanunlara əməl etməyə
başlayandan sonra bu problemlər ortadan çıxacaq. Azərbaycan
jurnalistikası ölkmizin
müstəqillik əldə etməsi ilə çox
ciddi demokratik inkişaf mərhələsi keçirib. Bu
gün azad və demokratik mətbuat var. Kim deyirsə ki, Azərbaycanda
mətbuatı sıxılır, boğulur, bunlar
düzgün deyil. Mən bunları absurd hesab edirəm,
çünki hər kəsin, hər bir əqidəyə,
müxalifət, iqtidar və yaxud digər partiyalara mənsub
insanın müraciət edə biləcəyi mətbuat
orqanları var". Məhz bu
kimi amillərin nəticəsidir ki, hazırda ənənəvi
jurnalistika "reket" jurnalistikadan əziyyət çəkir.
Bu gün əsl jurnalistika ilə "reket" jurnalistika cəmiyyətdə
fərqləndirilmir, insanlar ayırd edə bilmirlər. Amma
müsbət haldır ki, bu gün ənənəvi mətbuat
öz işi ilə məşğuldur, peşə fəaliyyətini
diqqətlə yerinə yetirir, Azərbaycan qanunvericiliyinə
uyğun fəaliyyət göstərir. "Reket" şəbəkə
isə bunun tam əksinə hərəkət edir,
yaranmış vəziyyətdən sui-istifadə edir, Azərbaycanda
azad söz, azad fikir, azad mətbuatdan öz mənafeləri
üçün yararlanmağa çalışır. Etiraf edilməlidir ki,
hazırda sui-istifadə halları daha çox internet mediada təsadüf
edilir. İnsanlar sosial şəbəkələrdə
yoxlanılmamış məlumatlat dərc etməklə kifayətlənmir,
üstəlik böhtan, şantay dolu məlumatlar yayırlar.
Məhz bu kimi hallar nəzərə alınaraq Azərbaycanın
Milli Məclisi (MM) tərəfindən ölkənin internet
informasiya ehtiyatında saxta istifadəçi ad və ya
hesablardan istifadə edərək böhtan və təhqirlərə
yol verməyin cinayət məsuliyyəti sayılması barədə
Cinayət Məcəlləsinə nəzərdə tutan dəyişikliyi
qəbul edib. Məsələyə münasibət bildirən
MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin
sədri Əli Hüseynli qanun layihəsinin təqdimatı
zamanı qeyd edib ki, qanunvericilikdə edilən dəyişiklik
saxta profillərdən istifadə edərək, vətəndaşların
təhqir olunmasının qarşısı alınmasında
öz töhfəsini verəcək. Beləliklə, Cinayət
Məcəlləsinə 148-1 (İnternet informasiya
ehtiyatında saxta istifadəçi adlar, profil və ya
hesablardan istifadə edərək böhtan atma və ay təhqir
etmə) maddəsinin əlavə edilməsi ilə bağlı
Milli Məclisə təkliflər layihəsinə əsasən
internet informasiya ehtiyatında saxta istifadəçi adlar,
profil və ya hesablardan istifadə edərək kütləvi
nümayiş etdirməklə böhtan atma və ya təhqir
etmə 1000 manatdan 1500 manata qədər cərimə və ya
360 saatdan 480 saata qədər ictimai işlər, yaxud 2 ilədək
müddətə islah işləri və ya 1 ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Yeni maddənin "Qeyd" hissəsində göstərilir
ki, bu maddədə "saxta istifadəçi adlar, profil və
ya hesablar" dedikdə internet informasiya ehtiyatlarında, o
cümlədən sosial şəbəkələrdə
istifadəçinin şəxsiyyətini eyniləşdirməyə
imkan verməyən, yəni ad, soyad və ya ata adına dair
yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar
gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan
onun razılığı olmadan istifadə edilməklə
yaradılmış istifadəçi adlar, profil və ya
hesablar başa düşülür. Xatırladaq ki,
sözügedən dəyişikliklə bağlı qanun layihəsi Baş Prokuror tərəfindən
daxil olub. Baş prokuror əsaslandırmasında qeyd edir ki, təklif
olunan əlavə və dəyişiklər layihəsi internet
informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və
ya hesablardan istifadə edərək kütləvi
nümayiş etdirməklə böhtan atma və ya təhqir
etmənin qarşısının alınması və bu
cür hüquq pozuntuları ilə daha səmərəli
mübarizə aparılmasını təmin edilməsi məqsədini
daşıyır: "Belə ki, təcrübədə
xüsusən də internet texnologiyalarının inkişaf
etdiyi bir dövrdə bir sıra şəxslər tərəfindən
saxta adlar, profil və ya hesablar yaradılaraq insanların təhqir
edilməsi hallarına rast gəlinməkdədir.
Göründüyü kimi, bu sahənin tənzimlənməməsi
və qanunvericilikdə olan müəyyən boşluqlar cinayət
əməllərinin və digər bu kimi qanun
pozuntularının törədilməsinə şərait
yaradır. Odur ki, təklifin qəbulu hüquq
pozuntularının qarşısının daha səmərəli
şəkildə alınması, onlara qarşı mübarizənin
gücləndirilməsi, qanun pozuntularının, onları
doğuran səbəb və şəraitin aradan
qaldırılması, habelə qanunvericilikdə olan müəyyən
boşluqların aradan qaldırılmasını təmin etməkdir". Oda faktdır ki, son zamanlar saxta
profillər vasitsilə hətta dövlət və hökumət
nümayəndələri barədə böhan və təhqir
dolu məlumatlar yayılmaqdadır. Bu kimi halları nəzərə
alan millət vəkili Elmira Axundova təklif edib ki, saxta profillərdən
istifadə edərək böhtan atma və ya təhqir etmə
ilə bağlı nəzərdə tutulan dəyişiklik təkcə
ölkə başçısına deyil, ölkənin birinci
xanımı Mehriban Əliyevaya və prezidentin ailə
üzvlərinə də şamil edilməlidir. Millət vəkili
fikrini onunla əsaslandırıb ki, bu gün sosial şəbəkələr
və internet resurslarında ictimai- siyasi xadimlər barədə
yetərincə təhqiramiz , şərəf və layaqətinin
alçaldılması istiqamətində məlumatlar gedir:
"Hətta vəziyyət o həddə çatıb ki, mənəviyyatı
pozğun insanlar ölkə başçısı haqqında
ağzına gələnləri yazırlar. Bunun səbəbi
isə ölkə başçısının tolerant və
dözümlü olmasıdır". E.Axundova əlavə
edib ki, bu gün ölkə başçısı haqqında
tənqidi fikri yazmaq olar: "Ancaq onun təhqir etməyə
yol vermək olmaz". Millət vəkili onu da əlavə
edib ki, bu gün təkcə ölkə
başçısı barədə deyil, eyni zamanda, Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva və prezidentin ailə
üzvləri barədə də mənəviyyatsız
yazılar dərc olunur: "Ona görə də təklif
edirəm ki, qanunvericilikdə onların da
hüquqlarının müdafiəsi ilə bağlı
müddəalar öz əksini tapmalıdır". Heç
şübhəsiz ki, bu kimi təkliflərdə söhbət
hökumət tərfindən internetin nəzarətə
götürülməsindən getmir. Söhbət ondan gedir
ki, hazırda internet azadlığı onun məzmununun dəyişməsinə
rəvac verir. Məhz qanunların qəbulu söz
azadlığı ilə yanaşı, alternativ fikir metodlarının
tənzimlənməsinə xidmət edir. Paralel olaraq Azərbaycanda
söz və mətbuat azadlığının təmin
olunması, dövlət orqanları ilə kütləvi
informasiya vasitələri arasında münasibətlərin
nizamlanması funksiyasını yerinə yetirən, 2003-cü
il martın 15-də jurnalistlərin birinci qurultayında
yaradılan Mətbuat Şurası (MŞ) fəaliyyət
göstərir. Şuranın yaradılmasında məqsəd
jurnalist standartlarına uyğun olaraq, Azərbaycan mətbuatının
keyfiyyətinin və onun elan olunmuş
azadlığının, cəmiyyətin informasiya əldə
etmək hüququnun qorunması, jurnalistlərin peşə
etikası kodeksinin tələblərinə əməl etməsinə
ictimai nəzarətin həyata keçirilməsi, KİV-in fəaliyyət
sahələrində baş verən münaqişələrin
məhkəməyə qədər həll
variantlarının araşdırılması, mətbuatın
davranışı ilə əlaqədar verilmiş şikayətlərin
qəbulu, araşdırılması və bununla bağlı
qərarların çıxarılması və s. məsələlərdən
ibarətdir. Etiraf edilməlidir ki, Mətbuat Şurası bu məsələdə
üzərinə düşən vəzifələrin phdəsindən
layiqincə gəlir.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2017.- 28 fevral.- S.15.